Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-477/2025 06.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Cavadova Günay İsmayıl qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə Müşafiq oğlunun iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) Cavabdeh qarşı qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Toyota Prado" markalı, 90HF929 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixli, PSS********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsinə əsasən Cəmiyyətdə sığortalanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 13:20 radələrində həmin avtomobili Bakı-Qazax yolunun 416-cı km-də idarə edərkən “VAZ 2107” markalı, 10VB837 dövlət qeydiyyat nişanlı, "Renault Megane" markalı, 99RF971 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, 90NB959 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, 99EA428 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı, 05BE752 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq, zəncirvari yol-nəqliyyat hadisəsi törətməklə onlara maddi zərər vurmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəmkir rayon Polis Şöbəsinin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışından, İX Tağım YPX inspektoru, polis baş serjantı X1 xx.xx.2020-ci il tarixli, TP ******* saylı Qərarından görünür ki, 2020-ci ilin 14 iyul tarixində, saat 13:20 dəqiqədə Bakı-Qazax yolunun 416-cı km-də yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMCnin verdiyi xx.xx.2020-ci il tarixli Qüsur aktına əsasən, “Vaz 2107” markalı, 10VB837 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1.790 manat, “Renault Megane” markalı, 99RF971 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1.930 manat, “Mercedes Benz” markalı, 90NB959 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1.460 manat, “Mercedes Benz” markalı, 99EA428 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 960 manat, “Mercedes Benz” markalı, 05BE752 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 390 manat qiymətləndirilmişdir. Hadisə nəticəsində bütün zərərçəkmiş şəxslərə dəymiş zərər məbləği cəmi 6.350 manat təşkil etdiyindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 58.3-2ci maddəsinə əsasən zərər məbləği zərərçəkənlər arasında mütənasib bölünməklə cəmi 5.000 (beş min) manat məbləğində sığorta ödənişi "xxxx" ASC tərəfindən onlara ödənilmişdir. Cavabdehə bu barədə xx.xx.2021-ci il tarixli, 21/739 saylı Pretenziya məktubu göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia təmin edilmiş, Cavabdeh 5.000 (beş min) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar məhkəmə tərəfindən ləğv edilmiş və barəsində olan inzibati iş üzrə icraata xitam verilmişdir. Lakin məhkəmə bunu nəzərə almamış və maddi hüquq normasının tələblərini pozmuşdur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə Müşafiq oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar məhkəmə tərəfindən ləğv edilmiş və barəsində olan inzibati iş üzrə icraata xitam verilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: inzibati tənbeh vermə haqqında TP ******* saylı Qərarından görünür ki, Cavabdeh (bundan sonra Cavabdeh) xx.xx.2020-ci il tarixdə, saat 13:20 radələrində həmin avtomobili Bakı-Qazax yolunun 416-cı km-də idarə edərkən “VAZ 2107” markalı, 10VB837 dövlət qeydiyyat nişanlı, "Renault Megane" markalı, 99RF971 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, 90NB959 dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı, 99EA428 dövlət qeydiyyat nişanlı və “Mercedes Benz” markalı, 05BE752 dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq, zəncirvari yol-nəqliyyat hadisəsi törətməklə onlara maddi zərər vurmuşdur.və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. "xxxx" MMC-nin verdiyi xx.xx.2020-ci il tarixli Qüsur aktlarına əsasən, “Vaz 2107” markalı, 10 VB837 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1790 manat, “Renault Megane” markalı, 99RF971 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1930 manat, “Mercedes Benz” markalı, 90NB959 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 1460 manat, “Mercedes Benz” markalı, 99EA428 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 960 manat, “Mercedes Benz” markalı, 05BE752 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı 390 manat qiymətləndirilmişdir. "xxxx" ASC tərəfindən verilmiş , İ-462/20 №-li sığorta ödənişinə dair aktından görünür ki, 5000 manat məbləğində sığorta ödənişi xx.xx.2020-ci il tarixli, İ-461/20 №-li sığorta ödənişinə dair akt və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, **********5 saylı ödəniş tapşırığı, xx.xx.2020-ci il tarixli, İ-462/20 №-li sığorta ödənişinə dair akt və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, **********6 saylı ödəniş tapşırığı, xx.xx.2020-ci il tarixli, İ-463/20 №-li sığorta ödənişinə dair akt və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, **********7 saylı ödəniş tapşırığı, xx.xx.2020-ci il tarixli, İ-464/20 №-li sığorta ödənişinə dair akt və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, **********1 saylı ödəniş tapşırığı, xx.xx.2020-ci il tarixli, İ-465/20 №-li sığorta ödənişinə dair akt və onun əsasında verilmiş xx.xx.2020-ci il tarixli, **********8 saylı ödəniş tapşırıqlarında öz əksini tapmışdır. Məhkəmə kollegiyasına təqdim edilmiş: Ağstafa Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 3(015)-390/2021 saylı qərarının surətindən görünür ki, şikayət təmin edilmiş, Cavabdeh barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN-nin İŞ Tağımının YPX inspektoru polis baş serjantı X1 TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında TP3829214 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. İddiaçı cavabdehdən zərərçəkmiş şəxslərə ödədiyi sığorta məbləğini subroqasiya qaydasında tələb etmişdir. Halbu ki, qanuni qüvvəyə minmiş Ağstafa Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli, 3(015)-390/2021 saylı qərarı ilə Cavabdeh barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN-nin İŞ Tağımının YPX inspektoru polis baş serjantı X1 TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərarla müəyyən olunmuşdur ki, hazırki inzibati xəta haqqında protokoldan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı alınmamış, inzibati xətanın mahiyyəti, inzibati xətanın aşkar edilməsini təsdiq edən sübut mövcud deyildir. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda, iddiaçının ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması ilə bağlı iddiasının hüquqi əsası yoxdur. Azərbaycan Respublikası MPM-nin: 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamış və mübahisənin maddi-hüquqi əsaslarpı düzgün müəyyən edilməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(015)-518/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (ASC) Cavabdeh qarşı qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-477/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-477/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver