Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-383/2023 25.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəmkir rayon 1 saylı Notariat Ofisinə qarşı mülki iş üzrə Qətnaməsi Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payın müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X10 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(076)-2071/2022 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili X19 tərəfindən verilmiş apellyasiya şikayətinə 25 yanvar 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 048421 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X16 atası X11, anası X12 olmaqla, xx.xx.1940-ci il tarixdə doğulmuşdur.
2. Nikah haqqında şəhadətnamədən görünür ki, X20 ilə X16 arasında xx.xx.1960-cı il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir.
3. Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası X20, anası X24 olmaqla, xx.xx.1974-cü il tarixdə doğulmuşdur.
4. 28 aprel 2022-ci il tarixli 184 nömrəli ölüm haqqında arayışlardan görünür ki, X12 xx.xx.1987-ci ildə, X17 xx.xx.1994-cü ildə, X24 xx.xx.2021-ci ildə və X14 xx.xx.2021-ci ildə vəfat etmişlər.
5. xx.xx.1994-cü il tarixli ərizədən görünür ki, X2 rayon 1 saylı notariat kontoruna müraciət edərək 1987-ci il tarixdə vəfat etmiş X3 miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.
6. xx.xx.1994-cü il tarixli 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi X7r və o, miras payından irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evidir.
7. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 699.08 kv.m həyətyanı torpaq sahəsinə dair Şəmkir Rayon AİK-nın xx.xx.1998-ci il tarixli 53 nömrəli qərarı əsasında X5 adın A 250809 nömrəli “X29 və Ölçüsü” tərtib edilmişdir. Həmin torpaq sahəsinə dair elektron subyekt siyahısında X4, X8 və X5 adları qeyd edilmişdir.
8. DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair xx.xx.1987-ci il tarixdə X4 adına 531 inventar nömrəli texniki pasport tərtib edilmiş, xx.xx.1994-cü il tarixli 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında qeyd edilən ev X5 adına özgəninkiləşdirilmişdir.
9. 06.06.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında (keçmiş Sabir küçəsi, 2-ci döngə, ev 18) yerləşən fərdi yaşayış evi üzərində X5 tam mülkiyyət hüququ, 0.0893 ha torpaq sahəsi üzərində X4, X8 və X5 ümumi birgə mülkiyyət hüququ **********56-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən X9 verilmiş xx.xx.1994-cü il tarixli 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmçinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 699.08 kv.m həyətyanı torpaq sahəsinin X6 və X13 aid hissəsinə tam olaraq miras payının müəyyən edilməsi haqda qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir.
11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında mərhum nənəsi X6 məxsus ev olmuşdur. Bundan başqa, Şəmkir rayonu, Zəyəm qəsəbəsində X4, X8 və X5 adlarına 699.08 kv.m torpaq sahəsi vardır. X12 xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Onun iki nəfər övladı olmuşdur-mərhum anası İsmayılova (Əliyeva) Suma Novruz qızı və dayısı X17 doğulmuşdur. Nənəsi 1987-ci il tarixdə vəfat etdikdən sonra sözügedən mülkdə anası və dayısı yaşamaqla faktiki idarə etmişlər. Lakin onlar mirası faktiki qəbul etsələr də, öz adlarına rəsmiləşdirmədən vəfat etmişlər. Belə ki, dayısı X17 xx.xx.1994-cü il tarixdə, anası İsmayılova (Əliyeva) Suma Novruz qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Hazırda ona məlum olmuşdur ki, dayısının vəfatından sonra onun qeyrirəsmi nikahda olan arvadı X14 xx.xx.1994-cü il tarixli 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən fərdi yaşayış evini öz adına keçirmişdir. X14 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. O isə evin hələ də nənəsinin adında qalmasını güman etmişdir. Hesab edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən saxtakarlığıa yol verilmişdir. Belə ki, mübahisəli miras əmlakda nənəsinin vəfatından sonra dayısı ilə birlikdə anasının da yaşamasına baxmayaraq, anasının adı gizlədilmişdir. Halbuki, nənəsinin vəfatından sonra dayısı ilə birlikdə anası da miras əmlakı faktiki olaraq qəbul etmişdir. X1 ilə rəsmi nikahları və uşaqları olmamışdır. Belə olan halda hesab edir ki, nənəsinin payı ilə bərabər dayısının da payı anasının adına keçməli idi. Anasından qalan mirası isə o, qəbul etmişdir. Bu səbəbdən pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmişdir. Odur ki, Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən X9 verilmiş xx.xx.1994-cü il tarixli 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmçinin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 699.08 kv.m həyətyanı torpaq sahəsinin X6 və X13 aid hissəsinə tam olaraq miras payının müəyyən edilməsi haqda qətnamə çıxrılmasını məhkəmədən xahiş etmişdir.
12. Şəmkir Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(076)-2071/2022 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddianın rədd edilməsi, İddiaçı cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payının müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən qeyd etmişdir ki, iddiaçının anası nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etmədiyinə və susduğuna, həmçinin subyektiv vərəsəlik hüququnu həyata keçirmədiyinə görə həmin hüququ itirmişdir. İddiaçının anası sağlığında qeyd olunan hüquqlarını həyata keçirməmiş, bu səbəbdən iddiaçı Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.1994-cü il tarixdə mərhum X5 adına verilmiş 2V-73 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi üzrə iddia qaldırarkən subyektiv hüquqa malik olmamışdır.
14. Birinci instansiya məhkəməsi 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin 527, 528, 552-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.2, 1151.1, 1159.1.1 və 1246-cı maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçının nümayəndəsi və vəkili X19 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(076)-2071/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq etməməklə qətnamə qəbul etmişdir. Belə ki, iddiaçının nənəsi X12 xx.xx.1987-ci il tarixində vəfat etmişdir. Onun 2 övladı olmuşdur: iddiaçının anası İsmayılova (Əliyeva) Sum Novruz qızı və dayısı X17. Nənəsi 1987-ci ildə vəfat edəndən sonra sözügedən mülkdə onun anası və dayısı X17. Nənəsi 1987-ci ildə vəfat etdikdən sonra sözügedən mülkdə iddiaçının anası və dayısı yaşamaqla onu faktiki olaraq idarə etmişlər. Lakin onlar mirası faktiki olaraq qəbul etsələr də onu öz adına rəsmiləşdirmədən vəfat etmişlər Belə ki, iddiaçının dayısı X17 28 yanvar 1994-cü il tarixində, anası İsmayılova (Əliyeva) Suma Novruz qızı isə 06 sentyabr 2021-ci il tarixində vəfat etmişdir. İddiaçının anasından qalmış mirası isə o qəbul etmişdir. Buna baxmayaraq məhkəmə tamamilə qanunsuz olaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X18 apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının nənəsi X12 xx.xx.1987-ci il tarixində vəfat etmişdir. Onun 2 övladı olmuş, iddiaçının anası İsmayılova (Əliyeva) Sum Novruz qızı və dayısı X17. Nənə 1987-ci ildə vəfat edəndən sonra mülkdə anası və dayısı X17 yaşamaqla onu faktiki olaraq idarə etmişlər. Lakin onlar mirası faktiki olaraq qəbul etsələr də onu öz adına rəsmiləşdirmədən vəfat etmişlər. İddiaçının dayısı X17 28 yanvar 1994-cü ildə, anası İsmayılova (Əliyeva) Suma Novruz qızı isə 06 sentyabr 2021-ci ildə vəfat etmişlər. İddiaçı anasından qalmış mirası qəbul etmişdir. Halbuki 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Ona görə də işin obyektiv, hərtərəfli araşdırılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.
19. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər, iddiaçı nümayəndəsi və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsi 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə onun ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı gün hesab olunur. 552-ci maddəsinin 1-ci bəndinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. 552-ci maddəsinin 2-ci bəndinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin Məcəllənin 552-ci maddəsinin 3-cü bəndinə əsasən bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
23. Maddə MPM-in 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə MPM-in 372.7. apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
27. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, işin müəyyən olunmuş hallarına görə, ünvan 1 ünvanında iddiaçının mərhum nənəsi X6 məxsus ev olmuş, vəfat edənə kimi həmin evdə yaşamışdır. X12 xx.xx.1987-ci ildə vəfat etmiş, onun vəfatından sonra mübahisəli evdə Abbas İsmayılov və onun rəsmi nikahda olmayan arvadı Tamara İsmayılova yaşamışlar. İddiaçının anası isə xx.xx.1960-cı il tarixdə evlənərək həmin evdən çıxmış və Gəncə şəhərində ayrıca təsərrüfatı olmaqla, orada yaşamışdır. X17 xx.xx.1994cü ildə vəfat etmiş, bundan sonra mübahisəli təsərrufatda yalnız X14 qalmışdır. Ona görə də miras əmlaka görə Şəmkir rayon notariat kontoru tərəfindən X5 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında X2 rayonu, Zəyəm qəsəbəsi, Sabir küçəsi, 2-ci döngə, ev 18 ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsə tanınmış və hazırda iddiaçı tərəfindən həmin vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirilmişdir. İddianı təmin etməyən birinci instansiya məhkəməsi ona istinad etmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə qiymət verərək hesab etmişdir ki, iddiaçının hazırkı iddianı irəli sürərəkən subyektiv hüququ olmadığına, həmçinin onun subyektiv vərəsəlik hüququ cavabdeh tərəfindən pozulmadığına görə iddia tələbi əsaslı deyildir. həm köhnə, həm yeni qanunvericilik mirasın qəbulu üçün müddət müəyyən etmiş, iddiaçının mərhum anası sağlığında mirasın qəbul edilməsi müddəti ərzində, mirasın açıldığını bildiyi halda, mirası qəbul etməyə yönələn hərəkətlər etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüquqlarını həyata keçirməmiş, həmçinin gecikdirmənin səbəbinin üzrlü sayılması barədə sonradan məhkəməyə müraciət etməmişdir. Ona görə də iddiaçının anası, dolayısı ilə iddiaçı özü mirasdan pay almaq hüquqlarını itirmişdir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şiakyətinin dəlili maddi hüquq normasının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini göstərərək bildirmişdir ki, iddiaçının nənəsi 1987-ci ildə vəfat etdikdən sonra sözügedən mülkdə iddiaçının anası və dayısı yaşamaqla onu faktiki olaraq idarə etmişlər. Lakin onlar mirası faktiki olaraq qəbul etsələr də onu öz adına rəsmiləşdirmədən vəfat etmişlər. Belə ki, iddiaçının dayısı X17 28 yanvar 1994-cü il tarixində, anası İsmayılova (Əliyeva) Suma Novruz qızı isə 06 sentyabr 2021-ci il tarixində vəfat etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, kollegiyanın araşdırması ilə müəyyən edilmişdir ki, İddiaçı anası nə şəxsən, nə də səlahiyyətli nümayəndə vasitəsilə mirası faktiki və ya notariat kontoruna ərizə vermək yolu ilə qəbul etməmişdir. O, mirasın qəbulu ilə bağlı vərəsəlik hüququnu həyata keçirməmişdir. İddiaçının anası xx.xx.1960-cı il tarixdə evlənərək həmin evdən çıxmış və Gəncə şəhərində ayrıca təsərrüfatı olmaqla, orada yaşamışdır. Göründüyü kimi, iddiaçının anası sağlığında qeyd olunan hüquqlarını həyata keçirməmiş və Şəmkir rayon 1 saylı notariat ofisində xx.xx.1994-cü il tarixdə mərhum X5 adına verilmiş 2V-73 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbi üzrə iddia qaldırmamışdır. Bundan başqa İddiaçı anasının ölümündən əvvəl və ya sonra Gəncə şəhərində yaşamaqla mirası faktiki və ya rəsmi qəbul etməmişdir. Baxılan işdə miras İddiaçı və ya onun anası Suma İsmayılova (Əliyeva) tərəfindən qəbul edilməmişdir. Bu işin mübahisəsiz halıdır. Eyni zamanda Suma İsmayılova (Əliyeva) sağlığında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini mübahisələndirməmişdir.
30. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 11 oktyabr 2022-ci il tarixli 2(076)-2071/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.