Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-332/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi ilə, İddiaçı2 Cavabdeh4 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-62/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-62/2022 saylı qətnaməsi ilə (hakim K.Hüseynov) iddianın təmin edilməsi, Cavabdeh4 İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh4 tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh4 nümayəndəsi X4 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)- 332/2023 saylı qərardadı ilə hazırkı iş üzrə icraat iddiaçı Cavabdeh4 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi 99 saylı əmlaka xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Gəncə İnzibati Məhkəməsinin icraatında olan iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılmış, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1510/2023 saylı qərqrdadı ilə iddia mümkün sayılmamış, həmin qərardad xx.xx.2023-cü il tarixdə qanunu qüvvəsini almışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə icraat təzələnmişdir. İşin hallari: İddiaçı2 iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh4 ona məxsus olan ünvan 2 ünvanında yerləşən yaşayış evindən çıxarılması, onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində İddiaçı2 iddia tələbini dəyişdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh4 ona məxsus yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini оnunlа əsаslаndırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Həmin yaşayış evinin yerləşdiyi torpaq sahəsi (əvvəllər Kirovabad şəhəri, Kollektiv küçəsi, ev 30) babası X2 istifadəsində olmuşdur. Babası vəfat etdikdən sonra 1960-cı ildə o, həmin torpaq sahəsində yaşayış evi tikdirməyə başlamış və 2-3 il ərzində evi tikdirib başa çatdırmış, evin tikintisi başa çatdıqdan sonra köçüb orada yaşamışdır. O zamanki Kirovabad şəhəri Gəncə rayon Xalq məhkəməsinin xx.xx.1983-cü il tarixli 2-275 saylı qətnaməsi və Gəncə rayon Maliyyə Şöbəsinin xx.xx.1983-cü il tarixli aktı ilə onun istifadəsində olan Əlövsət Məmmədov küçəsi, ev 99 ünvanında yerləşən fərdi yaşayış evi Gəncə rayon Sovetinin fonduna verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Aparatı nəzdində yaradılmış komissiyanın xx.xx.1996-cı il tarixli 6 nömrəli iclas protokolunun 2-ci hissəsinə əsasən fərdi yaşayış evi onun mülkiyyətinə qaytarılmışdır. Lakin Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 505 saylı sərəncamına əsasən Gəncə şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması üzrə” komissiyasının xx.xx.1996-cı il tarixli qərarının 2-ci hissəsi qüvvədən düşmüş hesab edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020-ci il tarixli qərarı ilə onun ünvan 1 ünvanında yerləşən mülkə mülkiyyət hüququ tanınmışdır. Cavabdeh4 onun qardaşıdır. Onun qardaşı əvvəllər heç vaxt onun evində yaşamayıb. 1981-ci ildə atası vəfat etdikdən sonra o, anasını öz evinə gətirmiş, bundan istifadə edən bacısı Bağırova Validə gəlib onun evində yaşamağa başlamış, Validə Bağırova evdən çıxanda isə evi qardaşı Nurəddinə verib çıxmışdır. Bundan sonra, yəni təxminən 5 ildir ki, Nurəddin onu öz evinə buraxmır. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh4 ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi həmin qətnaməni qəbul edərkən maddi hüquq normalarına istinad etməsinə baxmayaraq, toplanmış sübutlara düzgün hüquqi qiymət verməmiş, qanunun tələblərini kobud şəkildə pozmuşdur. Belə ki, ünvan 4 ünvanda yerləşən yaşayış evi babası Bağırov X1 qalmışdır. İddiaçı2 birgə yaşayış qaydalarını pozduğuna görə onlar 1989-cu ildə İddiaçı2 və arvadının evdən çıxarılması üçün həmin vaxt Kirovabad şəhərində (Gəncə) l Fövqaladə vəziyyət elan edildiyindən şəhərin hərbi komendantı general V.Omelçenkaya şikayət etmişlər və onların nümayəndələri təqdim etdikləri sənədlərə və anasının ağır vəziyyətini görüb iddiaçını və arvadı Dilarəni evdən çıxarmışdır. X16 Nazirliyinə şikayət etmişlər ki, birgə yaşayış qaydalarını pozduqlarına görə iddiaçını və arvadını həmin ünvandan pasport qeydiyyatından çıxartsınlar. Şikayətilə bağlı Kirovabad Milis İdarəsindən evə gəlib baxış keçirtmiş, vəziyyəti hərtərəfli araşdırmış və birgə yaşayış qaydalarına əməl etməyən şəxsin həmin evdə qeydiyyatda olması yol verilməz olduğunu deyib 30 mart 1989-ci ildə İddiaçı2 və arvadı Kirovabad şəhəri Əlövsət Məmmədov küçəsi 99 saylı evdən pasport qeydiyyatından çıxarılmışdır. Bu onlara verilən 20 nömrəli forma ilə də təsdiq olunur. Çox əfsuslar olsun ki, məhkəmə baxışında həmin 20 nömrəli formanı məhkəməyə təqdim etsələr də, hansısa səbəbdən götürüb işə əlavə edilmədi. İddiaçı2 1983-cü ildə qanunsuz olaraq onun və ailə üzvlərinin xəbəri olmadan evdən dövlətin xeyrinə imtina etmişdir. Bundan xəbər tutduqdan sonra onlar mülkün dövlətdən geri qaytarılması ilə bağlı aidiyyəti orqanlara müraciət etmişlər və 1987-ci ildə ev əvvəlki vəziyyətinə qaytarılmış, lakin Vidadinin payı bərpa edilməmişdir, çünki müraciəti onlar etmişlər. Ev onların sayəsində geri qaytarılmışdır. İddiaçının Gəncə İnzibati məhkəməsində mülkiyyət hüququnun tanınması ilə bağlı verdiyi iddia ərizəsi təmin edilsə də, İddiaçı2 çıxarış verilməsi üçün əsas olan Gəncə İnzibati məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)- 535/2020 saylı qərarı, üçüncü şəxs kimi prosesə cəlb edilmədiklərinə görə məhkəmənin xx.xx.2021-ci il tarixli 2-1(114)-2115/2021 saylı qərardadı ilə ləğv edilmiş mahiyyəti üzrə baxılması üçün təzələnmiş və xx.xx.2022-ci il tarixdə hakim F.Hüseynovun sədliyi ilə işə baxılıb 2-1(114)-10/2022 saylı qərardadı ilə həmin əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiasının mümkünsüz sayılması barədə qərardad çıxarmışdır. Lakin Gəncə Şəhər Məhkəməsi qətnamə çıxararkən bunları nəzərə almamışdır. Cavabdeh kimi hesab edir ki, çıxarışın verilməsi üçün əsas olan məhkəmə qərarı əgər ləğv olunursa, çıxarışı da DƏDRX-nin 3 saylı Ərazi idarəsı özü ləğv etməlidir. Cavabdeh kimi hesab edir ki, əslində iddiaçı iddia qaldırmaq üçün heç subyekt də deyildir. X14 Məhkəməsi yuxarıda qeyd etdiyi kimi çıxarış üçün əsas olmuş öz qərarını ləğv etmişdir. Bu göstərdiklərinə görə də cavabdeh kimi hesab edir ki, məhkəmə iddianın təmin edilməsi barədə qanunsuz qərar qəbul etmişdir. Prosessual məsələlər: İş üzrə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər:. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-62/2022 saylı qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasnın MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan hüquqlarının Ümumi Bəyannaməsinin 18-ci maddəsində göstərilir ki, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin məktubundan və əlavə edilmiş sənədlərdən görünür ki, Kirovabad şəhəri, Kollektiv küçəsi, 30 saylı fərdi yaşayış evinin 1942-ci ildə aparılmış inventarlaşdırma zamanı X2 istifadəsində olduğu göstərilmişdir. Kirovabad şəhəri Gəncə rayon xalq məhkəməsinin xx.xx.1983-cü il tarixli 2-275 saylı qətnaməsi və Gəncə rayon Maliyyə Şöbəsinin xx.xx.1983-cü il tarixli aktında X3 və İddiaçı2 Məmmədəli oğlunun istifadələrində olan Əlövsət Məmmədov küçəsi, 99 saylı fərdi yaşayış evinin Gəncə rayon sovetinin fonduna verilmişdir. Həmin vaxt bu əmlakın 45.2 kvm yaşayış sahəsindən, 56.5 kvm ümumi sahəli yaşayış evindən ibarət olduğu göstərilmişdir. Xanlar rayon xalq məhkəməsinin xx.xx.1987-ci il tarixli qərardadında Gəncə rayon Xalq Deputatları İcraiyyə Komitəsinin X6 və qeyrilərindən yaşayış evi və əlavə tikililərin əsassız olaraq Gəncə rayon sovetliyinin fonduna verilməsi barədə mülkü işin icraatına xitam verilməsi barədə qərar verilmişdir. Gəncə şəhər İcra Hakimiyyəti Aparatı nəzdində yaradılmış komissiyanın xx.xx.1996-cı il tarixli 6 nömrəli iclas protokolunun 2-ci hissəsinə əsasən Əlövsət Məmmədov küçəsi, 99 saylı fərdi yaşayış evi (16.8 kvm, 28.4 kvm yaşayış otaqları, 11.3 kvm örtülü eyvan) İddiaçı2 mülkiyyətinə qaytarılmışdır. Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 505 saylı sərəncamına əsasən Gəncə şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən “Azərbaycan Respublikasının məhkəmələri tərəfindən müsadirə edilmiş və alınmış yaşayış evlərinin amnistiya qaydasında qaytarılması üzrə” komissiyasının xx.xx.1996-cı il tarixli qərarının 2-ci hissəsi qüvvədən düşmüş hesab edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)- 535/2020-ci il tarixli qərarına əsasən İddiaçı2 Əlövsət Məmmədov küçəsi, 99 saylı ünvanda yerləşən sahəsi 16.8 kvm və 28.4 kvm iki yaşayış otaqları, 11.3 kvm örtülü eyvandan ibarət olan tikililərə mülkiyyət hüququ tanınmışdır. İddiaçı2 bu əmlaka (tikili “A”da 45.2 kvm iki yaşayış otaqları, 11.3 kvm köməkçi sahə) xx.xx.2021-ci il tarixli **********4 qeydiyyat nömrəli çıxarış verilmişdir. İş materiallarında olan Kirovabad şəhər Gəncə rayon xalq məhkəməsinin 04 may 1983-cü il tarixli 2-275/1983 saylı qətnaməsinin surətindən görünür ki, Gəncə rayon XDS İcraiyyə Komitəsinin iddiası təmin edilərək Kirovabad şəhəri Ozan küçəsi 61 №-li ünvanda olan sahəsi 26,2 kv.m yaşayış otağı, 37,3 kv.m açıq eyvan, Ə.Məmmədov küçəsi 99 №-li ünvanda olan sahəsi 16,8 kv.m və 28,4 kv.m yaşayış otaqları 11,3 kv.m eyvan, 9,8 kv.m hamam, Ə.Məmmədov küçəsi 95 b №-li ünvanda olan sahəsi 25,2 kv.m otaq, 10,6 kv.m və 7,0 kv.m şüşəbənd əvəzsiz olaraq alınıb Gəncə rayon sovetinin fonduna verilməsi qət edilmişdir. İş materiallarında olan Xanlar (Göygöl) rayon məhkəməsinin 29 dekabr 1997-ci il tarixli qərardadından görünür ki, Gəncə rayon xalq məhkəməsinin 04 may 1983-cü il tarixli qətnaməsi Azərbaycan SSR Prokurorluğunun nəzarət qaydasında verdiyi protest əsasında işə baxan Azərbaycan SSR Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyası Kirovabad şəhər Gəncə rayon xalq məhkəməsinin 04 may 1983-cü il tarixli 2-275/1983 saylı qətnaməsini ləğv etmişdir. Xanlar (Göygöl) rayon məhkəməsinin 29 dekabr 1997-ci il tarixli qərardadı ilə Gəncə rayon X12 icraiyyə Komitəsinin X6 və qeyrilərindən yaşayış evi və əlavə tikililərin əvəzsiz olaraq Gəncə rayon Sovetliyinin fonduna verilməsi barədə mülki işin icraatına xitam verilmişdir. İşdə olan Gəncə şəhər icra hakimiyyəti aparatı nəzdində yaradılmış komissiyanın 6 №-li iclas protokolu qərarının 2-ci hissəsində göstərilir ki, Gəncə rayon xalq məhkəməsinin 04 may 1983-cü il tarixli qətnaməsi ilə müsadirə edilmiş Əlövsət Məmmədov küçəsi 99 №li evin sahəsi 16,8 kv.m, 28,4 kv.m yaşayış otaqları və 11,3 kv.m eyvan əvəzsiz olaraq sahibinə - İddiaçı2 qaytarılsın. İşdə olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 505 saylı sərəncamından görünür ki, Gəncə şəhər icra hakimiyyəti aparatı nəzdində yaradılmış komissiyanın 6 №-li iclas protokolu qərarının 2-ci hissəsi qüvvədən düşmüş hesab edilmişdir. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)- 535/2020 nömrəli qərarından görünür ki, İddiaçı2 iddiası təmin edilmiş və İddiaçı2 ünvan 5 ünvanda yerləşən sahəsi 16,8 kv.m və 28.4 kv.m olan yaşayış otaqları və 11.3 kv.m olan eyvan üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı2 adına qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 3 saylı Gəncə ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi hal-hazırda İddiaçı2 mülkiyyətində olmaqla, adına xx.xx.2021-ci il tarixli, **********34-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)- 2115/2021 nömrəli qərardadından görünür ki, Cavabdeh4, X8 və Nümayəndə ərizəsi əsasında Gəncə İnzibati Məhkəməsinin 2-1(114)- 535/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)- 10/2022 nömrəli qərardadından görünür ki, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8-1(114)- 5/2023 saylı qərardadı ilə Cavabdeh4, X8 və Nümayəndə məhkəmə qərarının icrasına dönüş edilməsi barədə ərizəsi təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarının icrasında dönüş edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əvvəlki vəziyyətinə qaytarılmışdır. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)- 1510/2023 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsinə qarşı Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsi 99 saylı əmlaka xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli dövlət qeydiyyatının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Ə.Məmmədov küçəsi, sahəsi 45.2 kv.m yaşayış sahəsindən ibarət olan 99 № li yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında 25 may 1987-ci il tarixdə İddiaçı2 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatda deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının mülkiyyətində olan evə qanunsuz sahiblənərək yaşamaqla, onun həmin mənzildən istifadə etmək və həmin evə sahib olmaq hüquqlarını məhdudlaşdırmışdır. Buna görə də iddiaçının cavabdehdən onun mülkiyyətindən olan evdən istifadə və sahiblik etməyə maneənin aradan qaldırılmasını tələb etmək hüququ vardır. Cavabdehin iddiaçıya məxsus evdə yaşamağı iddiaçının mülkiyyət hüquqlarını pozduğuna görə cavabdeh mübahisəli evdən çıxarılmalıdır. Cavabdehin nümayəndəsi mübahisəli evdə onların da payı olduğunu, iddiaçının saxta yolla evi sənədləşdirdiyini və mülkiyyətə dair dövlət reyestrindən qanunsuz olaraq çıxarış aldığını bildirsə də, bu faktları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının adına xx.xx.2021-ci il tarixli, **********34-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış mübahisələndirilərək qeyri-dəqiqliyi sübuta yertirilmədiyi müddətdə həmin reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi iddianı təmin etmiş məhkəmə ünvan 2 ünvanında yerləşən yaşayış evin xx.xx.2021-ci il tarixli, **********34- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçının mülkiyyəti olmasına əsaslanmışdır. İşdən isə görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evinə iddiaçının adına xx.xx.2021-ci il tarixli, **********34-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın verilməsinə əsas olmuş Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı sonradan ləğv edilmiş, iddiaçının tələbi mümkün sayılmamışdır. İddiaçı2 adına ünvan 2 ünvanında yerləşən yaşayış evinə mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) məhkəmənin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı əsasında verildiyinə görə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8-1(114)-5/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarının icrasında dönüş edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əvvəlki vəziyyətinə qaytarılmışdır. Yəni birinci instansiya məhkəməsinin iddia tələbini təmin etmək üçün istinad etdiyi sübut aradan çıxmışdır. Həmin mülk isə ilkin olaraq X2 adına qeydiyyata alınmış, 1983-cü ildə həmin mülkün dövlət fonduna keçirilməsi məsələsi müzakirə edilərkən hazırkı iş üzrə iddiaçı Vudadi Bağırov evin dövlət fonduna keçirilməsinə razı olduğunu, digər cavabdeh (hazırkı iş üzrə iddiaçının qardaşı) Vaqif Bağırov isə evin əvəzsiz olaraq dövlət fonduna keçirilməsinə etiraz etmişdir. Hazırda evin iddiaçıya məxsus olduğunu təsdiq edən sübut mövcud deyildir, yəni ev tərəflərin ulu babaları olan mərhum X2 adına qayıtmışdır. İddiaçı isə qohumluq münasibətlərini və mirasın qəbul edildiyini təsdiq edən müvafiq sübutlar təqdim etməmişdir. Digər tərəfdən işin hallarından da görünür ki, iddiaçı uzun illərdir ki, həmin evdə yaşamır. Belə olan halda kollegiya hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 217-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin uzərinə düşür. MPM sübut etmə vəzifələrinin bölgüsünün ümumi qaydasını muəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yukundən azad edə, yaxud sübut etmə yükünü boluşdurə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırda iddiaçının mübahisəli ünvandakı yaşayış sahəsinə hüququnu təsdiq edən sənəd qüvvədən düşmüşdür. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 385, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-62/2022 qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı2 Cavabdeh4 qarşı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov İslam Həsənov
Məhkəmə qərarları › İş №2(104)-332/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-332/2023
12.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver