Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-411/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı iş üzrə Açar sözlər: miras əmlakda qanun və vəsiyyətnamə üzrə vərəsələr arasında payların müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı şəhadətnamənin qismən etibarsız hesab edilməsi və miras əmlaka payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3926/2024 nömrəli qətnaməsindən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 02 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhəri 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş xx.xx.2024-cü il tarixli V- 22/2024 nömrəli “Vəsiyyətnamə üzrə X10 Şəhadətnamə”-nin surətindən görünür ki, xx.xx.2023-cü ildə vəfat etmiş X5 vərəsəsi Cavabdeh2dır və o miras əmlakdan vəsiyyətnamədə göstərilən ünvan 1 əmlakın 4/6 hissədə pay almalıdır, mirasın 2/6 hissəsi məcburi pay qismində açıq saxlanılır.
2. 21.06.2019-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X9 vəfat edəcəyi gün harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün əmlakını Cavabdeh2 vəsiyyət etmişdir.
3. 24.11.2023-cü il tarixli, AZ-İİ 386753 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
4. xx.xx.2013-cü il tarixli, AZ-İ 587592 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə ölmüşdür.
5. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə tam payda X5 adına qeydiyyata alınmışdır.
6. xx.xx.1973-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 arasında xx.xx.1973-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra arvada Qafarova soyadı verilmişdir.
7. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 saylı mənzil Gəncə şəhəri 5 saylı dövlət notariat kontorunda xx.xx.1995-ci il tarixli, 3M-1-50 reyestr nömrə ilə təsdiq edilmiş mənzilin özəlləşməsinə dair müqaviləyə əsasən, X5 adına özəlləşmişdir və ona xx.xx.1995-ci il tarixli, 13610 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir.
8. 1 saylı Gəncə “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 ailə tərkibi arvadı: İddiaçı2 (xx.xx.1951); qızı: İddiaçı1 (xx.xx.1974); qızı: Cavabdeh2 (xx.xx.1976) qızından ibarətdir.
9. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən Məhkəmə Kollegiyasına təqdim olunmuş xx.xx.2025-ci il tarixli №3-48-DA-4F/2-346//8/2025 məktuba əlavə edilmiş, xx.xx.1982-ci il tarixli 532 saylı Orderin təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 saylı mənzil onun özü daxil olmaqla arvadı İddiaçı2, qızı İddiaçı1, qızı Ayna Qafarova və X16a ailə üzvlərinə dörd otaqlı mənzil verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat 10.İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 adına V-22/2024 nömrəli vərəsəlik işi əsasında verilmiş 2V-150 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli vəsiyyətnamə üzrə X10 şəhadətnamənin qismən - payın müəyyən olunmasına dair hissədə etibarsız hesab edilməsini, miras mülkdən İddiaçı2 payının 7/12 hissədə, İddiaçı1 payının 1/12 hissədə və Cavabdeh2 payının 4/12 hissədə müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 onun qızıdır, İddiaçı1 bacısıdır. ünvan 1 onun mərhum əri X5 mülkiyyətində olmuşdur. Qafarov Şəmistan xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun vərəsələri onlar və Cavabdeh2dır. Mərhum Cavabdeh2 miras mülkə dair vəsiyyətnamə verilmişdir. Onlar 2024-cü ilin fevral ayında notariat kontoruna miras mülkdən pay istədikləri barədə ərizə vermişlər. Cavabdeh Gəncə şəhəri 1 saylı notariat ofisi xx.xx.2024-cü il tarixdə verdiyi 2V-150/v-22/2024 nömrəli Vəsiyyətnamə üzrə X10 Şəhadətnamədə göstərmişdir ki, Cavabdeh2 miras əmlakdan 4/6 hissədə pay ayrılmalıdır. Mirasın 2/6 hissəsini isə məcburi pay qismində açıq saxlamışdır. İddiaçıların hər biri mirasın 1/6 hissəsini almalıdırlar. Notariat işində olan DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli arayışında göstərilmişdir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4, ünvanında yerləşən 13 saylı mənzil Gəncə şəhər 5 saylı dövlət notariat kontorunun xx.xx.1995-ci il tarixdə 3M-1-50 reyestr nömrə ilə təsdiq edilmiş mənzilin özəlləşdirilməsinə dair müqaviləyə əsasən X5 adına özəlləşmişdir. X11 ilə xx.xx.1973-cü ildə nikah qeyd etdirməklə evlənmişdir. Miras mənzil birgə nikah dövründə özəlləşdirilmişdir. Mənzilin ½ hissəsi onun mülkiyyəti hesab olunur. Digər ½ hissədə isə iddiaçıların məcburi payı vardır. Göründüyü kimi, Gəncə şəhəri 1 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixdə verdiyi 2V-150/v-22/2024 nömrəli Vəsiyyətnamə üzrə X1suz olduğu üçün qismən etibarsız hesab edilməli, miras mülkdən onun payı 7/12 hissədə, İddiaçı1 payı 1/12 hissədə və Cavabdeh2 4/12 hissədə müəyyənləşdirilməlidir.
12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3926/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli), iddianın təmin edilməsi, Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh2 adına V-22/2024 nömrəli vərəsəlik işi əsasında verilmiş 2V-150 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli vəsiyyətnamə üzrə X10 şəhadətnamə qismən - payın müəyyən olunmasına dair hissədə etibarsız hesab edilməsi, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 nömrəli mənzilə İddiaçı2 7/12 hissədə, İddiaçı1 1/12 hissədə və Cavabdeh2 4/12 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.
13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1193, 1196 və 1243-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarının 4.8-ci bəndinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 76.3, 77.1, 216-220, 227, 230 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3926/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi qeyd edilən maddələrə istinad edərək, özəlləşdirilmiş əmlakı birgə nikah dövründə əldə edilmiş mülk kimi qəbul etmiş və həmin mülkdə ər və arvadın bərabər paylarının olması qənaətinə gəlmişdir. Halbuki, həmin mülk özəlləşdirilmiş mülk olmuş və belə olan halda əmlak birgə nikah dövründə əldə edilmiş mülkiyyət kimi sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5ci və 12-ci maddələrinin şərh edilməsinə dair qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ərvə ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
20. İş üzrə cavabdehlər Cavabdeh2 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
27. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
28. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
29. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
30. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
31. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
32. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
33. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
34. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
35. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
36. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
37. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
38. Maddə 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı
39. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 12 mart 2024-cü il tarixli, 1/2024 nömrəli Qərarı
40. Bənd 4.8. Birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və/və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçilərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki, Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin, sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın verilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıbalınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
41. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
48. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
49. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
51. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
52. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
55. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
57. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3926/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
59. Beləliklə, işin müəyyən edilmiş halları ondan ibarətdir ki, X9 və X8 xx.xx.1973-cü il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.1995-ci il tarixli mənzilin özəlləşməsinə dair müqaviləyə əsasən, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 saylı mənzil Şəmistan Qafarovun adına özəlləşmişdir. Şəmistan Qafarov xx.xx.2023-cü il tarixdə ölmüşdür. Vəsiyyətnamə üzrə X10 X3 vərəsəsi olan Cavabdeh2 miras əmlak olan mübahisəli mənzilin 4/6 hissədə payı, mirasın 2/6 hissəsinin məcburi pay qismində açıq saxlanıldığı müəyyən olunmuşdur.
60. İddiaçı2 birgə nikah müddətində əldə olunmasına əsaslanaraq mübahisəli mənzilin ər-arvadın ümumi birgə mülkiyyəti sayılmasını və ümumi əmlakdakı payların bərabər müəyyən olunmasını xahiş etmişdir.
61. Nəzərə alınmalıdır ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: -əmlakın ər-arvadın nikah müddətində əldə olunması; -əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir.
63. Sadalanan normalar əsasında iş materiallarını araşdıran məhkəmə kollegiyası hesab edir ki, X9 və X8 xx.xx.1973-cü il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.1995-ci il tarixli mənzilin özəlləşməsinə dair müqaviləyə əsasən, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 saylı mənzil Şəmistan Qafarovun adına özəlləşmişdir. Şəmistan Qafarov xx.xx.2023-cü il tarixdə ölmüşdür. Göründüyü kimi, mübahisə predmeti olan əmlak birgə nikah dövründə əldə edilmişdir. xx.xx.1982-ci ildə orderlə X6 və onun dörd nəfər ailə üzvünə verilmişdir.
64. İddiaçı tərəf mübahisəli mənzilin Şəmistan Qafarova məxsus olmuş, Cavabdeh2 vəsiyyət oluna bilən ½ hissəsi üzərində məcburi paylarının müəyyən olunmasını xahiş etmişdir. Miras qoyan Şəmistan Qafarovun ölümündən sonra isə onun birinci növbə vərəsələr kimi 3 nəfər şəxsin olması müəyyən edilir: arvadı İddiaçı2 və qızlar İddiaçı1 ilə Cavabdeh2. X16 isə ölmüşdür.
65. Məhkəmə kollegiyası hesab edir ki, Şəmistan Qafarov mübahisəli mənzili sağlığında Cavabdeh2 vəsiyyət etmiş olsa belə, onun birinci növbə qanun üzrə vərəsələri olan arvadı İddiaçı2 və digər qızı İddiaçı1 həmin evdə məcburi payı vardır. Onların məcburi pay almaq hüququndan məhrum edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsaslar hazırkı iş üzrə müəyyən edilməmişdir.
66. Birinci instansiya məhkəməsi həmin payların müəyyən olunması zamanı nəzərə almışdır ki, birgə nikah dövründə əldə edildiyi üçün mübahisəli mənzilin ½ hissəsi Şəmistan Qafarov tərəfindən vəsiyyət edilə bilərdi və digər birinci növbə vərəsələr olan arvadı və digər qızı vəsiyyətnamə olmasaydı onlara çatası payın yarısı həcmində məcburi qay hüququna malikdirlər.
67. Beləliklə, yuxarıda qeyd olunan halları nəzərə alaraq məhkəmə kollegiyası bildirir ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 nömrəli mənzil üzərində, Şəmistan Qafarovun və Dürdanə Əsədovanın ½ payları müəyyən edilərək, Şəmistan Qafarovdan miras qalmış ½ əmlak payı üzərində Dürdanə Əsədovanın məcburi pay qismində 1/12 payı nəzərə alınmaqla ümumilikdə 7/12, İddiaçı1 1/12 və Cavabdeh2 4/12 payı (1:2=1/2, ½:3=1/6, 1/6:2=1/12) müəyyən edilməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
68. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
69. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
72. Məhkəmə Kollegiyası tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X9 ilə X8 xx.xx.1973-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların bu münasibətdə 3 uşaqları Aynur, Ayna və Elnur adlı üç uşaqları olmuşdur. İşdə olan xx.xx.1982-ci il tarixli 532 saylı Orderin təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 saylı mənzil Şəmistan Qafarov özü daxil olmaqla arvadı İddiaçı2, qızı İddiaçı1, qızı Ayna Qafarova və X16a ailə üzvlərinə dörd otaqlı mənzil birgə nikah dövründə onların ailəsinə verilmişdir. Daha sonra, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 saylı mənzil Gəncə şəhəri 5 saylı dövlət notariat kontorunda xx.xx.1995-ci il tarixli, 3M-1-50 reyestr nömrə ilə təsdiq edilmiş mənzilin özəlləşməsinə dair müqaviləyə əsasən, X5 adına özəlləşmişdir və ona xx.xx.1995-ci il tarixli, 13610 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. X7 xx.xx.2013-cü ildə ölmüşdür. X9 isə xx.xx.2023-cü ildə ölmüşdür. Göründüyü kimi, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 4 ünvanında yerləşən 13 nömrəli mənzil üzərində, Şəmistan Qafarovun və Dürdanə Əsədovanın hər birinin ½ payları olmaqla, Şəmistan Qafarovdan miras qalmış ½ əmlak payı üzərində Dürdanə Əsədovanın məcburi pay qismində 1/12 payı nəzərə alınmaqla ümumilikdə 7/12, İddiaçı1 1/12 və Cavabdeh2 isə 4/12 payı müəyyən edilməsində birinci instansiya məhkəməsi haqlı olmuşdur.
73. Beləliklə, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 tərəfindən apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-3926/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.