Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-361/2023 09.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Xammal və X3 Mərkəzi "xxxx" MMC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi və “X5 Azərbaycan” QSC-nə qarşı hərracın nəticəsinin ləğv edilməsi, eləcədə yekuna dair bağlanmış protokolun, alqısatqı müqaviləsinin və mülkiyyət hüququna dair aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iş üzrə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(043)- 859/2021 nömrəli qətnaməsindən cavabdeh “X5 Azərbaycan” QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Xammal və X3 Mərkəzi "xxxx" MMC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi və “X5 Azərbaycan” QSC-nə qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdeh "xxxx" MMC-nin keçirdiyi hərracın nəticələrinin ləğv edilməsi, eləcədə hərracın yekununa dair bağlanmış 28 noyabr 2017-ci il tarixli, 64/02 nömrəli protokolunun, alqı-satqı müqaviləsinin və hərracın yekununun keçirilməsinin, mülkiyyət hüququna dair aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması və ipoteka müqaviləsinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(043)-859/2021 nömrəli (hakim T.Qocayev) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, X4 küçəsi, 118 ünvanda yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı keçirdiyi hərrac və həmin hərracın nəticələri üzrə 28 noyabr 2017-ci il tarixli, 64/02 nömrəli Hərracın Yekunları barədə Protokol hesab edilməsi; Gəncə şəhəri, Kəpəz rayonu, X4 küçəsində yerləşən 118 nömrəli fərdi yaşayış evinə “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindəki qeyd etibarsız hesab edilsin və həmin qeydlə bağlı verilmiş RX seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, 20 noyabr 2018-ci il tarixli daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməsi; İddia qalan hissədə təmin edilməməsi; İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 7,50 manat (yeddi manat əlli qəpik) hissəsi Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh2ndən, 7,50 manat (yeddi manat əlli qəpik) hissəsi “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətindən alınaraq İddiaçı2 ödənilməsi; Ekspertiza tədqiqatının dəyəri olan 140 manat pulun 70 (yetmiş) manat hissəsi İddiaçı2, 35 (otuz beş) manat hissəsi Respublika Xammal və X2 Məhdud Məsuliyyətli Cəmiyyətindən, 35 (otuz beş) manat hissəsi isə “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “X5 Azərbaycan” QSC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnmənin çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2022-ci il tarixli 2(104)-638/2022 nömrəli qətnaməsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(043)-859/2021 nömrəli qətnaməsindən cavabdeh “X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi; Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli, 2(043)-859/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh “X5 Azərbaycan” QSC kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 oktyabr 2022-ci il tarixli 2(102)-3848/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2022-ci il tarixli 2(104)-638/2022 nömrəli qətnaməsi ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyasının iclasında iştirak edən İddiaçı2 iddia tələbindən imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xhaı etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası İddiaçı2 iddiadan imtina barədə ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməli və iddiadan imtina qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 47-ci və 52.1. maddələrinə əsasən iddiaçının iddiadan imtina etmək hüququ vardır. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1. maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2. maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilibedilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 261.0.4. maddəsinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1. maddəsinə görə, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Mülki Prosessual Məcəllənin 52-ci maddəsində iddiaçının iddiadan imtina etməsi dedikdə, iddiaçının cavabdehə olan öz maddi-hüquqi tələblərindən və deməli, məhkəmə prosesini davam etdirməkdən şərtsiz imtina etməsi başa düşülür. İddiadan imtina iddiaçının birtərəfli sərəncamverici hərəkətidir və yazılı formada ifadə edilməlidir. Məhkəmə iddiadan imtinanın motivlərini qiymətləndirmir, lakin o, imtinanın qanuniliyini qiymətləndirməli və bu zaman imtinanın azad iradə ifadəsi nəticəsində baş vermədiyini (məsələn, iddiaçı bunu cavabdeh tərəfindən hədələndiyinə görə etdikdə və s.) aşkar etdikdə imtinanı qəbul etməməlidir. Bununla belə, iddiaçı iddiadan imtina barədə ərizəsində imtinanın səbəblərini, motivlərini göstərməyə borclu deyildir. Məhkəmə iddiaçının etdiyi hərəkətlərin əhəmiyyətini və mənasını ona izah etməli və belə imtinanın könüllü olmasını müəyyənləşdirməlidir. İddiadan imtina edilməsinin məhkəmə tərəfindən təsdiq edilməsi barədə qərardad çıxarılır və eyni zamanda bu qərardadla iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı2 iddiadan imtinası qanunvericiliyin tələbinə uyğundur, eləcə də iddiadan imtina digər şəxslərin qanunla qorunan hüquq və mənafelərinə toxunmur. Belə olduğu təqdirdə iddiadan imtina qəbul edilməli, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(043)-859/2021 nömrəli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Eləcədə işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin icraatı zamanı iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinidən daxil olmuş ekspert rəyinə əlavə olunmuş bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 140 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 122.1. maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə, onun çəkdiyi xərclər cavabdeh tərəfindən ödənilmir. Məhkəmə kollegiyası hesab edir ki, ekspertiza tədqiqatının dəyərləri 140 manat cavabdeh İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməli,. eləcədə ödənilmiş dövlət rüsümi iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2.4 maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261.0.4, 263, 264, 267, 268, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı2 cavabdehlər Azərbaycan Respublikası Xammal və X3 Mərkəzi "xxxx" MMC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi və “X5 Azərbaycan” QSC-nə qarşı hərracın nəticəsinin ləğv edilməsi, eləcədə yekuna dair bağlanmış protokolun, alqısatqı müqaviləsinin və mülkiyyət hüququna dair aparılmış dövlət qeydiyyatının etibarsız hesab olunması, ipoteka müqaviləsinə xitam verilməsi tələbinə dair iş üzrə İddiaçı2 iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(043)-859/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Ekspertiza tədqiqatının dəyərləri 140 manat cavabdeh İddiaçı2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ43CTRE********************, X1, KOD 210005, VÖEN **********, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-361/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-361/2023
09.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver