Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-460/2025 20.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-115/2024 nömrəli qətnaməsindən qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” məhkəmədə iddia qaldıraraq, Cavabdeh ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,06 hektar həyəryanı torpaq sahəsinin satılması barədə Cavabdeh ilə onun arasında 15 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-115/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddiasının təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, (KOD ********) şəhadətnamədə qeyd edilən ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,06 hektar həyəryanı torpaq sahəsinin alqı-satqısına dair olan 15 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, (KOD ********) şəhadətnamədə qeyd edilən ünvan 1 ünvanında yerləşən Cavabdeh mülkiyyətində olan 0,06 hektar həyəryanı torpaq sahəsi İddiaçı adına rəsmıləşdirilməsi qət edilmişdir. Qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-115/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının əsaslandığı xx.xx.2010cu il tarixli olan etibarnamə ilə mülkiyyətçi tərəfindən iddiaçının qaynanası X5 mübahisəli torpaq sahəsinə dair müvafiq səlahiyyətlərin verilməsi həmin tərəflər arasında mübahisəli torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair razılaşma bağlandığını təsdiqləyən hal hesab edilə bilməz. Bundan başqa, iddiaçı qaynanasının vəfat etməsinə əsaslanaraq müqaviləni rəsmiləşdirə bilmədiyinə istinad etsə də, sözügedən müqavilənin tarixi kimi qeyd edilmiş xx.xx.2004- cü ildən qaynansının vəfat etdiyi xx.xx.2023-cü ilədək kifayət qədər vaxt imkanı olmuşdur. Bununla yanaşı aparılmış araşdırma zamanı Ərazi İdarəsinin arxiv materillarında “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, KOD 50801004 saylı şəhadətnamənin cavabdeh olan Cavabdeh Əmir qızına 2006-cı ildə verildiyi, həmçinin mülki iş üzrə əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının xx.xx.2024- cü il tarixli, 4/427 saylı rəyi ilə xx.xx.2004-cü il tarixli müqavilədə Cavabdeh, X8 və X3 adlarının qarşısında olan imzalar onlar tərəfindən deyil digər şəxslər tərəfindən icra edilmədiyi müyyən olunmuşdur. Məhkəmənin istinad etdiyi “Torpağın mülkiyyətə verilməsinə dair” JN1340 saylı, KOD 50801004 saylı şəhadətnamənin cavabdeh tərəfindən 2006-cı ildə əldə edildiyi, lakin tərəflər arasında olan müqavilənin xx.xx.2004cü il tarixdə bağlandığı müəyyən olunur. İş üzrə tərəflərə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Qəbul edilən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətini təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin 07 mart 2016-cı il tarixli, 2(033)-115/2016 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-115/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş: “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, (KOD ********) şəhadətnamənin surətindən görünür ki, Xanlar rayon Aqrara İslahat Komissiyasının 07 fevral 2003-cü il tarixli 01 nömrəli qərarı ilə Cavabdeh müliyyətinə Xanlar (Göygöl) şəhəri ərazisində 0,06 hektar həyəryanı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 20 fevral 2006-cı ildə verilmişdir. 17 sentyabr 2010-cu il tarixli, 76-4-1484 reyestr nömrəli etibarnamədən məlum our ki, Cavabdeh müliyyətində olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, (KOD ********) şəhadətnamədə qeyd edilən, Göygöl şəhəri ərazisində 0,06 hektar həyəryanı torpaq sahəsini və həmin 0,06 hektar həyəryanı torpaq sahəsində inşa edilmiş tikiliyə dair sərancam verməyi, bağışlamağı, dəyişməyi, girov qoymağı, pulunu almağı, buna dair mnüqavilələr bağlamağıadından ərizə verməyi və digər hərəkətlər etməyi etibar etmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər digər şəxslərə verilə bilər. “Ölüm haqqında şəhadətnamələr”dən məlum olur ki, X6 05 sentyabr 2014-cü il tarixdə, X8 isə 15 mart 2023-cü il tarixdə ölmüşdür. 15 sentyabr 2004-cü il tarixli müqavilənamədən məlum olur ki, Cavabdeh müliyyətində olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, (KOD ********) şəhadətnamədə qeyd edilən, Göygöl şəhəri ərazisində 0,06 hektar həyəryanı torpaq sahəsini 15 sentyabr 2004-cü il tarixdə 1000 (bir min) ABŞ dollarına İddiaçı satmışdır. Müqaviləni Cavabdeh, X8, İddiaçı və X6 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə məhkəmə xətşünaslıq ekspertizasının 01 iyul 2024-cü il tarixli, 4/427 saylı rəyindən məlum olur ki, 15 sentyabr 2004-cü il tarixli müqavilənamədə Cavabdeh, X8 və X3 adlarının qarşısında olan imzalar onlar tərəfindən deyil digər şəxslər tərəfindən icra edilmişdir. İddiaçı adının qarşısında olan imzanın kim tərəfindən icra edilməsini müəyyən etmək mümkün deyildir. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında Göygöl şəhəri ərazisində yerləşən və cavabdehə məxsus olan 0,06 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmış hesab olunmalıdır. Bu hal mülki işə əlavə edilmiş 17 sentyabr 2010-cu il tarixli, 76-4-1484 reyestr nömrəli etibarnamə, 15 sentyabr 2004-cü il tarixli müqavilənamə və İddiaçı vəkili və nümayəndəsi Vəkil izahatı ilə təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə xətşünaslıq ekspertizasının 01 iyul 2024-cü il tarixli, 4/427 saylı rəyində qeyd edilən hallara tənqidi yanaşaraq hesab edir ki, həmin hallar əsas götürülə bilməz. Belə ki, məhkəmə xətşünaslıq ekspertizasına yalnız İddiaçı imza və xətt nümunələri təqdim edildiyi halda 15 sentyabr 2004-cü il tarixli müqavilənamədə Cavabdeh, X8 və X3 adlarının qarşısında olan imzalar onlar tərəfindən deyil digər şəxslər tərəfindən icra edilməməsi fikri inandırıcı deyildir. Belə ki, qeyd edilən məhkəmə xətşünaslıq ekspertizası məhkəmənin 23 noyabr 2023-cü il tarixli qərardadına əsasən təyin edilmişdir. Həmin vaxtı isə Cavabdeh, X8 və X2 olmamışlar. Onların xətt nümunələri olmadan işə əlavə edilmiş digər sənədlərdəki məhdud sayda imza və xətt nümunələri əsasında rəy verilməsi isə düzgün nəticəyə gəlinməsi anlamına gəlmir. Məhkəmə də həmçinin o da aydın oldu ki, həmin 15 sentyabr 2004-cü il tarixli müqavilənamə tərtib edilən vaxtan da qeyd edilən daşınmaz əmlaklar İddiaçı istifadəsindədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmiş, tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 389.2-ci maddəsinə əsasən, müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsaən, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən, əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Həmin Məcəllənin 334.2-ci maddəsinə əsasən, əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 iyun 2005-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin əqdin notarial qaydada təsdiqlənməsindən yayınması nəticəsində baş verməli; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd olunan hüquqi mövqeyini bir sıra Qərarlarında (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli Qərar, C.Abdullayevanın şikayəti üzrə 13 aprel 2007-ci il tarixli Qərar və s.) təsdiq etməklə göstərmişdir ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır; əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən və Konstitusiya Məhkəməsi Plenumunun qərarından göründüyü kimi, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə, habelə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr və daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, ilk növbədə həmin əmlak onun mülkiyyətində olmalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Hazırkı iş üzrə İddiaçı ilə Cavabdeh arasında bağlanılmış 0,06 ha torpaq sahəsinə dair 15 sentyabr 2004-cü il tarixli akt-müqaviləsində 0,06 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində olmamışdır. Belə ki, iş materialları ilə müəyyyən edilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1340 saylı, KOD 50801004 saylı şəhadətnamə cavabdeh olan Cavabdeh 20 fevral 2006-cı ildə verilmişdir. Göründüyü kimi, torpaq sahəsinin alğısatqısı barədə sadə yazılı formada müqavilə bağlanılan zaman torpaq sahəsinin satıcı Cavabdeh mülkiyyətində olmamış, başqa sözlə sonuncunun həmin torpaq üzərində sərəncam vermək hüququ olmamışdır. Bundan başqa, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməsi və məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınması halı ilə bağlı sübutlar mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə məhkəmə xətşünaslıq ekspertizasının 01 iyul 2024-cü il tarixli, 4/427 saylı rəyindən məlum olur ki, 15 sentyabr 2004-cü il tarixli müqavilənamədə Cavabdeh, X8 və X3 adlarının qarşısında olan imzalar onlar tərəfindən deyil digər şəxslər tərəfindən icra edilmişdir. İddiaçı adının qarşısında olan imzanın kim tərəfindən icra edilməsini müəyyən etmək mümkün deyildir. Belə olan halda, 15 sentyabr 2004-cü il tarixli müqavilənamənin Cavabdeh tərəfindən imzalanması da, təsdiq edilmir. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş və mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir ki, bu hallar da, qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-115/2024 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382-385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 20 avqust 2024-cü il tarixli, 2(066)-115/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair” iddia tələbi təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-460/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-460/2025
20.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver