Məhkəmə qərarları › İş №2(104)-461/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-461/2024

11.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-461/2024 11.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-552/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddiası ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qarşı vərəsəllik hüququnun tanınması və payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-552/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı atası X1 miras qalmış Gədəbəy rayonu, Alnabat kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.3366 ha və 0.0507 ha həyətyanı torpaq sahələrindəki paylarına qanun üzrə vərəsə kimi vərəsəlik hüququ tanınsın və onun həmin paylarda ½ hissədə, anası X2 miras qalmış Gədəbəy rayonu, Alnabat kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.3366 ha və 0.0507 ha həyətyanı torpaq sahəslərindəki paylarına vəsiyyətnamə üzrə vərəsə kimi vərəsəlik hüququ tanınsın və Cavabdeh məcburi pay hüququnun olması nəzərə alınmaqla, həmin paylarda 8/7 hissədə payı müəyyən edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2(104)- 2265/2023 nömrəli qərardad ilə apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Bundan sonra, İddiaçı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)- 552/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2010-cu il tarixli, 2(104)- 2265/2023 nömrəli qərardad ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2(104)- 2265/2023 nömrəli qərardadı ləğv edilmiş və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin AR Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işi məhkəmə baxışından çıxarılmış və Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(042)-552/2023 saylı qərardadı ilə, İddiaçı Gədəbəy Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(042)- 552/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, 17 oktyabr 2023-cü il tarixli 2(042)-552/2023 saylı qərardadın ləğv olunmasını xahiş etmiş, həmçinin apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Gədəbəy Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(042)-552/2023 saylı qərardadı ilə, İddiaçı Gədəbəy Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(042)- 552/2023 saylı qərardadından verdiyi şikayət geri qaytarılmışdır. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(042)-552/2023 nömrəli qərardadı ilə iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməmişdir. İddiaçı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(042)-552/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ötürüülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(042)-552/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən məhkəmə kollegiyasına izahat və etiraz göndərilməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(042)-552/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti təmin etməyərək gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin qanunda müəyyən edilməmiş formatda apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətdə göndərilməsi, müddətin bərpa edilməsi üçün üzrlü səbəb ola bilməz. Bundan başqa, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçı məhkəmə qətnaməsini 11 avqust 2023-cü il tarixdə almış, apellyasiya şikayəti poçt vasitəsilə belə məhkəməyə qanunda nəzərdə tutulmuş müddət keçdikdən sonra yəni, 15 sentyabr 2023-cü il tarixdə daxil olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsini qanuni sayır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-552/2023 saylı qətnaməsinin surəti xx.xx.2023-cü ildə iddiaçı və cavabdehə göndərilmiş, Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2(104)- 2265/2023 nömrəli qərardad ilə apellyasiya şikayəti mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Bundan sonra, İddiaçı Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-552/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2010-cu il tarixli, 2(104)- 2265/2023 nömrəli qərardad ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 05 sentyabr 2023-cü il tarixli, 2(104)- 2265/2023 nömrəli qərardadı ləğv edilmiş və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin AR Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işi məhkəmə baxışından çıxarılmış və Gədəbəy Rayon Məhkəməsinə göndərilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(042)-552/2023 saylı qərardadı ilə, İddiaçı Gədəbəy Rayon Məhkəməsinin 11 iyul 2023-cü il tarixli 2(042)-552/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti müddətin ötürülməsi əsası ilə geri qaytarılmış, İddiaçı şikayət verərək, 17 oktyabr 2023-cü il tarixli 2(042)-552/2023 saylı qərardadın ləğv olunmasını xahiş etmiş, həmçinin apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir. Gədəbəy Rayon Məhkəməsinin 06 noyabr 2023-cü il tarixli 2(042)-552/2023 saylı qərardadı ilə, İddiaçı Gədəbəy Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli 2(042)-552/2023 saylı qərardadından verdiyi şikayət geri qaytarılmış, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(042)-552/2023 nömrəli qərardadı ilə iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci bəndinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikasının MPM-nin: 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində qeyd olunduğu kimi hər bir şəxs özünün hüquq və vəzifələrinin məhkəmədə mübahisələndirilməsi hüququna malikdir. Bu qayda məhkəmə araşdırması hüququnu özündə ehtiva edir. Bu hüquq illyuziya olardı, əgər razılığa gələn tərəflərin hüquq sistemində qanuni qüvvəsini almış məhkəmə qərarının məcburi qüvvəsi bir tərəfin mənafeyinə ziyan vurmuş olmasın. 6-cı maddənin 1-ci bəndində qeyd olunmuş tərəflərə verilmiş ədalətli, aşkar və təxirəsalınmaz məhkəmə prosesi hüququnu məhkəmə qərarının icra olunmaması hüququndan ayrılıqda təsəvvür etmək mümkün deyildir. 6-cı maddənin məzmununda yalnız ədalət mühakiməsinə müraciət etmə və məhkəmə baxışı prosesi nəzərdə tutulmuş olsaydı, onda hüququn aliliyi prinsipi pozulmuş olardı, halbuki həmin prinsiplər konvensiyanı ratifikasiya etmiş tərəflər razılaşaraq qeyd edilən qaydaları qorumağı üzərlərinə öhdəlik kimi götürmüşlər («Xornsbi Yunanıstana qarşı» Avropa Məhkəməsinin 19 mart 1997-ci il tarixli qərarı). X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. İş materialları ilə müəyyən edilir ki, İddiaçı məhkəmə qətnaməsini 11 avqust 2023-cü il tarixdə almasına baxmayaraq, həmin qətnamədən qanunla nəzərdə tutulmuş 1 ay müddətində apellyasiya şikayəti vermək hüququ olduğu halda, bu hüququndan istifadə etməmiş, müddət keçdikdən sonra hazırkı ərizə ilə məhkəməyə müraciət etsə də, apellyasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi, yəni onların mövcudluğunun müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətməsi və ya məhdudiyyət yaratması ilə bağlı məhkəmə kollegiyasına heç bir mötəbər sübut növü təqdim etməmiş, apellyasiya şikayətini qanunda nəzərdə tutulmuş müddət keçdikdən sonra yəni, 15 sentyabr 2023-cü il tarixdə vermiş və bununla da, qanunla müəyyən edilmiş prosessual müddəti heç bir üzrlü səbəblər olmadan ötürmüşdür. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin qanunda müəyyən edilmiş formada verilməməsi, ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün üzrlü səbəb ola bilməz. əksinə bunu hüquqi təsilinin olmaması ilə əlaqələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, prosessual qanunvericiliyin tələblərinə uyğundur və qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(042)-552/2023 nömrəli saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157-158, 263-264, 398 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(042)-552/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar