Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-425/2024 09.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Tərtər Rayon Məhkəməsinin 2(061)-1100/2023 saylı mülki iş üzrə 28 noyabr 2023cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “Meqa Sığorta “ASC kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinə görə 4470 manat, dövlət rüsumuna görə 65,10 manat, ümumilikdə 4535,10 manat pulun alınaraq, "xxxx"ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia Tərtər Rayon Məhkəməsinin 2(061)-1100/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən təmin edilmişdir. Qətnamənin surəti xx.xx.2023-cü il tarixli xəbərnaməli məktubla poçt vasitəsi ilə cavabdehin ünvanına göndərilmiş və rabitə orqanı tərəfindən xəbərnaməyə imza etdirilməklə xx.xx.2023-cü il tarixdə cavabdehə rəsmən çatdırılmışdır. Cavabdeh həmin qətnamə ilə razılaşmayaraq müddəti ötürdükdən sonra birbaşa Gəncə Apellyasiya Məhkəməsinə müddətin bərpasına dair vəsatət əlavə etməklə apellyasiya şikayəti göndərmiş, apellyasiya şikayəti xx.xx.2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Həmin apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 133, 357-364-cü maddəsinin tələblərinə əməl edilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla Gəncə Apellyasiya Məhkəməsi tərəfindən Tərtər Rayon Məhkəməsinə göndərilmiş və xx.xx.2023cü il tarixdə Tərtər Rayon Məhkəməsinə daxil olmuşdur. Tərtər Rayon Məhkəməsinin 2(061)-1100/2023 saylı mülki iş üzrə 28 noyabr 2023cü il tarixli qərardadına əsasən ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardadla razılaşmayaraq şikayət vermişdir. Tərtər Rayon Məhkəməsinin 2(061)-1100/2023 saylı mülki iş üzrə 13 dekabr 2023cü il tarixli qərardadı ilə (hakim:T.Qubadov) şikayət təmin edilməmiş və şikayətə işlə birlikdə baxılması üçün 7 gün müddətinə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-1100/2023 saylı mülki iş üzrə 28 noyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-in 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı işüzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları vəşikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Yuxarıda adıçəkilən prosessual normaların tələblərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsindən tərəf 1 ay müddətində şikayət verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1100/2023 saylı mülki iş üzrə 28 noyabr 2023-cü il tarixli qərardadı işin hallarına uyğundur. Qərardad qəbul edilərkən prosessual hüquq normaların pozulmasına yol verilməmişdir. Belə ki, işdən görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-1100/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsini Cavabdeh xx.xx.2023-cü il tarixdə poçt xəbərnaməsinə imza etməklə rəsmən qəbul etmiş, qətnamədən apellyasiya şikayətini isə xx.xx.2023-cü il tarixdə, yəni qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürməklə vermiş və müddətin ötürülməsinin üzürlü səbəblərdən baş verməsi barədə hər hansı bir mötəbər sübut növünü ərizəsinə əlavə etməmişdir. Ona görə də, məhkəmə kollegiyası qərardadın ləğv edilməsi üçün əsas görmür və qərardadın dəyişdirilmədən saxlanılmalı olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-1100/2023 saylı mülki iş üzrə 28 noyabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-425/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-425/2024
09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver