Məhkəmə qərarları › İş №2(104)-436/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-436/2024

30.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-436/2024 30.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: zərərin ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Samux Rayon Məhkəməsinin 2(058)-484/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AL-120 nömrəli daxili lizinq müqaviləsindən görünür ki, İddiaçı MMC dəyəri 13800 manat olan “Ravon-Nexia R3” markalı, avtomobili X2 lizinqə verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli №POA********** saylı etibarnamənin surətindən görünür ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 120 saylı “Daxili lizinq müqaviləsi” əsasında Vahid Nəsibova lizinqə verilmiş “Ravon-Nexia R3” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə Cavabdeh idarəçiliyinə verilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon-Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı MMC-nə məxsusdur. İşdə olan inzibati tənbeh vermə haqqında TP ******* saylı qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə sürücü Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə görə 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh dəymiş ziyanın əvəzi kimi 3649 manat pulun ödənilməsi tələb olunmuşdur. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4635 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, tədqiq edilən 2017-ci il buraxılışlı, “Ravon-Nexia R3” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3362 manat müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəymiş maddi ziyanın əvəzi olaraq 3649 manat və ödənilmiş 57 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub, İddiaçı MMC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli AL-120 saylı “Daxili lizinq müqaviləsi” bağlamış və 2017-ci il buraxılışlı, “Ravon-Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA0478153 ban nömrəli, ağ rəngli avtomobil etibarnamə əsasında Cavabdeh idarəçiliyinə verilmişdir. İddiaçı MMCnin mülkiyyətində olan “Ravon-Nexia R3” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücü Cavabdeh idarə edərkən xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayon ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı Cavabdeh barəsində Sabunçu Rayon Polis İdarəsinin DYPŞ tərəfindən İVP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2022- ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul edilərək Azərvaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə 60 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon-Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Dəymiş zərərin müəyyən edilməsi məqsədilə “RS Avtoservis”-ə müraciət olunmuş və xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın hesablanmasına dair akt”a əsasən avtomobilə 3649 manat məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. Samux Rayon Məhkəməsinin 2(058)-484/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Kərimova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh vurulmuş ziyana görə 3362 (üç min üç yüz altmış iki) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 53,62 manat pulun tutularaq, İddiaçınə verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN- **********, müxbir hesab-AZ 41NABZ **********0000003944, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu-3.) köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək, Samux Rayon Məhkəməsinin 2(058)- 484/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, ekspert tərəfindən hesablanmış 3362 manat məbləğində ziyan həddən artıq çox olmuşdur. Bundan başqa Nəqliyyat vasitələrinin zədələnməsi barədə 24 fevral 2022-ci il tarixli 041298 nömrəli arayışa əsasən Sabunçu Rayon Polis İdarəsi tərəfindən “Ravon- Nexia R3” minik markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsi barədə arayış tərtib olunmuşdur. Həmin arayışda qeyd edilmişdir ki, avtomobilin sadəcə sol qabaq hissəsi zədələnmişdir. Belə olan halda sol qabaq hissəsi zədə almış avtomobilə vurulan ziyanın məbləğinin 3362 manat təşkil etməsi mümkün deyildir. Həmçinin, onun tərəfindən iddiaçı ilə müqavilə bağlanan zaman 1000 manat depozit məbləği ödənilmişdir. Lakin, nəqliyyat hadisəsi baş verdikdən sonra həmin məbləğ şirkətin hesabında qalsa da, vurulan zərərin əvəzi kimi nəzərə almamışdır. Hesab edir ki, qeyd edilən məbləğ zərərdən çıxılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 1096.1.1 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Apellyasiya baxışının hədləri MPM-in 372.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı MMC ilə X4 arasında xx.xx.2018-ci il tarixli AL-120 saylı “Daxili lizinq müqaviləsi” bağlamış və 2017-ci il buraxılışlı, “Ravon-Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı, XWBTF69V9HA0478153 ban nömrəli, ağ rəngli avtomobil etibarnamə əsasında Cavabdeh idarəçiliyinə verilmişdir. İddiaçı MMCnin mülkiyyətində olan “Ravon-Nexia R3” markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücü Cavabdeh idarə edərkən xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayon ərazisində yol nəqliyyat hadisəsi törətmişdir. Bununla bağlı Cavabdeh barəsində Sabunçu Rayon Polis İdarəsinin DYPŞ tərəfindən İVP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2022- ci il tarixli inzibati tənbeh vermə haqqında TP ******* saylı qərar qəbul edilərək Azərvaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə 60 manat məbləğində cərimə edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-nin mülkiyyətində olan “Ravon-Nexia R3” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Dəymiş zərərin müəyyən edilməsi məqsədilə “RS Avtoservis”-ə müraciət olunmuş və xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın hesablanmasına dair akt”a əsasən avtomobilə 3649 manat məbləğində maddi zərərin dəyməsi müəyyən edilmişdir. Daha sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/4635 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, tədqiq edilən 2017-ci il buraxılışlı, “Ravon-Nexia R3” minik markalı, **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 3362 manat müəyyən edilir. Məhkəmə ekspert rəyinə istinad edərək iddianı qismən, ekspert rəyində göstərilən məbləğlə təmin etmişdir. Kollegiya qeyd edir ki, cavabdeh X1 baş vermiş hadisədə təqsirli olması işin mübahisəsiz halıdır. İddiaçının sahibliyində olan avtomaşına dəymiş 3362 manat məbləğində zərərin cavabdeh tərəfindən ödənilməsinə dair iddiaçı tərəfindən irəli sürülən iddianın təmin olunması üçün qanuni əsaslar yuxarıda qeyd edilən maddi hüquq normaları ilə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, irəli sürülən iddianı qismən təmin:edməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətində zərərin müəyyən edilmiş məbləğini mübahisələndirmiş, avtomobilə daha az məbləğdə ziyan dəydiyini iddia etmişdir. Bununla bağlı kollegiya göstərir ki, birinci instansiya məhkəməsində işə baxılarkən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, rəy alınmış və ekspert rəyinə uyğun şəkildə qətnamə qəbul edilmişdir. Kollegiya hesab edir ki, həmin ekspert rəyinin işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul edilməməsi üçün heç bir əsas yoxdur. Bundan başqa cavabdeh iddiaçıya 1000 manat mələğində depozit verildiyini və həmin pulun dəymiş zərərdən çıxılmadığını bildirmişdir. Kollegiyaya hesab edir ki, həmin dəlil də əsassızdır. Belə ki, əvvəla iş materiallarında bu halı təsdiq edə bilən mötəbər sübut yoxdur. Həmçinin, cavabdehin bu barədə qarşılıqlı iddia tələbi olmamışdır. Kollegiya göstərir ki, Azərbaycan Respublikasının MPM-in 372.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. Kollegiya qeyd edir ki, hazırki işdə iddianın qiyməti 3362 manatdır. Ona görə də, hazırki iş üzrə qəbul edilən qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 2(058)-484/2023 saylı iş üzrə 31 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Bu qətnamə qəbul edildiyi gündən qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar