Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-465/2024 18.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(044)-658/2022 nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh3, Gəncə şəhəri 1 saylı Notariat Ofisinə, Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi, mülkün əvvəlki vəziyyətə qaytarılması, vərəsəliyin müəyyən edilməsi, vərəsə tanınma və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 xx.xx.2016-cı il tarixli 2V-1-229 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** saylı çıxarışın etibarsız hesab edilməsi, Gəncə şəhəri, Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evinin əvvəlki vəziyyətinə qaytarılması, X1 miras qalmış bağ evinə vərəsəliyin müəyyən edilərək, vərəsə tanınması və onun miras mülkə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(044)-658/2022 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh2 Cavabdeh3 verilmiş xx.xx.2016-cı il tarixli 2V-1-229 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Cavabdeh3 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** saylı çıxarış etibarsız hesab edilməsi, Gəncə şəhəri,Gəncə rayonlararası təhcizat bazasının “Savalan” bağçılıq massivi, sahə 3-də yerləşən bağ evi ilkin hüquqi vəziyyəti qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Bundan sonra maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC qətnamənin dəlilləri ilə razılaşmayaraq, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC məhkəməyə ərizə təqdim edərək, iş üzrə üçüncü şəxs qismində cəlb edilərək apellyasiya şikayətinin vermə müddətinin buraxılmamış hesab edilərək şikayətin baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli, 2(044)-658/2022 nömrəli qərardadı (hakim Fuad Fərhadov) ilə, maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(044)-658/2022 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti, eləcə də “üçüncü şəxs qismində cəlb edilərək məhkəmə qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin ötürülməmiş hesab edilməsi barədə” ərizəsi geri qaytarılmışdır. Qərardaddan narazı qalan maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC şikayət vermişdir. Şikayətin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, şikayət qanunvericiliklə müəyyən edilmiş qaydada, yəni “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Azərbaycan Respublikasının MPM-in 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının MPM-in 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Həmçinin Azərbaycan Respublikasının MPM-in 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-in 363.1.5-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10, 263, 264, 363.1.5. və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Gəncə Şəhər Məhkəməsinin 30 noyabr 2023-ci il tarixli, 2(044)-658/2022 nömrəli qərardadından maraqlarına toxunan şəxs Maraqlı şəxs ASC tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-465/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-465/2024
18.01.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver