Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-482/2025 10.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh(bundan sonra- cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçı(satıcı) ilə cavabdeh(alıcı) arasında bağlanmış 03767175 nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, cavabdeh iddiaçıdan 5,94 manat dəyərində qoruyucu örtük, 100,98 manat dəyərində qulaqlıq, 57,06 manat dəyərində şarj aləti, 322,02 manat dəyərində “Samsung Galaxy” markalı telefon almışdır. Cavabdeh həmin malların dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay 32 manat ödəmək şərtilə 18 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş 27 avqust 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, cavabdehin 03767175 nömrəli müqavilə üzrə 544 manat ödənilməmiş hissə, 54 manat cərimə olmaqla, ümumilikdə 598 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 598 manat borcun və iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, sonuncu Mychoice clear Case, XİAOMİ Redmi Buds 4 qulaqlıq, İMEİ kodu **********75731 olan 1 ədəd Samsung Galaxy A14 markalı telefon və X4 almış, lakin müqavilə üzrə öhdəliyini icra etmədiyindən cavabdehin tələb olunan məbləğdə borcu yaranmışdır. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, telefonu aldıqdan 3 gün sonra telefon işləməmişdir, ona görə də telefonu geri qaytararaq işləmədiyini bildirmişdir. İddiaçının əməkdaşları telefonu onldan rəsmi qaydada alaraq texniki servisə göndərmişlər. Bir müddət sonra ona zəng edib, məhsulun texniki servisdən qayıtdığını bildirmişlər. Həmin vaxt telefonu yoxlamışlar, yenə də işləməmişdir. Ona görə də o, telefonu mağazada qoyaraq geri qayıtmışdır. Bir sözlə, telefon iddiaçıda qalmışdır, hazırda da ondadır. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(062)- 2781/2024 nömrəli iş üzrə qəbul etdiyi 27 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, cavabdehə satılmış telefon saz vəziyyətdə olmamış, "xxxx" MMC-nin nümayəndəsinə təqdim olunmaqla, geri qaytarılmışdır. Cavabdehin təqdim etdiyi təhvil-təslim aktından görünür ki, cavabdeh Musayev X2 clear Case, XİAOMİ Redmi Buds 4 qulaqlıq, İMEİ kodu **********75731 olan 1 ədəd Samsung Galaxy A14 markalı telefon, X3 "xxxx" MMCyə təhvil vermiş, mağazanın nümayəndəsi həmin telefonu təslim almışdır. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 623.1, 623.2, 623.3, 624.1, 624.1, 624.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi qətnaməsinin təsviri hissəsində görünür ki, cavabdehin nümayəndəsi izahatında bildirir ki, “Samsung Galaxy A14” markalı telefonu 3 gün sonra mağazaya qaytarıblar. Lakin sözügedən telefon 2 ay istifadə edildikdən sonra, Tovuz şəhərində yerləşən Kontakt Home mağazasına “diagnostika üçün” təhvil verilib, telefon diaqnostika olunub, diaqnostika nəticəsində müəyyən olunub ki, istifadə zamanı telefona mexaniki təsir olub və cihaz əyilib. Nəticədə “Qızıl zəmanət” əsasında sözügedən məhsul təmir olunub və hal-hazırda parametrlərinə uyğun işləyir. Bununla bağlı cavabdehə məlumat verilmişdir və məhsulun götürülməsi təklif olunmuşdur. Birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində müəyyən etmişdir ki, işə əlavə olunmuş təhvil-təslim aktından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Mychoice clear Case, XİAOMİ Redmi Buds 4 qulaqlıq, İMEİ kodu **********75731 olan 1 ədəd “Samsung Galaxy A14” markalı telefon, X3 "xxxx" MMC-yə təhvil vermiş, mağazanın nümayəndəsi həmin telefonu təslim almışdır. Lakin xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, cavabdehin nümayəndəsi yalnız İmei kodu **********75731 olan 1 ədəd “Samsung Galaxy A14” markalı telefonu təhvil verib, amma digər məhsulları təhvil verilməyib və hal-hazırda cavabdehin istifadəsindədir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinin məzmununa uyğun izahat vermişdir. Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbinə etirazının dəlillərinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddiaçıdan aldığı şarj aləti, örtük qoruyucu və qulaqlıq hazırda onun istifadəsindədir və iddiaçıya təhvil verilməyib. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası(bundan sonra- Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və qətnamənin tam ləğvi xahiş edildiyindən məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Maddə 624.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, işin mübahisə edilməyən halları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 22 fevral 2024-cü il tarixdə nisyə alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə satılması nəzərdə tutulmuş 4 adda əşya- şarj aləti, örtük qoruyucu, qulaqlıq və telefon cavabdehə təhvil verilmişdir. Telefon işlək vəziyyətdə olmadığından cavabdeh tərəfindən iddiaçıya qaytarılmış, digər 3 adda əşya isə cavabdehdə qalmışdır. İddiaçı isə apellyasiya şikayətində bildirir ki, telefonun qüsurlu olması müəyyən edilməsə də, telefon cavabdeh tərəfindən yenidən qəbul edilməmişdir. Məhkəmə iddiaçının dəlili ilə bağlı bildirir ki, iddiaçı müzakirə edilən dəlilini təsdiq edə biləcək sübutlarını Məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı malda qüsur olmadığını bildirsə də, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********75731 telefon cavabdehin anası Ayna Musayeva tərəfindən iddiaçının əməkdaşı olan Ayxan Zeynalova təhvil verilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı cavabdehə qüsurlu mal satdığından sonuncu müqavilənin icrasından imtina etməkdə haqlı olmuşdur. Bu baxımdan Məhkəmə hesab edir ki, mübahisə predmeti olan telefonun məbləğinin cavabdehdən tutulması ilə bağlı iddiaçının tələbi və bununla bağlı apellyasiya şikayətində irəli sürdüyü dəlillər əsassızdır. Cavabdehə satılmış digər 3 əşyaya- şarj aləti, örtük qoruyucu və qulaqlığa münasibətdə isə Məhkəmə bildirir ki, müzakirə olunan hissədə iddiaçının tələbi əsaslıdır. Belə ki, iş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, sözügüdən əşyalar hazırda cavabdhin istifadəsindədəir və iddiaçı həmin malların dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Öhdəliyin icra edilməməsini və müqavilənin şərtlərini nəzərə alan iddiaçı, ödənişin gecikdirilməsinə görə 54 manat cərimə (dəbbə) hesablamış və həmin məbləğin onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə tərəflərin həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulu azaldılaraq 5,40 manat müəyyən edilməlidir. Məhkəmə xərclərinə münasibətdə Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsmunun 10 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğun deyil. Apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Məhkəmə, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Hazırki iş üzrə Tovuz Rayon Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbi qismən təmin edilsin. Cavabdeh 163,98 manat əsas borc, 5,40 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 manat pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-482/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-482/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver