Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-470/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-726/2022 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” istehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz hesablanmış 432 manat dəymiş ziyan üçün hesablanmış ******* saylı aktın, cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-726/2022 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia tələbi təmin edilmiş, “Azəriqaz” İB-nin X4 İstismarı İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli akt ləğv edilməsi, “Azəriqaz” İB-nin X4 İstismarı İdarəsi tərəfindən abonent kodu **********0010 olan İddiaçı yazılmış 432 (dörd yüz otuz iki) manat borcun silinməsi, “Azəriqaz” İstehsalat Birliyindən iddia üçün ödənilməli olan 30 (otuz) manat dövlət rüsumu tutulub dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təbii qaz abonentidir və adına 2**********0010 saylı abonent saldosu vardır. Hazırda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz hesablanmış 432 manat dəymiş ziyana görə qaz pulu hesablanmışdır. İstifadəsində olan təbii qaz sayğacı aktla dəymiş ziyan hesablanmış və cərimə yazılmışdır. Cavabdeh təşkilat tərəfindən dəymiş ziyanlıq üçün tərtib edilmiş sənədləşmə arasında bir-birinə uyğun olmayan sənədləşmə aparılaraq onun hüquqları birbaşa pozulmuşdur və xx.xx.2022-ci il tarixdə qanunsuz cərimə hesablanmışdır. Belə ki, qaz sayğaclarına cavabdeh "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bir ayda iki dəfədən artıq baxış keçirilir, əgər sayğaca müdaxilə halı baş vermişdirsə onda nə üçün barəsində bu vaxta kimi heç bir tədbir görülməmişdir. Bundan başqa qaz sayğacına dəymiş ziyanlığı hesablanması qaydası haqqında heç bir əsas olmadan ona qanunsuz və əsassız 432 manat cərimə yazılmış və həmin cərimənin söykənəcəyi heç bir qanuna istinad edilməmiş və elə bir qanun da yoxdur. Qüvvədə olan “Qaz təhcizatı haqqında” Azərbaycan Respublikasının Qanununa və Qazdan istifadə qaydalarına əsasən qaz paylayacı olaraq “Azəriqaz” İB-nə ümumiyyətlə istehlakçılar barəsində hər hansısa məsuliyyət tədbiri tətbiq edilməsi səlahiyyəti və ya hüququ verilməmişdir və bu barədə məhkəməyə müraciət etməsi bildirilmişdir. Ümumiyyətlə isə cərimə blankları cavabdeh təşkilatın özü tərəfindən sadə üsulla konputer vasitəsilə çıxarılaraq, heç bir maliyyə idarələri ilə razılaşdırılmamış şəkildə kor-koranə şəkildə öz şəkildə öz arzu istəklərinə uyğun şəkildə tərtib olunmuş vəqeyri-qanuni hesablamalara əsasən yazılmışdır. Cərimələrin yazılması istiqamətində isə “Azəriqaz” İB-nə heç bir səlahiyyət verilməmişdir. Ona görə də cavabdeh “Azəriqaz” istehsalat Birliyi tərəfindən ona qarşı qanunsuz hesablanmış 432 manat dəymiş ziyan üçün hesablanmış ******* saylı aktın, cərimənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarında olan: xx.xx.2022-ci il tarixli Abonentin saldosu adlı çıxarışdan görünür ki, Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 3A mənzil 1-də yaşayan X2 ilə Qazax MQKS arasında təbii qazdan itifadəyə dair müqavilə münasibətləri mövcuddur. Belə ki, abonent kodu **********0010-dur, onun ailə tərkibi 3 nəfərdən ibarətdir. Həmin evdə 4 gözlü qaz plitələri, qızdırıcı radiator peçi və samovar vardır. xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent kodu **********0010 olan X1 məxsus Ağstafa şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 3A mənzil 1-də yerləşən evdə aid Zenner markalı **********9 zavod nömrəsi olan sayğacının quraşdırıldığı qeyd edilir. Baxış zamanı aşkar edilmişdir ki, ******* nömrəli qaz sayğacına baxış keçirilmiş sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən bərpa olunmuşdur. Həmin akt TQQ və SX-nın mühəndisi Bayram Rzayev, texnik Vüsal Əsgərov və çilingər iqbal Novruzov tərəfindən imzalanmış və istehlakçı tərəfindən imza edilməmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı İddiaçı ünvanına quraşdırılmış qaz sayğacına müdaxilə edilməsi faktı təqdim olunmuş subutlarla təsdiqini tapsa da səthi məhkəmə araşdırması nəticəsində buna qiymət verilməmişdir. Göründüyü kimi, iddiaçıya 2021-ci ilin fevral ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək iddiaçının abonent hesabına işlənmişdir. İddiaçı iddia tələbinin əsaslandırılması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, İnformasiya Texnologiyaları və rabitə idarəsinin nümayəndələrinin rəyini nəzərə almadan iddia tələbini təmin etmişdir. Məhkəmə iddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2021-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması hagqinda ******* saylı akt əsasında 460,80 manat itirilmiş qazın bərpası üçün dəymiş hesablanmışdır. Abonentin ünvanına quraşdırılmiş, sonradan abonent tərəfindən müdaxilə olunmuş qaz sayğacı əhali qrupuna aid olduğundan ilkin quraşdırılması “Azəriqaz” İB-nin hesabına aparılmışdır. Lakin, sayğacın işlək vəziyyətdə saxlanılması abonent tərəfindən təmin edilməmiş, ona göre də ünvanda sayğaca müdaxilə halı qeydə alınmışdır. Sayğaca müdaxilə tarixi qeyri-müayyən olduğundan müdaxilə halı așkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2021-ci ilin noyabr ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. İşdə iştirak edən şəxsin apelyasiya məhkəməsində verdiyi izahatı İddiаçı İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyək,izahatında bildirmişdir ki, o sayğaca heç bir müdaxilə etməmiş, həmin evdə yaşayış olmamış ona görədə sayğac qeyd etməmişdir. Saldoya nəzər saldıqda da müəyyən olunur ki, sayğac dəyişdikdən sonrada qazın sərfiyyatı olmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli, MSK-29/1710-04854-1 nömrəli akta əsasən istismar müddəti bitmiş sayğac yoxlamadan keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulmuş qurğuşun plomb kəsilib və yapışqan maddə ilə yenidən yerinə bərpa olunmağı müəyyən edilmişdir ki, bununla da cavabdeh təşkilat qaz itkisinə məruz qaldığını iddia etmişdir. Lakin, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı yenisi ilə əvəz olunduqdan sonrada sayğacda qazın sərfiyyatı 2022-ci ilin fevral ayı üçün 02 kub m. olmuş və həmin ilin mart ayından avqust ayına kimi sərfiyyat 0 olmuşdur. Bu hal ağlabatan mühakimə əsasında iddiaçının səmimi olduğu və həqiqəti bəyan etdiyi qənaətinə gəlməyə əsas verir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021-ci il tarixdə qaz sayğacı əvəzlənməsi üçün çıxarıldığı zaman sayğacda hər-hansı bir müdaxilənin olması müəyyən edilməmiş və bu barədə akta hər hansı bir qeyd aparılmamışdır ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərildiyi müddət ərzində ehtiyyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən cavabdeh təşkilat sayğacın sayğacın hesablama mexanizminin iddiaçı tərəfindən edilən müdaxilə nəticəsində qaz itkisinə səbəb olmasını da əsaslandırmamışdır. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayğacına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə iddiaçıya məxsus qaz sayğacının cavabdeh təşkilat tərəfindən yenisi ilə əvəz olunduqdan sonrada sayğacda qazın sərfiyyatı 2022-ci ilin fevral ayı üçün 02 kub m. olmuş və həmin ilin mart ayından avqust ayına kimi sərfiyyatın olmaması sübut olunmuşdur ki, bununla da iddiaçının cavabdeh qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə yuxarıda qeyd olunanlara əsasən əsassız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384 və 404-cü maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(015)-726/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-470/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-470/2023
24.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver