Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-417/2025 04.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 qarşı mülki iş üzrə Açar sözlər: miras əmlakda payların müəyyən edilməsi; miras kütləsi; birgə nikah dövründə əldə edilmiş əmlak, ər-arvadın birgə mülkiyyətinin qanuni rejimi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, həmçinin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iştirakı ilə, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə1 və Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisinə qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 və Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisinə qarşı miras əmlakda payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(013)-2208/2024 nömrəli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 04 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1164- 05/69 saylı arayışın surətindən görünür ki, X13 ilə İddiaçı2 nikahı xx.xx.2023-cü il tarixdə 06 nömrə ilə akt qeydi tərtib edilmişdir. Qeyd: Nikah Ağdərə rayon Sırxavənd kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1979-cu il tarixli İİ-JQ 312803 nömrəli şəhadətnaməyə əsasən bərpa edilmişdir;
2. AZ-İV № 887692 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1980-cı ildə anadan olmuş, atası X13, anası İddiaçı2dır;
3. AZ-İV № 887690 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1990-cı ildə anadan olmuş, atası X13, anası İddiaçı2dır;
4. AZ-İV № 887691 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1982-ci ildə anadan olmuş, atası X13, anası İddiaçı2dır;
5. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-3287/2023 saylı qətnaməsinin surətindən görünür ki, Qanuni nümayəndə1 Əbil oğlunun atasının X14 olması faktı müəyyən edilmişdir;
6. Bərdə Regional «ASAN Xidmət» X1 xx.xx.2024-cü il tarixli 3-16-5/8-8xx/xx-2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası əhalisinin reyestri xidmətinin sistemində X10 dair yoxlama aparılmış, onun övladları siyahısında İmişli rayonunda doğulmuş Qanuni nümayəndə1 haqqında 1584 saylı akt qeydi xx.xx.2013-cü ildə İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış doğum və 125 saylı xx.xx.2013-cü il saylı İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış atalığın müəyyən edilməsi haqqında akt qeydləri aşkar edilmişdir. Hər iki akt qeydinə uşağın ana haqqında məlumat qrafasında Qanuni nümayəndə2, doğum tarixi xx.xx.1982-ci il, ata haqqında məlumat qrafasında X13, doğum tarixi xx.xx.1959-cu il, doğum yeri Ağdərə, Qazançı kəndi göstərilmişdir. Qanuni nümayəndə2 ilə X7 xx.xx.2007-ci il təvəllüdlü Ümiddən başqa uşağı olmamışdır;
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışın surətindən görünür ki, İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X7 adına qeydə alınmışdır;
8. AZ-İİ № 359195 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir;
9. Cavabdeh2 notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixdə Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisində təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, atası X7 ölümündən sonra qalmış qanun və digər bütün əsaslar üzrə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona çatası bütün mirası qəbul etdiyini bildirmişdir;
10. İddiaçı2 notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixdə Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisində təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, əri X7 ölümündən sonra qalmış qanun və digər bütün əsaslar üzrə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona çatası bütün mirası qəbul etdiyini bildirmişdir (həmin ərizəni İddiaçı2 adından Cavabdeh2 imzalamışdır);
11. Cavabdeh1 notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixdə Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisində təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, atası X7 ölümündən sonra qalmış qanun və digər bütün əsaslar üzrə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona çatası bütün mirası qəbul etdiyini bildirmişdir (həmin ərizəni Cavabdeh1 adından Cavabdeh2 imzalamışdır);
12. X5 notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixdə Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisində təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, atası X7 ölümündən sonra qalmış qanun və digər bütün əsaslar üzrə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona çatası bütün mirası qəbul etdiyini bildirmişdir (həmin ərizəni X5 adından Cavabdeh2 imzalamışdır);
13. İddiaçı3 notariat ofisinə ünvanladığı xx.xx.2023-cü il tarixdə Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisində təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, oğlu X7 ölümündən sonra qalmış qanun və digər bütün əsaslar üzrə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona çatası bütün mirası qəbul etdiyini bildirmişdir (həmin ərizəni İddiaçı3 adından Cavabdeh2 imzalamışdır);
14. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-31-31/3-2-163 saylı arayışından görünür ki, X7 aşağıdakı vərəsələri qalmışdır: atası İddiaçı3, arvadı İddiaçı2, uşaqları Cavabdeh1, İddiaçı1, Cavabdeh2 və Qanuni nümayəndə1;
15. Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 03 fevral 2025-ci il tarixli 3-16- 5/8-96-05/69 nömrəli arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli Qərarına uyğun olaraq xx.xx.2023-cü il tarixdə Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı2 nikah haqqında akt qeydi bərpa edilmişdir (akt qeydinin bərpasına əsas Ağdərə rayon Sırxavən kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1979-cu il tarixli İİ-JQ 312803 nömrəli şəhadətnamə olmuşdur. Qeyd: X16 Vilayətində tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydləri həmin ərazidə fəaliyyət göstərmiş qeydiyyat şöbələrinin arxivində saxlanılmışdır. Dağlıq Qarabağ uzun müddət Ermənistan Respublikasının Silahlı Qüvvələrinin işğalı altında olduğundan və Ermənistan Respublikası ilə əlaqə olmadığından nikah haqqında akt qeydinin əldə edilməsi mümkün deyildir. Nikah pozulmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
16. İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə1 və Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X7 birinci növbəli vərəsələri kimi tanınmaları və X6 miras qalmış İmişli rayonu Göbəktala kəndində yerləşən 170 kv.m ibarət fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə onların payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
17. İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, X6 miras qalmış İmişli rayonu Göbəktala kəndindəki 170 kv.m ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə onların payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
18. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 qarşılıqlı iddia ərizəsi verərək, X7 birinci növbəli vərəsələri kimi tanınmaları və X6 miras qalmış İmişli rayonunun Göbəktala kəndindəki 170 kv.m ibarət fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh2 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
19. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək, X6 miras qalmış İmişli rayonu Göbəktala kəndindəki 170 kv.m ibarət fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh2 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
20. İlkin iddia üzrə iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, miras qoyan X4 rayonu Divanlı kəndində xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. AR ƏMDK-nin müvafıq ərazi idarəsi tərəfındən verilmiş xx.xx.2018-ci il tarixli reyestr nömrəsi **********35-10301 olan çıxarışa əsasən miras qoyanın mülkiyyətində olmuş İmişli rayonu Göbəktala kəndindəki 170 kv.m ibarət fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsi miras qalmışdır. M.İddiaçı3 Bərdə rayonu Divanlı kəndində vəfat etdikdən sonra tərəflərindən mərhumun yas mərasimi Bərdə rayonu Divanlı kəndində el adəti ilə təşkil edilmiş və bütün dəfn xərcləri ödənilmişdir. Mirasın açıldığı vaxt miras qoyanın arvadı İddiaçı2, oğlu Cavabdeh2 və atası İddiaçı3 Abil oğlu vərəsə kimi mövcud olmuşlar. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq Bərdə Regional "Asan-Xidmət" Mərkəzinin notariat ofisinə müraciət edərək, miras əmlakın qəbulu ilə bağlı ərizə vermişlər. Məlumat üçün bildirirlər ki, tərəflərindən miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürülməmişdir. Onlarla yanaşı mərhumun qeyri-rəsmi nikahından doğulmuş oğlu Qanuni nümayəndə1 və digər cavabdehlər də miras əmakın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmişlər. Qanuni nümayəndə1 yetkinlik yaşma çatmadığı və tam fəaliyyət qabiliyyəti əldə etmədiyi üçün onun adından bu prosesləri anası Qanuni nümayəndə2 aparmışdır. Vərəsəlik işi notariusun icraatında olduğu dövrdə tərəflər heç cür razığa gələ bilməmiş, miras əmlakla bağlı bölgünü öz aralarında razılaşdıra bilməmişlər. Bununla da aralarında baş vermiş ixtilaf səbəbindən notariat ofısi 22 yanvar 2024-cü il tarixli, 125/2024-saylı məktuba əsasən miras əmlaka dair şəhadətnamə verməkdən imtina etmişdir. Vərəsə olaraq bu əmlaka məhz özlərini haqlı hesab edirlər və mərhumun nikahdan kənar doğulmuş övladına pay verilməsinin tamamilə əleyhinədirlər. Bunun əsas səbəblərindən biri özünü vərəsə adlandıran cavabeh Qanuni nümayəndə1 atası (miras qoyan) vəfat etdikdən sonra hüzr mərasimindəki xərclərdə iştirak etməməsidir. Digər tərəfdən, o miras qoyanın nikahdan kənar övladı olduğu üçün, ona miras əmlakdan hər hansı pay verilə bilməz. DƏDRX-nin müvafıq ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən (reyestr nömrəsi **********36-10301) miras kütləsinə daxil olan İmişli rayonu Göbəktala kəndindəki 0.12 ha torpaq sahəsində yerləşən 170 kv.m-dan ibarət fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə miras qoyanla arvadı İddiaçı2 qanuni nikahda olduqları dövrdə inşa edilərək müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş, Bərdə rayon Qeydiyyat şöbəsi tərəfındən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 ilə arvadı (hazırkı iddia üzrə miras əmlakın birgə mülkiyyətçisi) İddiaçı2 nikah münasibətlərinə daxil olaraq xx.xx.1979-cu ildə JQ N°312803 saylı şəhadətnaməyə əsasən nikah bağlamışdırlar. İmişli rayonu Göbəktala kəndində 0.12 ha torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evinə dair müvafiq reyestr xidmətindən çıxarış isə xx.xx.2018-ci il tarixdə, yəni onların birgə nikah dövründə əldə edilmişdir. Bununla da aydın olur ki, həmin əmlak miras qoyan M.İddiaçı3lə İddiaçı2 ümumi birgə mükiyyəti olduğu üçün həmin əmlakda hər birinin ½ hissədə payları olmuşdur. İmişli rayonu Göbəktala kəndində yerləşə fədi yaşayış evi və evin yerləşdiyi 0.12 ha həyətyanı torpaq sahəsi onların ümumi birgə mülkiyyəti olduğu üçün, əmlakın ½ hissəsi miras əmlak kütləsində daxil deyildir. Beləliklə, əmlakın miras qalmış ½ hissəsinə vərəsələr İddiaçı3, X2 və İddiaçı1 Məeid qızının payları müəyyən edilməli, Cavabdeh Qanuni nümayəndə1 Məcdi oğlu isə vərəsə sayılmadığı və dəfn xərclərində iştirak etmədiyi üçün, ona miras əmlakdan heç bir pay düşmür. İddiaçı3 isə miras qoyan Məcid Ağayevin atası olmaqla birinci növbəli vərəsəsidir.
21. Qarşılıqlı iddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, mirasqoyan X4 rayonu Divanlı kəndində xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onlar da miras qoyanın birinci növbəli vərəsələridirlər və miras əmlakda onların da vərəsəlik payları vardır. AR ƏMDKnin müvafıq ərazi idarəsi tərəfindən verilmiş çıxarışa əsasən mərhum Məcid Ağayevin mülkiyyətində olmuş İmişli rayonu Göbəktala kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.12 ha torpaq sahəsi miras qalmışdır. M.İddiaçı3 Bərdə rayonu Divanlı kəndində vəfat etdikdən sonra tərəflərindən mərhumun yas mərasimi Bərdə rayonu Divanlı kəndində el adəti ilə təşkil edilmiş və bütün nəsrəflər, dəfn xərcləri tərəflərindən ödənilmişdir. Qanunvericliyin tələblərinə uyğun olaraq Bərdə Regional “Asan-Xidmət” Mərkəzinin notariat ofisinə müraciət edərək, miras əmlakın qəbulu ilə bağlı ərizə vermişlər. Vərəsəlik işi notariusun icraatında olduğu dövrdə tərəflər heç cür razılığa gələ bilməmiş, miras əmlakla bağlı bölgünü öz aralarında razılaşdıra bilməmişlər. Bununla da aralarında baş vermiş ixtilaf səbəbindən notariat ofısi şəhadətnamə verməkdən imtina etmişdir.
22. İlkin iddia üzrə cavabdeh Qanuni nümayəndə1 qanuni nümayəndəsi Qanuni nümayəndə2 ilkin iddiaya etiraz verərək qeyd etmişdir ki, əri X11 ilə birlikdə 22 il qeyrirəsmi nikahda bir ailədə yaşamaqla ümumi təsərrüfat idarə etmişlər. Birgə ailə münasibətlərindən 3 övladı anadan olmuşdur: 19 oktyabr 2004-cü il təvəllüdlü Yunis, 08 mart 2003-cü il təvəllüdlü Nərgiz və 27 may 2007-ci il təvəllüdlü Ümid. X18 əcnəbidir. Vidadi Ağayev sonsuzluq xəstəsi olduğundan Yunis və Nərgiz adlı uşaqlarını X18a övladlığa vermişdir. Övladlarından yalnız sonuncu xx.xx.2007-ci il təvəllüdlü Ümid mərhum əri Məcid Ağayevin övladı kimi adına rəsmi qeydiyyatdadır və tələbə olmaqla onun himayəsində yaşayır. Mərhum əri Məcid Ağayev ilkin İddiaçı2 ilə rəsmi nikahda olsa da, hələ onunla evlənməmişdən 7-8 ay əvvəl onunla dalaşıb ondan tam ayrılmışdır, yəni 2001-ci ildən Lətifə Şahverdi qızından faktiki ayrılaraq, bir daha onunla yaşamamışdır. İddiaçı2 və övladları heç vaxt nə fermadakı evlərində, nə də ki, İmişli rayonu Göbəktala kəndindəki evlərində yaşamamışlar. O və X3 22 il daimi olaraq birlikdə mehriban yaşayaraq ailənin bütün xərclərini və ümumi təsərrüfatı birlikdə idarə etmişlər. Eyni zamanda İmişli rayonu Göbəktala kəndində yerləşən 170 kv.m-dən ibarət fərdi yaşayış evi və həmin evin həyətində yerləşən 0,12 ha torpaq sahəsi olan fərdi yaşayış evini özü tikdirmişdir. Lakin, evləri əri X7 adına qeydiyyata aldırmışlar. X3 vəfat etdikdən sonra 12000 manat məbləğdə borcu onun yaxın qohumları tərəfindən ödənilmişdir. Tərəfindən vərəsəliyin açılması və miras payının müəyən edilməsi ilə əlaqədər Bərdə Regional "Asan Xidmət" mərkəzinin notariat ofisinə müraciət edilmişdir. Eyni zamanda ilkin iddia üzrə cavabdeh qismində göstərilən Qanuni nümayəndə1 miras qoyan X7 faktiki ailə münasibətindən doğulmuş uşağıdır. Mülki Məcəllənin 1136-cı maçldəsinə əsasən atalığı qanunda müəyyən edilmiş qaydada tanınmış nikahdankənar doğulmuş uşaqlar atanın vərəsəsi hesab olunur.
23. Ağdam Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(013)-2208/2024 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) ilkin və qarşılıqlı iddia ərizələri əsaslı olduğundan təmin edilərək, X6 miras qalmış İmişli rayonunun Göbəktala kəndində 0,12 ha torpaq sahəsində yerləşən 170 kv.metrdən ibarət fərdi yaşayış evinin İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 arasında bərabər bölünərək İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 1/6 (altıda bir) hissə payı olmasının müəyyən edilməsi; X6 miras qalmış İmişli rayonu Göbəktala kəndində 170 kv.metrdən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 arasında bərabər bölünərək İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 1/6 (altıda bir) hissə, yəni 0,02 ha payı olmasının müəyyən edilməsi qət edilmişdir.
24. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.2, 1134.1, 1159.1, 1159.1.1, 1159.1.2, 1159.1.3, 1160, 1243.1, 1243.2, 1243.3, 1246 və 1252-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
25. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və Mülki Məcəllənin 1162-ci maddəsinin tələbi nəzərə alınmaqla payların yenidən bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
26. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə işə baxarkən mərhum əri X13 ilə Azərbaycan SSR DQMV Mardaket rayonunda xx.xx.1979-cu il tarixdə rəsmi nikaha daxil olmağı faktını nəzərə almadan, Mülki Məcəllənin 1162-ci maddəsinin tələbinə zidd oalraq payların bölünməsini müəyyən etmişdir. Əgər sağ qalan ər (arvad) birinci mərhələnin digər varisləri ilə birlikdə varisliyə çağrılırsa, əvvəlcə onun nikah zamanı birgə əldə etdiyi əmlakdakı payının miqdarı müəyyən edilir, sonra isə əmlakın qalan hissəsi varislər arasında qanunla bölünür, bunlara sağ qalan ər (arvad) daxildir.
c) Apellyasiya şikayətlinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı2 və İddiaçı3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, məhkəmə tərəfindən Mülki Məcəllənin vərəsəliklə bağlı normalarına, eləcə də Avropa Məhkəməsinin qərarlarında əks olunmuş mövqeyinə zidd qətnamə qəbul edilmişdir. Əslində, tərəflər arasında mübahisə yoxdur. Sadəcə olaraq miras əmlakda paylar düzgün müəyyən edilməmişdir. Məhkəmə tərəfindən miras əmlak bölünərkən miras əmlakın İddiaçı2 ilə miras qoyan Məcid Ağayevin birgə nikah dövründə əldə edilmiş birgə mülkiyyətdə olan əmlak olduğu nəzərə alınmamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və miras əmlakın ½ hissəsinin İddiaçı2 mülkiyyətində olması nəzərə alınmaqla miras əmlakda payların müəyyən edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 izahatında bildirmişdir ki, miras əmlakda anası İddiaçı2 payı düzgün müəyyən edilməmişdir. Çünki, valideynləri 1979-cu ildə nikaha daxil olmuşlar və atası vəfat edənə qədər birgə nikahda olmuşlar. Mərhum atasından miras qalmış əmlak valideynlərinin birgə nikah dövründə əldə edilmişdir və həmin əmlak onların birgə mülkiyyəti sayılır. Cavabdeh2 sonda məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul olunmasını xahiş etmişdir
30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
31. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
32. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
33. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
34. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
35. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
36. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
37. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
38. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
39. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
40. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
41. Maddə 29.1. Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər.
42. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
43. Maddə 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvadın kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. 33. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
49. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
50. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
51. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
52. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir.
54. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X13 ilə İddiaçı2 xx.xx.1979-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. Onların birgə nikahlarından İddiaçı1, Cavabdeh1 və Cavabdeh2 adlı uşaqları anadan olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2018-ci il olan çıxarışa əsasən, İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X7 adına qeydə alınmışdır. Həmin əmlak Məcid Ağayevlə arvadı İddiaçı2 birgə nikah dövründə əldə edildiyindən ½ paylarla onların birgə mülkiyyətində olmuşdur. İddiaçı3 isə Məcid Ağayevin atasıdır. Bundan başqa, Məcid Ağayev sağlığında Qanuni nümayəndə2 ilə faktiki ailə qurmuş və onların faktiki ailə münasibətlərindən Qanuni nümayəndə1 adlı uşaqları anadan olmuşdur. X13 xx.xx.2023cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – atası İddiaçı3, arvadı İddiaçı2, uşaqları İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 olmuşdur. X12 miras qalan əmlak isə İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evinin ½ hissəsi olmuşdur. Adları qeyd olunan vərəsələrdən heç biri mirasın qəbulundan imtina etməmişlər. Əksinə, miras qoyanın vərəsələrindən atası İddiaçı3, arvadı İddiaçı2, uşaqları İddiaçı1, Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı ərizəylə notariat ofisinə müraciət etmişlər, lakin miras şərikləri arasında ixtilaf olduğundan notariat orqanı tərəfindən vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmçinin, miras qoyan Məcid Ağayevin digər qanun üzrə birinci növbəli vərəsəsi olan oğlu Qanuni nümayəndə1 da miras açıldıqdan sonra miras əmlak olan İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki qəbul etmişdir. Vərəsələr İddiaçı1, İddiaçı2 və İddiaçı3 miras əmlakda payların müəyyən edilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 da miras əmlakda payların müəyyən edilməsi barədə qarşılıqlı iddia ərizəsi vermişlər.
55. Birinci instansiya məhkəməsi tərəfindən ilkin və qarşılıqlı iddia təmin edilərək, miras qoyanın vərəsələri - atası İddiaçı3, arvadı İddiaçı2, uşaqları İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 hər birinin miras əmlak üzərində 1/6 hissə vərəsəlik payları müəyyən edilmişdir.
56. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
57. İşin mübahisəsiz hallarıdır ki, X13 ilə İddiaçı2 xx.xx.1979-cu il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar. İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evi də xx.xx.2018-ci il tarixdə, yəni onların birgə nikahda olduqları dövrdə əldə edilmişdir. Belə olan halda ər-arvadın birgə mülkiyyət rejimi əsasında həmin əmlak ər-arvadın birgə mülkiyyəti sayılır və onlar həmin əmlak üzərində ½ hissə mülkiyyət payına sahibdirlər.
58. Birinci instansiya məhkəməsi isə işin bu halını nəzərə almadan İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evini tam həcmdə mərhum Məcid Ağayevin mülkiyyətində olmasını hesab edərək fərdi yaşayış evini (tam həcmdə) vərəsələr arasında paylara bölmüşdür ki, bu halda əmlakın birgə mülkiyyətçisi İddiaçı2 həmin əmlak üzərində qanunla müəyyən edilmiş və dövlət tərəfindən qorunan mülkiyyət hüquqları pozulur.
59. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Həmin qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, “qətnamənin məzmunu giriş, təsviri, əsaslandırıcı və nəticə hissələrindən ibarət olub, həmin ardıcıllıqla Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsində göstərilən məlumatları əks etdirməlidir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”.
60. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
61. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
62. Məhkəmə kollegiyası iddia tələblərinin əsaslığı ilə bağlı aşağıdakıları qeyd edir.
63. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi miras qoyan X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və iddia tələbində həmin miras qoyanın miras əmlakının vərəsələr arasında paylara bölünməsi xahiş edilmişdir. Buna görə də baxılan iddia tələbi 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
64. İşin mübahisəsiz hallarıdır ki, X13 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri – atası İddiaçı3, arvadı İddiaçı2, uşaqları İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 olmuşdur. X12 miras qalan əmlak isə İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evinin ½ hissəsindən ibarət olmuşdur.
65. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliyin açılması faktı, mirasın kütləsi və vərəsələrin dairəsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir.
66. Çünki, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun.
67. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.
68. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, miras qoyan X7 vərəsələri - atası İddiaçı3, arvadı İddiaçı2, uşaqları İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 miras qoyan Məcid Ağayevin miras əmlakını qəbul etmişlər. İşdəki sənədlərdən aydın olur ki, miras qoyanın vərəsələrindən atası İddiaçı3, arvadı İddiaçı2, uşaqları İddiaçı1, Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən edilmiş müddətdə mirasın qəbulu ilə bağlı ərizəylə notariat ofisinə müraciət etmişlər, lakin miras şərikləri arasında ixtilaf olduğundan notariat orqanı tərəfindən vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmçinin, miras qoyan Məcid Ağayevin digər qanun üzrə birinci növbəli vərəsəsi olan oğlu Qanuni nümayəndə1 da miras açıldıqdan sonra miras əmlak olan İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evində yaşamaqla miras əmlakı faktiki qəbul etmişdir. Bununla belə, mirasın qəbulu ilə bağlı tərəflər arasında hər hansı mübahisə də yoxdur.
69. Məhkəmə kollegiyası miras qoyan X7 miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq qeyd edir ki, miras əmlak olan İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evinin ½ hissəsi üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı3, İddiaçı2, İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 hər birinin 1/6 hissədə payları müəyyən edilməlidir.
70. Məhkəmə kollegiyası həmçinin miras əmlak olan İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evinin birgə mülkiyyətdə olmasını və əmlakın ½ hissəsinin İddiaçı2 mülkiyyətində olmasını nəzərə alaraq hesab edir ki, İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evi üzərində İddiaçı2 7/12, İddiaçı3, İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 hər birinin ümumi əmlakdakı payı 1/12 hissədə müəyyən edilməlidir.
71. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli 2(013)-2208/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İlkin və qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Miras qoyan X6 miras qalmış İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evinin ½ hissəsi üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı3, İddiaçı2, İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 hər birinin 1/6 hissədə payları müəyyən edilsin. İmişli rayonu Göbəktala kəndindəki 0,12 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 170 kv.m fərdi yaşayış evi üzərində ümumi əmlakda İddiaçı2 7/12, İddiaçı3, İddiaçı1, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 hər birinin ümumi əmlakdakı payı 1/12 hissədə müəyyən edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.