Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-476/2024 29.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh3 ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Göygöl Rayon Notariat Ofisinə və Cavabdeh3 ASCyə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-1317/2023 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Göygöl Rayon Notariat Ofisinə və Cavabdeh3 ASC-yə qarşı iddia ərizəsi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə cavabdeh "xxxx" X4 ASC-ti arasında bağlanmış 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ- 1, 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-2, 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-3, 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-4, 18 iyun 2008-ci il tarixli KBBN-YEV007Fİ-5 nömrəli ipoteka müqavilələrinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-1317/2023 nömrəli qətnaməsi (hakim Gündüz Şirinov) ilə, iddianının təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkili) X6 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 ASC-nin nümayəndəsi X9 izahat verərək göstərmişdir ki, İddiaçı nümayəndəsi (vəkili) X5 apellyasiya şikayətindən imtina etməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. İş üzrə İddiaçı, nümayəndəsi (vəkili) X6, cavabdehlər Cavabdeh1 və Göygöl Rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, məruzəçi hakimi dinləyərək, imtina ərizəsini və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı nümayəndəsi (vəkili) X5 Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)- 1317/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilməli və iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Belə ki, İddiaçı nümayəndəsi (vəkili) X6 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı cavabdehlər Cavabdeh1, Göygöl Rayon Notariat Ofisinə və Cavabdeh3 ASC-yə qarşı ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)-1317/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina edir. İş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası İddiaçı nümayəndəsi (vəkili) X6 tərəfindən verilmiş ərizəni şikayətindən imtina etmə kimi qiymətləndirir. Azərbaycan Respublikasının MPM-in 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Azərbaycan Respublikasının MPM-in 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının MPM-in 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apellyatorun apellyasiya şikayətindən imtina etməsi qəbul olunmalı və apellyasiya icraatına ona münasibətdə xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsinin qətnaməsinin tanınmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə (MPM maddə 402.2 və 402.3) müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 369, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı nümayəndəsi (vəkili) X2 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(058)- 1317/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətindən imtina etdiyinə görə, qətnamədən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-476/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-476/2024
29.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver