Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-390/2025 13.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) Vəkil2, Cavabdeh6 nümayəndəsi (vəkil) Vəkil3, cavabdehlər Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh5 və Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia qaldıraraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə üçüncü şəxs Cavabdeh5 arasında bağlanmış 02 fevral 2024-cü il tarixli, ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin ləğv edilməsi, onunla həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2010-cu il tarixdə Şəmkir rayonunun Qapanlı kəndində yaşayan Cavabdeh2 ailəsinin mülkiyyətində olan 2.52 ha. torpaq sahəsini 120.000 (bir yüz iyirmi min) manata almışdır. Həmin vaxt Cavabdeh2 ərinin Rusiya Federasiyasında olmasını bildirərək torpaq sahəsinin notarial qaydada alqı-satqı etməsinin mümkün olmamasını bildirmişdir. Ancaq torpaq sahəsinə dair JN-422 seriyalı, KOD nömrəsi 50407038 olan dövlət aktının əslini ona verərək ərinin Rusiya Federasiyasından qayıtdığı zamanda sözügedən torpaq sahəsini alqı-satqı edəcəyinə vəd vermişdir. Əks halda ondan aldığı 120.000 manat pulun iki qatı məbləğində ona pul ödəyəcəyinə dair iltizamda qeyd etmişdir. Cavabdehlərdən aldığı torpaq sahəsi 13 ildir onun istifadəsindədir. Həmin torpaq sahəsinin vergiləri onun tərəfindən ödənilmişdir, torpaq sahəsində bağ salmış, bir hissəsində isə taxıl əkmiş, torpaq sahəsinin münbitliyinin yaxşılaşdırılması işləri aparmışdır. Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 Rusiya Federasiyasından qayıtmış, Cavabdeh2 isə Rusiya Federasiyasındadır. Əldə edilmiş məlumatlara əsasən Cavabdeh2 ona satdığı torpaq sahəsini alqı-satqı etmək üçün Rusiya Federasiyasından etibarnamə göndərmiş və əri Cavabdeh1 02 fevral 2024-cü il tarixdə üçüncü şəxs Cavabdeh5 ona iltizam əsasında satdıqları torpaq sahəsini notarial qaydada Gəncə regional 2 saylı Asan Xidmət Mərkəzində alqı-satqı etmişdir. Hesab edir ki, Cavabdeh2 ondan 120.000 manat pul almasına baxmayaraq üzərinə götürdüyü öhdəliyi icra etməmiş, əksinə onun istifadəsinə verdiyi torpaq sahəsini üçüncü şəxslə alqı-satqı etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şirali qızı, Cavabdeh3 və Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış "02 fevral 2024-cü il tarixli, AN-İ ******* saylı "Daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın, X2 ilə qızı Cavabdeh6 arasında xx.xx.2024-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair Cavabdeh6 adına verilmiş xx.xx.2024-cü il tarixli, **********87 reyestr nömrəli çıxarışın ləğv edilməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılması, onunla həmin torpaq sahəsinə dair alqısatqı müqaviləsinin bağlanması vəzifəsinin məhkəmənin yekun qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2 ay müddətində cavabdehlər - Cavabdeh1, Cavabdeh2 Şirali qızı, Cavabdeh3 və Cavabdeh4 həvalə edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsi ilə (sədrlik edən hakim H.Məhəmmədi) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şirali qızı, Cavabdeh3 və Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 02 fevral 2024-cü il tarixli, AN-İ ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X2 ilə Cavabdeh6 arasında xx.xx.2024cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair Cavabdeh6 qzının adına verilmiş xx.xx.2024-cü il tarixli, **********87 reyestr nömrəli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 notarial qaydada ondan 120.000 manat alaraq özü və ailəsinə məxsus 2.50 ha torpaq sahəsini satmasına vəd versə də, sonradan onunla notarial alqı-satqı müqaviləsi bağlamadan üçüncü şəxslə alqısatqı etməsi cavabdehin əsassız varlanmasına səbəb olmuşdur. Cavabdeh2 ilə olan münasibətlər, yəni onun satılacaq torpaq sahəsinə görə 120.000 manat pulun verilməsi, Cavabdeh2 əri, Cavabdeh1 Rusiya Federasiyasından qayıdandan sonra notarial-alqı satqı edilməsi planlaşdırılması da müqavilənin hazırlanması prosesi kimi dəyərləndirilməlidir. Tərəflər arasında öhdəlik müqaviləsi olmasa da, Cavabdeh2 notarial qaydada təsdiqlənmiş qəbzlə özünə və ailəsinə məxsus 2,50 ha. torpaq sahəsini ona satması barədə verdiyi qəbz faktiki olaraq “öhdəlik müqaviləsi” kimi qiymətləndirilməlidir. Ancaq məhkəmə yuxarıda qeyd edilənlərə münasibətdə düzgün hüquqi nəticəyə gəlməmişdir. Cavabdeh5 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdeh-Cavabdeh2 beh olaraq pul verməsinə dair qəbzində qeyd olunan “cavabdeh özünə məxsus 2,51 ha torpaq sahəsini guya iddiaçıya satmaq məqsədilə 120000 manat (əslində 6000 manat) pulu almışdır” sözlərini daşınmaz əmlak olan mübahisəli torpaq sahəsinin cavabdehlərdən alqı satqı müqaviləsi əsasında satın alması kimi qiymətləndirməyə çalışmışdır. Ümumi paylı mülkiyyətdə olan mübahisəli 2,51 ha torpaq səhəsinin mülki qanunvericiliyin tələblərinə tam əməl edilməklə, yəni torpaq sahibləri ilə onun arasında notarial qaydada imzaların təsdiq edildiqi alqı-satqı müqaviləsi əsasında iş üzrə cavabdeh olan ona- Cavabdeh5, onun da vicdanlı alıcı olan Cavabdeh6 satmağına dair müqavilələri isə mahiyyət etibarı ilə formal xarakterli əqdlər statusunda olması kimi qiymətləndirməklə etibarsız hesab etmişdir. Reallıqda isə iddiaçının Cavabdeh2 ailəsinə məxsus 2,51 ha torpaq sahəsini gələcəkdə notarial qaydada təsdiq olunacaq müqavilə əsasında satın alacağını vəd etməklə verdiyi iltizama görə ilkin beh olaraq 12000(on iki min), əslində isə 6000(altı min) manat pulun verilməsininə dair iltizamı isə məhkəmə, təkcə Cavabdeh2 deyil, digər cavabdehlərə də məxsus olan 2,51 ha torpaq sahəsinin iddiaçı tərəfindən tamamilə satın alınması kimi qiymətləndirməyə çalışaraq aşağıdakı məzmunda, obrazlı ifadələrlə qiymətləndirmişdir: “Göründüyü kimi, cavabdehlərin iddiaçı ilə eyni kənddə yaşaması baxımından torpaqdan istifadəyə uzun illər sükut nümayiş etdirmələri, İddiaçı tərəfindən ona göstərilən razılığa, onda yaradılan arxayınçılığa görə də, torpaqdan istifadə etməsi, orada müxtəlif növ ağaclar əkməsi, illərdir həmin torpaqda məhsul becərməsi qeyd edilən torpaq sahəsinə qanuni sahibliyinin göstəricisi sayılmalıdır. Cavabdeh6 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Cavabdeh5 apellyasiya şikayətinin dəlilləri ilə eyni olan dəlillərlə əsaslandırılmışdır. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 1580/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Arzuman ona demişdir ki, onun və ailə üzvlərinin torpaq sahəsinin İddiaçı qanunsuz olaraq öz adına sənədləşdirimişdir. Belə ki, arvadı olan Xatirə ona demişdri ki, Rusiyaya getmək üçün öz payını 6000 manata Məhərrəmə satmış və 12.000 manata imza etdirmişdir. Ona görə də, həmin torpaq sahəsinin alınıb ona verilməsində kömək istəmişdir. Odur ki, ilkin olaraq 5000 manat pulu alqı-satqı müqaviləsi bağlanılarkən, 18.000 manat dəyərində olan pamidor parnikini və özünə məxsus mersedes avtomobilini ona verməklə, alqı-satqı barədə razılaşaraq, bu barədə bütün torpaq mülkiyyətçiləri ilə qanuni əsaslarla alqı-satqı müqaviləsi bağlamış, sonra isə həmin torpaq sahəsini qızı Lamiyəyə satmışdır. Özünün və qızının apellyasiya şikayətinin təmin edilməməsini, digər şikayətlərin təmin edilməməsini, , Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh6 nümayəndəsi (vəkil) Vəkil3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, mübahisə edilən torpaq sahəsi qanuni əsaslarla Cavabdeh6 satılmış və o, vicdanlı alıcıdır.Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının əvvəlki iclasında göstərdi ki, cavabdeh yoldaşı Cavabdeh2 torpaq sahəsini satmasından xəbəri yoxdur. Cavabdeh5 onlara məxsus torpaq sahəsinin İddiaçı alınıb onlara qaytarılmasına köməklik etməsini xahiş etmiş və bu məqsədlə alqı-satqı müqaviləsi bağlamışlar.Lakin onlara bununla bağlı pul, minik avtomobili, torpaq sahəsi və üzərində parnik verilməmişdir. Cavabdeh4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, onun 20 yaşı vardır, anası torpaq sahəsini İddiaçı satmış, hazırda İddiaçı istifadəsindədir torpaq sahəsi. Hazırda torpaq sahəsini geri qaytarmaq məqsədi ilə Cavabdeh5la mübahisəli torpaq sahəsinə dair alqı-satqı etmişlər. Lakin Cavabdeh5 ona heç nə ödəməmiş, məhkəmə mübahisəsi bitdikdən sonra ona ya torpaq sahəsi və ya onun əvəzini verəcəyini söz vermişdir. Atamım əqli qüsuru vardır və nə etdiyini bilmir. Onlara pul verilməyibdir. Ona görə də, torpaq sahəsini Məhərrəmdə qalmasını istəyir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsləri və vəkilləri dinləyərək, hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdehlər Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şirali qızı, Cavabdeh3 və Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 02 fevral 2024-cü il tarixli, AN-İ ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X2 ilə Cavabdeh6 arasında xx.xx.2024-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair Cavabdeh6 qzının adına verilmiş xx.xx.2024-cü il tarixli, **********87 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissələrində ləğv edilməli və həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia həmin hissələrdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, İddiaçı Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, iddianın təmin edilməmiş hissəsini, cavabdehlər Cavabdeh6, Cavabdeh5 və Cavabdeh1 isə apellyasiya şikayəti verərək, iddianın təmin edilmiş hissəsini mübahisələndirmişlər. Cavabdeh1 məhkəmə kollegiyasına teleqrama göndərərək, verdiyi apellyasiya şikayətindən imtina edərək, heç bir şikayətinin olmadığını bildirmişdir. Ona görə də, Gəncə Aellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadsı ilə Cavabdeh1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsindən verdiyi şikayətindən imtina barədə ərizəsi qəbul edilmiş və onun şikayəti üzrə apellyasiya icraatına xitam verilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi tam olaraq mübahisələndirilmişdir. Ona görə də, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsinin əsaslılığı tam yoxlanılır. İş materiallarında olan: JN-422 KOD 50407038 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 29 yanvar tarixli 47 nömrəli qərarı ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2,52 ha kənd təsərüfat təyinatlı torpaq sahəsi verilmişdir. **********87 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şəmkir rayon, Qapanlı kəndində yerləşən 2.5199 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. xx.xx.2010-cu il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh2 özünə məxsus olan Şəmkir rayon Qapanlı kəndində yerləşən 2,53 ha torpaq sahəni İddiaçı 120000 manata satmışdır. Gələcəkdə bu torpaqla bağlı heç bir iddiası olmayacağını və əgər iddiası olacağı halda pulun 2 qatına ödəyəcəkdir. Şəmkir rayon 1 saylı notariat ofisinin 1119 saylı 02 iyul 2024-cü il tarixli məktubundan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yaşayan Cavabdeh2 ərizədə olan imzasının təsdiqi ilə bağlı aparılan notariat hərəkəti həqiqətən Şəmkir rayonu 1 saylı dövlət kontorunda xx.xx.2010-cu il tarixdə aparılmış, 7E-9-3342 reyestr nömrə ilə qeydə alınmışdır. AN-İ ******* saylı xx.xx.2024 il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 rayonu Qapanlı kəndində yerləşən 2.5199 ha torpaq sahəsini Cavabdeh5 satmışdır. **********87 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2.5199 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh5 tam mülkiyyətindədir. AN-İ ******* saylı xx.xx.2024 il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 rayonu Qapanlı kəndində yerləşən 2.5199 ha torpaq sahəsini Cavabdeh5 satmışdır. **********87 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2024-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayon, Qapanlı kənd ərazisində yerləşən 2.5199 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi Cavabdeh6 tam mülkiyyətindədir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29 yanvar 1998-ci il tarixli, 47 nömrəli qərarı ilə JN422 (KOD ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı əsasında Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinə dair Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına **********87 nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 **********87 nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında mülkiyyətlərində olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən 2.5199 ha torpaq sahəsini AN-İ ******* saylı, xx.xx.2024-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Cavabdeh5 satmışlar. Həmin torpaq sahəsi **********87 nömrəli, xx.xx.2024-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında Cavabdeh5 tam mülkiyyətinə verilmişdir. Daha sonra Cavabdeh5 mülkiyyəttində olan 2.5199 ha torpaq sahəsini xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh6 satmış və torpaq sahəsi xx.xx.2024-cü il tarixli, **********87 reyestr nömrəli çıxarış əsasında Cavabdeh6 mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia tələbi iki hissədən ibarətdir: 1) mübahisəli torpaq sahəsi ilə bağlı bağlanılmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi; 2) torpaq sahəsinə dair alqı satqı müqaviləsinin bağlanması vəzifəsinin məhkəmənin yekun qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2 ay müddətində cavabdehlərə həvalə edilməsi. Məhkəmə kollegiyası ilk öncə iddia tələbinin təmin edilməyən torpaq sahəsinə dair alqı satqı müqaviləsinin bağlanması vəzifəsinin məhkəmənin yekun qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra 2 ay müddətində cavabdehlərə həvalə edilməsi hissəsinin qanuniliyini iddiaçının apellyasiya dəlilləri əsasında yoxılayır. Belə ki, İddiaçı apellyasiya şikayətinin dəlillıərində Cavabdeh2 notarial qaydada ondan 120.000 manat alaraq özü və ailəsinə məxsus 2.50 ha torpaq sahəsini satmasına vəd versə də, həmin vədindən yayınmasını göstərmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 389.2-ci maddəsinə əsasən müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. 334.2-ci maddəsinə əsasən əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur. Əqdin notariat qaydasında təsdiqlənməsi sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. İş materiallarından isə görünür ki, mübahisə olunan torpaq sahəsinin alğı-satqı barədə tərəflər arasında yazılı formada hər hansı bir əqd bağlanılmamış və notariat qaydasında təsdiqlənməmişdir. Belə olan halda, iddiaçının əsaslandığı dəlil və sübutlar iddianın təmin edilməsinə əsas vermir. Məhkəmə kollegiyası xx.xx.2010-cu il tarixli iltizamla bağlı qeyd etməyi zəruri hesab edir ki, həmin aktda Cavabdeh2 Şəmkir rayon Qapanlı kəndində yerləşən 2,53 ha torpaq sahəni İddiaçı satdığı əks olunmuşdur. Halbuki, **********87 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən, Şəmkir rayon, Qapanlı kəndində yerləşən 2.5199 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətinə olmuşdur və həmin mülkiyyətçilər aktın tərtibi zamanı iştirak etməmişlər. Digər tərəfdən, mülkiyyətçilərin payları müəyyən olunmadığından ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin özünə aid hissəsinin Cavabdeh2 tərəfindən iddiaçıya satılması da mümkünsüzdür. Azərbaycan Respublikası Mülki Məcəllənin: 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Digər tərəfdən, xx.xx.2005-ci il tarixli, 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 335-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: - 335.1. əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. - 335.2. əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə görə, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Göründüyü kimi, xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişiliklər edilərkən, həmin Məcəllənin 335-ci maddəsi Məcəllənin mətnindən çıxarılmış və həmin dəyişilik nəticəsində xx.xx.2005-ci il tarixdən sonra yaranmış münasibətlərlə bağlı məhkəmə tərəfindən alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi həmin hissədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası iddianın qismən təmin edilmiş mübahisəli torpaq sahəsi ilə bağlı bağlanılmış alqı-satqı müqavilərinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası «Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddianın mahiyyətindən görünür ki, iddiaçı tələbini Cavabdeh2 tərəfindən verilməsi güman olunan xx.xx.2010-cu il tarixli iltizamına istinad edərək irəli sürmüşdür. Halbu ki, həmin iltizam torpaq sahəsi üzərində hər hansı bir hüququn yaranması üçün heç bir hüquqi nəticə doğurmur. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının digər şəxslər arasında torpaq sahəsinə dair bağlanılmış alqı-satqı müqavilərinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi ilə bağlı heç bir subyektiv hüququ yoxdur ki, bu hal da iddianın rədd edilməsinə hüquqi əsas yaradır. Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə iddianın təmin edilmiş hissəsində gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi hüquqi əsasları düzgün müəyyən edilməmişdi ki, bu hallar qətnamənin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməməli, cavabdehlər Cavabdeh5 və Cavabdeh6 apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şirali qızı, Cavabdeh3 və Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 02 fevral 2024-cü il tarixli, AN-İ ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X2 ilə Cavabdeh6 arasında xx.xx.2024-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair Cavabdeh6 qzının adına verilmiş xx.xx.2024-cü il tarixli, **********87 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissələrində ləğv edilməli və həmin hissələrdə yeni qətnamə qəbul edilməli, iddia həmin hissələrdə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385,392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cavabdeh6 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-1580/2024 saylı qətnaməsi iddianın qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Şirali qızı, Cavabdeh3 və Cavabdeh4 ilə Cavabdeh5 arasında bağlanmış 02 fevral 2024-cü il tarixli, AN-İ ******* saylı "Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqaviləsi əsasında Dövlət Reyesterində aparılmış qeydin, qeyd əsasında Cavabdeh5 adına verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, X2 ilə Cavabdeh6 arasında xx.xx.2024-cü ildə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair Cavabdeh6 qzının adına verilmiş xx.xx.2024-cü il tarixli, **********87 reyestr nömrəli çıxarışın ləğv edilməsi hissələrində ləğv edilsin və həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissələrdə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-390/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-390/2025
13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver