Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-478/2025 17.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv olunması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı “bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, dövlət reyestrindən çıxarışların ləğv edilməsi, miras mülkdə payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(125)-4361/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 17 mart 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 yanvar 2024-cü il tarixli, 05/09İS/206630-24 nömrəli arayışdan görünür ki, 20 noyabr 1955-ci təvəllüdlü Abbasov Nazim Mustafa oğlu barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 28 yanvar 2024-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir: Arvadı - Cavabdeh2 (xx xxxxxxxx 1960), Oğlu - İddiaçı2 (25 avqust 1982), Oğlu - İddiaçı1 (25 avqust 1982), Oğlu - Cavabdeh4 (xx xxxxx 1989).
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 12 mart 2024-cü il tarixli (sorğuya cavab) məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən 61 saylı mənzil 24 fevral 2017-ci il tarixli, **********95-05301- 093203 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abbasov Nazim Mustafa oğlunun adınadır. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 08 avqust 2019-cu il tarixli, **********28-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Abbasov Nazim Mustafa oğlunun (Tikili “A”-nın 101 kv.m hissəsi (yaşayış sahəsi 55,0 kv.m, köməkçi sahə 45,5 kv.), “B”, “C” və 0,0467 ha torpaq sahəsi) və Abbasova Alidə İsbəndiyar qızının (Tikili “A”-nın 83,0 kv.m hissəsi (yaşayış sahəsi 24,4 kv.m, köməkçi sahə 15,4 kv.) və 0,0233 ha torpaq sahəsi) adlarınadır. xx xxxxxxxx 1960- cı il təvəllüdlü Cavabdeh2 adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları inzibati ərazi vahidi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarələrinin arxiv məlumatlarında, Əmlak Məsələləri Dövlət Komitəsi və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron məlumat bazasında və Respublika üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli (sorğuya cavab) məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzil (ümumi sahəsi 82,4 kv.m olan) (yeni qaydalarla: ünvan 7 "xxxx" MTK-nın 07 fevral 2017-ci il tarixli maliyyə arayışına və "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 1/116 saylı Protokolundan 07 fevral 2017-ci il tarixli çıxarışına əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir, lakin 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-267 reyestr nömrəli 27 fevral 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzil (ümumi sahəsi 77,56 kv.m olan) "xxxx" MTK-nın 10 fevral 2012-ci il tarixli maliyyə arayışına, "xxxx" MTK-nın 1/259 saylı, 10 fevral 2012-ci il tarixli arayışına və 021676 saylı 23 iyul 2007-ci il tarixli orderə əsasən Cəfərov Namiq Polad oğlunun adına qeydiyyatdan keçmişdir, lakin Bakı şəhərinin notariusu E.Q.Əliyev tərəfindən təsdiq edilmiş 4Ə-332 reyestr nömrəli 16 mart 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Rəhmanlı Jalə Sayətdin qızının adına özgəninkiləşdirilmişdir. ünvan 1, 66 saylı mənzil (yeni qaydalarla: ünvan 8 "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 378 saylı xx.xx.2017-ci il tarixli çıxarışa və "xxxx" MTK-nın xx.xx.2017-ci il tarixli 378 saylı maliyyə arayışına əsasən Cavabdeh2 adına qeydiyyatdan keçmişdir, 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-268 reyestr nömrəli 27 fevral 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən Cavabdeh4 adına özgəninkiləşdirilmişdir. ünvan 1, 61 saylı mənzil "xxxx" MTK-nın üzvlərinin ümumi iclasının 378 saylı 07 fevral 2017-ci il tarixli protokolundan çıxarışa və "xxxx" MTK-nın 07 fevral 2017-ci il 379 saylı maliyyə arayışına əsasən Abbasov Nazim Mustafa oğlunun adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
4. Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən reyestrdə 2V-184 nömrə ilə qeydə alınmış 22 iyun 2024-cü il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən 25 avqust 2023-cü il tarixdə vəfat etmiş Abbasov Nazim Mustafa oğlunun arvadı Cavabdeh2 ərizəsinə uyğun olaraq onun nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın - ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65,9 kv.m olan mənzilin ½ hissəsinə mülkiyyət hüququ vardır.
5. Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən reyestrdə 2V-183-185 nömrə ilə qeydə alınmış 22 iyun 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 25 avqust 2023-cü il tarixdə vəfat etmiş Abbasov Nazim Mustafa oğlunun vərəsələri – arvadı Cavabdeh2, oğlu İddiaçı1, oğlu İddiaçı2 və oğlu Cavabdeh4 miras əmlakdan - ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 65,9 kv.m olan mənzildən 1/8 hissədə irs almaq hüquqları müəyyən edilmişdir.
6. Gəncə şəhəri 1 saylı Notariat ofisi tərəfindən reyestrdə 2V-185 nömrə ilə qeydə alınmış 22 iyun 2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 25 avqust 2023-cü il tarixdə vəfat etmiş Abbasov Nazim Mustafa oğlunun vərəsələri – arvadı Cavabdeh2, oğlu İddiaçı1, oğlu İddiaçı2 və oğlu Cavabdeh4 mərhumun miras əmlakından - ünvan 4 ünvanında 0,07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 184 kv.m olan fərdi yaşayış evindən 1/4 hissədə irs almaq hüquqları müəyyən edilmişdir.
7. 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisində 27 fevral 2024-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə-267 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, müqaviləyə görə Cavabdeh2 tam mülkiyyət hüququ üzrə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143b, 66 saylı (yeni qaydalarla: ünvan 8, ümumi sahəsi 65,9 kv.m olan mənzili Cavabdeh4 bağışlamışdır.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********95-05301-093203 reyestr nömrəli, qeydiyyat tarixli 28 fevral 2017-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143b, 66 saylı (yeni qaydalarla: ünvan 8, ümumi sahəsi 65,9 kv.m olan mənzil Cavabdeh2 tam xüsusi mülkiyyətində olmuşdur.
9. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, sözügedən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hüquq sahibinin adı Cavabdeh2, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 28 fevral 2017-ci ildir, məhdudiyyət (yüklülük) haqqında xx.xx.2024-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb.
10. ******* nömrəli, 27 fevral 2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan və “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olmuş ünvan 1, 66 saylı (yeni qaydalarla: ünvan 8 mənzildə qeydiyyatda heç bir şəxs yoxdur.
11. Cavabdeh2 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanladığı 27 fevral 2024-cü il tarixli, reyestrdə 8İ-3039 nömrə ilə qeydə alınmış ərizədə qeyd etmişdir ki, hazırda subaydır və başqa ölkədə rəsmi nikahı yoxdur. Nikahının olmaması barədə gələcəkdə hər hansı bir hal olarsa, tam məsuliyyəti öz üzərinə götürür.
12. 2 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 119 nömrəli, 19 fevral 2024-cü il tarixli arayışdan görünür ki, Abbasov Nazim Mustafa oğlu və Həsənova Yeganə Fəxrəddin qızının nikahları 24 sentyabr 1981-ci il tarixdə 1334 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra ərin soyadı Abbasov, arvadın soyadı Abbasova kimi qeyd edilmişdir. Nikaha Abbasov Nazim Mustafa oğlunun 25 avqust 2023-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm 27 yanvar 2024-cü il tarixdə 117 nömrəli akt qeydi ilə Gəncə Şəhər Qeydiyyat şöbəsi tərəfindən qeydə alınmışdır.
13. AZ-T seriyalı, 265320 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 xx xxxxx 1989-cu ildə Gəncə şəhərində doğulmuşdur, atası Abbasov Nazim Mustafa oğlu, anası Cavabdeh2dır.
14. Xİ-MİO seriyalı, 705088 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Abbasov Nazim Mustafa oğlu 25 avqust 2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin avqust ayının 26-cı günündə ********************9 nömrə ilə qeyd edilmişdir.
15. Cavabdeh4 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanladığı 27 fevral 2024-cü il tarixli, reyestrdə 8İ-3044 nömrə ilə qeydə alınmış ərizədə qeyd etmişdir ki, 27 fevral 2024-cü il tarixdə 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisində 4Ə-268 reyestrlə təsdiq olunmuş bağışlanma müqaviləsinin Azərbaycan Respublikasının DƏDRX-nə 10 günlük müddətə yalnız çıxarış alınması üçün elektron göndərilməsini xahiş etmiş, Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon, ev 143b, 66 saylı mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25000 manat məbləğində icbari sığorta edilmiş, bu barədə 28 fevral 2024-cü il tarixli, RPA********** nömrəli “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi verilmişdir.
16. 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisində 27 fevral 2024-cü il tarixdə rəsmiləşdirilmiş 4Ə-268 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Cavabdeh2 tam mülkiyyət üzrə ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı (yeni qaydalarla: ünvan 7, ümumi sahəsi 82,4 kv.m olan mənzili Cavabdeh4 bağışlamışdır.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********23-05301-093146 reyestr nömrəli, qeydiyyat tarixli 25 fevral 2017-ci il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı (yeni qaydalarla: ünvan 7, ümumi sahəsi 82,4 kv.m olan mənzil Cavabdeh2 tam xüsusi mülkiyyətində olmuşdur.
18. “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan görünür ki, sözügedən mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hüquq sahibinin adı Cavabdeh2, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 25 fevral 2017-ci ildir, məhdudiyyət (yüklülük) haqqında 27 fevral 2024-cü il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb.
19. ******* nömrəli, 27 fevral 2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan və “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı (yeni qaydalarla: ünvan 7 mənzildə qeydiyyatda heç bir şəxs yoxdur.
20. Cavabdeh2 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanladığı 27 fevral 2024-cü il tarixli, reyestrdə 8İ-3038 nömrə ilə qeydə alınmış ərizədə qeyd etmişdir ki, hazırda subaydır və başqa ölkədə rəsmi nikahı yoxdur. Nikahının olmaması barədə gələcəkdə hər hansı bir hal olarsa, tam məsuliyyəti öz üzərinə götürür.
21. Cavabdeh4 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinə ünvanladığı 27 fevral 2024-cü il tarixli, reyestrdə 8İ-3043 nömrə ilə qeydə alınmış ərizədə qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində Notariat ofisində 4Ə-267 reyestrlə təsdiq olunmuş bağışlanma müqaviləsinin Azərbaycan Respublikasının DƏDRX-nə 10 günlük müddətə yalnız çıxarış alınması üçün elektrn göndərilməsini xahiş etmiş, Cavabdeh4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 25000 manat məbləğində icbari sığorta edilmiş, bu barədə 28 fevral 2024-cü il tarixli, RPA********** nömrəli “daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsi verilmişdir.
22. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********95-05301-093203 reyestr nömrəli, qeydiyyat tarixli 04 mart 2024-cü il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, ev 143b, 66 saylı (yeni qaydalarla: ünvan 8, ümumi sahəsi 65,9 kv.m olan mənzil Cavabdeh4 tam xüsusi mülkiyyətindədir.
23. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən **********23-05301-093146 reyestr nömrəli, qeydiyyat tarixli 04 mart 2024-cü il, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı (yeni qaydalarla: ünvan 7, ümumi sahəsi 82,4 kv.m olan mənzil Cavabdeh4 tam xüsusi mülkiyyətindədir.
24. 01 aprel 2024-03 aprel 2024-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, ödəyən Cavabdeh2 tərəfindən özünə, yəni alan Cavabdeh2 hesabına ayrı-ayrı vaxtlarda 20065 ABŞ dolları, 17065 ABŞ dolları, 20065 ABŞ dolları və 12050 ABŞ dolları pul vəsaiti göndərilmişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
25. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh4, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə və 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzində fəaliyyət göstərən Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Abbasov Nazim Mustafa oğlu arasında 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzi Notariat ofisində 27 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzilə (ümumi sahəsi 82,4 kv.m) (yeni qaydalarla: ünvan 7 (bundan sonra – mübahisəli 5 nömrəli mənzil) və ünvan 1, 66 saylı mənzilə (yeni qaydalarla: ünvan 8 (bundan sonra – mübahisəli 1 nömrəli mənzil) dair bağlanmış daşınmaz əmlakın bağışlama müqavilələrinin etibarsız hesab edilməsi, həmin mənzillərə dair Cavabdeh4 adına özgəninkiləşdirilmiş hüquqların dövlət qeydiyyatı haqqında çıxarışların ləğv edilməsi, mərhum ataları Abbasov Nazim Mustafa oğlu ilə anaları Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri sözügedən mənzillərə dair mərhum ataları Abbasov Nazim Mustafa oğlunun ½ hissəsinə payının tanınması ilə həmin mülkə mərhum atalarına münasibətdə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. İddia tələbi onunla əsaslandırılmışdır ki, ataları Abbasov Nazim Mustafa oğlu ilə anaları Həsənova Yeganə Fəxrəddin qızı 24 sentyabr 1981-ci il tarixdə 1334 saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş və onların birgə nikahlarından 25 avqust 1982-ci ildə İddiaçı2, 25 avqust 1982-ci ildə İddiaçı1 və .xx xxxxx 1989-cu ildə Cavabdeh4 anadan olmuşdur. Ailə üzvləri birlikdə qazanc əldə etmək məqsədi ilə Rusiya Federasiyasına köçüb getmiş və orada bazarlarda ticarətlə məşğul olmuşlar. Bazarda ticarətlə məşğul olan zaman gəlirləri yaxşı olmuş və valideyinləri pulları yığaraq Bakı şəhərində onlara ev almalarını təklif etmiş, onlar da bu təkliflə razılaşmış və valideynlərinə Bakı şəhərindən ev almaları üçün pul vermişlər. Valideynləri Bakı şəhərindən hər bir övladları üçün eyni binadan, yəni ünvan 1 ünvanında yerləşən 61 saylı mənzil atası Abbasov Nazim Mustafa oğlunun adına, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzil (ümumi sahəsi 82.4 kv.m) (yeni qaydalarla, ünvan 7 "xxxx" MTK-nın 07 fevral 2017-ci il tarixli maliyyə arayışına və "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 1/116 saylı Protokolundan 07 fevral 2017-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 adına, ünvan 1, 66 saylı mənzil (yeni qaydalarla, ünvan 8 "xxxx" MTKnın üzvlərinin ümumi iclasının 378 saylı Protokolundan 07 fevral 2017-ci il tarixli çıxarışa əsasən və "xxxx" MTK-nın 07 fevral 2017-ci il tarixli 378 saylı maliyyə arayışına əsasən Cavabdeh2 adına alınmışdır. Bundan əlavə ataları Abbasov Nazim Mustafa oğlunun atasından miras qalmış ünvan 6 saylı fərdi yaşayış evi olmuşdur. Ataları Abbasov Nazim Mustafa oğlu 25 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Atalarının vəfatından sonra Gəncə şəhər 1 saylı Notariat ofisində vərəsəlik işi açılmış və Abbasov Nazim Mustafa oğlundan miras qalmış ünvan 1 ünvanında yerləşən 61 saylı mənzil vərəsələr arasında miras əmlakdan 1/8 hissəsinə və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə vərəsələr arasında miras əmlakdan 1/4 hissəsinə irs almışlar. Gəncə şəhər 1 saylı Notariat ofisində vərəsəlik işi açdırdığı zaman cavabdehlər bundan xəbər tutaraq vərəsəliklə bağlı həmin notariat ofisinə müraciət etmiş, lakin Cavabdeh2 mərhum ataları Abbasov Nazim Mustafa oğlu ilə birgə nikah dövründə əldə etdikləri, hazırda mübahisəli 5 nömrəli mənzili 27 fevral 2024-cü il tarixli və mübahisəli 1 nömrəli mənzil 27 fevral 2024-cü il tarixli Daşınmaz əmlakın bağışlanma müqavilələrinə əsasən 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisində Cavabdeh4 bağışlamış və sonuncu da həmin mənzilləri adına özgəninkiləşdirmişdir. Halbuki, mərhum ataları Abbasov Nazim Mustafa oğlu ilə anaları Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri mübahisəli 5 nömrəli və 1 nömrəli mənzilə dair də mərhum atalarının payı vardır.
27. Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(125)-4361/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) iddia tələbinin qismən təmin edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, mənzil 60 (yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 82,40 kv.m olan mənzildən ibarət **********23-05301-093146 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 27 fevral 2024-cü il tarixli, 4Ə- 267 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi qismən etibarsız hesab edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon ev 143b, mənzil 66 (yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 65,90 kv.m olan mənzildən ibarət **********95- 05301-093203 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh2 ilə Cavabdeh4 arasında bağlanmış, 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən təsdiq edilmiş 27 fevral 2024-cü il tarixli, 4Ə268 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi qismən etibarsız hesab edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, mənzil 60 (yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 82,40 kv.m olan mənzildən ibarət **********23-05301-093146 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh4 mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh4 adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon ev 143b, mənzil 66 (yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 65,90 kv.m olan mənzildən ibarət **********95- 05301-093203 reyestr nömrəli daşınmaz əmlaka dair Cavabdeh4 mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Cavabdeh4 adına verilmiş 04 mart 2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməsi; Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, mənzil 60 (yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 82,40 kv.m olan mənzildən ibarət **********23-05301-093146 reyestr nömrəli daşınmaz əmlakın və Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon ev 143b, mənzil 66 (yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 65,90 kv.m olan mənzildən ibarət **********95-05301-093203 reyestr nömrəli daşınmaz əmlakın 1/8 hissəsinə İddiaçı1, 1/8 hissəsinə İddiaçı2 və 6/8 hissəsinə Cavabdeh4 (mülkiyyət) payı müəyyən edilməsi; İddia qalan hissədə təmin edilməməsi; İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 100 (yüz) manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 225, 331, 666.1, 1133.1, 1134.1, 1145, 1146, 1151.1, 1159.1.1, 1193, 1196, 1243, 1255-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 218.3, 216-220, 357, 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat:
29. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti iddia tələbində göstərilənlərlə yanaşı onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübutları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Belə ki, oğlu Cavabdeh4 yanında yaşayır və ona oğlu Mustafa qulluq edir. Əri Abbasov Nazim Mustafa oğlunun dəfn xərclərini də oğlu Mustafa çəkmişdir. O, mərhum həyat yoldaşı Abbasov Nazim Mustafa oğlu ilə Bakıdakı evlərini 85000 ABŞ dollarına satmış, oğlu Mustafaya düşən 25000 ABŞ dolları da toplayaraq iddiaçıların hər birinə miras əmlakdan imtina etmələri müqabilində ayrı-ayrılıqda 50200 ABŞ dolları olmaqla, ümumilikdə 100400 ABŞ dolları vermişlər. Bunu təsdiq edən qəbzləri məhkəməyə təqdim etmişdir. Həmçinin bu barədə mərhum həyat yoldaşı Abbasov Nazim Mustafa oğlunun əlyazması da var. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, iddiaçıların hər birinə miras əmlakdan imtina etmələri müqabilində ayrı-ayrılıqda 50200 (əlli min iki yüz) ABŞ dolları olmaqla, ümumilikdə 100400 (bir yüz min dörd yüz) ABŞ dolları verilməsini və bunu təsdiq edən qəbzləri nəzərə almamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları,
32. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Bakı şəhərində Cavabdeh2 adına alınan iki evin pulu Mustafaya məxsus olub. Cavabdeh2 əri öləndən sonbra həmin evləri oğlu Mustafaya bağışlamışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
33. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
37. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
38. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
39. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
40. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
41. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
42. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
43. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
44. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
45. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
46. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
47. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
48. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar.
49. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.
50. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır.
51. Maddə 1243. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
52. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
57. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
58. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
60. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
62. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı mənzilə (ümumi sahəsi 82,4 kv.m) (yeni qaydalarla: ünvan 7 və ünvan 1, 66 saylı mənzili (yeni qaydalarla: ünvan 8 2 saylı Gəncə Regional “ASAN xidmət” Mərkəzi Notariat ofisində 27 fevral 2024-cü il tarixdə oğlu Abbasov Nazim Mustafa oğluna bağışlamışdır. İddiaçılar mübahisəli mənzillərin mərhum ataları Abbasov Nazim Mustafa oğlu ilə anaları Cavabdeh2 birgə nikah dövründə əldə edilməsini, ona görədə ataları Abbasov Nazim Mustafa oğlunun həmin mənzillərdə ½ hissədə payının tanınmasını və atalarına münasibətdə (öldüyü üçün) onların paylarının müəyyən edilməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.
63. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur.
64. Belə ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, 60 saylı (ümumi sahəsi 82,4 kv.m) (yeni qaydalarla: ünvan 7 və ünvan 1, 66 saylı mənzili (yeni qaydalarla: ünvan 8 mənzillərin Cavabdeh2 ilə Abbasov Nazim Mustafa oğlunun birgə nikahda olduqları müddətdə alınması işin mübahisəsiz halıdır. Belə olan təqdirdə sonuncuların hər birinin payı ½ hissə olur. Cavabdeh2 yalnız öz payını bağşlamaqda səlahiyyətlidir. Nazim Abbasovun ½ hissə payı isə onun 25 avqust 2023-cü il tarixdə vəfatından sonra miras qalmış hesab olunur. Miras qoyanın birinci növbə vərəsəsi isə arvadı Cavabdeh2 və uşaqları Vüqar, Anar və Müstafa Abbasovlardır.
65. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
66. Əqdlərin etibarlılıq şərtləri və əqdin etibarsızlığına səbəb olan hallar qanunvericilikdə kifayət qədər aydın göstərilmişdir:
67. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-324-4-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
68. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 668.1.1-ci maddələri).
69. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri).
70. “Ə.Ə.İbrahimovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2004-cü il tarixli qərarında qeyd olunur ki, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
71. İşin yuxarıda qeyd olunan hallarından belə nəticəyə gəlmək olur ki, birinci instansiya məhkəməsi mübahisəli mənzillərin hər birinə münasibətdə 5/8 hissədə bağışlanılması barədə Cavabdeh2 iradə ifadəsinin mövcudluğu və həmin hissədə əqdin etibarlılığı barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Eləcədə kollegiya qeyd edir ki, mübahisəli mənzillərin hər birində Cavabdeh2 (miras payı da daxil olmaqla), 5/8 hissədə və hər birinin pay 1/8 hissədə miras qoyanın 3 övladına məxsus olması barədə, gəldiyi nəticə düzgün olmuşdur.
72. Həmçinin qeyd olunr ki, iddia tələbi qismən təmin edildiyindən birinci instansiya məhkəməsi Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 137a, mənzil 60 (yeni qaydalarla: ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 82,40 kv.m olan mənzildən ibarət **********23-05301-093146 reyestr nömrəli və Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 9-cu mikrorayon ev 143b, mənzil 66 (yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən ümumi sahəsi 65,90 kv.m olan mənzildən ibarət **********95- 05301-093203 reyestr nömrəli daşınmaz əmlaklara dair Cavabdeh4 mülkiyyət hüququnun qeydiyyatı və həmin qeydiyyata dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən sonuncunun adına verilmiş xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakların dövlət reyestrindən çıxarışları ləğv etməkdə də düzgün nəticəyə gəlmişdir.
73. Cavabdeh2 adına alınmış qeyd olunan mənzillərin oğlu Cavabdeh4 vəsaiti hesabına alındığını qeyd etsədə, lakin sonuncu bu barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim etməmişdir. Ona görə də kollegiya onun bu dəlilini inandırıcı saymır.
74. Belə ki, “E.Salmanlının şikayəti üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2 və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225 və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir.Əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: əmlakın ər-arvadın nikah müddətində əldə olunması və əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Nikaha qədər tərəflərə məxsus olan və ya nikah dövründə onlardan birinin hədiyyə, vərəsəlik və s. əvəzsiz əqdlər üzrə əldə etdiyi əşya ərin və ya arvadın şəxsi mülkiyyəti hesab olunur. Tərəflərdən birinin nikah dövründə əvəzsiz əqd üzrə əldə etdiyi əmlak ər-arvadın birgə təsərrüfat fəaliyyətinin, yəni təsərrüfat birliyinin nəticəsi olmadığından, qanunverici belə əmlakı müvafiq olaraq ərin və ya arvadın şəxsi mülkiyyəti olaraq tanıyır. Qanunverici birgə nikah dövründə ər-arvadın əldə etmiş olduğu əmlakın ümumiliyi prezumpsiyasını qəbul etmiş, ümumi birgə mülkiyyət ər-arvadın əmlakının qanuni rejimi olaraq tanınmışdır. Odur ki, nikah dövründə əldə edilmiş əmlakın şəxsi əmlak olduğunu, o cümlədən əvəzsiz əqd əsasında əldə edilmiş vəsait hesabına alınmış əmlak olduğunu iddia edən tərəfin bunu təsdiqləyən kifayət qədər mötəbər, bariz sübutları əsasında həmin əmlakın şəxsi əmlak olduğu qərara alına bilər. Eləcədə həmin qərarda qeyd olunmuşdur ki, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ərarvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir.
75. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 14 noyabr 2024-cü il tarixli 2(125)-4361/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.