Məhkəmə qərarları › İş №2(104)-504/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-504/2024

08.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-504/2024 08.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və Cavabdeh2 Qəhrəman oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Cavabdeh2 Qəhrəman oğluna, Cavabdeh3 və müs əqıl tələb irəli sürməyən üçüncü şəxs Ağstafa şəhər bələdiyyəsinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(015)-16/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkil) X6 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ağstafa Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(015)-16/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Z.Rəsulov) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 Qəhrəman oğluna, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağstafa şəhər bələdiyyəsinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddiasının təmin olunmaması, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçının nümayəndəsi (vəkil) X6 apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 1971-ci il tarixdə vəfat etmiş mərhum atası X4 və 16 iyun 1971-ci il tarixdə vəfat etmiş mərhum anası X2 dəfn edildiyi Ağstafa şəhər qəbiristanlığında onların qəbirüstü abidələrinin yerləşdiyi sahəyə daxil olmaq üçün daimi və ümumi istifadədə olan giriş-çıxış yolunun üzərində sonradan qanunsuz inşa edilmiş torların cavabdehlərin hesabına sökülərək yolun açılması və sahənin əvvəlki vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası- mərhum X8 16 may 1971-ci ildə, anası- mərhum X5 isə həmin ilin 16 iyun tarixində vəfat etməklə Ağstafa şəhər qəbristanlığında dəfn edilmişlər. Onların qəbirləri mişar daşı ilə hörülməklə hasara alınmışdır. Bu ilin 2021-ci ilin yanvar və mart aylarında rayonda yaşayan qohumları ona zəng edib mərhum valideynlərinin məzarlarını ziyarət edərkən onların məzarlarının giriş qapısnın qarşısındakı boş sahənin özbaşına olaraq rayonun Yenigün kənd sakini Cavabdeh1 tərəfındən dəmir torla hasara alındığını və 2020-ci ilin iyun ayına vəfat etmiş Ağstafa şəhər sakini X1 oğlanlarının atalarının dəfh edildiyi yeri dəmir torla hasarlayaraq valideynlərimin qəbirlərinı ziyarət etdikləri yolu bağladıqlarını görmüşlər. Ona görə də, hər iki şəxslərə zəng edib təcili olaraq qanunsuz hasarları sökməyi xahiş etmişlər. Lakin Cavabdeh1 yalandan bəhanə gətirərərək guya 20 il bundan əvvəl Bakı şəhərində yaşayan Rövşən adlı qardaşının qısa zaman kəsiyində vəfat etmiş 3 yaşlı və yeni doğulmuş körpələrinin həmin sahədə dəfn olunduğuna görə hasara aldığını, mərhum Novruz İbrahimovun oğlu, İntiqam isə qısa zamanda həmin hasarı söküb yolu açacağına söz versə də, bu günə kimi yolu açmamışdır. Hazırda o, və ailə üzvləri mərhumların qəbirüstü abidələrini ziyarət etməkdə çətinlik çəkirlər. Yəni, Cavabdeh1 qanunsuz olaraq qəbiristanlıqda mərhum ata və anasının qəbirüstü abidələrinin giriş qapısının qarşısında olan boş torpaq sahəsini əvvəlcədən qəbir yeri kimi rezervasiya etmək məqsədi ilə dəmir torla əhatəyə almışdır, Cavabdeh3 isə qəbirləri ziyarətə gedən yolu bağlamışdır. Bununla da onun subyektiv hüququ pozulmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı deyil. Belə ki, həmin qətnamə qanunsuz və əsassızdır. Məhkəmə sübutlara və işin faktiki hallarına qiymət verməmişdir. Onun da valideynlərinin məzarlarını ziyarıt etmək hüququ vardır. Lakin Ağstafa şəhər qəbirstanlığında yerləşən onun valideynlərinə aid qəbirüstü abidələrin yerləşdiyi əraziyə gedən yol bağlı olsa da, işə baxan məhkəmə onun bu hüququnu, yəni mərhum valideynlərinin dəfn edildiyi yeri sərbəst, maneəsiz ziyarət etmək hüququnun olduğunu nəzərə almamışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, Cavabdeh1, Cavabdeh3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Ağstafa şəhər bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etsə də, izahatında göstərdi ki, cavabdehlərdən Rövşən və Cavabdeh1larla razılıq əldə etmişdir, digər Cavabdeh3 yerləşdirdiyi dəmir tor valideynlərinin qəbirlərinə aparan yol hissəsindən götürülərsə mübahisə aradan qalxmış olar. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Qəhrəman oğlu apellyasiya şikayətinə etiraz etsə də iddiaçı ilə olan mübahisənin qardaşı və ona aid hissədə qarşılıqlı razılaşma əsasında həll edildiyini, ona görə də apellyasiya şikayətinin onlara aid hissədə təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, məhkəmə kollegiyasının iclasında iştirak etmiş tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 25 yanvar 2023cü il tarixli 2(015)-16/2022 saylı qətnaməsi ləğv edilməli və iddianın tələbinin qismən təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə kollegiyası tərəfindən tərəflərin iştirakı ilə mübahisə yerli baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Ağstafa şəhər qəbiristanlığında mərhum X8 və X3 qəbirlərinə gedən yolda Cavabdeh3 tərəfindən dəmir torla çəpər çəkilmişdir. Digər cavabdehlər tərəfindən isə hərhansı maneə quraşdırılmamışdır. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı qəbirstanlıqda mərhum valideynlərinin qəbirüstü abidələrinin yerləşdiyi sahəyə daxil olmaq üçün daimi və ümumi istifadədə olan giriş-çıxış yolunun uzərində sonradan qanunsuz inşa edilmis torların cavabdehlərin hesabına sökülərək yolun açılması və sahənin əvvəlki vəziyyətə qaytarılması barədə tələb irəli sürsə də rnəhkəmə hesab edir ki, bu hüquqa qəbiristanlığın daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsınə dair yerləşdiyi ərazi vahidi üzrə müraciət etmiş müvafiq bələdiyyə malik olmalıdır. İddiaçının subyektiv hüququ olmadığına görə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, yerli baxış zamanı Ağstafa şəhər qəbiristanlığında iddiaçının valideynləri mərhum X8 və X2 qəbirlərinə gedən yolda Cavabdeh3 tərəfindən dəmir torla çəpər çəkildiyi, beləliklə də həmin qəbirlərin sərbəst şəkildə ziyarət edilməsində maneçiliyin yaradıldığı müəyyən edildi. İddia tələbini bütünlükdə rədd etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni idiaçının mərhum valideynlərinin qəbirlərinin dəfnlərin qeydiyyat kitabına və dəfnlərin vahid dövlət reyestrinə daxil edilmədiyindən bu kimi tələblə müraciət edilməsi üçün subyektiv hüquqa malik olmamdığını vurğulamış, bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarina istinad edərək bu kimi hüquq bələdiyyənin malik olduğunu göstərmişdir. Məhkəmə bununla belə nəzərə almamışdır ki, həmin Qaydaların 1.3-cü bəndinə görə bu Qaydaların 4.6.4-cü yarımbəndi, 5-10-cu hissələri (10.1-ci bənd istisna olmaqla), 19.1ci və 22.2-ci bəndləri bu Qaydalar qüvvəyə minənədək mövcud olan qəbiristanlıqlara şamil edilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarinın Ziyarətçilərin hüquq və vəzifələri adlanan 14-cü bəndində aşağıdakılar göstərilmişdir: 14.1. Ziyarətçilərin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir: 14.1.1. qəbiristanlıqda dəfn edilmiş şəxsləri ziyarət edərkən, qəbiristanlığın iş rejiminə və müdiriyyət tərəfindən müəyyən edilmiş ziyarət vaxtlarına əməl etmək; 14.1.2. qəbiristanlığın ərazisində ictimai qaydaya və təmizliyə riayət etmək; 14.1.3. bu Qaydalarla müəyyən edilmiş tələblərə riayət etməklə, qəbirüstü tikililər quraşdırmaq və ya onları dəyişdirmək, təmir etmək; 14.1.4. qəbir yerini səliqəli saxlamaq, gül və digər yaşıllıqlar əkmək; 14.1.5. qəbiristanlığın müdiriyyətindən qəbir yerinə qulluq göstərilməsini tələb etmək. Göründüyü kimi hərbir şəxsin yaxın qohumlarının qəbirlərini sərbəst şəkildə ziyarət etmək hüquq ilə yanaşı, qəbiristanlığın ərazisində ictimai qaydaya və təmizliyə riayət etmək vəzifəsi də vardır. İctimai qayda isə həm də digər ziyarətçilərə ziyarət etmək istədikləri qəbirlərin yanına yaxınlaşmaq üçün maneə yaradan hərəkətlərin edilməməsini ehtiva edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. İşdən göründüyü kimi, iddiaçının valideynlərinin qəbrini ziyarət etməsinə cavabdeh tərəfindən edilən maneənin aradan qaldırılması üçün gördüyü tədbir, yəni cavabdehlə olan danışıq nəticə vermədiyinə və sonuncu maneənin aradan qaldırılması üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Kollegiya qeyd edir ki, cavabdeh aCavabdeh3 tərəfindən quraşdırılmış metal tor iddiaçıya valideynlərinin qəbirlərini ziyarət etməyə maneçilik yaratdığından həmin metal tor iddiaçının valideynlərinin qəbirlərinə aparan yol hissəsindən götürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, Cavabdeh3 tərəfindən iddiaçının valideynləri mərhum X8 və X2 qəbirlərinə gedən yolda quraşdırılmış maneə aradan qaldırılmalı, digər cavabdehlərə münasibətdə isə iddiaçı məhkəməyə hər hansı sübut təqdim edilmədiyinə görə iddia tələbinin həmin hissələrdə təmin edilməsini mümkün saymır. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı nümayəndəsi (vəkil) X7 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(015)-16/2022 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh3 tərəfindən iddiaçının valideynləri mərhum X8 və X2 qəbirlərinə gedən yolda quraşdırılmış metal tor (maneə) həmin qəbirlərə aparan yol hissəsindən onun tərəfindən götürələrək maneə aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. ğdənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar