Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-442/2025 10.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Torres (Məmmədov) İlyas Mehman oğlu və X5 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi; bağışlama müqaviləsinin etibarsız hesab edilməsi; payın müəyyən edilməsi ) Hakimlər – Süleymanov Loğman Srac oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 nümayəndəsi (vəkili) X10 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4037/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: AZ-İİ seriyalı, 773873 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1953-cü ildə Azərbaycan Respublikası, Gəncə şəhərində doğulmuşdur, atası X20 və anası X21muşdur. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8- 70-M-1963/2024 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X22 xx.xx.1954-cü ildə Azərbaycan Respublikası Gəncə şəhərində anadan olmuşdur, xx.xx.1954-cü il tarixdə Gəncə Şəhər Qeydiyyat Şöbəsində 2284 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X8 atası X20, anası X19. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2-868/07 nömrəli, 18 iyul 2007-ci il tarixli qətnaməsi ilə X8 vərəsələrin müəyyən edilməsinə və miras evlərin bölüşdürülməsinə dair iddiası qismən təmin edilərək, X22, X27 və X3 X9 qanun üzrə vərəsələri hesab edilməsi, ünvan 1 ünvanda yerləşən evin 2/3 payla X8, 1/3 payla X11 mülkiyyətinə verilməsi, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 7 nömrəli binada yerləşən 8 nömrəli mənzilin mülkiyyət hüququnun X23 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********50-10301 reyestr nömrəli, qeydiyyat tarixi xx.xx.2009-cu il olan, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, X42 küçəsi, ev 61A ünvanda, xüsusi mülkiyyətdə olan 00299 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, 2/3 hissədə Cavabdeh2, 1/3 hissədə isə X16 adına qeydə alınmışdır. Gəncə şəhəri, X42 küçəsi, ev 61A ünvanda, xüsusi mülkiyyətdə olan 00299 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ (Cavabdeh2 2/3 hissədə, X16 1/3 hissədə payı olmaqla) əsasında Cavabdeh2 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2023) və X16 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2024) adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********50-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Daşkəsən Rayon Məhkəməsinin 2(030)-111/2010 nömrəli, 04 iyun 2010-cu il tarixli qətnaməsi ilə X11 Gəncə nikah evinə qarşı “ad və soyadın dəyişdirilməsindən imtinanın hüququ məhdudlaşdıran hərəkət hesab edilməsi, ad və soyadın dəyişdirilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair” iddiasınıntəmin edilməsi, X11 (indi Gəncə) şəhər VVAQ şöbəsi (indiki Gəncə nikah evi) tərəfindən xx.xx.1953-cü il tarixdə aparılmış 999 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilərək onun adı “Hüseyn”, soyadı “Hüseynzadə” yazılması, digər məlumatların olduğu kimi saxlanması, həmin akt qeydində müvafiq dəyişikliklərin edilməsi cavabdeh Gəncə nikah evinə həvalə olunması qət edilmişdir. Rusiya Federasiyası tərəfindən verilmiş, 34 nömrəli, xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü X17 xx.xx.2023-cü il tarixdə Türkiyə Respublikasında ölmüşdür. Cavabdeh2 (onun əvəzinə Həsən-zadə Ceyhun Vaqif oğlu imza etmişdir) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********775 nömrə ilə Gəncə şəhər 1 saylı notariat ofisində təsdiqlənmiş ərizədə qeyd edilmişdir ki, X22 17 yanvar 2023-cü ildə vəfat etmişdir, ölümündən sonra paylı mülkiyyət üzrə ona məxsus olan Gəncə şəhəri, X42 küçəsi, 61A ünvanda yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evinin və 00299 ha torpaq sahəsinin 2/3 hissəsindən ibarət miras qalmışdır. X8 ondan başqa aşağıdakı vərəsələri var – qızı Cavabdeh3, oğlu X30. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edir. Gəncə şəhər 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə aparılmış 2V-156 nömrəli notariat işinin materiallarından görünür ki, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-156 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi – arvadı Cavabdeh2 miras əmlakdan – Gəncə şəhəri, X42 küçəsi, ev 61A ünvanda yerləşən xüsusi mülkiyyətdə olan 0.0299 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evinin 2/3 hissəsindən tam hissədə irs almalıdır. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 3M-641 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsindən görünür ki, KoçX25 (əvəzinə X18 imza etmişdir) xx.xx.2023-cü ildə atası X8 vəfatından sonra ondan irs qalmış əmlakdan özünə çatası miras payını anası Cavabdeh2 (əvəzinə Həsən-zadə Ceyhun Vaqif oğlu imza etmişdir) bağışlamışdır. Gəncə şəhəri, X42 küçəsi, ev 61A ünvanda, xüsusi mülkiyyətdə olan 00299 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ (X8 2/3 hissədə, X11 1/3 hissədə payı olmaqla) əsasında X22 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2022) və X11 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2009) adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********50-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, X42 küçəsi, ev 61A ünvanda, xüsusi mülkiyyətdə olan 00299 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X4 adına 2/3 hissədə, (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2023) X16 adına 1/3 hissədə (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2024) daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********50- 10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İİ-MÖ seriyalı, 649932 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur, atası X28 və anası X12 olmuşdur. “Elektron notariat” X1 vasitəsilə “X7” AQİS-dən çıxarışlar əlavə edilmişdir. Moskva VVAQ İdarəsinin Çertanovskiy VVAQ şöbəsi tərəfindən verilmiş, İV-MÖ seriyalı, 852170 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X22 ilə Cavabdeh2 arasında olan nikah xx.xx.2013-cü il tarixdə 2057 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikahdan sonra ərin soyadı Məmmədov, arvadın soyadı Məmmədova müəyyən edilmişdir. Moskva şəhəri Boqodorsk VVAQ şöbəsi tərəfindən verilmiş VMÖ seriyalı, 681644 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2003-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur, atası X22 və anası Cavabdeh2 olmuşdur. Cavabdeh3 (onun əvəzinə X18 imza etmişdir) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********776 nömrə ilə Gəncə şəhər 1 saylı notariat ofisində təsdiqlənmiş ərizədə qeyd edilmişdir ki, X22 17 yanvar 2023-cü ildə vəfat etmişdir, ölümündən sonra paylı mülkiyyət üzrə ona məxsus olan Gəncə şəhəri, X42 küçəsi, 61A ünvanda yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evinin və 00299 ha torpaq sahəsinin 2/3 hissəsindən ibarət miras qalmışdır. X8 ondan başqa aşağıdakı vərəsələri var – arvadı Cavabdeh2, oğlu X30. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş edir. Kirovabad şəhəri Gəncə rayon VVAQ şöbəsi tərəfindən verilmiş Xİİ-JQ seriyalı, 299481 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1986cı ildə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur, atası X22 və anası Cavabdeh2 olmuşdur. Moskva VVAQ İdarəsinin Çertanovskiy VVAQ şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş, İ-MÖ seriyalı, 646996 nömrəli ad dəyişməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Torres olaraq dəyişdirmiş, bu barədə xx.xx.2016-cı il tarixdə 297 nömrəli akt qeydi rəsmiləşdirilmişdir. X30 (onun əvəzinə Həsən-zadə Ceyhun Vaqif oğlu imza etmişdir) tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, **********774 nömrə ilə Gəncə şəhər 1 saylı notariat ofisində təsdiqlənmiş ərizədə qeyd edilmişdir ki, atası X22 17 yanvar 2023-cü ildə vəfat etmişdir, onun vəfatından sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalan bütün əmlakdan bütün əsaslar üzrə ona çatası mrias payı qanunla müəyyən olunmuş müddət ərzində qəbul etməmişdir. İndidə və gələcəkdə müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək. Ona notarius tərəfindən izah olunmuşdur ki, ərizəsini ləğv edə və geri götürə biməz. Cavabdeh2 nümayəndəsi X29 tərəfindən məhkəməyə 8 ədəd fotoşəkillər təqdim edilmişdir. İddiaçı tərəfindən məhkəmə kollegiyasına göndərilmiş ərizəyə əlavə edilən: Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2020-ci il tarixli, H-91-091 saylı sərəncamının surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu, X42 küçəsi 61A ünvanında yerləşən mülkiyyət hüququ ilə 1/3 hissə İddiaçı və 2\3 hissə X13 məxsus 0,0299 ha torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı çərçivəsində inşa etmək istədiyiniz fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsinə dair irad mövcud deyildir. Ərizəyə Gəncə şəhəri Nizami rayonu, X42 küçəsi 61A ünvanında yerləşən hazırkı mübahisəli evin əvvəlki vəziyyətini əks etdirən və həmin evin sökülərək yerində tikilmiş evin görüntülərini əks etdirən 14 ədəd foto şəkil əlavə edilmişdir. Cavabdeh2 nümayəndəsi X29 tərəfindən məhkəmə kollegiyasına təqdim edilən iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsindən görünür ki, onun tərəfindən birinci instansiya məhkəməsində Gəncə şəhəri Nizami rayonu, X42 küçəsi 61A ünvanında cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və iddiaçı Cavabdeh2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışla müəyyən edilmiş 0.0299 ha totrpaq sahəsi üzərində 3/2 hissədə payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı (X27) cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 6uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X6 qalmış 2/3 hissəsinə tam olaraq onun miras payının müəyyən edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi onun, 2/3 hissəsi isə mərhum qardaşı X8 adına olmuşdur (bu yaxınlarda iddaçı özünəməxsus olan 1/3 hissəni oğlu X23 bağışlamışdır). X22 17 yanvar 2023-cü il tarixində vəfat etmişdir. Qardaşı öz ailəsi ilə birlikdə uzun illər ərzində Rusiya Federasiyasında, son zamanlarda isə Türkiyə Respublikasında yaşamışdır. Yəni nə onun özü, nə də ki ailə üzvləri uzun illərdən bəri Azərbaycana gəlməmişlər. Sadəcə olaraq formal şəkildə paylı mülkiyyət hüququ əsasında mülkün 2/3 hissəsi X13 məxsus olmuşdur. Əksinə iddiaçı daimi olaraq həmin evdə nəinki yaşamış, hətta sonradan öz şəxsi vəsaiti hesabına ona verilmiş müvafiq icazə sənədlərinə əsasən əsaslı təmir və tikinti işləri aparmışdır. Elə qardaşının ölümündən sonra da mirası ikinci növbə vərəsə olaraq yalnız o, qəbul etmişdir. Onun ailə üzvləri olan birinci növbə vərəsələr isə mirası hər hansı formada qəbul etməmişlər. Bu səbəbdən də hesab edir ki, sözügedən miras əmlakda qardaşına məxsus olan pay ona çatmalı idi. Lakin bu günlərdə xəbər tutmuşdur ki, cavabdehlər, X8 həyat yoldaşı Cavabdeh2 və onların qızları Cavabdeh3 mirasın qəbulu üçün həmin vaxt qanunvericiliklə müəyyən edilmiş müddətdən bir neçə ay keçdikdən sonra onun xəbəri olmadan ünvan 6uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən qardaşına məxsus olan 2/3 hissəni öz adlarına keçirmiş, eyni zamanda 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinə əsasən Cavabdeh3 özünəməxsus miras payını Cavabdeh2 bağışlamışdır. Beləliklə də mülkün qardaşına məxsus olan 2/3 hissəsi tam olaraq Cavabdeh2 adına keçmişdir. Vərəsəlik zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, qardaşının ölümündən sonra mirası ikinci növbə olaraq yalnız o, qəbul etmişdir. Onun ailə üzvləri olan birinci növbə vərəsələr isə qardaşının sağlığından bu günə kimi Türkiyə Respublikasında yaşayırlar və mirası hər hansı formada qəbul etməmişlər. Hətta vərəsəlik işləri aparılan zaman da özləri deyil, mirasın qəbulu üçün həmin vaxt qanunvericiliklə müəyyən edilmiş müddətdən bir neçə ay keçdikdən sonra verilmiş etibarnamə əsasında nümayəndələri iştirak etmişdir. Eyni zamanda notariat ofisində də kobud qanun pozuntusuna yol verilərək bu fakta göz yumulmuş, bununla da mirası faktiki qəbul etməyinə baxmayaraq miras payından məhrum edilmişdir. Göründüyü kimi qanunsuzluqlar göz qabağındadır. Ona görə də pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4037/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Gəncə şəhəri 1 saylı Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin ləğv olunması və əmlaka payın müəyyən edilməsi barədə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 miras qalmış Gəncə şəhəri, X42 küçəsi, ev 61A ünvanda yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evindən və 0.0299 ha torpaq sahəsindən ibarət **********50-10301 reyestr nömrəli daşınmaz əmlakın 2/3 hissəsi Cavabdeh2 tərəfindən mərhumiun digər əşyalarını, yəni telefonunu, geyim əşyalarını və s. faktiki olaraq qanun üzrə birinci növbə vərəsəsi olaraq qəbul etmişdir. Həm də, iddiaçı tərəf qanun üzrə ikinci növbə vərəsədir ki, birinci növbə vərəsələrin olması ikinci nöbvə vərəsəliyi istisna edir. Ona görə də, Cavabdeh2 verilmiş və Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-156 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni və əsaslıdır. Məhkəmə hesab edir ki, mübahisəli əmlaka dair Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 3M-641 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması və əmlaka miras payının müəyyən edilməsi tələbləri törəmə hüquq münasibəti olub, sözügedən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törənmişdir. Buna görə də mübahisəli əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissədə iddia əsassız olduğundan, törəmə hüquq münasibəti olan sözügedən digər tələblər də əsassızdır və təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1145-ci, 1146-cı, 1151.1-si, 1159.1.1-ci, 1159.2-ci, 1160-cı və 1255-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində icraat: İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, M.F.Axundov küçəsi,ev 61A ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi onun, 2/3 hissəsi isə məhrum qardaşı X8 adına olmuşdur. (bu yaxınlarda özünə məxsus olan 1/3 hissəni oğlu X23 bağışlamışdır) X22 17 yanvar 2023-cü il tarixində vəfat etmişdir. Qardaşı öz ailəsi ilə birlikdə uzun illər ərzində Rusiya Federasiyasında, son zamanlarda isə Türkiyə Respublikasında yaşamışdır. Yəni nə onun özü, nə də ki ailə üzvləri uzun illərdən bəri Azərbaycana gəlməmişlər. Sadəcə olaraq formal şəkildə paylı mülkiyyət hüququ əsasında mülkün 2/3 hissəsi X13 məxsus olmuşdur. Əksinə o, daimi olaraq həmin evdə nəinki yaşamış, hətta sonradan öz şəxsi vəsaiti hesabına ona verilmiş müvafiq icazə sənədlərinə əsasən tikinti işləri aparmışdır. Elə qardaşının ölümündən sonra da mirası ikinci növbə vərəsə olaraq yalnız o qəbul etmişdir. Onun ailə üzvləri olan birinci növbə vərəsələr isə qardaşının sağlığından bu günə kimi Türkiyə Respublikasında yaşayırlar və mirası hər hansı bir formada qəbul etməmişlər. Hətta vərəsəlik işləri aparılan zaman da özləri deyil, mirasın qəbulu üçün həmin vaxt qanunvericiliklə müəyyən edilmiş müddətdən bir neçə ay keçdikdən sonra verilmiş etibarnamə əsasında nümayəndələri iştirak etmişdir. Eyni zamanda notariat ofisində də kobud qanun pozuntusuna yol verilərək bu fakta göz yumulmuş, bununla da mirasın yalnız onun tərəfindən faktiki olaraq qəbul edilməyinə baxmayaraq, miras payından məhrum edilmişdir. Məhkəmə işi tam və hərtərəfli araşdırmadan, tamamilə qanunsuz və əsassız olaraq iddiamın təmin edilməməsi barədə qətnamə çıxarmış, bununla da onun sözügedən miras mülkə dair vərəsəlik və mülkiyyət hüquqlarımı kobud surətdə pozmuşdur. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh2 mərhum qardaşı Mehmanın həyat yoldaşı, digər Cavabdeh3 isə mərhum qardaşı Mehmanın qızıdır. Onun əvvəlki adı və soyadı Məmmədov Mahir olmuş, o ad və soyadını dəyişdirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs X14 isə onun bacısıdır, bacısı öz payından mərhum qardaşı Mehmanın xeyrinə imtina etmişdir. 40 ildir ki, bacısı Gülnarə ilə münasibəti yoxdur. Sözügedən evin 1/3 hissəsi ona, 2/3 hissəsi isə qardaşı Mehmana məxsus olmuşdur. O, özünəməxsus olan payı oğlu Emilə bağışlamışdır. 17 yanvar 2023-cü ildə Mehmanın ölümündən sonraonun birinci növbə vərəsəsi İlyas miras əmlakdan imtina etmiş, İlahə isə özünə düşən payı anası Afətə bağışlamışdır. Halbuki, cavabdehlər Afət və İlahə uzun müddət Azərbaycan Respublikasına gəlməmiş, bununla da, birinci növbə vərəsələr kimi mirası – sözügedən əmlakı faktiki qəbul etməmişlər. Bundan başqa, Afət və İlahə miras əmlakın qəbulu üçün həmin vaxt qüvvədə olan qanunvericiliyə əsasən 6 aylıq müddəti ötürdükdən sonra notariat ofisinə müraciət etmişlər.O, uzun müddət sözügedən mübahisəli əmlakda yaşamaqla, həmin fərdi yaşayış evinin çox köhnə və yaşayısa yararsız olmasını nəzərə alaraq, sökülməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmiş və qanuni razılığı aldıqdan sonra, 2020-ci ildə həmin evi tam sökməklə, yerində yeni yaşayış evi tikmişdir. Bu isə onu göstərir ki, həmin əmlak onun tərəfindən faktiki olaraq qəbul edilmişdir. Belə ki, iddiaçının qardaşı mərhum Mehman ölməmişdən qabaq məhkəmədə mübahisəli əmlakın naturada bölgüsünə dair iddia qaldırsa da, məhkəmə gedişində iddiaçının qardaşı Mehman öldüyü üçün icraat dayandırılmışdır. Cavabdehlər Cavabdeh2 və KoçX25 vərəsəliyi qəbul etdikdən sonra məhkəməyə ərizə vermiş, ərizə əsasında icraat təzələnmişdir. Həmin evə dair çıxarış alarkən, evin 2/3 hissəsinin mərhum Mehmanın həyat yoldaşı Cavabdeh2 tərəfindən vərəsəlik qaydasında qəbul olunduğunu öyrənmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4037/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi olan Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4037/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 nümayəndəsi (vəkil) X29 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2-868/07 nömrəli, 18 iyul 2007-ci il tarixli qətnaməsi ilə X8 vərəsələrin müəyyən edilməsinə və miras evlərin bölüşdürülməsinə dair iddiası qismən təmin edilərək, X22, X27 və X3 X9 qanun üzrə vərəsələri hesab edilməsi, ünvan 1 ünvanda yerləşən evin 2/3 payla X8, 1/3 payla X11 mülkiyyətinə verilməsi, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 7 nömrəli binada yerləşən 8 nömrəli mənzilin mülkiyyət hüququnun X23 verilməsi qət edilmişdir. X8 vəfatından sonra, onun birinci növbə vərəsələri tərfindən miras qalmıəş pulu, telefonu və digər əşyaları faktiki olaraq qəbul edilmiş, sonra isə notarial qaydada sənədləşdirilmişdir. Həm də, iddiaçının birinci növbə vərəsələri olduğu üçün, ikinci növbə vərəsəlik istisna olunur. Bununla belə, onlara məlum olmuşdur ki, miras açılmazdan əvvəl fərdi yaşayış evi sökülmüş və orada iddiaçı tərəfindən ev tikilmişdir. Ona görə də, cavabdeh tərəfindən birinci instansiya məhkəməsində Gəncə şəhəri Nizami rayonu, X42 küçəsi 61A ünvanında cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və 0.0299 ha totrpaq sahəsi üzərində 3/2 hissədə payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsinə dair iddia qaldırmışlar.Ona görə də, apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Cavabdeh Gəncə şəhəri 1 saylı Notariat ofisinə, digər cavabdehlər Cavabdeh3 və mübahisə barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Torres (Məmmədov) İlyas Mehman oğluna və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, birinci və digərlərinin nümyəndələri heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
1. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddiaçının apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə və iddiasının təmin edilməsinə yönəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı və qanuniliyi tam şəkildə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4037/2024 nömrəli qətnaməsi qismən, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin ləğv olunmasının rədd edilməsi hissəsində qismən ləğv edilməli, iddia qismən təmin edilməli, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 6uş 23 noyabr 2023cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi həmin miras evə dair hissədə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeyd ləğv olunmalı, qətnamə qalan hissələrdə, yəni iddia tələbinin ünvan 5 ünvanında yerləşən 00299 ha torpaq sahəsinə dair ünvan 6uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin hissədə 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən 00299 ha torpaq sahəsinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X6 qalmış 2/3 hissəsinə tam olaraq onun miras payının müəyyən edilməsi barədə hissələrinin rədd edilməsinə dair hissələrdə dəyişdirilmədən saxılanılmalıdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2-868/07 nömrəli, 18 iyul 2007-ci il tarixli qətnaməsi ilə X8 vərəsələrin müəyyən edilməsinə və miras evlərin bölüşdürülməsinə dair iddiası qismən təmin edilərək, X22, X27 və X3 X9 qanun üzrə vərəsələri hesab edilməsi, ünvan 1 ünvanda yerləşən evin 2/3 payla X8, 1/3 payla X11 (hazırda İddiaçı) mülkiyyətinə verilməsi, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi 7 nömrəli binada yerləşən 8 nömrəli mənzilin mülkiyyət hüququnun X23 verilməsi qət edilmişdir. Gəncə şəhəri, X42 küçəsi, ev 61A ünvanda, xüsusi mülkiyyətdə olan 00299 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ (X8 2/3 hissədə, X11 1/3 hissədə payı olmaqla) əsasında X22 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2022) və X11 (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2009) adına daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmışdır və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx.xx.2020-ci il tarixli, H-91-091 saylı sərəncamı ilə, İddiaçı cavab verilmişdir ki, Gəncə şəhəri Nizami rayonu, X42 küçəsi 61A ünvanında yerləşən mülkiyyət hüququ ilə 1/3 hissə İddiaçı və 2\3 hissə X13 məxsus 0,0299 ha torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə uyğun olaraq məlumatlandırma icraatı çərçivəsində inşa etdiyi fərdi yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsinə dair irad mövcud deyildir. İddiaçı tərəfindən həmin fərdi yaşayış evi 2020-ci ildə tam sökülərək, yerində müasir səviyyəli yeni yaşayış evi tikilmişdir. İşin həmin halı iş materiallarına əlavə edilmiş foto şəkillərlə, həm də, cavabdeh tərəfin məhkəmə kollegiyasında verdiyi izahatı ilə təsdiq edilr. Məhz həmin ev söküldüyü üçün, Cavabdeh2 nümayəndəsi tərəfindən birinci instansiya məhkəməsində Gəncə şəhəri Nizami rayonu, X42 küçəsi 61A ünvanında cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və iddiaçı Cavabdeh2 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışla müəyyən edilmiş 0.0299 ha totrpaq sahəsi üzərində 3/2 hissədə payının naturada ayrılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının qardaşı X22 xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra miras açılmış və Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-156 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 vərəsəsi – arvadı Cavabdeh2 miras əmlakdan – Gəncə şəhəri, X42 küçəsi, ev 61A ünvanda yerləşən xüsusi mülkiyyətdə olan 0.0299 ha torpaq sahəsinin və torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evinin 2/3 hissəsindən tam hissədə irs almış, Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş 3M-641 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsi ilə, KoçX25 (əvəzinə X18 imza etmişdir) xx.xx.2023-cü ildə atası X8 vəfatından sonra ondan irs qalmış əmlakdan özünə çatası miras payını anası Cavabdeh2 (əvəzinə Həsən-zadə Ceyhun Vaqif oğlu imza etmişdir) bağışlamış və Gəncə şəhəri, X42 küçəsi, ev 61A ünvanda, xüsusi mülkiyyətdə olan 00299 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 36,9 m2 olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə X4 adına 2/3 hissədə, (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2023) X16 adına 1/3 hissədə (qeydiyyat nömrəsi və tarixi: **********, xx.xx.2024) daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 96 nömrəli vərəqində qeydiyyata alınmış və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********50-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Halbu ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, X8 xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə miras açılarkən, mərhumun mülkiyyətində mübahisə edilən fərdi yaşayış evi mövcud olmamış, həmin ev tam sökülərək, yerində iddiaçı tərəfindən yeni yaşayış evi tikilmişdir. Birinci instansiya məhkəməsi isə işin həmin hallarıı nəzərə almayaraq, mövcud olmayan fərdi yaşayış evi üzrə əldə edilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni, müvafiq olaraq miras payın bağışlanması müqaviləsinin etibarsızlığına və dövlət reyestrindən çıxarışın ləğvinə dair iddianı həmin hissədə təmin etməmiş və həmin hissədə mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4037/2024 nömrəli qətnaməsi qismən, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin ləğv olunmasının rədd edilməsi hissəsində qismən ləğv edilməli, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 6uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi həmin miras evə dair hissədə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeyd ləğv olunmalıdır. Məhkəmə kollegiyası Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 4037/2024 nömrəli qətnaməsinin iddia tələbinin ünvan 5 ünvanında yerləşən 00299 ha torpaq sahəsinə dair ünvan 6uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin hissədə 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən 00299 ha torpaq sahəsinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X6 qalmış 2/3 hissəsinə tam olaraq onun miras payının müəyyən edilməsi barədə hissələrinin rədd edilməsinə dair hissələrini qanuni və əsaslı hesab etməklə, qeyd edir ki, həmin hissəlrdə apellyasiya dəlilləri əsassız olmaqıla, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, İddiaçı miras qoyan mərhum X8 qardaşı olmaqla, ikinci növbə vərəsədir və miras qoyanın birinci növbə vərəsələri mövcud olduğundan, sonrakı növbənin vərəsəliyi, yəni iddiaçının vərəsəliyi istisna edilir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası «Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı miras qoyan mərhum qardaşı X8 ikinci növbə vərəsəsi olduğundan və miras qoyanın birinci növbə vərəsələri mövcud olduğundan, vərəsəliyi istisna edildiyi üçün, birinci növbə vərəsinin mirası qəbul müddətinin ötürməsi əsası ilə əldə etdiyi vərəsəliyi mübahisələndirmək və tələb etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4037/2024 nömrəli qətnaməsi qismən, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin ləğv olunmasının rədd edilməsi hissəsində qismən ləğv edilməli, iddia qismən təmin edilməli, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 6uş 23 noyabr 2023cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi həmin miras evə dair hissədə etibarsız hesab edilməli, həmin şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeyd ləğv olunmalı, qətnamə qalan hissələrdə, yəni iddia tələbinin ünvan 5 ünvanında yerləşən 00299 ha torpaq sahəsinə dair ünvan 6uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin hissədə 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən 00299 ha torpaq sahəsinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X6 qalmış 2/3 hissəsinə tam olaraq onun miras payının müəyyən edilməsi barədə hissələrinin rədd edilməsinə dair hissələrdə dəyişdirilmədən saxılanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4037/2024 nömrəli qətnaməsi qismən, yəni vərəsəlik hüququ haqqında şəhadətnamənin, miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin ləğv olunmasının rədd edilməsi hissəsində qismən ləğv edilsin. İddia qismən təmin edilsin. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 6uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair hissədə etibarsız hesab edilsin, həmin şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeyd ləğv olunsun. Qətnamə qalan hissələrdə, yəni iddia tələbinin ünvan 5 ünvanında yerləşən 00299 ha torpaq sahəsinə dair ünvan 6uş 23 noyabr 2023-cü il tarixli, 2V-156 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, həmin hissədə 23 noyabr 2023-cü il tarixli, 3M-641 reyestr nömrəli miras payın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında ünvan 5 ünvanında yerləşən 00299 ha torpaq sahəsinin 2/3 hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına aparılmış qeydin ləğv olunması və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X6 qalmış 2/3 hissəsinə tam olaraq onun miras payının müəyyən edilməsi barədə hissələrinin rədd edilməsinə dair hissələrdə dəyişdirilmədən saxılanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.