Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-498/2023 31.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı X3 nümayəndəsi (vəkili) X1 və Cavabdeh iştirakları ilə, İddiaçı X3 Cavabdeh qarşı “kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-1190/2022 saylı qətnaməsindən iddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı X10 Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin və yetkinlik yaşına çatmayan uşağının ona məxsus Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna onun tərəfindən 5000 manat kompensasiya ödəmək yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-1190/2022 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddia tələbi təmin edilməmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan iddiaçı X10 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun oğlu X5 həyat yoldaşı olmuş və oğlu ilə 12 iyul 1993-cü il tarixdə ailə qurub, 2019-cu ilin oktyabr ayında ayrılmışlar. Onun oğlunun Afət, Təbriz, Ayşən və Sevda adlı qızları vardır, qızlardan üçü ailə həyatı qurmuş və ikisinə oğlu ev alıb vermişdir. Bugün o, ağır insult xəstəsidir və cavabdehlə bir yerdə yaşaya bilmir. Cavabdehə Goranboy Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə ilə ona məxsus Goranboy rayonu Tapqarqayunlu kəndindəki evdə istifadə hüququ verilmiş və cavabdeh qız övladı ilə onun evinə köçürülmüşdür. Ona görə də, qərar gəlmişdir ki, cavabdeh və onun qızının ona məxsus evdə istifadə hüququna bazar qiymətinə müvafiq pul ödəməklə xitam olunsun. O, yaşadığı kənddə kirayə haqqı 50-70 manat arasındadır. O, isə cavabdehə hər ayına görə 100 manat olmaqla 4 illik kirayə haqqı ödəməklə, yəni 5000 manat ödəməklə ona və qızına məxsus istifadə hüququna xitam verilsin. Mülki iş materiallarında olan: Goranboy rayon Tapqaraqoyunlu kənd icra nümayəndəliyi tərəfindən verilmiş nömrəli, 19 aprel 2022-ci il tarixli arayışdan görünür ki, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində kirayə həyət evinin məbləği 100-150 manat təşkil edir. Naftalan şəhəri dövlət Notariat ofisi tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsindən" görünür ki, Cavabdeh Zülfüqar qızı (hədiyyə verən) X8 (hədiyyə alan) ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzili (ümumi sahəs kv/m, yaşayış sahəsi, 38.4 kv/m) hədiyyə alanın mülkiyyətinə vermişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş, MA seriyalı, ******* nömrəli, çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi Cavabdeh Zülfüqar qızının mülkiyyətinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0,12 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi X3 mülkiyyətinə verilmişdir. Goranboy rayon Məhkəməsinin 2(045)-206/2021 saylı, 02 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Zülfüqar qızının cavabdeh X9 qarşı nikahın pozulması tələbi təmin edilmişdir. iddiaçı Cavabdeh Zülfüqar qızı ilə cavabdeh X11 arasında 12 iyul 1993-cü il tarixdə Goranboy rayonu, Tapqaraqoyonlu kənd icra nümayəndəliyində 11 № ilə qeyd edilmiş nikah pozulmuşdur. xx.xx.2008-ci il təvəllüdlü X6 anası Cavabdeh Zülfüqar qızı ilə qalması müəyyən edilmiş və onun himayəsinə verilmişdir. X11 xx.xx.2020-ci il tarixdən xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 (bir yüz on) manat sabit pul məbləğində aliment tutularq Cavabdeh Zülfüqar qızına qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2792/2021 saylı, 30 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X5 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Goranboy rayon Məhkəməsinin 2(045)-206/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə çıxarılması qət edilmişdir. İddiaçı Cavabdeh Zülfüqar qızı xx.xx.2008-ci il təvəllüdlü X12 ilə birlikdə gəlin köçdüyü Goranboy rayonun Tap Qaraqoyunlu kəndində yerləşən, hazırda X3 mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməklə evə yaşamaq hüququnun tanınması qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun verdiyi kirayə haqqı mövcud real bazar qiymətinə uyğun müəyyən müddətə kirayədə yaşamaq üçün zəruri olan ümumi kirayə haqqı güya onun verdiyi kirayə haqqı cavabdehə onun evindəki şəraitə uyğun yaşayış yeri təmin etməyə imkan verilmir. Halbuki Tapqaraqoyunlu kəndində 100 manatlıq kirayə haqqı yoxdur. O isə cavabdehə 5000 manat pul verir. Lakin, cavabdeh isə buna razı deyil. Məhkəmədə cavabdeh qətnamədə göstərilənləri əsaslandıra bilməsə də məbləğinə uyğun gəlmir. Halbuki bunun heç bir hüquqi əsası yoxdur. O cavabdehə məhkəmə baxışında iddia həcminin artırıb daha çox pul verməyi hətta ona Tapqaraqoyunlu kəndində yaşamaq üçün ev almağı da təklif etmişdir. Ancaq cavabdeh buna razı olmamışdır. Çox təəssüflər olsun ki, məhkəmə iddianı rədd etmək üçün əsassız dəlillərə istinad edib iddiasını rədd etmişdir. Məhkəmə onun kompensasiya məbləğinin artırmaq niyyətində olmağına da heç bir qiymət vermədən iddiasını rədd etmişdir. Bu da qətnamənin əsassız olduğunu sübut edir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında iddiaçı X3 nümayəndəsi (vəkili) X4 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək bildirdi ki, cavabdeh iddiaçının gəlini olmuşdur. Cavabdeh mübahisə predmeti olan evə gəlin köçən zaman həmin ev iddiaçının mülkiyyətində olmuşdur. Lakin, sonra cavabdehlə ilə iddiaçının oğlu məhkəmə qaydasında nikahları pozulmuşdur. Lakin, sonradan məhkəmə qətnaməsinə əsasən cavabdeh iddiaçının mülkiyyətində oilan evə köçürülmüşdür. Cavabdeh iddiaçıya rahat yaşamağa imkan vermir, tez-tez aralarında söz söhbətlər olur. Birinci instansiya məhkəməsində olan zaman cavabdehə 5.000 manat məbləğində kompensasiya təklif edilmişdir. Lakin cavabdeh onların təklifi ilə razılaşmamışdır. Cavabdehin özünün maddi imkanı yaxşıdır. Belə ki, onun mülkiyyətində 2 otaqlı evi olmuş, lakin 2019-cu il tarixdə həmin evi qızına bağışlamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmənin suallarına isə cavab olaraq bildirdi ki, 25000-30000 manat təşkil edər. Ev iki otaqdan ibarət olmaqla köhnə tikili evdir. Cavabdeh iddiaçıya öz evində rahat yaşamağa imkan vermir. Həmçinin bildirdi ki, iddiaçı hazırda cavabdehə evdən çıxdığı təqdirdə ona 15000 manat kompensasiya verməyə razıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçının ona almaq istədiyi ev yaşayışa yararsızdır və ona görə də öz evində yaşamaq istəyir. Həmçinin, iddiaçı tərəfindən təklif olunan 15.000 manat məbləğində kompensasiya ilə razılaşmır. Həmin evə uyğun bir otaqlı ev alacağı təqdirdə evdən çıxmağa razıdır. Əgər onun təklifi ilə iddiaçı razılaşmırsa o təklif edir ki, 15000 manat verir ki, iddiaçı evdən çıxsın. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, yaşadığı evin real bazar qiymətini dəqiq bilmir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı X10 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyator qətnaməni tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də kollegiya Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)- 1190/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxslərin izahatlarını iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli və Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-1190/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində iddiaçı X3 xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının gəlini olmuş və Goranboy rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(045)-206/2021 saylı qətnaməsi əsasən, cavabdeh ilə iddiaçının oğlu arasında nikah pozulması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-2792/2021 saylı qətnaməsinə əsasən, Goranboy Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(045)-206/2021 saylı qətnaməsi ləğv edilməsi və yeni qətnamə çıxarılması, iddiaçı Cavabdeh Zülfüqar qızı xx.xx.2008-ci il təvəllüdlü X12 ilə birlikdə gəlin köçdüyü Goranboy rayonun Tap Qaraqoyunlu kəndində yerləşən, hazırda X3 mülkiyyətində olan fərdi yaşayış evinə köçürülməklə evə yaşamaq hüququnun tanınması qət edilmişdir. Bundan sonra X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin və yetkinlik yaşına çatmayan uşağının ona məxsus Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində olan istifadə hüququna onun tərəfindən 5000 manat kompensasiya ödəmək yolu ilə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsindəki tələbdən fərqli olaraq, apellyasiya icraatı zamanı iddiaçı X10 Cavabdeh ona məxsus Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi üçün 15.000 (on beş min) manat kompensasiya təklif etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Belə ki, iddia tələbinin mahiyyətindən aydın olur ki, iddiaçının tələbi kompensasiya institundan istifadə etməklə öz hüquqlarının bərpa edilməsindən, yəni cavabdehə müvafiq kompensasiya ödəməklə onun istifadə hüquqlarına xitam verilməsindən ibarətdir. İşin mübahisə olunmayan hallarına görə Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi xx.xx.2015-ci il tarixdən X3 mülkiyyətindədir. Cavabdeh məhkəmə qətnaməsi ilə həmin ünvana köçürülməklə yaşamaq hüququ əldə etmiş, iddiaçı tərəf hətta bunu istifadə hüququnun olması kimi qiymətləndirmişdir. İşin apellyasiya baxışı zamanı müəyyən olunmuş halına görə, tərəflərin arasında gərgin münasibətlər mövcuddur, mübahisəli evdə cavabdeh yaşayır və iddiaçı öz evindən (mülkiyyətində) istədiyi kimi istifadə edə bilmir. Mülki Məcəllənin 157.2-ci maddəsində isə təsbit olunmuşdur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Kollegiya qeyd edir ki, hazırkı iddia tələbinin təmin edilməsinin mümkünlüyü ilə bağlı aydınlaşdırılmalı ilkin hal iddiaçının müvafiq tələblə çıxış etmək hüququna, yəni subyektiv hüquqa malik olub-olmadığının müəyyənləşdirilməsidir. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Göstərilən müddəaya əsasən hazırki iş üzrə iddiaçı cavabdehə qarşı kompensasiya ödənilməklə yaşayış evindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürməkdə haqlıdır. Bu baxımdan, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, R. Ağalarovun şikayət üzrə Konstitusiya Məhkəməsinin Plenumu 26 sentyabr 2007-ci il tarixli qərarında Mülki Məcəllənin 228.2-ci maddəsi ilə bağlı olaraq mülkiyyət hüququnun yaşayış sahəsindən istifadə hüququndan fərqləndiyini qeyd etmiş, eyni zamanda, hər iki hüququn müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gəlmişdir. Həmin qərarda göstərilmişdir ki, eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən mənzildən istifadə hüququ), digərlərində isə yalnız mənzildən istifadə hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və mənzildən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Müəyyən müddət daxilində oxşar yaşayış sahəsi ilə təmin edilmək üçün zəruri olan xərclərlə bağlı nəzərə alınmalıdır ki, “Tapqaraqoyunlu kənd icra nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2022-ci il tarixli arayışa görə, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində həyət evinin kirayəsi 100-150 manat təşkil edir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya baxışı zamanı məhkəmə kollegiyası tərəfindən iddiaçının cavabdehə verə biləcəyi maksimum kompensasiya məbləği müəyyənləşdirildikdən sonra, iddiaçıya cavabdehə 15000 manat kompensasiya verilməsi təklif edilmiş, iddiaçı tərəfindən də həmin məbləğ qəbul edilmiş və o kompensasiyanın məbləğini artıraraq cavabdehin istifadə hüququna 15000 manat müqabilində xitam verilməsini istəmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. ... Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. ... Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin bu zaman məhkəmələr nəzərə almalıdırlar ki, kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələləblərinə əsasən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər”. Kollegiya hesab edir ki, iddiaçının apellyasiya baxışı zamanı təklif etdiyi kompensasiya məbləği ilə cavabdehin başqa yеrdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun təqribən 9 ilə yaxın müddət ərzində təmin olunmasına kifayət etməklə, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir, həmçinin həmin məbləğ onun özünə həmin ərazidə oxşar ev almaq üçün əhəmiyyətli maddi dəstəkdir. Digər tərəfdən nəzərə alınmalıdır ki, cavabdehin mübahisəli evin əldə edilməsində hər hansı töhfəsi olmamış, eləcə də onun tərəfindən evin təmirinə və ya yaxşılaşdırılmasına hər hansı xərc çəkildiyinə dair sübutlar da təqdim edilməmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği evin dəyəri nəzərə alınmaqla müəyyənləşdirilmədiyinə görə təklif olunan məbləğə ev almağın mümkün olub-olmadığı məsələnin həlli baxımından əhəmiyyətli deyildir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq, dövlət tərəfindən bərabər müdafıə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafıəsi mexanizmlərini dəqiqləşdirir. Kollegiya hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanmış meyar və prinsiplərə əsaslanmaqla hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılmalı, iddia tələbi təmin edilməklə, iddiaçı Niyar Məmmədova tərəfindən Cavabdeh 15000 ( on beş min) manat məbləğində kompensasiya verilməklə onun iddiaçıya məxsus Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməli və o həmin evdən yetikinlik yaşına çatmayan uşağı X12 ilə birlikdə çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin mübahisəli evdən çıxarılması müvafiq kompensasiya məbləği verilməklə icra olunmalı olduğundan, qətnamənin icrası qaydası kimi, kompensasiyanın ödənilməsi ilə cavabdehlərin evə olan istifadə hüquqlarına xitam verilməsi və evdən çıxarılması eyni vaxtda icra edilməli olması müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, аpelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: İddiaçı X10 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(045)-1190/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə İddia tələbi təmin edilsin. Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan qızı X14 da nəzərə alınmaqla, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququna 15000 (on beş min) manat kompensasiya ödənilməklə xitam verilsin. Cavabdeh himayəsində olan yetkinlik yaşına çatmayan qızı X14 ilə birlikdə X7 məxsus Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın. İddiaçı X2 15.000 (on beş min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun, mübahisəli evdən istifadə hüquqlarına xitam verilməsi və onun himayəsində olan yetkinlik yaşına çatmayan qızı X14 ilə birlikdə evdən çıxarılması eyni vaxtda icra olunsun. Qətnamədən, rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-498/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-498/2023
31.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver