Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-449/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və üçüncü şəxs X4 iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(061)-1203/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. JN 0021, kod 61111068 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Tərtər Rayon İslahat Komissiyasının 03 noyabr 1999-cu il tarixli qərarı ilə X8 (torpaq mülkiyyətçisi kimi göstərilməklə) Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, X12, Cavabdeh5 və Cavabdeh6 1.88 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi verilmişdir.
2. Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilmişdir ki, birinci tərəf X8 olmaqla ona məxsus olan 1.88 ha torpaq sahəsinin 1 ha-sını ******* manata İddiaçı satmağı öhdəsinə götürmüş, ikinci tərəf İddiaçı olmaqla ******* manat ödəməyi öhdəsinə götürmüşdür. Üçüncü tərəflər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 müqavilənin şərtlərinin qəbulunda razılıq vermişlər.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Tərtər rayonu, Yenikənd kəndində 1.8838 ha kənd təsərrüfatı təyinatlı torpağın 11/35 hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır, Cavabdeh2 6/35 hissədə, Cavabdeh3 6/35 hissədə, X14 5/35 hissədə, Cavabdeh6 6/35 hissədə, X5 1/35 hissədə payı müəyyən edilmişdir.
4. AN-İ seriyalı, ******* nömrəli, 23 iyun 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 1.8838 ha olan torpaq sahəsinin Cavabdeh1 məxsus 11/35 hissəsini, Cavabdeh2 məxsus 6/35 hissəsini, Cavabdeh3 məxsus 6/35 hissəsini və X7 məxsus 6/35 hissəsini alıcı X2.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4, X13, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olan ünvan 1 kəndində yerləşən 1,88 ha torpaq sahəsinin ona satılmasına dair aralarında olan alqı-satqı müqaviləsinin xx.xx.2005-ci il tarixdən bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 13 saylı qərarı ilə JN 0021, kod 61111068 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən ünvan 1 kənd sakinləri mərhum X9 və hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh4, X10, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətində olan 1,88 ha pay torpaq sahəsini 2005-ci ildə ******* manata ona satılması barədə razılığa gəlmişlər. Sözügedən torpaq sahəsinin 1 ha hissəsini xx.xx.2005-ci ildə ******* manata alması barədə onun və cavabdehlərin iştirakı ilə tərtib edilmiş alqı-satqı müqaviləsi Tərtər rayon Yenikənd kənd Bələdiyyəsinin imzası və möhürü ilə təsdiqlənmişdir. Həmin torpaq sahəsinin qalan 0,88 ha hissəsini isə 2005-ci ilin iyun ayında mərhum X3 ******* manat razılaşaraq almışdır. Həmin torpağı ******* manata almasını, həm iddia ərizəsinə əlavə etdiyi sənədlər, həm də xeyli sayda şahidlər təsdiq edə bilər. Torpağı notarial qaydada sənədləşdirmək üçün cavabdehlərin yaşadığı ünvana getmiş, lakin onlarda yas mərasimi olduğundan sənədləşdirmə apara bilməmişdir. X9 vəfat etdikdən sonra hazırki iş üzrə cavabdehlər torpaq sahəsini onun əlindən alacaqlarını bildirmişlər. Həmin vaxtdan bu günə kimi sözügedən torpaq sahəsini aqrotexniki qulluq edərək münbit hala gətirmişdir, xeyli sayda müxtəlif növ ağaclar əkmişdir. 17 ildən çoxdur ki, həmin torpaq sahəsi onun istifadəsində və sahibliyindədir. Onunla mərhum X8 və digər ailə üzvləri arasında sözügedən pay torpağın alqı-satqısı barədə razılaşmamış cavabdehlərin və kənd bələdiyyəsinin imzalar və bələdiyyə sədrinin möhürü ilə alqı satqı müqaviləsi şəklində rəsmiləşmiş və həmin torpaq sahəsinin dəyəri tərəfindən tam olaraq cavabdehlərə ödənimişdir. Son zamanlar cavabdehlərin onun istifadəsində olan həmin torpaq sahəsini X1 eşitmiş və bu səbəbdən sözügedən iddianı qaldırmağa məcbur olmuşdur. Göstərdiklərinə əsasən cavabdehlərə qarşı mülkiyyətində olan ünvan 1 kəndində yerləşən 1,88 ha torpaq sahəsinin ona satılmasına dair aralarında olan alqı-satqı müqaviləsinin xx.xx.2005-ci il tarixdən bağlanmış hesab edilməsinə dair qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş etmişdir.
7. Tərtər Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(061)-1203/2022 nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddianın təmin edilməməsi qət edilmişdir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. Tərəflər arasında noatrail qaydada alqı-satqı müqaviləsi bağlanmamışdır. Hazırki məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli 1,88 pay torpaq sahəsi cavabdehlərə məxsus olmuş və onlar həmin torpaq sahəsini aralarında notarial qaydada alqı-satqı müaviləsi bağlayaraq X2. Bu hal məhkəmə iclasında elan olunmuş 23 iyun 2022-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə təsdiq olunur.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.2-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 81, 88, 217-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(061)-1203/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi sübutların mötəbərliyini düzgün araşdırmamış, cavabdehin izahatı əsas götürülmüş, onun izahatına və təqdim etdiyi sübutlara isə düzgün qiymət verilməmişdir. Belə ki, sözügedən torpaq sahəsinin 1 ha hissəsini xx.xx.2005-ci ildə ******* manat alması barədə onun və cavabdehlərin iştirakı ilə tərtib edilmiş alqı-satqı müqaviləsi Tərtər rayon Yenikənd Bələdiyyəsinin imzası və möhürü ilə təsdiqlənmişdir. Həmin torpaq sahəsinin qalan 0.88 ha hissəsini isə 2005-ci ilin iyun ayında mərhum X3 ******* manata almışdır. Həmin torpağı almasını təqdim etdiyi sənədlər və şahidlər təsdiq edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsi sübutları düzgün araşdırmamış, cavabdehin izahatını əsas götürmüş, onun təqdim etdiyi sübutlara isə düzgün qiymət verməmişdir. Həmin torpaq sahəsinin 1 ha hissəsini xx.xx.2005-ci ildə almış, onun və cavabdehlərin iştirakı ilə tərtib edilmiş alqı-satqı müqaviləsi Tərtər rayon Yenikənd Bələdiyyəsinin imzası və möhürü ilə təsdiqlənmişdir. Həmin torpaq sahəsinin qalan 0.88 ha hissəsini isə 2005-ci ilin iyun ayında mərhum X3 almışdır. Hər iki torpağın alq-satqisi notariat qaydada təsdiq edilməmişdir. Hazırda mübahisəli 1,88 pay torpaq sahəsi cavabdehlərə məxsus olmuş və onlar həmin torpaq sahəsini aralarında notariat qaydada alqı-satqı müaviləsi bağlayaraq X2. Torpaq sahəsi hazırda Mübarizin istifadəsindədir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onlar iddiaçıya torpaq sahəsini satmamışlar. Həmin 1,88 pay torpaq sahəsi onlara məxsus olmuş, çıxarış almışlar və onlar sonradan həmin torpaq sahəsini aralarında notariat qaydada alqısatqı müaviləsi bağlayaraq X2. Torpaq sahəsi hazırda Mübarizin istifadəsindədir. İddiaçı torpağın sənədləşdirməsi ilə bağlı onlara müraciət etməmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X11 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Həmşinin bildirmişdir ki, 1,88 pay torpaq sahəsi cavabdehlərə məxsus olmuş və onlar həmin torpaq sahəsini aralarında notarial qaydada alqı-satqı müaviləsi bağlayaraq ona satmışlar. Hazırda torpaq sahəsi onun istifadəsindədir. Onun adına torpaq sahəsinin plan və ölşü sənədi işlənmişdir.
16. İş üzrə digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Konstitusiyası Maddə 13. İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 394. Daşınmaz əşyanın özgəninkiləşdirilməsi barədə müqavilənin bağlanması qaydası-Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur.
20. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2006-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Torpaq sahəsinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır; əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
22. Digər tərəfdən, xx.xx.2005-ci il tarixli, 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəllədən 335-ci maddə çıxarılmışdır. Maddənin əvvəlki redaksiyasında deyilirdi: - 335.1. əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır. - 335.2. əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(061)- 1203/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, iddiaçı iddia ərizəsində Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 13 saylı qərarı ilə JN 0021, kod 61111068 olan “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktına əsasən ünvan 1 kənd sakinləri cavabdehlər X9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 mülkiyyətində olan 1,88 ha pay torpaq sahəsi 2005-ci ildə alqı-satqı əsasinda Tərtər rayon Yenikənd kənd Bələdiyyəsinin imzası və möhürü ilə təsdiqlənmiş sənədə əsasən aldığını, cavabdeh X9 vəfat etdikdən sonra hazırki iş üzrə cavabdehlər torpaq sahəsini onun əlindən alacaqlarını bildirmişlər. Məhkəmə Kollegiyası qeyd edir ki, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Qanunvericiliyin tələbinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı, əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi 2005-ci ildən iddiaçının istifadəsində olsada, keçən müddət ərzində həmin torpaq sahəsi akt tərtib edildikdən sonra qanunvericilikdə müəyyən olunmuş qaydada notariatda sənədləşdirilməmişdir. İddiaçı apellyasiya şikayətində həmin torpaq sahəsinin cavabdeh Rəşid Məmmədov öləndən sonra sənədləşdirməsinə digər cavabdehlər tərəfindən imkah verilmədiyini bildirsə də, buna dair əsaslı sübut təqdim etməmişdir. Başqa cür desək, torpağın rəsmi qaydada sənədləşdirməsinə cavabdehlər tərəfindən hər hansı müdaxilənin olması halı öz təsdiqini tapmamışdır. Bundan başqa, iddiaşının deməsinə görə həmin torpaq sahəsi 15 ildən artıq müddətdir ki, onun istifadəsində olmuş, ötən illər ərzində o, torpaq sahəsinin notariat qaydada rəsmiləşdirilməsi ilə əaqədar notariusa və ya alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etməmişdir. Qanunvericilik tərəflərdən birinin notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etdiyi, digər tərəfin isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırdığı halda əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarını nəzərdə tutmuşdur. Buna baxmayaraq hazırki iş üzrə tərəflər arasında yazılı sənəd olsada, cavabdehlərin alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırdığı hali müəyyən edilmir. Bundan başqa Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Tərtər rayonu, Yenikənd kəndində 1.8838 ha kənd təsərrüfatı təyinatlı torpağın 11/35 hissəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydə alınmışdır, Cavabdeh2 6/35 hissədə, Cavabdeh3 6/35 hissədə, X14 5/35 hissədə, Cavabdeh6 6/35 hissədə, X5 1/35 hissədə payı müəyyən edilmişdir. Daha sonra AN-İ seriyalı, ******* nömrəli, 23 iyun 2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcılar ünvan 1 kəndi ünvanında yerləşən ümumi sahəsi 1.8838 ha olan torpaq sahəsinin Cavabdeh1 məxsus 11/35 hissəsini, Cavabdeh2 məxsus 6/35 hissəsini, Cavabdeh3 məxsus 6/35 hissəsini və X7 məxsus 6/35 hissəsini alıcı X2. Sonuncunun adına 1.8838 ha torpaq sahəsinə dair xx.xx.2022-ci ildə “Torpaq sahəsinin planı və ölçüsü” sənədi verilmişdir. Həmin torpaq sahəsi hazırda X4 mülkiyyətindədir. Qanunvericiliyin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədə olur, əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.
29. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
30. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(061)-1203/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tərtər Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli 2(061)-1203/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.