Məhkəmə qərarları › İş №2(104)-465/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-465/2025

05.03.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-465/2025 05.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4049/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 05 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “əmlakın qiymətləndirilməsinin nəticələri” haqqında hesabatdan görünür ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən, 59,7 kv.m ümumi sahədən, 46,9 kv.m yaşayış sahəsindən, 12,8 kv.m yardımçı sahədən ibarət, 4 mərtəbəli binanın, 2-ci girişində, 4-cü mərtəbəsində yerləşən 3 otaqlı mənzilin xx.xx.2024-cü il tarixə real bazar dəyəri 45000 manat təşkil edir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7605 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilə uyğun olan mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilmişdir.

3. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1793/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı cavabdehin qeydiyyatda olduğu evə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddiası təmin edilməmişdir.

4. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1793/2018 nömrəli, xx.xx.2018-ci il tarixli “barışıq sazişinin təsdiq olunması və iş üzrə icraata xitam verilməsi haqqında” qərardaddan görünür ki, İddiaçı cavabdeh X1 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzil çıxarılma” tələbinə dair mülki iş üzrə tərəflər arasında barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq olunmuşdur: 1. İddiaçı cavabdeh X1 10.000 (on min) manat məbləğində kompensasiya verir, cavabdeh R.Allahverdiyeva həmin kompensasiyanı qəbul etməklə İddiaçı məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 26A, 24 saylı mənzil üzrə istifadə hüququna xitam verilməsinə razılıq verir, mənzildə olan əşyaları boşaltmaqla mənzildən könüllü çıxır və gələcəkdə həmin mənzilə dair bir daha iddia qaldırmayacağına razılıq verir. 2. Cavabdeh X3 İddiaçı məxsus Gəncə şəhəri, Dədə Qorqud küçəsi ev 26A, 24 saylı mənzil üzrə istifadə hüququna xitam verilməsinə razılıq verir, mənzildə olan əşyaları boşaltmaqla mənzildən könüllü çıxır və gələcəkdə həmin mənzilə dair bir daha iddia qaldırmayacağına razılıq verir, İddiaçı cavabdeh R.Allahverdiyevaya 10.000 (on min) manat məbləğində kompensasiya verir. Həmin qərardadla İddiaçı cavabdeh X1 qarşı “kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzil çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir.

5. Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 493127 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı və X6 arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə 468 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ər Allahverdiyev, arvad Allahverdiyeva soyadı ilə qeyd edilmişdir.

6. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)- 3325/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, İddiaçı cavabdeh X1 qarşı nikahın pozulması tələbinə dair iddia tələbi təmin edilmiş, İddiaçı ilə cavabdeh X3 arasında Gəncə şəhəri Kəpəz rayon VVAQ şöbəsində 83 nömrə ilə qeydə alınmaqla 10 mart 1997ci il tarixdə bağlanmış nikah pozulmuşdur.

7. Gəncə şəhəri, Dədə Qorqud küçəsi, 26A saylı binanın sakinləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, həqiqətən həmin binanın 24 saylı mənzilinin sahibi və həmin ünvanda yaşayan İddiaçı ilə eyni ünvanda yaşayan oğlu Cavabdeh artıq 2016-cı ildən Gəncə şəhərində yerləşən və atasında məxsus olan Dədə Qorqud küçəsi, 26A saylı binanın 24-cü mənzilində yaşamır və 2017-ci ildən öz əşyalarını aparmışdır. Onun həmin mənzildə heç bir əşyası qalmamışdır.

8. 7049673 nömrəli, xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, X2 və Cavabdeh ünvan 2 ünvanda yerləşən mənzildə qeydiyyatdadırlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ona məxsus ünvan 2-də yerləşən mənzildən istifadə hüququna 3000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi bina 26A, 24 nömrəli onun xüsusi mülkiyyətindədir. Bunu təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən müvafiq çıxarışla təmin olunmuşdur. Həmin mənzili subay olarkən almışdır. 1997-ci ildə X3 ilə ailə qurmuş və 1998-ci ildə (iş üzrə cavabdeh olan) oğlu Fərid anadan olmuşdur. 2016-cı ildə cavabdehin anası ilə faktiki ayrılmışlar, rəsmi qaydada 2017-ci ildə nikahları pozulmuşdur. Cavabdeh mübahisəli mənzildən 2015ci ildə təhsil almaq üçün Türkiyə dövlətinə getmiş, təhsilini tam bitirməmiş qayıdaraq 2020ci ilin fevral ayından Rusiyaya getmişdir, hazıra kimi də orada yaşayır. 2018-ci ildə o cavabdehin anası Rəna Allahverdiyevaya qarşı məhkəmədə iddia qaldırmaqla 10000 manat kompensasiya ödəmiş, sonuncu özünə və cavabdeh oğluna məxsus bütün əşyalarını apararaq onunla bütün əlaqəsini kəsmişdir. 2020-ci ildə həmin mənzilini başqa mənzillə dəyişmək istədiyindən cavabdehə qeydiyyatdan çıxması üçün müraciət etmişdir, lakin cavabdeh müsbət cavab verməmişdir. O, cavabdehin onun mənzilində istifadə hüququnun itirilməsi barədə məhkəmədə iddia qaldırmışdır. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin anası onun nümayəndəsi kimi məhkəmədə iştirak edərək ondan aldığı 10000 manat kompensasiyanın özunə aid olmasını bildirib iddianı qəbul etməmişdir. Sonradan o, X6 ilə ailə qurmuş, rəsmi olaraq nikahları 17 fevral 2022-ci ildə qeyd edilmişdir. Hazırda yaşlanmışdır, 4-cü mərtəbədə yerləşən mənzilinə çıxıb düşməyə çətinlik çəkir. Odur ki, mənzilini satıb aşağı mərtəbədən mənzil almaq qərarına qəlmişdir. Cavabdehin isə mənzilində qeydiyyatda olması onun mülkiyyətçi kimi mənzilin üzərində sərancam vermək hüquqlarını məhdudlaşdırır. Bundan başqa, yeni ailə qurduğundan cavabdehlə bir mənzildə birlikdə yaşamaları qeyrimümkündür. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. O, həmin mənzilə görə əvvəlki arvadına məhkəmə vasitəsi ilə razılaşıb 10000 manat kompensasiya vermişdir. Həmin vaxt hesab etmişdir ki, ana-bala bir yaşayacaqlar, çünki oğlunun anasına bağlılığı ondan çox üstündür və oğlunun onunla deyil, anası ilə birlikdə yaşayacağına əmin olmuşdur. Lakin nə qədər ki, cavabdeh mübahisəli mənzildə yaşamasa da, həmin evdə onun heç bir əşyası yoxdur və könüllü olaraq mənzilinin qeydiyyatından çıxmır, onun mənzildən isifadə hüquququna kompensasiya ödəməklə xitam verilməsi qərarına qəlmişdir. Hazırda o, cavabdehə 3000 manat kompensasiya ödəmək qərarına qəlmişdir. İmkanı olsa idi, o, kompensasiya kimi oğluna daha çox ödəniş edərdi. Lakin hazırda təqaüdçüdür, işləmir, cavabdehin anasına 10000 manat kompensasiya vermişdir, bu mənzilindən başqa yaşayış yeri yoxdur. Həmin mənzil ona vərəsəlik qaydasında atasından qalmışdır. Mənzili Gəncə şəhərində Alüminiumçular qəsəbəsi adlanan, şəhərin digər ərazilərindən dəyəri bir qədər ucuz olan ərazidə yerləşir. Mübahisənin daha tez və obyektiv həlli üçün səlahiyyətli qurum vasitəsi ilə mənzilinə qiymət və kirayə haqqının mövcudluğu barədə mütəxəssis rəyini ərizəsinə əlavə etmişdir. Həmin rəyin, onun əvvəllər cavabdehin anasına 15000 manat ödəməsinin, hazırda işləməməsinin nəzərə alınmasını xahiş edir.

11. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4049/2024 nömrəli qətnaməsi (hakim Fuad Fərhadov) ilə, iddianın təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutulsun və (VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir. İş üzrə ekspert rəyi ilə ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilə uyğun olan mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilmişdir.

13. Məhkəmə hesab edir ki, cavabdehin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində iddiaçı tərəfindən təklif edilən kompensasiya, ona davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə mübahisəli yaşayış sahəsi ilə müqayisədə oxşar şəraitdə yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqlar.

14. Yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla məhkəmə belə hesab edir ki, cavabdehin mübahisəli yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi müqabilində ona iddiada göstərilən məbləğdə kompensasiyanın ödənilməsi hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilməz. Təklif olunan kompensasiya cavabdehə davamlı surətdə və müəyyən müddət ərzində başqa yerdə əvvəlki yaşayış sahəsinə xas olan şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermir. Əksinə təklif edilən kompensasiya məbləği yetərli deyildir. Bu səbəbdən də iddia tələbi təmin edilə bilməz.

15. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

16. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsində iddiaçı cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsi üçün 3000 manat kompensasiya təklif etsə də məhkəmə bununla razılaşmamışdır Məhkəmə Azərbaycan Respublikasının MM-in 228.2-ci maddəsinə əsaslanaraq qətnamədə göstərmişdir ki, maddədə təsbit olunmuş bazar qiyməti ilə müvafiq kompensasiya ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Daha sonra məhkəmə qətnamədə iddianıntəmin edilməməsinin səbəbi kimi göstərmişdir ki, iddiaçı tərəfindən təklifedilən kompensasiya cavabdehə oxşar yaşamaq imkanı təmin edə biləcək məbləğ deyildir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəöticəsində o heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalacaqdır. Bildirir ki, cavabdeh 2015-ci ildən etibarən həmin mənzildə yaşamır onun bu illər ərzində hansı şəraitdə yaşaması da aydın deyildir. Əgər iddiaçı onu hazırda yaşadığı mənzildən çıxmasını tələb etsəydi oxşar yaşamaq imkanı verən vəsaitdən danışmaq olardı. Mənzil şəhərin elə bir hissəsində yerləşir ki. orada mənzillər ucuz qiymətə satılır. Mənzil hazırda 45000 manata qiymətləndirilmişdir. Cavabdehin anasına 10000 manat kompensasiya ödənilmişdir. İddiaçı xəstəliyi ilə əlaqədar 4-cü mərtəbəyə çıxa bilmədiyi üçün aşağı mərtəbədən mənzilə keçmək istəytir. Lakin, cavabdehin əsassız olaraq qeydiyyatda qalması onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Əslində cavabdeh özünə məxsus əşyalarını götürüb uzun müddətdir ki, mənzildən çıxıb xarici ölkədə yaşadığından onun mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. İddiaçı humanistlik göstərərək cavabdehə kompensasiya təklif etmişdir. Lakin, məhkəmə onun pensiyaçı olmasını, xəstəliyinə aldanaraq cavabdehin anasına yüksək məbləğdə kompensasiya ödəməsini nəzərə almamışdır. Hazırda iddiaçı cavabdehə yüksək məbləğdə kompensaiya ödəməli olsa, mənzilin dəyərinin demək olar ki, yarısını onlara verməli olacaqdır. "xxxx" MMC mənzildə kirayə haqqını 100 manat qiymətləndirsə də məhkəmə bununla razılaşmamış, yeni ekspert rəyinin alınmasını tələb etmişdir. Ekspert rəyində isassız olaraq kirayə haqqının orta bazar qiyməti 250.00 manat göstərilmişdir. Hazırda xeyli vaxtdır ki, iddiaçı öz mənzilində yaşaya bilmir. Cavabdeh mənzildə qeydiyyatda olduğu üçün mənzili özgəninkiləşdirmək mümkün deyildir. Atəşin məcbur olub borc pul götürmüşdür. Apellyasiya məhkəməsində müəyyən ediləcək kompensasiyanı ödəmək məcburiyyətindədir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tətbiq etdiyi qanunları ancaq cavabdehin xeyrinə şərh edərək, mülkiyyətçinin mənafeyini nəzərə almadan əsassız və ədalətsiz qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh 2015-ci ildən etibarən həmin mənzildə yaşamır. Onun bu illər ərzində hansı şəraitdə yaşaması da ona məlum deyildir. Əgər onu hazırda yaşadığı mənzildən çıxmasını tələb etsəydi oxşar yaşamaq imkanı verən vəsaitdən danışmaq olardı. Mənzil şəhərin elə bir hissəsində yerləşir ki, orada mənzillər ucuz qiymətə satılır. Mənzil hazırda 45.000 manata qiymətləndirilmişdir. Cavabdehin anasına (keçmiş arvadıma) 10000 manat kompensasiya ödənilmişdir. O xəstəliyi ilə əlaqədar 4-cü mərtəbəyə çıxa bilmədiyi üçün aşağı mərtəbədən mənzilə keçmək istəyir. Lakin, cavabdehin əsassız olaraq qeydiyyatda qalması onun mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırır. Əslində cavabdeh özünə məxsus əşyalarını götürüb, uzun müddətdir ki, mənzildən çıxıb xarici ölkədə yaşadığı üçün onun mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir. O humanistlik göstərərək cavabdehə kompensasiya təklif etmişdir. Lakin, məhkəmə onun pensiyaçı olmağını, xəstəliyini, cavabdehin anasına yüksək məbləğdə kompensasiya ödəməyini nəzərə almamışdır. Hazırda cavabdehə yüksək məbləğdə kompensaiya ödəməli olsa, mənzilin dəyərinin demək olar ki, yarısını cavabdehə verməli olacaqdır. "xxxx" MMC mənzildə kirayə haqqını 100 manat qiymətləndirsə də məhkəmə bununla razılaşmamış, yeni ekspert rəyinin alınmasını tələb etmişdir. Ekspert rəyində isə əsasız olaraq kirayə haqqının orta bazar qiyməti 250.00 manat göstərilmişdir. Hazırda xeyli vaxtdır ki, öz mənzilində yaşaya bilmir. Cavabdeh mənzildə qeydiyyatda olduğu üçün mənzili sata bilmir. Apellyasiya məhkəməsində müəyyən ediləcək kompensasiyanı ödəmək məcburiyyətindədir. Hazırda məhkəmə kollegiyasına ərizə təqdim edərək, cavabdehə 9000 (doqquz min) manat məbləğində kompensasiya məbləğinin verilməsi ilə istifadə hüququna xitam verilməsini istəyir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsini xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, Gəncə şəhəri, Dədə Qorqud küçəsi bina 26A, 24 nömrəli ev iddiaçının xüsusi mülkiyyətindədir və çıxarışı vardır. O, həmin mənzili subay olarkən almışdır. 1997-ci ildə X3 ilə ailə qurmuş və 1998-ci ildə (iş üzrə cavabdeh olan) oğlu Fərid anadan olmuşdur. 2016-cı ildə cavabdehin anası ilə faktiki ayrılmışlar, rəsmi qaydada 2017-ci ildə nikahları pozulmuşdur. Cavabdeh mübahisəli mənzildən 2015-ci ildə təhsil almaq üçün Türkiyə dövlətinə getmiş, təhsilini tam bitirməmiş qayıdaraq 2020-ci ilin fevral ayından Rusiyaya getmişdir, hazıra kimi də orada yaşayır. 2018-ci ildə iddiaçı cavabdehin anası Rəna Allahverdiyevaya qarşı məhkəmədə iddia qaldırmaqla 10000 manat kompensasiya ödəmiş, sonuncu özünə və cavabdeh oğluna məxsus bütün əşyalarını apararaq onunla bütün əlaqəsini kəsmişdir. Sonradan iddiaçı, X6 ilə ailə qurmuş, rəsmi olaraq nikahları 17 fevral 2022-ci ildə qeyd edilmişdir. Hazırda yaşlanmışdır, 4-cü mərtəbədə yerləşən mənzilinə çıxıb düşməkdə çətinlik çəkir. Odur ki, mənzilini satıb aşağı mərtəbədən mənzil almaq qərarına qəlmişdir. Cavabdehin isə mənzilində qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi mənzilin üzərində sərancam vermək hüquqlarını məhdudlaşdırır. Həmin mənzilə görə əvvəlki arvadına məhkəmə vasitəsi ilə razılaşıb bir dəfə 10000 manat kompensasiya vermişdir. Həmin vaxt iddiaçı hesab etmişdir ki, ana-bala bir yaşayacaqlar. Lakin nə qədər ki, cavabdeh mübahisəli mənzildə yaşamasa da, həmin evdə onun heç bir əşyası yoxdur və könüllü olaraq mənzilinin qeydiyyatından çıxmır, onun mənzildən isifadə hüquququna kompensasiya ödəməklə xitam verilməsi qərarına qəlmişdir. İddiaçı, cavabdehə 3000 manat kompensasiya ödəmək qərarına qəlmişdir. İddiaçı təqaüdçüdür, işləmir. Həmin mənzil iddiaçıya vərəsəlik qaydasında atasından qalmışdır. Mənzili Gəncə şəhərində Alüminiumçular qəsəbəsi adlanan, şəhərin digər ərazilərindən dəyəri bir qədər ucuz olan ərazidə yerləşir. Mübahisənin daha tez və obyektiv həlli üçün səlahiyyətli qurum vasitəsi ilə mənzilinə qiymət və kirayə haqqının mövcudluğu barədə mütəxəssis rəyini birinci instansiya məhkəməsinə təqdim etmişdir. Hazırda təklif olunan, cavabdehə 9000 (doqquz min) manat məbləğində kompensasiya məbləğinin verilməsi ilə istifadə hüququna xitam verilməsini istəyirlər. İddiaçı bununla əlaqədar Məhkəmə Kollegiyasına ərizə də vermişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın təmin edilməsini xahiş etmişdir.

21. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə, ona xx.xx.2025-ci il tarixə saat 11-30-a və xx.xx.2025 saat 16-30-a olan məhkəmə bildirişlərinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Bundan başqa Cavabdeh məhkəmə bildirişinin çatdırılması üçün onun sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məhkəmə bildirişi göndərilmişdir. Ona görə də cavabdehə məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

23. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

26. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

27. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

28. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarı

30. Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarı

31. Kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir.

32. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

39. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

40. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

42. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

43. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

44. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

47. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

49. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

50. Belə ki, işin Məhkəmə Kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Gəncə şəhəri, D.Qorqud küçəsində istifadədə olan 0,07 ha torpaq sahəsində yerləşən 26A nömrəli, 4 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 59,7 kv.m ümumi, 46,9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzilə dair iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, bu barədə iddiaçının adına Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********56-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil hazırda tam olaraq iddiaçının mülkiyyətindədir. Cavabdehin isə iddiaçının mülkiyyətində olan əmlakdan istifadə hüququ vardır. Hazırda cavabdeh mübahisəli əmlakda yaşamır və yalnız mübahisəli ünvanda qeydiyyatda qalmışdır. İddiaçı cavabdehin onun mülkiyyətində olan əmlaka kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini istəyir.

51. İddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüququna xitam verilməsindən ibarətdir.

52. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir.

53. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

54. İşin mübahisə olunmayan hallarına görə, Gəncə şəhəri, D.Qorqud küçəsində istifadədə olan 0,07 ha torpaq sahəsində yerləşən 26A nömrəli, 4 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 59,7 kv.m ümumi, 46,9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzil xx.xx.2009-cu il tarixdən İddiaçı mülkiyyətindədir. Cavabdeh isə iddiaçının oğludur.

55. İddiaçı cavabdehə bir mənzildə yaşamaqlarının mümkün olmadığına görə cavabdehə cəmi 3.000 (üç min) manat kompensasiya verilməklə onların evə istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir.

56. Cavabdeh tərəf isə məhkəmələrdə iştirak etməməklə, iddia tələbinə münasibətini bildirməmiş və hazırda mübahisəli əmlakda yaşamamaqla qeydiyyatda qalmışdır.

57. Məhkəmə kollegiyası, eyni zamanda cavabdeh tərəfin iddiaçının mülkiyyətində olan mənzildən kompensasiya ödənilməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma barədə tələbə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

58. Azərbaycan Respubliakasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.

59. Göründüyü kimi, Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2-ci maddəsi təşkil edir. Bundan başqa, cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır.

60. Konstitusiya Məhkəməsinin mövqeyinə görə kompensasiya məbləği mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda həmin şəxsin məhrum olduğu hüquq qismində mənzilin tərkib hissəsindən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya məbləği ayrıca mənzilin mülkiyyətə əldə olunmasına deyil, başqa yerdə yaşamaq hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməlidir. Yəni, mülkiyyətçinin hesabına istifadəçiyə müəyyən müddət daxilində, başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, şəraiti yaradılmalıdır.

61. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, kompensasiya almaq hüququ yaşayış sahəsinin istifadəçisinə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etməyə əsas vermir. Bununla belə, mənzilin mülkiyyətçisi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə (şəxslərə) onun (onların) istifadə hüququna xitam verilməsi üçün elə məbləğdə kompensasiya verməlidir ki, həmin kompensasiya istifadəçiyə (istifadəçilərə) müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona (onlara) xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Tərəflər (mülkiyyətçi və istifadəçi) kompensasiyanın məbləği barədə razılığa gələ bilmədikdə həmin məbləğ məhkəmə tərəfindən müəyyən olunmalıdır. Eyni zamanda məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

62. Nəzərə alınmalıdır ki, mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmamışdır.

63. Hətta, Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməmişdir. Eləcə də, mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə hər hansı norma yoxdur. Qanunvericilikdə həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi təsbit olunmuşdur.

64. Məhkəmə kollegiyası tərəfindən iddiaçının cavabdehə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən sonra cavabdehə 9.000 manat kompensasiya verilməsi məbləği təklif edilmiş, iddiaçı tərəfindən də həmin məbləğ qəbul edilmişdir ki, məhkəmə kollegiyası da 9.000 manat kompensasiya verilməklə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsini ədalətli və qanunauyğun hesab etmişdir. Həmçinin, həmin məbləğ mübahisəli mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün əhəmiyyətli maddi dəstəkdir və bu, işin hallarına və mülkiyyətçi kimi iddiaçının qanunla qorunan hüquqlarının təmin edilməsi baxımından hər iki tərəfin mənafeyinə uyğundur.

65. Məhkəmə kollegiyası tərəfindən təklif edilmiş kompensasiya məbləğinə münasibətdə qeyd olunur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır.

66. Qeyd olunan qərarda Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etmişdir ki, mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaət prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər.

67. Göründüyü kimi, hazırki iddia tələbi barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqe mövcuddur.

68. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün ödəniləcək kompensasiyanın məbləği mübahisəli mənzilin bazar qiymətindən asılı deyildir. Məhkəmə bu qənaətə gələrkən Mülki Məcəllənin 228-ci maddəsini və həmin maddənin şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarlardakı hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarlardakı hüquqi mövqelər isə ondan ibarət olmuşdur ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır, yaşayış sahəsinin mülkiyyətçisi olmayan istifadəçilərin hüquqi statusu müəyyən edilərkən «yaşayış sahəsi üzərində mülkiyyət hüququ» ilə «yaşayış sahəsindən istifadə hüququ» arasındakı fərq daim diqqətdə saxlanılmalıdır və nəzərə almaq lazımdır ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ vermir.

69. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafıə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafıəsi mexanizmlərini dəqiqləşdirir. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır.

70. Məhkəmə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsinə dair yuxarıda göstərilən qanunvericilik müddəalarını və onların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutmaqla, ödəniləcək kompensasiyanın məbləği ilə bağlı həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

71. Konstitusiya Məhkəməsi 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bu isə o deməkdir ki, kompensasiya istifadəçiyə mənsub olmayan mülkiyyət hüququnun əvəzi kimi çıxış etmədiyindən, onun ədalətliliyi mülkiyyətə mənzil əldə etmək üçün kifayət edib-etməməsinə görə deyil, yaşayış sahəsindən istifadə etmək hüququnu ağlabatan müddət ərzində təmin edə bilməsinə kifayət etməlidir.

72. Kompensasiyanın məbləğinin müəyyən edilməsi zamanı müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclər əsas götürülməlidir.

73. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində o, heç gözləmədiyi bir halda yaşayış sahəsi ilə təminatsız qalmır. Belə ki, iddiaçı tərəfindən təklif olunan kompensasiyanın məbləği cavabdehə yaşadığı ərazidə ağlabatan müddət ərzində əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməklə yanaşı, hətta özünə məxsus ev əldə etməsi üçün əhəmiyyətli maddi dəstəkdir.

74. Kollegiya bir daha qeyd edir ki, cavabdehə təklif olunan kompensasiya məbləği onun davamlı surətdə və müəyyən müddət daxilində həmin yaşayış sahəsinə oxşar digər yaşayış sahəsində yaşamağa imkan verməlidir.

75. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7605 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərardadda qeyd edilən ünvan 2 ünvanında yerləşən 3 otaqlı mənzilə uyğun olan mənzilin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilmişdir.

76. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

77. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

78. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, malın (işin, xidmətin) bazar qiyməti müəyyənləşdirilənkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatlarından və digər müvafiq məlumatlardan istifadə edilir.

79. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin oxşar ərazidə və şəraitdə olan evin aylıq kirayə haqqının təxminən 250 manat civarında nəzərdə tutulduqda, təklif olunan kompensasiya məbləği cavabdehə birlikdə təxminən 3 il ərzində başqa yaşayış sahəsində kirayəçi kimi yaşamağa imkan verir (250x12=3000x3=9000).

80. Kollegiya, həmçinin nəzərə alır ki, tərəflər arasında mövcud olan münaqişəli vəziyyət bir tərəfdən tərəflərin yaşayış sahəsindən birgə istifadəsini qeyri-mümkün edir, digər tərəfdən mülkiyyətçinin öz əmlakından istədiyi kimi istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırır. Belə bir vəziyyətdə tərəflərin gələcəkdə eyni yaşayış sahəsində yaşaması onların arasındakı mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər.

81. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, yuxarıda sadalanan normaların mənasına görə, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə də bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin və MPM-nin tələblərinə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidirlər. Hazırki halda cavabdeh mübahisəli mənzildə yaşamasa da, işdən aydın olur ki, cavabdehə məxsus əşyalar da həmin evdə qalmamışdır.

82. Ona görə də, iddiaçı tərəf həmin məbləğdə kompensasiya verilməklə cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır.

83. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi müvafiq kompensasiya məbləği verilməklə icra olunmalı olduğundan, qətnamənin icrası qaydası kimi, kompensasiyanın ödənilməsi ilə cavabdehin evə olan istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra edilməli olması müəyyən edilməlidir.

84. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

85. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

86. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

87. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iddia təmin edilməlidir.

88. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

89. Ödənilmiş dövlət rusumu iddiaçıya aid edilsin.

90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-4049/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 9.000 (doqquz min) manat məbləğində pul kompensasiyası ödənilməklə onun Gəncə şəhəri, D.Qorqud küçəsində istifadədə olan 0,07 ha torpaq sahəsində yerləşən 26A nömrəli, 4 mərtəbəli binanın 2-ci girişində, 4-cü mərtəbəsində, 59,7 kv.m ümumi, 46,9 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 24 nömrəli mənzilə olan istifadə hüquqlarına xitam verilsin. İstifadə hüququna xitam verilmə ilə kompensasiya ödənilmə eyni vaxtda icra edilsin. Ödənilmiş dövlət rusumu iddiaçıya aid edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tululub SAP (XİİS), X5, kod210005, VÖEN**********, m/h Az41NABZ013601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar