Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-402/2025 18.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X17 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və İddiaçı2 nümayəndəsi İddiaçı1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və X41 Xidmət Mərkəzinin Notariat Kontoruna qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2247/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1998-cı ildə Bərdə rayonu Dilənçilər kəndində anadan olmuşdur. ünvan 1ində qeydiyyatdadır.
2. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 xx.xx.1969-cu ildə Bərdə rayonu Yeni Daşkənd kəndində anadan olmuşdur. ünvan 1ində qeydiyyatdadır.
3. AZE 13196553 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1977-ci ildə Bərdə rayonu İmamqulubəyli kəndində anadan olmuşdur. Bərdə rayonu İmamqulubəyli kəndində qeydiyyatdadır.
4. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1974-cü ildə Bərdə rayonu Güloğlular kəndində anadan olmuşdur. ünvan 1ində qeydiyyatdadır.
5. Notarial qaydada təsdiq olunmuş X18 tərəfindən verilmiş ərizədən görünür ki, Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin 7 saylı Ərazi idarəsi tərəfindən xx.xx.2023cü il tarixdə verilmiş **********4610301 reyestr nömrəli ********** qeydiyyat nömrəli çıxarış əsasında ona məxsus olan Bərdə rayonu, Çəmənli kəndində yerləşən fərdi yaşayış evini və torpaq sahəsini bağışlamaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində qadağanın olub-olmaması və ya ona həbs qoyulubqoyulmaması barədə məlumatın və elektron çıxarışın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsini təmin etməyini xahiş etmişdir.
6. Notarial qaydada təsdiq olunmuş İddiaçı2 tərəfindən verilmiş ərizədən görünür ki, qeydiyyatda olduğu X10 məxsus olan ünvan 1i ünvanında 0.62 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və 0.62 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********46- 10301, qeydiyyat nömrəsi: **********) bağışlanmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.
7. İX-ЖГ seriyalı № 262528 saylı Bərdə Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X24 xx.xx.1973- cü-ci il tarixdə doğulmuşdur. X14 atası X19, anası X11r.
8. xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, X5 rayonu Çəmənli kəndində yerləşən ümumi sahəsi 113.7 kv.m, yaşayış shəsi 76.4 kv.m, yardımcı sahəsi 37.3 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 hədiyyə olaraq bağışlamışdır.
9. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq olunmuş surətindən müəyyən edilir ki, ünvan 1ində yerləşən 113.7 kv.m ümumi sahədən ibarət daşınmaz əmlak və 0.62 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X33 adına qeydə alınmışdır.
10. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyesri tərəfindən təsdiq olunmuş arayışdan görünür ki, X7 ********** qeydiyyat nömrəli mülkiyyətinə xx.xx.2023-cü il tarixə məhdudiyyət və yüklülük qeydiyyata alnmayıb.
11. İ-ЖГ №441092 saylı nikah haqqında şəhadətnamamədən görünür ki, X19 ilə X15 xx.xx.1974-cü il tarixdə Bərdə rayon Yenidaşkənd sovetliyi 17 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir.
12. ******* saylı Azərbaycan Respubikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı1 xx.xx.2008-ci il tarixdən ünvan 1ində yaşayır.
13. AZ-İİ seriyalı 409848 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir.
14. AZ-İ seriyalı 712776 nömrəli ölüm haqqında şəhdətnamənin surətindən görünür ki, X26 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir.
15. İİ-AZ № 049764 saylı nikah haqqında şəhadətnamamədən görünür ki, X26 ilə X20 xx.xx.2003-cü il tarixdə Bərdə rayon Zümürxaç kənd İcra nümayəndəliyi 06 saylı akt qeydi ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Abbasova soyadı verilmişdir.
16. Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 248 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 ünvan 1ində ailə üzvləri (İddiaçı2 və X16) ilə birlikdə yaşayır.
17. Azərbaycan Respublikası Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 294 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı1 ünvan 1ində mərhum qaynanansı X8 fərdi yaşayış evində oğlu İddiaçı2 ilə birgə yaşayırlar. İddiaçı1 həmin evə gəlin köçmüş və hal-hazırda həmin ünvanda yaşayırlar.
18. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin Reyestr nömrəsi **********146-10301 saylı Texniki Pasportdan görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evinin hüquq subyekti Cavabdeh2dır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
19. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X41 Xidmət Mərkəzində notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-1877 qeydə alınmış, 13 sentyabr 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Daha sonra iddiaçılar dəqiqləşmə verərək, İddiaçı1 və İddiaçı2 X41 Xidmət Mərkəzində notariat ofisi tərəfindən verilmiş reyestrdə 4Ə-1877, 13 sentyabr 2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Bərdə rayon Çəmənli kəndində yerləşən, bağışlanma müqaviləsi əsasında Cavabdeh2 adına olan və 1997-ci il tarixdən 2024-cü il tarixədək, hal-hazırda yaşadıqları fərdi yaşayış evi üzərində istifadə hüququnun tanıdılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. İddia tələbi onunla əsaslandırılmışdır ki, hal-hazırda yuxarıda göstərilən ünvanda qeydiyyatdadırlar və yaşayırlar, lakin onların qeydiyyatda olub və yaşadıqları fərdi yaşayış evini etibarımızdan sui istifadə edən Cavabdeh2 2023-cü il tarixdə X4nı və onları aldadaraq şəhid ailəsi kimi evlərini təmir etdirəcəyi vədi ilə evlərini adına bağışlanma müqaviləsi əsasında rəsmləşdirmişdir. Onlarda inanmışlar, lakin X2 xx.xx.2024-cü il tarixdə rəhmətə gedəndən sonra Cavabdeh2 onların evdə çıxmaqlarını tələb edən vaxt, onlara məlum olmuşdur ki, o, evlərini təmir etdirmək yox, evlərini əllərindən alıb onları evsizeşiksiz qoymaq istəyirmiş. Cavabdehin Bərdə rayon İmamqulubəyli kəndində böyük evləri və hər cür imkanı var. Mərhum həyat yoldaşı X26 ilə 2003-cü il tarixdə rəsmi olaraq ailə həyatı qurmuşlar, üç övladları olmuş, qız övladları həmin mübahisəli ünvandan gəlin köçmüşlər, yoldaşı Rusiyada olan vaxt pul göndərmiş və evləri təmir etdirmişlər. X22 şəhid ailəsi olduğu üçün Dövlət tərəfindən bütün imtiyazlardan istifadə etmişlər. Qaynanasına 21 il o baxmışdır. Onlar üç nəfər həmin evdə qeydiyyatadırlar, yəni X18, İddiaçı1 və İddiaçı2. Mərhum həyat yoldaşı X26 xx.xx.2015-ci il tarixdə xəstəlikdən rəhmətə getmişdir. Cavabdeh onları aldadaraq etibarlarından sui istifadə edərək, onları evsiz-eşiksiz qoymaq və əmlaka sahib çıxmaq istəyən cavabdehin əldə etdiyi əsassız Daşınmaz Əmlakın bağışlanması Müqaviləsinin etibarsız sayılması üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi məqsədəuyğun hesab edərək müraciət etmişdir.
22. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2247/2024 saylı qətnaməsi ilə (hakim Z.Abdullayev) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat kontoruna qarşı “Bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilməsi qət edilmişdir.
23. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əmlaka dair müqavilənin etibarsız hesab olunması və istifadə hüququnun müəyyən edilməsi tələbinə dair iddia təmin edilməməlidir, ona görə ki, daşınmaz əmlaka dair bağışlanma müqaviləsi subyektiv tərkibi, əqdin məzmunu, iradə ifadəsi, yazılı formaya riayət olunmaqla bağlanmış, iddiaçıların iddia etdiyi aldadılma halları isə müəyyən olunmamışdır.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178, 337.1, 666.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
25. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2247/2024 saylı qətnaməsindən İddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh onları aldadaraq etibarlarından sui istifadə edərək, onları evsiz-eşiksiz qoymaq və əmlaka sahib çıxmaq istədiyindən Daşınmaz Əmlakın bağışlanması Müqaviləsinin etibarsız sayılmalıdır. Halhazırda yaşadıqları fərdi yaşayış evi üzərində istifadə hüququnun tanıdılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. İlk öncə bildirmək istəyir ki, Bərdə rayon Məhkəməsinin 02 oktyabr 2024-cü il tarixli 2(021)-2447/2024 saylı qətnaməsi qanuna zidd olaraq qəbul edilmişdir. Çünki qəbul edilmiş qətnamə ilə onun qanunla qorunan hüquqları pozulmuşdur. İşə baxılmasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh X41 xidmət mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, buna baxmayaraq hakim onun iştirakı olmadan işə baxmış və qərəzli olaraq qərar qəbul etmiş, o cümlədən şahid ifadələrinə məhəl qoyulmamışdır. Hakim X41 xidmət mərkəzinin notariat ofisinə heç bir sorğu verməmişdir. Cavabdeh2 Bərdə rayon Çəmənli kənd icra nümayəndəsi tərəfindən verilmiş saxta arayış nəticəsində əmlaka sahib durması araşdırılmamışdır, Hakim icra nümayəndəsinin verdiyi arayış ilə maraqlanmamış, xüsusi ittiham qaydasında prokurorluğa müraciət etməmişdir. Hətta onun ailə üzvlərinin həmin evdə 1997-ci il tarixdən 2024-cü il tarixədək həmin ünvanda qeydiyyatda olub və halhazırda həmin evdə yaşamaqları barədə alınmış rəsmi arayışları araşdırılmamışdır.
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermişdir. Əlavə olaraq bildirmişdir ki, ev qaynanası Göyçək Abbasovanın olmuşdur. 30 ildir ki, həmin evdə yaşayır. Əri 10 ildir ki, vəfat etmişdir. Qaynanası ilə birlikdə yaşamışdır. Qaynanası yataq xəstəsi olduğu üçün vəfat edənədək ona o, və oğlu baxmışdır. Göyçək evi qızına xx.xx.2023-cü ildə bağışlamışdır. Hazırda həmin evdə yaşayır. Onu aldadıb bağışlama müqaviləsinə razı salıblar. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, qaynanası şəhid ailəsi olmuşdur. Ölənə yaxın gəlib demişlər ki, şəhid ailəsi kimi razılıq versək, Yaşat Fondu hesabına evi təmir etdirəcəklər. Qaynanası razılıq vermiş və oğlu isə etibarnamə vermişdir. Qaynanası 2023-cü ildə vəfat etmişdir. Onlar hazırda mübahisəli evdə yaşayırlar. Ev əvvəllər qayınatasının adına olmuşdur.
29. Məhkəmə kollegiasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2247/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı həmin evə 1997-ci ildə gəlin gəlmişdir. Biraz orada yaşadıqdan sonra onlara torpaq sahəsi verilmişdir. İddiaçı1 həmin vaxtdan hazırkı dövrədək həmin evdə yaşayır. İddiaçının orada yaşamasına razı deyildir. İddiaçının oğlu evi satmaq istəmişdir.
30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər tərəflər məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
32. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
33. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
34. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
35. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
36. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (08 iyul 1982-ci il redaksiyasında)
37. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir.
38. Maddə 53. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
39. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
40. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
46. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
47. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
48. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
49. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
50. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
51. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2247/2024 saylı qətnaməsi qismən iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat kontoruna qarşı istifadə hüququnun müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir.
53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq qeyd edir ki, işin məhkəmədə müəyyən edilən halları ondan ibarətdir ki, İddiaçı1 mübahisəli evə 1997-ci ildə gəlin gəlmişdir. Hazırki vaxtadək X2 ilə birlikdə yaşamışdır. Oğlu, digər İddiaçı2 da, onlarla birlikdə yaşamışdır. X2 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Cavabdeh2 onların evdə çıxmaqlarını tələb edən vaxt, onlara məlum olmuşdur ki, X4 xx.xx.2023-cü il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsi ilə həmin fərdi yaşayış evini torpaq sahəsi ilə birlikdə Cavabdeh2 bağışlamışdır.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bağışlama müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş, notariat işindən görünür ki, bağışlama müqaviləsi üzrə tərəflər qanunvericiliklə müəyyən olunmuş qaydada müqaviləni bağlamışlar. Belə ki, mərhum X1 X21 etibarnamə ilə ... harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun bütün əmlakını idarə etmək, istifadə etmək və onun üzərində sərəncam vermək., eyni zamanda......bağışlamaq.....,hüququnu vermişdir. X27 isə öz növbəsində X4nın adından ünvan 1ində yerləşən ümumi sahəsi 113.7 kv.m, yaşayış shəsi 76.4 kv.m, yardımcı sahəsi 37.3 kv.m olan fərdi yaşayış evini Cavabdeh2 hədiyyə olaraq bağışlamışdır. İddiaçı2 qeydiyyatda olduğu X10 məxsus olan ünvan 1i ünvanında 0.62 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və 0.62 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********46- 10301, qeydiyyat nömrəsi: **********) bağışlanmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Daşınmaz əmlaka dair bağışlanma müqaviləsi subyektiv tərkibi, əqdin məzmunu, iradə ifadəsi, yazılı formaya riayət olunmaqla bağlanmışdır. İddiaçıların iddia etdiyi aldadılma halları isə iş materialları və təqdim edilmiş sübutlar ilə təsdiq olunmur.
55. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bağışlama müqaviləsi hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmədiyindən əvəzsiz müqavilədir və bu müqavilə hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Bağışlama müqaviləsi nəticəsində hədiyyə alan zənginləşmə sayəsində bağışlayana (hədiyyə verənə) heç bir cavab xidməti vermək öhdəliyi daşımır. Digər tərəfdən, tərəflər arasında bağışlama müqaviləsindən görünür ki, o, hər hansı şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilməmişdir. Bağışlama müqaviləsinin forma və məzmunu qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bağışlama müqaviləsi bağlanılarkən qanunvericiliyin tələblərinə əməl edilmiş və heç bir pozuntuya yol verilməmişdir.
56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisəli mənzildən istifadə hüquqlarının tanınması ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, İddiaçı1 mübahisəli evə 1997-ci ildə gəlin gəlmişdir. Hazırki vaxtadək mirasqoyan, X2 ilə birlikdə yaşamış, birlikdə təsərrüfatı idarə etmişdir. X4 vəfat edərkən, o, mübahisəli mənzildə yaşamışdır. Mübahisəli fərdi yaşayış evinin bağışlanma müqaviləsi bağlanarkən onun razılığı alınmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı1 mübahisəli fərdi yaşayış evinə 1997-ci ildə gəlin köçdüyündən onun istifadə hüqunun yarnması ilə bağlı münasibətlərə həmin vaxt qüvvədə olmuş mənzil məcəlləsinin müddəaları tətbiq edilməlidir. 2009-cu ilin 01 oktyabrınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələbinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da, saxlanılır. Kollegiya hesab edir ki, İddiaçı1 mübahisəli evə 1997-ci ildə gəlin köçdüyündən və hazırki vaxtadək mirasqoyan, X2 ilə birlikdə həmin evdə yaşadığından onun həmin mənzildə istifadə hüququ vardır. Digər İddiaçı2 isə qeydiyyatda olduğu mübahisəli fərdi yaşayış evinin və torpaq sahəsinin bağışlanmasına etiraz etməmiş və müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini İddiaçı1 mübahisəli mənzildən istifadə hüquqlarının tanınması tələbini təmin etməməklə düzgün nəticəyə gəlməmişdir.
57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli 1442/2024 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin notariusunun məktubunan görünür ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Bərdə Regional “Asan Xidmət” Notorial ofisinə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinə baxılması ilə əlaqədar 25 iyun 2024-cü il tarixə, saat 09:35-ə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etməyini üzrlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış, o, işlə bağlı münasibətini məhkəməyə bildirmişdir. Nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsi isə qanun pozuntusu olmamaqla, işin baxılmasına maneə olmamışdır.
58. Məhkəmə kollegiyası apellyasiya şikayətinin şahidlərin ifadələrinə düzgün qiymət verilməməsi ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında şahid qismində ifadə verən X3 göstərmişdir ki, həqiqətən İddiaçı1 həmin evə gəlin köçmüş, halhazıradək həmin evdə yaşayır. X10 xəstəliyi ilə əlaqədar heç kim qulluq etmədiyi dönəmdə onun qulluğunda yalnız İddiaçı1 dayanmışdır. Hal-hazırda onlar İddiaçı1 mənzildən çıxarılmasını tələb edirlər. Onun isə yaşamaq üçün hər hansı yaşayış sahəsi yoxdur. Şahid qismində ifadə verən X6 göstərmişdir ki, həqiqətən İddiaçı1 həmin evə gəlin köçmüş, hal-hazıradək həmin evdə yaşayır. Həmin evin abadlaşdırılmasında onun böyük əziyyəti vardır. X10 xəstəliyi ilə əlaqədar heç kim qulluq etmədiyi dönəmdə onun qulluğunda yalnız İddiaçı1 dayanmışdır. Şahid ifadələri iş materialları və tərəflərin izahatları ilə üst-üstə düşdüyündən, səmimi olması məhkəmə kollegiyasında şübhə doğurmadığından məhkəmə kollegiyası həmin ifadələri mötəbər sübut növü kimi qiymətləndirərək, hesab edir ki, İddiaçı1 mübahisəli evə 1997-ci ildə gəlin köçməsi və ailə üzvləri ilə birlikdə fərdi yaşayış evindən və torpaq sahəsindən istifadə etməsi, yaşadığı fərdi yaşayış evi bağışlanarkən onun razılığının alınmaması təsdiq olunur.
59. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2247/2024 saylı qətnaməsi qismən, İddiaçı1 ünvan 1i ünvanında 0.62 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən isitfadə hüqunun tanınmasının təmin edilməməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2247/2024 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-2247/2024 saylı qətnaməsi qismən, İddiaçı1 ünvan 1i ünvanında 0.62 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən isitfadə hüqunun tanınmasının təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı1 ünvan 1i ünvanında 0.62 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququ tanınsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.