Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-511/2025 08.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X10 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi (qızı) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış evindən və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)-1223/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2012-ci il tarixdə Tərtər RPŞ tərəfindən verilmiş AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Tərtər rayon Cəmilli kəndində anadan olmaqla, ünvan 1 ünvanda qeydiyyatdadır.
2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində alınmış yaşayış yeri haqqında ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Tərtər rayon Cəmilli kəndində anadan olmaqla, ünvan 1 ünvanda qeydiyyatdadır.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X23 Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Tərtər rayon Bəyimsarov kəndində 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən 88,80 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə İddiaçı adına tam payçı olaraq ********** qeydiyyat nömrəsi ilə sənədləşdirilmişdir.
4. Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-582/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdehlər X17 və X4 fərdi yaşayış evinə köçürülmə, yaşayış hüququnun tanınması və təmin edilməsinə dair iddiası təmin edilmiş, xx.xx.1956-cı il təvəllüdlü X1 Rza İdris oğlu ilə birgə nikah dövründə əldə etdikləri Tərtər rayonu Bəyimsarov kəndində yerləşən fərdi yaşayış evinə köçürülməklə həmin evdə yaşayış hüququnun tanınması qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı, Cavabdeh qarşı Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehin onun mülkiyyəti olan, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, pozulmuş hüquqlarının aradan qaldırılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0,1157 hektar torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evi və 0,1157 ha həyətyanı torpaq sahəsi vardır. Həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinin onun xüsusi mülkiyyətində olması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın X23 Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli Çıxarışla təsdiq olunmuşdur. Fərdi yaşayış evini 2018-ci il tarixdə Zülal Məmmədov adlı şəxsdən almışdır. Yalnız müəyyən səbəblərdən sənədləşmə 2024-cü il tarixdə aparılmışdır. Beləliklə də fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmış, işıq və qaz saldoları onun adınadır. Lakin Cavabdeh onun icazəsi və xəbəri olmadan, özbaşına köçüb həmin ona məxsus fərdi yaşayış evində yaşayır. Cavabdeh 2 ildir ona məxsus həmin evdə yaşayır və həyətyanı torpaq sahəsindən istifadə edir. Cavabdeh əvvəllər Gəncə şəhərində hərbi şəhərcikdə və Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşamışdır. O, hazırda Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində qeydiyyatdadır. Həmçinin Tərtər rayonunda ailə üzvlərinə mənzil verilmişdir. Odur ki, onun istər Goranboy, istərsə də, Tərtər rayonunda yaşamaq yeri vardır. Ona məxsus olan həmin evdə 2021-ci il tarixdən 2023-cü il tarixədək cavabdehin keçmiş əri Rza Bayramovun yaşamaq üçün yeri olmadığından müvəqqəti qalmışdır. Belə ki, Rza Bayramovun cavabdehlə nikahları pozulmuş və ailə mübahisələri ilə əlaqədar onun müvəqqəti qalmasına icazə vermişdir. Keçmiş əri Rza Bayramov öləndən sonra Cavabdeh icazəsi olmadan evə girib yaşamağa başlamışdır. Hazırda da, evdən çıxmaq istəmir. Özünün yaşamağa yeri yoxdur. Belə ki, o, ünvan 1-də qeydiyyatda olsa da, mənzil ona məxsus deyildir. Həmin mənzildə yaşamır və Tərtər şəhərində kirayədə yaşayır. Kirayə pulunu ödəməyə isə maddi imkanı yoxdur. Ona görə də, onun yaranmış vəziyyətlə əlaqədar olaraq həmin evdə yaşamaq və həyətyanı torpaq sahəsindən istifadə etmək zərurəti yaranmışdır. Dəfələrlə cavabdehdən yaşayış evindən və torpqa sahəsindən çıxmasını tələb etmişdir. Lakin cavabddeh ona məxsus torpaq sahəsindən və yaşayış evindən çıxmır və öz evində yaşayıb torpaq sahəsindən istifadə etməyinə imkan verməmişdir. Bununla da, cavabeh onun hüquqlarını pozmuşdur. Göstərdiklərinə əsasən Cavabdeh qarşı Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehin onun mülkiyyəti olan, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, pozulmuş hüquqlarının aradan qaldırılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Tərtər Rayon Məhkəməsinin 2(061)-1223/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim K.Rzayev) Cavabdeh İddiaçı mülkiyyəti olan, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və onun pozulmuş hüquqlarının bərpa edilməsi qət edilmişdir.
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli fərdi yaşayış evini almış və xx.xx.2024-cü ildə adına rəsmiləşdirmişdir. Cavabdeh isə mübahisəli evin ona məxasus olması ilə bağlı bağlı hər hansı bir sənədi mülki işin materiallarına əlavə edə bilməmişdir. Göstərilənlərə əsasən, cavabdehin əşyaları ilə birlikldə iddiaçıya məxsus olan Tərtər rayon Bəyimsarov kəndində 0,1157 ha həyətyanı torpaq sahəsində inşa edilmiş 88,80 kv.metr fərdi yaşayış evində qalması, iddiaçının sahiblik hüququnu, mülki hüquqlarının maneəsiz həyata keçirilməsini və istifadə hüququnu məhdudlaşdırır. Ona görə də, cavabdehin və əşyalarının iddiaçının evində qalması məqsədəmüvafiq deyildir.
9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 153-cü və 165-ci və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 88 və 217-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
10. Tərtər Rayon Məhkəməsinin 2(061)-1223/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X11 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi və xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul etdiyi qətnamə ilə cavabdehin ən mühüm konstitusion hüququ olan mülkiyyət hüquqlarının (gözlənilən mülkiyyət hüququn) pozulmasına səbəb olmuşdur. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 2(061)-582/2019 nömrəli məhkəmə qətnaməsindən görünür ki, iddiaçı tərəfindən cavabdehin çıxarılması tələb etdiyi torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin cavabdehlə mərhum yoldaşı X12 birgə nikah dövründə əldə edilmiş və cavabdehin məhz həmin evə köçürülməsi qət olunmuşdur. Həmin mübahisə üzrə cavabdehlərdən biri məhz hazırkı iddia üzrə iddiaçının qızı (nümayəndəsi) X7 olmuşdur. Hazırki iş üzrə məhkəmə işin faktiki hallarını və təqdim olunmuş sübutları mahiyyəti üzrə düzgün və hərtərəfli dəyərləndirməmiş, işə dair sadəcə formal hallara qiymət verməklə kifayətlənmişdir. Bu isə prosessual normaların ciddi şəkildə pozulduğunu deməyə əsas vermişdir. Birinci olaraq məhkəmə iddia tələbini təmin edərkən yalnız dövlət reyestrindən çıxarışa və iddiaçı tərəfindən dəvət edilmiş şahid ifadəsinə istinad etmişdir. - Qeyd edilən çıxarışın qanunsuz olduğu iddiaçının iddia ərizəsi və iddiaçını təmsil edən nümayəndənin birinci instansiya məhkəməsində vermiş olduğu ziddiyyətli izahatı ilə tam təsdiq edilir. Belə ki, iddiaçı iddia ərizəsində torpaq sahəsini və fərdi yaşayış evini 2018-ci il tarixdə Zülal Məmmədov adlı şəxsdən aldığını və yalnız müəyyən səbəblərdən sənədləşmə işllərinin 2024-cü il tarixdə apardığını qeyd etmiş olsa da, iddiaçının nümayəndəsi (qızı) X7 məhkəməyə aşağıdakı formada izahat vermiş və iddia tələbini müdafiə edərək göstərmişdir ki, İddiaçı onun anasıdır. Cavabdeh qaynanasıdır. Həyat yoldaşı İntiqam Bayramovla 2010-cu ildə ailə qurmuş, nikahları 2011-ci ildə rəsmiləşdirilmişdir. Zülal Məmmədov adlı şəxsdən Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0,1157 hektar torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr olan hazırki mübahisəli fərdi yaşayış evini almışdır. Fərdi yaşayış evi İntiqam Bayramovun adına olmuşdur. O, həmin evə gəlin köçmüşdür. Həmin vaxt qaynanası və qaynatası mübahisəli evdə yaşamamışlar. Mübahisəli evdə iki övladları olmuşdur. Onlar həyat yoldaşı ilə 2018-ci ildən qeydiyyatdan çıxmışlar. Qaynanası Cavabdeh Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşamış və hazırda da, orada evi vardır. Qaynanası Cavabdeh ilə qaynatası Rza Bayramovun nikahları pozulmuş və ailə mübahisələri ilə əlaqədar qaynatası müvəqqəti olaraq mübahisəli evdə yaşamışdır. Həyat yoldaşı İntiqam Bayramovla onlar hazırda Bakıda yaşayırlar. Belə ki, həyat yoldaşı İntiqam Bayramov açıq ürək əməliyyatı keçirmiş, bu səbəbdən onun xeyli borcu yaranmışdır. Həmin borcu qaytarmaq üçün İntiqam Bayramov evi anası İddiaçı satmış və həmin pulla borcunu qaytarmışdır. Bundan qaynatası Rza Bayramov həmin evdə yaşadığı üçün məlumatı olmuşdur. Rza Bayramov bir müddət həmin evdə yaşamış və sonra vəfat etmişdir. Evi anası İddiaçı sənədləşdirmiş və bununla bağlı Çıxarış sənədi almışdır. Rza Bayramov vəfat etdikdən sonra Cavabdeh gəlib Bakı şəhərində onlarla yaşamasını təklif etmişlər, lakin o, bu təklifi qəbul etməmişdir. Cavabdeh heç kimə bildirmədən Rza Bayramov vəfat etdikdən sonra gəlib həmin evdə yaşamağa başlamışdır. Hazırda evin sahibi anası İddiaçıdır. İkinci iddia ərizəsi ilə iddiaçının nümayəndəsi tərəfindən verilmiş olan izahat arasında olan ziddiyyət və cavabdeh tərəfindən təqdim edilən Tərtər Rayon Məhkəməsinin 2(061)-582/2019 nömrəli, 21 may 2019-cu il tarixli qətnamə bir daha təsdiq edir ki, torpaq sahəsi hazırkı iddia üzrə iddiaçının adına formal qeydiyyat aparılmış və məqsəd cavabdehin ona məxsus olan torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılması olmuşdur. Üçüncü isə iddiaçının formal mülkiyyətçi kimi göstərilməsi məqsədi məhz iddiaçının nümayəndəsi olan qızı (X7) və onun kürəkəni X8 (cavabdehin oğlu) qanunsuz hərəkətlərinin pərdələnməsi olmuşdur. Belə ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-582/2019 nömrəli, 21 may 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə aşağıdakılar müəyyən edilmişdir: - Mübahisəli tikilini və tikilinin yerləşdiyi torpaq sahəsi cavabdeh və yoldaşı X17 ilə birgə nikah dövründə 2002-ci ildə məhz Tərtər rayon sakini Zülal Məmmədovdan alınmışdır. -Həmin iş üzrə digər cavabdeh məhz X7 hazırkı iddia üzrə iddaçı İddiaçı qızı və nümayəndəsidir. Həmin qətnamə ilə həmçinin müəyyən edilir ki, cavabdehin adına hər hansı əmlak mövud olmamış və hazırda da, mövcud deyil, cavabdehin yeganə yaşayış yeri məhz hazırkı mübahisəli yaşayış evidir. Cavabdeh X17 və hazırki iddia üzrə iddiaçının qızı olan digər cavabdeh X7 cavabdehi ona məxsus evdən məcburi olaraq çıxarmışlar. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçının nümayəndəsi olan və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə cavabdeh olan X7 həmin mübahisə zamanı torpaq sahəsinin və fərdi yaşayış evinin onlara və ya hazırkı iddia üzrə iddiaçı olan anasına məxsus olmasını ümumiyyətlə bəhs etməmişdir. Dördüncü məhkəmə qətnaməsində qeyd etmişdir ki, cavabdeh mübahisəli evin ona məxsus olması ilə bağlı heç bir sənədi təqdim edə bilməmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə ərizə və ərizəyə qoşma olaraq Tərtər Rayon Məhkəməsinin 2(061)-582/2019 nömrəli, 21 may 2019-cu il tarixli qətnaməsi əlavə edilməklə məhkəməyə təqdim edilmiş olsa da, qətnamədə ümumiyyətlə həmin sübuta qiymət verilməmişdir. Halbuki, məhkəmə qərarı hər zaman əsaslandırılmalı, sübutların nə üçün qəbul edilib və ya edilmədiyi izah olunmalıdır. Beşinci hesab etmişdir ki, məhkəmənin sübutlara qiymət verməməsi halları, hüquq sisteminin əsas prinsiplərinə ziddir, çünki məhkəmə ədalət mühakiməsi zamanı təqdim olunan sübutları obyektiv, hərtərəfli və tam araşdırmalı, onlara hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən, məhkəmə iş üzrə bütün sübutları tədqiq etməli və qərar qəbul edərkən onları nəzərə almalıdır. Məhkəmənin sübutlara qiymət verməməsi ədalət mühakiməsi prinsipinə və obyektivliyə xələl gətirir və şəxsin ədaətli məhkəmə araşdırması hüququnu puç etmiş olur. Əlavə olaraq qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə mübahisəli tikilini və tikilinin yerləşdiyi torpaq sahəsinin cavabdeh və mərhum yoldaşı X17 ilə birgə nikah dövründə 2002-ci ildə məhz Tərtər rayon sakini Zülal Məmmədovdan aldığı təsdiq olunsa da, Zülal Məmmədov tərəfindən iddiaçının qeyd etdiyi kimi, 2018-ci ildə ikinci iddiaçıya satması faktının araşdırılmaması üçün xüsusi qərardad qəbul edilməlidir.
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (qızı) X7 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişlər ki, onun Tərtər Rayon Məhkəməsinin qətnaməsindən xəbəri olmamışdır. İş üzrə icraatın dayandırılmasına etiraz etmişdir.
14. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin onun evindən çıxmasını istəyir. X15 almışdır. Cavabdeh İntiqam Bayramovun anasıdır. İntiqam Bayramov qızının yoldaşıdır.
15. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında iştirak edən cavabdeh X5 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hazırki işin icraatı Tərtər Rayon Məhkəməsinin icraatında olan e-2(061)-636/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. İş materiallarına Tərtər Rayon Məhkəməsinin 2(061)-582/2019 saylı qətnaməsini əlavə etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin qətnaməyə münasibət bildirməmişdir.
16. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasının əvvəlki iclasında izahat vermiş, sonuncu məhkəmə iclasında nümayəndəsi olan qızı vasitəsi ilə təmsil olunmuşdur. Cavabdehin nümayəndəsi olan vəkil əvvəlki məhkəmə iclasında izahat vermişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ və İİ hissələri:
17. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
19. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.
20. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
23. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır.
24. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.
25. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
32. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
33. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.
34. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
35. Maddə 394.1. İşə Apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. Apellyasiya baxışının hədləri
36. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-1223/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
41. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh iddiaçının qızının qaynanasıdır. İddiaçının qızı X16 Bayramovla 2010-cu ildə ailə qurmuş, nikahları 2011-ci ildə rəsmiləşdirilmişdir. X19 Məmmədov adlı şəxsdən Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0,1157 hektar torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr olan hazırki mübahisəli fərdi yaşayış evini almışdır. Fərdi yaşayış evi İntiqamın adına olmuşdur. Nigar Bayramova həmin evə gəlin köçmüşdür. Mübahisəli evdə iki övladları olmuşdur. X20 Bayramovla hazırda Bakıda yaşayırlar. İntiqam Bayramov açıq ürək əməliyyatı keçirmiş, bu səbəbdən borcu yaranmışdır. Həmin borcu qaytarmaq üçün İntiqam Bayramov evi qaynanası İddiaçı satmış və həmin pulla borcunu qaytarmışdır. Bu xəbərdən cavabdehin əri Rza Bayramov həmin evdə yaşadığı üçün məlumatı olmuşdur. Rza Bayramov bir müddət həmin evdə yaşamış və sonra vəfat etmişdir. Mübahisəli ev hazırda İddiaçı adına sənədləşdirmiş və bununla bağlı Çıxarış sənədi alınmışdır. İddiaçı cavabdehə dəfələrlə evi boşaltmasını bildirmiş, lakin müsbət nəticə olmamışdır. Hazırda mübahisəli evdə cavabdeh təkbaşına yaşayır.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(061)-582/2019 saylı qətnaməsindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü X6, cavabdeh X17 ilə birgə nikah dövründə əldə etdikləri Tərtər rayonu Bəyimsarov kəndində yerləşən fərdi yaşayış evinə köçürülməklə həmin evdə yaşayış hüququnun tanınması qət edilmişdir. Göründüyü kimi, cavabdeh X3 hazırkı iş üzrə mübahisə predmeti olan Tərtər rayonu, Bəyimsarov kəndində yerləşən 0,1157 hektar torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr olan fərdi yaşayış evinə köçməklə ondan istifadə hüququ qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tanınmışdır. İşin mübahisəsiz halıdır ki, Tərtər rayon Bəyimsarov kəndində 0,1157 ha həyətyanı torpaq sahəsində yerləşən 88,80 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi xx.xx.2024-cü il tarixdə İddiaçı adına tam payçı olaraq ********** qeydiyyat nömrəsi ilə sənədləşdirilmişdir. Sonradan mübahisəli evin mülkiyyətçisinin dəyişməsi X3 evdən istifadə hüququnun xitamı üçün əsas ola bilməzdi.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-1223/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi rədd edilməlidir.
44. Məhkəmə kollegiyası cavabdehin xüsusi qərardad qəbul edilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək, qeyd edir ki, MPM-nin 265.4-cü maddəsinə əsasən, məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi, prosessual qanunvericiliyə əsasən hakim proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa xüsusi qərardad çıxarır və bu tərflərin vəsatəti əsasında qəbul edilən qərardad deyil, qanundan irəli gələn tələbdir. Odur ki, kollegiya apellyasiya şikayətinin həmin dəlilini də, əsassız hesab edir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi: Tərtər Rayon Məhkəməsinin 2(061)-1223/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-1223/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı mülkiyyəti olan, Tərtər rayon Bəyimsarov kəndində yerləşən 0,1157 ha həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində tikilmiş 88,8 kv.metr fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, pozulmuş hüquqlarının aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.