Məhkəmə qərarları › İş №2(104)-340/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-340/2024

14.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-340/2024 14.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-662/2023 saylı qətnaməsindən İddiaçı verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh, maraqlı şəxs Ağstafa Rayon Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı "vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət edərək, mərhum atası X7 03.01. 2021-ci il tarixdə ölümü ilə etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında alınmış çıxarışın ləğv edilməsi, mərhum anası X10 həmin miras əmlakda ½ hissədə payının müəyyən edilməsi, anasının həmin payından payının müəyyən edilməsi, həmin hissədə vərəsəlik şəhadətnaməsinin verilməsi, ümumi miras əmlakın paylara mütanasib şəkildə bölünməsi və ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-662/2023 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov ) İddiaçı Cavabdeh, maraqlı şəxs Ağstafa Rayon Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı "vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-662/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mərhum atası X15 2021-ci ilin yanvarın ayının 3-də vəfat etmişdir, onun vəfatından sonra ondan miras əmlak olaraq ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 2rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 m/kv olan yaşayış evi, Hyundai Elantra markalı ** NT *** qeydiyyat nömrə nişanlı avtomaşın miras qalmışdır. Həmin miras əmlakların atasına aid olan hissəsindən iddiaçı, bacısı X5 və anası X17 vərəsəlikdən imtina etmişlər. Həmin vaxt qardaşı Cavabdeh imtina etməyinin ən gərəkli səbəbi olaraq evin satılmamasını onun üzərinə aralarında öhdəlik qoymuşlar, o da həmin razılaşma ilə razılaşmışdır. Daha sonra, yəni xx.xx.2021-ci il tarixdə anası X17 vəfat etmişdir. Həmin miras qalmış olan əmlaklar mərhum atası ilə mərhumə anasının birgə nikahları dövründə əldə olunmuş olan əmlaklar olduğundan, həmin əmlaklarda mərhum anası X10 1/2 payı var ki, iddiaçı vərəsə olaraq həmin əmlakları faktiki olaraq qəbul etmişdir, yəni həmin ata və anadan qalmış olan yaşayış evində yaşayan şəxs olmadığından, yəni qardaşının ailəsi ilə birlikdə Bakı şəhərinə yaşamaq üçün getdiyindən evə nəzarəti o, etmişdir, həmin evin aylıq ödənişlərini o, etmişdir. O, mirası qəbul etmiş və mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Lakin mirasın qəbul edilməsinin rəsmiləşdirilməsinə cavabdeh maneçilik törədir, evi öz bildiyi kimi bölərək istifadə edir. Burada isə qardaşı Cavabdeh ümumi miras əmlakı əlinə keçirməklə, vermiş olduğu vədinə əməl etmir, yəni ata mülkləri olan yaşayış evini satmaq niyyətindədir. Məhz bu səbəbdən də, tərəfindən verilmiş olan vərəsəlikdən imtina ərizəsinin etibarsız sayılmasını, həmin hissə üzrə mərhum atasından qalmış olan vərəsəlik işi üzrə miras əmlaka onun adına ¼ pay olmaqla vərəsəlik şəhadətnaməsinin verilməsini, atası ilə anasıın birgə nikahından əldə olunmuş əmlaklar olduğundan mərhum anasından qalmış olan miras əmlakdan isə 1/3 qədəri ilə pay almaq hüququnun olduğu nəzərə alınmaqla, ümumi əmlakda onun payı atasına aid olan hissədə 1/4 pay, anasına aid olan hissədə isə 1/3 pay müəyyən edilməlidir. Cavabdeh, üçüncü şəxs kimi işə cəlb edilmiş X4, maraqlı şəxs Ağstafa Rayon Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 15 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmı kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, onlar ailədə 3 uşaq olmuşlar. O, cavabdeh Elvin və Gülnarə. Miras mülkdə Elvin yaşamış və indi ona məlum olur ki, cavabdeh qardaşı miras əmlakları qərəzli olaraq başqasının adına sənədləşdirərək, onlara veriləcək miras paydan yayınmaq istəyir. O, özü isə 2008-ci ildə ailə qurmuş, həmin vaxtdan ər evində yaşayır. Hesab edir ki, onun miras əmlakda payı vardır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-662/2023 saylı qətnaməsinin ləğv edilməsi və miras əmlakda onun və hər bir vərəsənin miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-662/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: - DƏDRX-in 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Ağstafa şəhəri, X20 küçəsi, döngə 1, sahə 3B ünvanında yerləşən 0.015 ha. torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Ağstafa rayon DNKnin xx.xx.2017-ci il tarixli, 4Ə-19 nömrəli alıcı ilə satıcı arasında bağlanmış alqı-satqı müqaviləsi, DƏDRX-in 15 saylı Ərazi İdarəsinin xx.xx.2014-cü il tarixli, ******* nömrəli dövlət reyestrindən çıxarış əsasən X7 adına qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Ağstafa şəhəri, X20 küçəsi, döngə 1, sahə 3B ünvanında yerləşən 0.015 ha. torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X7 adına xx.xx.2017-ci ildə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, dalan 1, ev 4 ünvanındakı 0.0672 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi xx.xx.2011-ci ildə X7 mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “HYUNDAİ ELANTRA” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X11r. “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, X15 ilə X17 xx.xx.1978-ci il tarixində nikah bağlamış və bu nikah vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında həmin tarixli, 37 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlanmasından sonra ərə “Bayramov”, arvada “Bayramova” soyadının verilmişdir. “Ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci il tarixində ölməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatında qeydə alınmışdır. Ağstafa rayon İcra hakimiyyəti başçısının Ağstafa şəhər inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 530/g saylı arayışdan görünür ki, X17 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra qızı – X5, qızı – İddiaçı və oğlu – Cavabdeh ailə üzvləri qalmışdır. Ağstafa rayon notariat ofisində xx.xx.2021-ci il tarixində imzalanmış ərizələrdən görünür ki, X5, İddiaçı və X17 X3ndan qalmış miras əmlakın onlara çatası hissəsindən imtina etmişlər. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə, X5 xx.xx.1979-cu ildə, İddiaçı isə xx.xx.1980-cı ildə anadan olmuş, onların atası X15, anası isə Bayramova ( Mürşüdova) Ceyran Göycə qızıdır. Məhkəmə kollegiyasının sorğusu ilə Ağstafa rayon notariat ofisindən əldə edilmiş X7 vərəsəlik işində olan xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh ondan miras qalmış əmlaklardan tam hissədə pay almışdır. Miras əmlaklar Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Ağstafa şəhəri, X20 küçəsi, döngə 1, sahə 3B ünvanında yerləşən 0.015 ha. torpaq sahəsi, MA seriyalı, ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, dalan 1, ev 4 ünvanındakı 0.0672 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evi, 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “HYUNDAİ ELANTRA” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilidən ibarətdir. Həmin vərəsəlik işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixində imzalanmış ərizələrdən görünür ki, X5, İddiaçı və X17 X3ndan qalmış miras əmlakın onlara çatası hissəsindən imtina etmişlər. Həmin vərəsəlik işinə X3ndan qalmış miras əmlakların mülkiyyət sənədləri əlavə edilmişdir. Məhkəmə kollegiyasının sorğusu ilə Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsindən əldə edilmiş: ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan görünür ki, Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, dalan 1, ev 4 ünvanındakı 0.0672 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 ha fərdi yaşayış evi də Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Ərazi İdarəsi tərəfindən verilmiş ********** nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən Ağstafa şəhəri, X23 küçəsi, döngə 1, sahə 3B ünvanındakı 0.015 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. 31 avqust 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Ağstafa şəhəri, X23 küçəsi, döngə 1, sahə 3B ünvanındakı 0.015 ha torpaq sahəsini X12 5000 manat məbləğinə satmış və həmin torpaq sahəsi tam mülkiyyət hüququ üzrə X8 mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağstafa şəhəri, X23 küçəsi, döngə 1, sahə 3B ünvanındakı 0.015 ha torpaq sahəsinin mülkiyyətçisi X13r. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır. 31 avqust 2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, dalan 1, ev 4 ünvanındakı 0.0672 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 ha fərdi yaşayış evi X12 85000 manat məbləğinə satmış və mənzil tam mülkiyyət hüququ üzrə X8 mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağstafa şəhəri, Ş.Qurbanov küçəsi, dalan 1, ev 4 ünvanındakı 0.0672 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 ha fərdi yaşayış evinin mülkiyyətçisi X13r. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddanı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum valideynlərinin birgə nikah dövründə əldə olunmuş miras əmlakları olduğundan mərhum anası X10 ½ payını faktiki olaraq qəbul etdiyini bildirərək həmin hissədən payın ayırlması tələbi təmin edilə bilməz. İddiaçının həmin evdə anadan olması faktı öz-özlüyündə mirasın qəbul edilməsi demək deyil, evdə anadan olma evin miras olaraq qəbul edilmiş sayılması üçün kifayət deyil. Mirasın açılmasından sonra evdə yaşayan bütün vərəsələr yalnız orada yaşamalarına görə evi miras kimi qəbul etmiş sayılır. İnkar oluna bilməz ki, vərəsə mirasın açılmasından sonra evdə onu miras kimi qəbul etmək niyyəti olmadan da yaşaya bilər. İddiaçı mirasın açılmasından sonra 6 ay müddətində zaman kəsiyində iddiaçı miras evi faktiki surətdə idarə etmə və ya miras evə yiyələnmə hesab edilə biləcək hər hansı davranış nümayiş etdirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, X15 ilə X17 xx.xx.1978-ci il tarixində rəsmi nikaha adxil olmuş və onlar birgə nikah müddətində birgə vəsaitləri hesabına yuxarıda qeyd edilən əmlakları əldə etmiş və həmin əmlaklar X7 adına dövlət qeydiyyatana alınmışdır. X7 xx.xx.2021-ci il tarixdə vəfatından sonra, ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 2rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 m/kv olan yaşayış evi və 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “HYUNDAİ ELANTRA” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ½ hissələri miras qalmışdır. X1 vəfatından sonra, 4 nəfər birinci növbədə qanun üzrə birinci növbə vərəsəsi, yəni arvadı X17 və uşaqları İddiaçı, Cavabdeh və X5 qalmışdır ki, bu, işin mübahisə edilməyən halıdır. X5, İddiaçı və X17 X3ndan qalmış miras əmlakın onlara çatası hissəsindən qanunla müəyyən edilmiş müddətdə imtina etmişlər. Buna baxmayaraq, Ağstafa rayon notariat ofisində X7 vəfatı ilə açılmış vərəsəlik işi üzrə xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X7 vərəsəsi Cavabdeh ondan miras qalmış əmlaklardan tam hissədə pay almışdır. Halbu ki, yuxarıda qeyd edildiyi kimi, mirasın predmeti yalnız əmlakların ½ hissəsindən ibarət olmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, X1 xx.xx.2021-ci ildə, eyni zamanda mərhum X10 xx.xx.2021ci ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər mərhumların qanun üzrə birinci növbə vərəsələridir. Göründüyü kimi, ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 2rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 m/kv olan yaşayış evi və minik avtomobili X3 ilə mərhum X10 birgə nikah dövründə əldə edilmiş əmlakdır. Bundan başqa, işin 17-18, 20-ci vərəqələrində olan X17, İddiaçı və X2 Notariat ofisinə yazdıqları xx.xx.2021-ci il tarixli ərizələrlə müəyyən edilir ki, onlar xx.xx.2021-ci ildə vəfat etmiş X6 qalmış mirasdan qanunla müəyyən edilmiş müddətdə imtina etmişlər. Ona görə də X6 qalmış miras əmlaklar üzərində oğlu Cavabdeh ½ hissədə vərəsəlik payı müəyyən edildiyindən, xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında əldə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-cı il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2021-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, X17 xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, yuxarıda qeyd edilən əmlakların ondan miras qalmış ½ hissəsinə vərəsəlik açılmalı və qeyd edilməlidir ki, mərhum X9 miras qalmış, ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 2rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 m/kv olan fərdi yaşayış evinin və 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “HYUNDAİ ELANTRA” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ½ hissəsi üzərində isə 3 nəfər vərəsənin, yəni qanun üzrə birinci növbə vərəsələrinİddiaçı, Cavabdeh və X2 hər birinin bərabər payda, yəni ½ payın 1/3 hissəsində payları vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mərhum X9 miras qalmış əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, 27 dekabr .2021-ci tarixdə vəfat etmiş X9 miras qalmış ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 2rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 m/kv olan fərdi yaşayış evinin və 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “HYUNDAİ ELANTRA” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X2, 1/6 hissəsinə Cavabdeh payı vardır. (1/2:3=1/6 hissə hər birinin ) Ümumiyyətlə isə, miras qalmış ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 2rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 m/kv olan fərdi yaşayış evi və 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “HYUNDAİ ELANTRA” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin üzərində Cavabdeh ½ hissədə payı nəzərə alınmaqla, ümumiulikdə həmin əmlaklar üzərində 4/6 hissəsinə Cavabdeh, 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X2 miras payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-662/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilməli, ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 2rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 m/kv olan yaşayış evi və 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “HYUNDAİ ELANTRA” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Ağstafa rayon notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında əldə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-cı il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2021-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilməli, X3 ilə mərhum X9 miras qalmış miras qalmış ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 2rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 m/kv olan fərdi yaşayış evi və 2012-ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “HYUNDAİ ELANTRA” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 4/6 hissəsinə Cavabdeh, 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X2 vərəsəlik payı müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-662/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 2rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 m/kv olan yaşayış evi və 2012ci il buraxılışlı, sedan tipli, ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “HYUNDAİ ELANTRA” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dair Ağstafa rayon notariat ofisində təsdiq olunmuş xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin, həmin şəhadətnamə əsasında əldə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-cı il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2021-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar ləğv edilsin. X3 ilə mərhum X9 miras qalmış ünvan 1 ünvanında 0.015 ha torpaq sahəsi, ünvan 2rləşən 0.0672 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 117.8 m/kv olan fərdi yaşayış evi və ban nömrəsi KMHDH41EBCU521482, mühərrik nömrəsi G4NBCU124199 olan, gümüşü rəngli, “HYUNDAİ ELANTRA” markalı, **-NT-*** dövlət qeydiyyat nişanlı avtomobilinin 4/6 hissəsinə Cavabdeh, 1/6 hissəsinə İddiaçı, 1/6 hissəsinə X2 vərəsəlik payı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar