Məhkəmə qərarları › İş №2(104)-336/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-336/2023

05.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-336/2023 05.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Hüseynzadə Afiq Hüseyn oğlunun sədrliyi və məruzəsi, Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, Cavabdeh3 Çilingər qızının iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Çilingər qızı, Cavabdeh4 və müstəqil tələb sürməyən üçüncü şəxs DƏDRX-in Tovuz Ərazi İdarəsinə (hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi) qarşı “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və miras qalmış əmlakda payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 03 oktyabr 2013-ci il tarixli, 2(023)-663/2013 saylı qətnaməsindən hüquq və vəzifələrinə toxunan şəxs qismində X25 tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Çilingər qızı, Cavabdeh4 və müstəqil tələb sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsinə qarşı “mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və miras qalmış əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən miras əmlakın mərhum X3nın mülkiyyətində olması, həmin mirasın onun tərəfindən faktiki qəbul edilməsi faktının və miras əmlakdan ona düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1947-ci ildə Qazax şəhərində anadan olmuşdur. X4 ilə X3 ilə birgə yaşadıqları dövrdə ünvan 2 ünvanda mənzil almışlar. Valideynlərinin birgə yaşadıqları dövrdə altı övladları olmuş və həmin uşaqların hamısı həmin evdə böyüyüb boya-başa çatmışlar. X1 xx.xx.1969-cu ildə vəfat etmişdir. Onun ölümündən sonra atasından miras qalmış əmlakı anası faktiki qəbul etmiş və bacısı Yaqut qızları ilə birlikdə anasının yanında yaşamışdır. X3 isə 1979-cu ildə vəfat etmişdir. Anasının ölümündən sonra miras qalmış ünvan 3 ünvanda yerləşən evi və torpaq sahəsini o və bacısı X19 faktiki qəbul etmişlər. Lakin qanunları bilmədiklərindən vərəsəlik şəhadətnaməsi almaq üçün notariat kontoruna müraciət etməmişlər. Hazırda bacıqardaşlarından - X13 1978-ci ildə, X21 1986-cı ildə, X19 2000-ci ildə, X22 2002-ci ildə, X14 isə 2006-cı ildə vəfat etmişlər. Bacısı Yaqut vəfat etdikdən sonra onun qızları Ayşən və Gülşən ailəli olmaqla başqa ünvanlarda, yəni Ayşən və Gülşən Rusiya Federasiyasında Moskva şəhərində yaşadıqlarına görə analarından qalmış mirası nə faktiki, nə də qanuni yolla qəbul etməmişlər. Yaqut vəfat edəndən sonra anasından miras qalmış və onun istifadəsində olmuş fərdi yaşayış evini və torpaq sahəsini faktiki olaraq qəbul etmiş və o idarə etmişdir. Hazırda o Qazax rayonunun Xanlıqlar kəndində yaşadığından həmin evə vaxtaşırı gəlib-gedə bilmir. Bütün bunlardan istifadə edən qardaşı oğlu heç bir səlahiyyəti olmadan anasından miras qalmış evdən və torpaqdan istədiyi kimi istifadə edir. Mübahisəli mülkə vərəsəlik açılarkən mərhum bacısı X7 övladları cavabdehlər vərəsə olsalar da vərəsəlik açıldıqdan sonra mirası nə faktiki, nə də rəsmi qəbul etməmişlər. Yalnız iddiaçı anasından qalmış mirası faktiki qəbul etmişdir. Qazax Rayon Məhkəməsinin 03 oktyabr 2013-ci il tarixli, 2(023)-663/2013 saylı qətnaməsi ilə (E.Cəbiyev) iddia təmin edilərək, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 64,3 kv.metr, tikintialtı sahəsi 72,5 kv.metr fərdi yaşayış evinin və 0,04685 ha torpaq sahəsindən ibarət mirasın X6 mülkiyyətində olmasının müəyyən edilməsi və həmin mirasın İddiaçı tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi, həmin evin və torpaq sahəsinin 1/2 hissəsi iddiaçının payı kimi müəyyən edilməsi və göstərilən hüquqların qeydə alınmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Qazax Rayon Məhkəməsinin 03 oktyabr 2013-ci il tarixli, 2(023)-663/2013 saylı qətnaməsindən Cavabdeh3 Çilingir qızının verdiyi apellyasiya şikayəti Qazax Rayon Məhkəməsinin 23 iyun 2014-cü il tarixli, 2(023)-663/2013 saylı qərardadı ilə geri qaytarılmışdır. Qazax Rayon Məhkəməsinin 03 oktyabr 2013-ci il tarixli, 2(023)-663/2013 saylı qətnaməsindən cavabdeh X2 verdiyi apellyasiya şikayəti Qazax Rayon Məhkəməsinin 15 dekabr 2014-cü il tarixli, 2(023)-663/2013 saylı qərardadı ilə geri qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Qazax Rayon Məhkəməsinin 03 oktyabr 2013-ci il tarixli, 2(023)-663/2013 saylı qətnaməsindən narazı qalan hüquq və vəzifələrinə toxunan şəxs qismində X25 apelyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 2(023)-663/2013 saylı, xx.xx.2013-ci il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin rədd edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilərək, miras əmlakın qəbulu ilə bağlı müddətin üzürlü sayılaraq uzadılması, həmin əmlakların tərəfındən faktiki qəbul edilməsi, ünvan 5 ünvanda yerləşən miras əmlaklardan ibarət olan evə və torpaq sahəsinin mərhum anası X9 mülkiyyətində olmasını və qalmış mirasın tam hissədə onun payının müəyyən edilməsini xahiş etmişdir. X25 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı ərizəsində miras əmlaka münasibətdə qanun üzrə vərəsələrin dairəsini düzgün göstərməmişdir. Belə ki, o da miras qoyanların birinci növbəli vərəsələri sırasına daxil olmağıına baxmayaraq, onun barəsində bacısı tərəfindən bu gizlədilmişdir. Əslində vərəsələrin sayı 6 deyil 8 olmuşdur. Məhkəmə maraqlı şəxslərin və vərəsələrin dairəsini müəyyən etməmişdir. İddiaçı ünvan 1 ünvanda yerləşən miras əmlakın onun X3nın mülkiyyətində olması faktının müəyyən edilərək mirasın onun tərəfindən qəbul edilməsi və miras əmlakdan ona düşən payın müəyyən edilməsi barədə iddiasında miras əmlakı faktiki olaraq qəbul etdiyini və idarə etdiyini bildirsə də digər tərəfdən bunu özü təkzib edərək göstərmişdir ki, o, Qazax rayonunun Xanlıqlar kəndində yaşadığından həmin evə vaxtaşın gedib-gələ bilmir. Bütün bunlardan istifadə edən qardaşı oğlu heç bir səlahiyyəti olmadan anasından miras qalmış evdən və torpaqdan istədiyi kimi istifadə edir. Göstərilən hal həm iddiaçı, həm də məhkəmə iclasında iştirak edən cavabdehlərdən X2 məhkəmə iclasında verdiyi izahatında təsdiq edilir. Bundan başqa məhkəmə qətnaməsində tədqiq olunmuş sübutlardan görünür ki, notariusda mübahisələndirilən əmlakla bağlı hər-hansı bir vərəsəlik işi açılmamışdır. Belə olan halda isə iddiaçının mirasın qəbul etməsi ilə bağlı müəyyən olunmuş 6 aylıq müddəti heç bir üzürlü səbəb olmadan buraxmışdır. ünvan 1 ünvanda yerləşən miras əmlaklardan ibarət olan evdən və torpaq sahəsindən hazırkı vaxtadək iddiaçı istisna olmaqla digər vərəsələrdən o və bacısı Yaqutun qızı Cavabdeh3 Çilingər qızı istifadə edərək, idarə etmişlər. Yuxarıda göstərilən işin halları məhkəmə tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş qeyd olunan sübutlara düzgün qiymət verməmiş tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Buna baxmayaraq məhkəmə iddiaçının xeyrinə tərəflərindən mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə iddia tələbi üzrə qətnaməsini payın müəyyən edilməsi hissəsində əsalanadırmamış və nəyə görə iddiaçıya həmin əmlakın 1/2 hissədə payın müəyyən edilməsini göstərməmişdir. Göstərilənlərə əsasən maraqlı şəxs kimi məhkəməyə müraciət etməklə yanaşı ərizə, müddətin bərpası barədə vəsatət və apellyasiya şikayəti verir, hesab edir ki, şikayətinin dəlillərinə əsasən məhkəmənin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, mübahisələndirilən miras əmlakla bağlı vərəsələr arasında yeganə olaraq övladlardan o qaldığından valideyinlərindən qalmış miras əmlakdan tam onun payı müəyyən edilməlidir. Məhkəmə vərəsələrin dairəsini müəyyən etməmişdir. İddiaçının bu barədə verdiyi məlumatlarla kifayətlənmişdir. Qətnamə işin faktiki hallarına, tərəflərin verdikləri izahatlara və təqdim edilmiş sübutlarla əsaslandırılmamışdır. Vərəsələrin dairəsinin 8 nəfərdən ibarət olmasını araşdırmamışdır. Belə ki, onlar 3 bacı, 5 qardaşdan ibarət olmuşlar, vərəsələrdən yeganə olaraq o sağdır. Miras əmlakla bağlı iddiaçı notariusa müraciət etməmiş, burada heç bir vərəsəlik işi açılmamışdır. Məhkəmə göstərilən halı araşdırmamışdır. Belə ki, tərəflər arasında miras əmlakla bağlı qanunun tələbinə əsasən mübahisə yarandıqdan sonra məhkəməyə müraciət edilməsi nəzərdə tutulmuşdur. Normalar vəsiyyət edənlə mirasın şərikləri arasında münasibətləri nizama salır. Konkret olaraq hazırda mübahisələndirilən əmlakla bağlı vəsiyyətnamənin olmadığı müəyyən edilir. Belə olan halda məhkəmə lüzumsuz yerə həmin maddələri qeyd etməklə işə aidiyyatı olmayan normaları qətnamədə qeyd edərək göstərmişdir ki, bu da MPM-ə əsasən yolverilməzdir. Birinci instansiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almayaraq, mübahisə predmetinə sübutlara MPM-nin 88-ci maddəsinin müddəalan baxımından hüquqi qiymət verməmiş və bunun nəticəsində iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir. Məhkəmə özünün qətnaməsində göstərmişdir ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 64,3 kv.metr, tikintialtı sahəsi 72,5 kv.metr fərdi yaşayış evi və 0,04685 ha torpaq sahəsi X10 və X6 mülkiyyətində olmuşdur. X10 vəfatından sonra həmin mirası onun arvadı X18 qəbul etmişdir. Sonuncunun ölümündən sonra qalmış mirası onun övladları X19 və İddiaçı qəbul etmişlər. Odur ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməli, həmin əmlakın 1/2 hissəsi İddiaçı miras payı kimi müəyyən edilərək mülkiyyətinə verilməlidir. İddiaçı tərəfındən mirasın qəbul edilməsi, onun və digər şəxsin cavabdehlərdən X2 verdikləri izahatlarında təkzib edilir. Belə ki, iddiaçı və eləcə X2 verdikləri izahatlarında göstərilir ki, iddaçı mübahisələndirilən ünvanda yaşamamış, o, Qazax rayonun Xanlıqlar kəndində yaşadığından həmin evə vaxtaşın gedib-gələ bilmir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşdə olan sübutlar: Qazax rayon qeydiyyat şöbəsinin verdiyi 12 noyabr 2010-cu il tarixli arayışdan görünür ki, X20 01 dekabr 1969-cu ildə ölmüşdür. Qazax rayon qeydiyyat şöbəsinin 01 mart 2012-ci il tarixli AZ-İ 500589 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 09 avqust 1979-cu ildə ölmüşdür. Bakı şəhər Şaumyan rayon VVAQ şöbəsinin verdiyi 19 yanvar 1987-ci il tarixli İİİ-JQ 375596 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X21 11 dekabr 1986cı ildə ölmüşdür. Qazax rayon qeydiyyat şöbəsinin verdiyi 19 noyabr 2010-cu il tarixli arayışdan görünür ki, X19 25 sentyabr 2000-ci ildə ölmüşdür. Qazax rayon qeydiyyat şöbəsinin verdiyi 22 fevral 2011-ci il tarixli arayışdan görünür ki, X22 16 oktyabr 2002-ci ildə ölmüşdür. Ölüm haqqında şəhadətnamənin suarətindən görünür ki, İddiaçı 15 noyabr 2014-cü il tarixdə ölmüşdür. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 anası İddiaçı Sabir qızıdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Qazax şəhəri, Çaparidze küçəsi 24-də yerləşən yaşayış evi ilk olaraq X10 və X6 adına, daha sonra isə X15 qeydə alınmışdır. Həmin texniki pasportun siyahısında Qazax Rayon Xalq Məhkəməsinin 17 sentyabr 1982-ci il tarixli, 2-257-82 saylı və 25 aprel 1983-cü il tarixli, 2-156-1983 saylı qətnamələri qeyd olunmaqla, əmlakın Yaqut və Ənvər adlı şəxslər arasında bölgü planı da əlavə olunmuşdur. Qazax Rayon Xalq Məhkəməsinin 2-156-1983 saylı 25 aprel 1983-cü il tarixli qətnaməsinin birinci vərəqindən görünür ki, X26 cavabdeh X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ata analarından miras qalmış ünvan 7 ünvanda yerləşən evin evin iki yerə bölünməsini xahiş etmişdir. Qazax şəhəri Çaparizde küçəsində yaşayan Ənvər Mustafayev və Yaqut Məmmədovanın iştirakı ilə tərtib olunmuş Qazax RİK-in 20 sentyabr 1983-cü il tarixli aktın surətindən görünür ki, Qazax rayon Xalq Məhkəməsinin 17 sentyabr 1982-ci il tarixli 2- 257-82 nömrəli qətnaməsinə əsasən onların mərhum atalarından miras qalmış torpaq sahəsi qətnamədə göstərilən qaydada hər ikisinin şərikli istifadəsində saxlanmaqla sahə iki yerə bölünmüş və sərhədləri nişanlanaraq hər ikisinə tanıdılmışdır. Y.Məmmədovaya tapşırılmışdır ki, ara sərhəddini yarısına qədər daş hasar hördükdən sonra qapısını açmaqla istifadə edə bilər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 27 aprel 2023-cü il tarixli arayışından görünür ki, (keçmiş ünvan 9) hazırki Əminə Dilbazi küçəsi 24 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və X6 adlarına 1/2 hissə paylı olmaqla xx.xx.2015-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Qazax rayonu Notariat kontorunun 11 iyul 2015-ci il tarixli 2V-175, 2V-189 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X11 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixində hüquqları dövlət qeydiyyatına alınmışdır. Sorğuda qeyd olunan qətnamələr arxiv qovluğunda mövcud deyildir. Milli Arxiv İdarəsi Qazax rayon Dövlət Arxivinin 13 aprel 2023-cü il tarixli arayışından görünür ki, Qazax rayon Xalq Məhkəməsinin 1982-1983-cü illərə aid sənədləri Dövlət Arxivində saxlanılmır. İştirkaçılıqla bağlı prosessual məsələlər və proses iştirakçılarının izahatları: Məhkəmə kolelgiyasının iclasında iştirak edən Cavabdeh3 Çilingər qızı izahat verib bildirmişdir ki, miras qalmış mülk onun anası mərhum Yaqut Məmmədova ilə mərhum dayısı Ənvər Mustafayev arasında Qazax rayon Xalq Məhkəməsinin qətnaməsi əsasında bölünmüşdür. Digər vərəsələr mirası qəbul etməmişdir. İndiyədək onlara düşən payda o yaşamaqdadır. İddiaçı olan mərhum xalası və onun oğlu Nəsimi, o cümlədən hazırda şikayət verən dayısı Arif, ailəq qurduqları vaxtdan, o cümlədən anaları öldükdən sonra həmin evdə yaşamamışlar. 1983-cü il tarixdə dayısı ilə anası arasında mirasın bölüşdürülməsinə dair mübahisədə xalası Zümrüd anasını müdafiə etmiş və onun mirası qəbul etməsini rəsdiqləmişdir. Bu fakt Qazax Rayon Xalq Məhkəməsinin 2-156-1983 saylı 25 aprel 1983-cü il tarixli qətnaməsi ilə də öz təsdiqni tapır. Buna görə də apellyasiya şikayətinin təmin edilərək, qətnamənin ləğv edilməsini və mirasın yalnız ona məxsus olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı prosessual hüquqi varisi X23, hüquq və vəzifələrinə toxunan şəxs qismində X25, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və müstəqil tələb sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməmiş şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı prosessual hüquqi varisi X23 anasının mirası faktiki olaraq qəbul etdiyini, X17 isə mirası qəbul etmədiyini bildirib, apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Bununla yanaşı əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 izahat verib bildirmişdir ki, baba və nənəsindən mirası qalmış evi Ayşənnin anası mərhum Yaqut ilə mərhum atası Ənvər faktiki olaraq qəbul etmiş və 1980-ci illərdə məhkəmə qətnaməsi ilə onlar arasında miras bölünmüşdür. Həmin qətnaməyə əsasən həyətyanı torpaq sahəsi ayrılmış və onlar özlərinə ayrıca ev tikmişlər. Köhnə evdə isə bibisi Yaqut qızı Ayşən ilə qalmışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, mirasın bölnməsinə dair qətnamələr uzun müddət keçdiyinə görə onlarda qalmamışdır. Tətbiq edilən hüquq: xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR-in 11 sentyabr 1964cü il tarixli Mülki Məcəlləsi:

527. vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

532. qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.

552. mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materilları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Qazax Rayon Məhkəməsinin 03 oktyabr 2013-ci il tarixli, 2(023)-663/2022 saylı qətnaməsindən maraqlı şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq idda tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X20 ilə X8 mülkiyyətlərində Qazax şəhəri, Çaparidze küçəsi (sonradan Ağamalıoğlu küçəsi, daha sonra isə Əminə Dilbazi küçəsi) 24 saylı ev olmuş, onların birgə nikahlarından Yaqut, Vaqif, Mustafa, Ənvər, Tamara, Zümrüd və Arif adlı övladları doğulmuşdur. X20 1969-cu il tarixdə, X18 isə 1979cu il tarixdə ölmüşdür. Onların ölümümdən sonra Qazax şəhəri, Çaparidze küçəsi 24 saylı ev miras qalmış və həmin miras övladları Yaqut və Ənvər tərəfindən qəbul edilmişdir. Belə ki, iş materiallarında olan, DƏDRX-in Tovuz Ərazi İdarəsi tərəfindən təsdiq edilmiş Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, Qazax şəhəri, Çaparidze küçəsi 24-də yerləşən yaşayış evi ilk olaraq X10 və X6 adına, daha sonra isə X15 qeydə alınmışdır. Həmin texniki pasportun siyahısında Qazax Rayon Xalq Məhkəməsinin 17 sentyabr 1982-ci il tarixli, 2-257-82 saylı və 25 aprel 1983-cü il tarixli, 2-156-1983 saylı qətnamələri qeyd olunmaqla, əmlakın Yaqut və Ənvər adlı şəxslər arasında qətnaməyə əsasən bölgü planı da əlavə olunmuşdur. Bir vərəqdən ibarət olmaqla DƏDRX-in Tovuz Ərazi İdarəsi tərəfindən təsdilənmiş Qazax Rayon Xalq Məhkəməsinin 2-156-1983 saylı 25 aprel 1983-cü il tarixli qətnaməsinin birinci vərəqindən isə aydın olmuşdur ki, 1983-cü il tarixdə X26 cavabdeh X16 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ata-analarından miras qalmış ünvan 7 ünvanda yerləşən evin evin iki yerə bölünməsini xahiş etmişdir. Bundan başqa iş materiallarına əlavə olunmuş Qazax şəhəri, Çaparizde küçəsində yaşayan, Ənvər Mustafayev və Yaqut Məmmədovanın iştirakı ilə tərtib olunmuş Qazax RİK-in 20 sentyabr 1983-cü il tarixli aktın surətindən görünür ki, Qazax rayon Xalq Məhkəməsinin 17 sentyabr 1982-ci il tarixli 2- 257-82 nömrəli qətnaməsinə əsasən onların mərhum atalarından miras qalmış torpaq sahəsi qətnamədə göstərilən qaydada hər ikisinin şərikli istifadəsində saxlanmaqla sahə iki yerə bölünmüş və sərhədləri nişanlanaraq hər ikisinə tanıdılmışdır. Həmin qətnamələrin surətlərinin tam şəkildə Qazax Rayon Məhkəməsindən, Arxiv İdarəsindən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsindən əldə edilməsi mümkün olmasa da, miras qalmış əmlakın qeyd olunan qətnamələr əsasında 1982-1983-cü illərdə bölünməsi və qətnamələrin icra olunması işdə olan sənədlərlə yanaşı, faktiki vəiyyətlə də təsdiq olunmudur. Belə ki, həmin qətnamələr Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda qeyd olunmaqla, əmlakın Yaqut və Ənvər adlı şəxslər arasında bölgü planı da pasporta əlavə olunmuşdur. Digər tərəfdən hazırkı iş üzrə cavabdeh olan mərhum X12 oğlu Nurəddin Mustafayev və mərhum X15 qızı Cavabdeh3 verdiyi izahatlarla miras qalmış əmlakın bölünməsi və onların ayrı-ayrılıqda bölünmüş əmlaklarda yaşamasını təsdiq etməklə, iddiaçının prosessual hüquqi varisi də bu faktı inkar etməmişdir. Beləliklə, göründüyü kimi X20 və X5 miras qalmış əmlak 1980-ci illərdə məhkəmə qətnaməsi əsasında bölünsə də işə baxan birinci instansiya məhkəməsi iş materiallarında olan həmin sübutlara əhəmiyyət vermədən, qanunsuz və əsassız qətnamə çxarmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsinin 03 oktyabr 2013-ci il tarixli, 2(023)-663/2022 saylı qətnaməsindən maraqlı şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq idda tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, miras qalmış əmlak daha əvvəl Qazax rayon Xalq Məhkəməsinin qətnaməsi ilə vərəsələr arasında bölüşdürüldüyündən, yəni hazırda miras qalmış əmlak mövcud olmadığından tərəflərin mirası faktiki olaraq qəbul edib-etməməsinə hüquqi qiymət verilməsinə də zərurət olamamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Qazax Rayon Məhkəməsinin 03 oktyabr 2013-ci il tarixli, 2(023)-663/2022 saylı qətnaməsi ləğv edildiyindən, icrada dönüş edilərək həmin qətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrindəki xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair qeyd də ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Qazax Rayon Məhkəməsinin 03 oktyabr 2013-ci il tarixli, 2(023)-663/2013 saylı qətnaməsindən maraqlı şəxs X25 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 03 oktyabr 2013-ci il tarixli, 2(023)-663/2013 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 03 oktyabr 2013-ci il tarixli, 2(023)-663/2013 saylı qətnaməsi əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair qeyd ləğv edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar