Məhkəmə qərarları › İş №2(104)-521/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-521/2025

19.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-521/2025 19.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iş üzrə QƏTNAMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi, İddiaçı nümayəndələri X8 və X4( eyni zamanda vəkili) Cavabdeh1, cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinin nümayəndələri X11 və Vəkil(eyni zamanda vəkili) iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tаrixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları İddiaçının bacısı, Cavabdeh1 bibisi olan X5 harada yerləşməsində və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə 07 fevral 2023-cü ildə Şəmkir rayon 1 saylı notariat ofisində 8İ-2262 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. X5 23 mart 2023-cü ildə ölmüşdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1 xx.xx.2023-cü il tarixdə verdiyi vəsiyyətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, bacısı X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. O, vəfat etməmişdən əvvəl xx.xx.2023-cü il tarixdə Cavabdeh1 adına vəsiyyətnamə qoymuşdur. Həmin vəsiyyətnamədə qeyd olunur ki, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Qeyd olunan vəsiyyətnamə qanunsuz və əsassızdır. İddia tələbinin hüquqi əsasını bir neçə istiqamətdə əsaslandırmaq istəyir. X1 öldüyü məqamədək xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə hər hansı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhbubə Həsənova tərəfindən vəsiyyətnamə tərtib edilərkən və o, ölən gün Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə dair hər hansı hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu isə o deməkdir ki, gələcək əmlakın vəsiyyət edilməsindən söhbət gedə bilməz. Məhbubə Həsənova vəfat etməmişdən öncə ağır xəstəlikdən əziyyət çəkmişdir. Onun mədəsində bədxassəli şiş olmuşdur. Mədədə bəd xassəli şişin olması tibbdə hamıya məlumdur ki, xəstəlikdən əziyyət çəkən şəxsə necə ağrı verir. Vəsiyyətnamə verilərkən onun iradə ifadəsi olmamışdır. Vəsiyyətnamənin tərtib edilməsində kobud səhvə yol verilmişdir. Belə ki, notarius vəsiyyətnamədə qeyd edir ki, X5 vəsiyyətnaməni şəxsən onun iştirakı ilə qeyd etmişdir. Vəsiyyət edənin şəxsiyyəti müəyyən edilib, fəaliyyət qabiliyyəti yoxlanılıbdır. Əslində isə vəsiyyətnamə tərtib edilərkən xx.xx.2023-cü il tarixdə saat 17:45-də Cavabdeh3 Şəmkir şəhəri, Nizami küçəsi, 5-də yerləşən notariat ofisində olmuşdur. O, Şəmkir rayonu, Çinarlı qəsəbəsində olmamışdır. Bu fakt isə onu deməyə əsas verir ki, Cavabdeh3 Məhbubə Həsənovanı görməmiş və vəsiyyətnamə onun yanında tərtib edilməmişdir. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) e-2(076)- 2042/2024 nömrəli iş üzrə qəbul etdiyi 11 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Məhəmmədi) iddia təmin edilməmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, X1 öldüyü məqamədək- xx.xx.2023-cü il tarixədək Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə onun hər hansı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin əmlakın miras kütləsinə daxil olub-olmaması hazırda mübahisələndirilən vəsiyyətnamədən müəyyən etmək olmur. Belə ki, miras qoyan hərhansı əmlakı yox bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Qeyd edilən vərəsə tərəfindən isə Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə dair hazırda heç bir şəhadətnamə alınmamışdır. Həmin əmlaka dair vərəsə tərəfindən hər hansı şəhadətnamə alınarsa, bu halda o şahadətnamə mübahisənin predmeti ola bilər. xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********03-10301 daşınmaz əmlakın reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ünvan 1 ünvanında yerləşən 0,0482 ha yaşayış məntəqəsi torpaq xüsusi mülkiyyət hüququ ilə Məhbubə Həsənovanın atası X9 tam mülkiyyətindədir. Vəsiyyətnamə tərtib olunarkən vəsiyyət edənin iradə ifadəsinin olmaması ilə bağlı məhkəmə qeyd etmişdir ki, Məhbubə Həsənovanın vəfat etməmişdən öncə mədəsində bədxassəli şiş olmaqla ağır xəstəlikdən əziyyət çəkdiyini, həmin xəstəliyin ona ağır şəkildə ağrı verməsini və bu səbəbdən də vəsiyyətnamə verilərkən onun iradə ifadəsinin olmamasını qeyd etsələr də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Lakin hazırda iddiaçı vəsiyyət edənin vəsiyyətnaməni imzlayan zaman öz hərəkətlərinin mənasını başa düşmədiyini və ya onlara rəhbərlik edə bilmədiyini heç bir sübutla təsdiq edə bilməmişdir. İş materiallarında olan video görüntülərdən isə aydın olur ki, vəsiyyət edənin anlaqlılığını istisna edən, eyni zamanda öz hərəkətlərinin mənasını başa düşmədiyini və ya onlara rəhbərlik edə bilmədiyini göstərən hər hansı bir hal yoxdur. Vəsiyyətnamədən görünür ki, vəsiyyətnamə X1 özü tərəfindən imzalanmış və iki nəfər şəxsin şahidliyi ilə vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilərək notarius tərəfindən təsdiq olunmuş və vəsiyyətnamənin məzmunu onun həqiqi iradəsini əks etdirir. İddiaçının qeyd etdiyi üçüncü hal isə ondan ibarətdir ki, vəsiyyətnamə tərtib edilərkən Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Cavabdeh3 vəsiyyət edən Məhbubə Həsənovanı görməmiş və vəsiyyətnamə onun yanında tərtib edilməmişdir. Bununla bağlı izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırda isə iddiaçı irəli sürdüyü halı təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunur ki, notarial hərəkət vəsiyyət edən X1 olduğu evdə, notariusun və iki şahidin iştirakı ilə aparılmışdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1151.1, 1179.2, 1180.1, 1180.2, 1225.3, 1230-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Birinci instansiya məhkəməsi qətnamədə göstərir ki, X1 öldüyü məqamədəkxx.xx.2023-cü il tarixədək Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə onun hər hansı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Həmin əmlakın miras kütləsinə daxil olub-olmaması hazırda mübahisələndirilən vəsiyyətnamədən müəyyən etmək olmur. Belə ki, miras qoyan hər-hansı əmlakı yox bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Qeyd edilən vərəsə tərəfindən isə Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı evə dair hazırda heç bir şəhadətnamə alınmamışdır. Həmin əmlaka dair vərəsə tərəfindən hər hansı şəhadətnamə alınarsa bu halda o şahadətnamə mübahisənin predmeti ola bilər. Həmçinin, məhkəmə qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli, **********03-10301 daşınmaz əmlakın reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ünvan 1 ünvanında yerləşən 0,0482 ha yaşayış məntəqəsi torpaq xüsusi mülkiyyət hüququ ilə Məhbubə Həsənovanın atası X9 tam mülkiyyətindədir. Bu xüsusatla bağlı bildirilir ki, Cavabdeh1 israrla bildirir ki, vəsiyyətnamədə ona Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 saylı ev vəsiyyət edilmişdir. Həmin vəsiyyətnaməni əsas götürərək Gəncə Şəhər Məhkəməsində iddiaçıya qarşı iddia qaldırmışdır. Cavabdeh3 əgər vəsiyyətnaməni vəsiyyət verənin yanında tərtib etmiş olsaydı, o, miras kütləsinə daxil olmayan qanunsuz vəsiyyətnamə tərtib etməz və tərəfləri indiki mübahisəyə salmazdı. Məhkəmə iclasları zamanı iddiaçının vəkili tərəfindən notariusa sual verilmişdir ki, Məhbubə Həsənovanın vəsiyyətnamə verərkən adına daşınmaz əmlakı olub-olmamasını müəyyən etmisiniz sualına cavab verməmişdir. Əslində isə Mülki Məcəllənin 1152 və 1162-ci maddələrinə əsasən notarius miras qoyanın əmlakının olub-olmamasını müəyyən etməli idi. Birinci instansiya məhkəməsi qətnamədə göstərir ki, hazırda isə iddiaçı irəli sürdüyü halı təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə təsdiq olunur ki, notarial hərəkət vəsiyyət edən X1 olduğu evdə, notariusun və iki şahidin iştirakı ilə aparılmışdır. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, vəsiyyətnamə miras qoyan X1 yanına getmədən öncə xx.xx.2023-cü il tarixdə iş gününün sonunda saat 17:54:45-də elektron notariat informasiya sistemində təsdiq olunmuşdur. Bu fakt Cavabdeh3 istər məhkəmə, istər Ədliyyə Nazirliyi, istərsə də Şəmkir Rayon Prokurorluğunda verdiyi izahatla təsdiq olunur. Cavabdeh3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verdiyi izahatı ilə prokurorluğa verdiyi izahatı olduğu kimi diqqətinizə çatdırılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verdiyi izahatından qeyd edir ki, adı çəkilən vəsiyyətnamə xx.xx.2023-cü il tarixdə iş gününün sonunda saat 17:54:45-də elektron notariat informasiya sistemində təsdiq olunmuşdur. Ofisdən kənar notariat hərəkəti olduğu üçün vəsiyyətnaməni verən Məhbubə Həsənova təxminən 20-25 dəqiqə sonra şahidlərin iştirakı ilə vəsiyyətnaməni imzalamışdır. Şəmkir rayon Prokurorluğuna verdiyi izahatında isə bildirir ki, həmin gün saat 17:46-da Elektron notariat informasiya sistemində vəsiyyətnaməni tərtib etdikdən sonra imzaların çəkilməsi üçün Aqil Kərimovla birlikdə Cavabdeh1 dediyi ünvan üzrə Çinarlı qəsəbəsinə getmiş, lakin ünvanın əslində Çinarlı qəsəbəsi deyil, üzbəüz yerləşən Təzəkənd kəndi olduğunu müəyyən edib Məhbubə Həsənovanın olduğu evə getmiş, orada qonşuluqda yaşayan X6 və X3 iştirakı ilə Məhbubə Həsənovanın bütün əmlakını könüllü olaraq qardaşı qızı Cavabdeh1 verməsinitəsdiqləyən videoçəkiliş çəkmiş, daha sonra Məhbubə Həsənovaya və şahidlərə imzaçəkdirib vəsiyyətnaməni Nelgünə təqdim etmişlər. Məhkəmə iclaslarının audio və video qeydiyyatlarına baxmaqla və işdə olan vəsatətlə müəyyən etmək olar ki, iddiaçı tərəf olaraq şahidlərin məhkəmədə dindirilməsinin ilk təşəbbüskarı iddiaçı olmuşdur. Məhkəmə Cavabdeh1 şahidləri məhkəməyə gətirməsinin mümkünlüyü ilə bağlı fikrini soruşduqda birmənalı şəkildə onları tanımadığını qeyd etmiş, bunun qeyri-mümkün olduğunu bildirmişdir. Məhkəmə hətta öz təşəbbüsü ilə belə şahidlərin məhkəməyə gətirilməsini təmin edə bilməmişdir. O vaxta kimi ki, Cavabdeh3 və Aqil Kərimovun anten dairəsi barədə məlumatlar məhkəməyə gəlməmişdir. Cavabdeh1 tanımadığı şahidlər birdən birə məhkəmədə göründülər və ifadə verdilər. Hər iki şahidin məhkəmə qətnaməsində verdiyi izahatı olduğu kimi diqqətinizə çatdırıram: Şahid HəsənovaXalidə Məmməd qızı verdiyi ifadəsində bildirdi ki, mərhum Məhbubə Həsənova ilə uzun müddət tanışlıq münasibətləri olmuşdur. xx.xx.2023-cü il tarixdə Mərizəilə birlikdə xəstə ziyarəti üçün getmiş, orada olan vaxt notariat orqanının işçiləri olan Cavabdeh3 və onun köməkçisi ora gəlmişdir. Daha sonra Məhbubə ondan vəsiyyət edilməsində şahidlik etməsini xahiş etmişdir. Mərhum Məhbubə bütün əmlakını qardaşı qızı Nelgünə vəsiyyət etmişdir. Həmin vaxt video və foto çəkilişlər aparılmışdır. İddiaçının vəkili və nümayəndəsi vasitəsilə şahidlərə aşağıdakı suallar verilmişdir: Sual-harada işləyirsiz? Cavab-məktəbdə. Raxşəndənin evinə saat neçədə getmişdiniz? Cavab-işdən sonra hava qaralmışdır. Təxmin saat 7-8 olardı? Sizin şahid olmanız üçün şəxsiyyət vəsiqəsi lazımdır? Cavab- Şəxsiyyət vəsiqəmi üstümdə gəzdirirəm. Dərhal şəxsiyyət vəsiqəmi verdim yazdılar. Qeyd olunan dialoqun doğruluğunu məhkəmə iclasının audio-video qeydiyyatına baxmaqla təsdiq etmək olar. Şahidlər Cavabdeh1 və Cavabdeh3 köməklik etmək üçün gəlsələr də əslində iddia tələbinin əsaslı olmasını təsdiq etdilər. Mübahisələndirilən vəsiyyətnamənin məzmunu hər şeyi açıq-aşkar ifadə edir. xx.xx.2023-cü il tarixdə iş gününün sonundasaat 17:54:45-də elektron notariat informasiya sistemində təsdiq olunmuş mübahisələndirilən vəsiyyətnamədə şahidlərin anket məlumatları yerləşdirilmişdir. Şahidlər isə bildirirlər ki, Cavabdeh3 Raxşəndənin evində görmüşlər və həmin vaxt şəxsiyyət vəsiqələrini ona verərək vəsiyyətnaməyə imza etmişlər. Sual yaranır necə ola bilər ki, şahidləri görmədən öncə onların anket məlumatlarını informasiya sisteminə yükləmisən. Bu fakt onu təsdiq edir ki, vəsiyyətnamə şahidlərin və miras qoyanın yanında tərtib edilməmiş və onların fəaliyyət qabiliyyətlərinin olub-olmaması yoxlanılmamışdır. Məhkəməyə vəsiyyətnamənin verilməsinin təsdiqi olaraq cavabdehlər tərəfindən video görüntü təqdim edilmişdir. Həmin görüntü sübut kimi mötəbərliyi özündə əks etdirmir. Çünki, həmin görüntünün çəkilmə tarixi və saatı yoxdur. Həmin görüntüdə şahidlər və notarius görsənmir. Məhkəmə iclasları zamanı Cavabdeh1 israrla həmin görüntünün sübut kimi qəbul edilməsini bildirsə də, məhkəmə video görüntünün tarixinin, saatının və şahidlərin orada görsənmədiyi bildirərək, dolayısı ilə həmin video görüntünün sübut kimi qəbul edilə bilməzliyini cavabdehə başa salırdı. İddiaçı, Cavabdeh3 və Aqil Kərimova məxsus olan 055 *** ** ** və 055 *** ** ** nömrəli mobil telefonların xx.xx.2023-cü il tarixdə saat 18:00-dan 20:00-dək anten dairəsinin müəyyən edilməsi üçün "xxxx" MMC-yə sorğu verilməsinə dair vəsatət vermişdi. Məhkəmə vəsatəti təmin etsə də, sonradan bəlli oldu ki, məhkəmə iclasından kənar Cavabdeh3 diktəsi ilə“Azercell” Telekomdan anten dairəsinin müəyyən edilməsinə dair sorğular vermişdir. Məhkəmə iclası zamanı hakim diskdə olan məlumatları tədqiq etdi və müəyyən olundu ki, Cavabdeh3 məxsus olan 055 *** ** ** saylı mobil telefonun istifadəsi Gəncə şəhəridir. Məhkəmədən xahişim odur ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məlumat və məlumata əlavə edilmiş disk məhkəmədə tədqiq edilsin. Çünki, həmin məlumat və disk Cavabdeh3 Şəmkir rayonu, Təzəkənd kəndinə getmədiyini təsdiq edir. Əlavə olaraq da, Şəmkir Rayon Məhkəməsində "xxxx" MMC-dən gələn məlumatın elan edilməsi iclasının video qeydiyyatına baxılsın. Çünki həmin iclasda müəyyən olunmuş haldan zərrə qədər məlumat qətnaməyə qeyd edilməyibdir. Notarius vəsiyyətnamə tərtib edərkən “Notariat haqqında” təlimatın tələblərini kobud şəkildə pozmuşdur. Mübahisələndirilən vəsiyyətnamədə qeyd olunur ki, vəsiyyətnamə notariat ofisindən kənarda tərtib edilmişdir. Notariat haqqında təlimat notariat ofisindən kənar notariat hərəkətlərinin aparılmasının dəqiq və konkret qaydasını müəyyən edir. Həmin tələbə riayət etmək notariusun birbaşa vəzifəsidir. Məhkəmə hazırlıq iclasları zamanı Cavabdeh1 iddiaçının sualına cavab olaraq bildirmişdir ki, notariat ofisindən kənar hərəkətlərin aparılması ilə bağlı notariat ofisinə şəxsən müraciət etmiş və onun müraciəti əsasında vəsiyyətnamə tərtib edilmişdir. “Notariat haqqında” Qanunun 15-ci maddəsində göstərilir ki, notariat hərəkətləri notariat ofisində, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəlikləri və Azərbaycan Respublikasının konsulluqları yerləşən binada aparılmalıdır. Notariat hərəkətləri qanunvericiliyə əsasən dövlət notariusunun, xüsusi notariusun, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin və ya Azərbaycan Respublikası konsulluqlarının vəzifəli şəxslərinin müvafiq yerdə aparmalı olduğu hallar (vərəsəlik şəhadətnamələrinin, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələrin verilməsi, mirasın qorunması üçün tədbirlərin görülməsi, icra qeydlərinin aparılması və dəniz protestinin tərtib edilməsi) istisna edilməklə, Azərbaycan Respublikasının bütün ərazisində aparılır. Şəxs notariat ofisinə gəlmədən, əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edildikdən və ya maraqlı şəxs (sosial xidmət müəssisəsində yerləşdirilən şəxslər istisna olmaqla) tərəfindən faktiki nəqliyyat xərcləri ödənildikdən sonra notariat hərəkətləri notariat ofisindən kənarda (səyyarqaydada)da aparıla bilər. Notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, “Elektron notariat” informasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə edirlər. Xüsusi notarius tərəfindən müraciət edən şəxslərin xahişi ilə onlarla notariat hərəkətlərinin iş vaxtından sonra, istirahət və ya bayram günlərində həm notariat ofisində, həm də ofisdən kənar aparılması qaydası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilir. Notariat ofisinə gəlmədən əvvəlcədən verilmiş bildiriş üzrə notariat ofisindən kənarda, habelə iş vaxtından sonra, istirahət və ya bayram günlərində notariat hərəkətlərinin aparılmasına görə hər bir notariusun özü tərəfindən müəyyən edilən haqqın məbləğini müəyyən edən meyarlar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Ofisdən kənar notariat hərəkətlərinin aparılması zamanı ödənişlər POS-terminallar, ödəniş sistemləri, yaxud yaxınlıqda olan banklar vasitəsilə, habelə notariuslar tərəfindən qəbz verilməklə nağd şəkildə qəbul edilir. Notariat hərəkətləri notariat ofisinin binasından kənarda aparılarsa, təsdiq qeydində və notariat reyestrində notariat hərəkətinin aparıldığı yer, vaxt və ünvan qeyd olunur. Şəxs notariat ofisinə gələ bilmədiyi hallarda verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) əsasında notariat hərəkətinin aparılması vaxtı (tarixi və saatı) razılaşdırıldıqdan,dövlət rüsumu və haqlar ödənildikdən sonra “Notariat haqqında”Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş notariat hərəkətləri notariat ofisindən kənarda olan müraciət etmiş şəxslə video yazı vasitəsilə aparıla bilər. İddiaçı tərəf olaraq iddia tələbimizin əsaslı olması üçün qanunvericiliyin verdiyi imkanlardan maksimum dərəcədə istifadə edirik. Vəkilin xx.xx.2024-cü il tarixli, 32/2024 saylı sorğu əsasında Şəmkir rayon 1 saylı notariat ofisinə müraciət edərək vəsiyyətnamənin verilməsi ilə bağlı aparılmış əməliyyatları özündə ehtiva edən sənədləri tələb edilmişdir. xx.xx.2024-cü il tarixli, 1300 nömrəli məktubla yalnız vəsiyyətnamə göndərilmişdir. Digər sənədlərin isə olmadığı bildirilmişdir. Digər sənədlər dedikdə isə əvvəlcədən verilmiş bildiriş (notariat hərəkətlərinin aparılması ilə əlaqədar yazılı və ya elektron müraciət) üzrə dövlət rüsumu və haqlar ödənilməklə, nəqliyyat vasitəsi ilə təmin edilib-edilməmələri barədə məlumatlar aiddir. Təlimatın müddəaları onu ehtiva edir ki, şəxs notariat hərəkətlərinin notariusdan kənarda aparılmasını istəyirsə, o yazılı və elekton müraciət etməli, dövlət rüsumu və haqları əvvəlcədən ödəməlidir. Mübahisələndirilən vəsiyyətnaməni özündə ehtiva edən notariat işində və notariusun qeydiyyat kitabında Cavabdeh1 hər hansı yazılı və elektron bildirişi, notariat ofisinə rüsumların əvvəlcədən və ya sonradan, ödənilməsi təsdiq edən qəbzlər yoxdur. Vəsiyyətnamədə isə göstərilir ki, 17,25 manat haqq və ofisdən kənar isə 10 manat haqq tutulmuşdur. Sual yarana bilər ki, ödəniş qəbzlərinin iş üçün əhəmiyyəti nədir? Cavab: Əhəmiyyəti odur ki, rüsumlar vəsiyyətnamə notariat informasiya sistemində qeydiyyata alınanadək ödənilməlidir. Həmin qəbzləri cavabdeh tərəf qəsdən üzə çıxarmır. Çünki həmin qəbzlər ortaya çıxsa, açıq aşkar görünəcək ki, ödənişlər əvvəlcədən deyil, sonradan ödənilib. Bu fakt onu təsdiq edir ki, notarius ofisdən kənara çıxmayıb və ofisdən kənar hər hansı əməliyyat aparmamışdır. Qəbzlər notariat işinin içərisində saxlanılmalıdır. Belə ki, “Notariat haqqında” təlimatın 12ci maddəsində göstərilir ki, notariuslar statistik hesabat aparırlar. Xüsusi notariuslar “Mühasibat uçotu haqqında” Qanununa əsasən işi təşkil edir, notariat hərəkətləri, tutulan haqlar, büdcəyə keçirilən vergilər və digər ödəmələr barədə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin yerli statistika orqanlarına, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yerli bölmələrinə məlumat və Azərbaycan Respublikası Vergilər Nazirliyinin müəyyən etdiyi forma üzrə bəyannamə(hesabat)verirlər. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə notariat hərəkətlərinin sayı barədə, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən tutulan dövlət rüsumu və xüsusi notariuslar tərəfindən tutulan haqlar barədə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə dövlət notariusları tərəfindən tutulan haqq barədəstatistik məlumatlar “Elektron notariat” informasiya sistemi vasitəsilə avtomatlaşdırılmış rejimdə, bu mümkün olmadığı halda isə kağız daşıyıcılarda təqdim edilir. Həmin Qanunun 13-cü maddəsində göstərilir ki, Notariat fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. Hər bir notariusun notariat fəaliyyəti iki ildə bir dəfədən az olmadan yoxlanılmalıdır. Notarius yoxlama aparılmasına səlahiyyətli şəxsə notariat fəaliyyətinə aid bütün məlumat və sənədləri təqdim etməyə borcludur. Bu o deməkdirki, notarius ən azından 2 il müddətində bütün sənədləri saxlamalı idi. Cavabdeh3 izahatında göstərir ki, “Adı çəkilən vəsiyyətnamə xx.xx.2023-cü il tarixdə iş gününün sonunda saat 17:54:45-də elektron notariat informasiya sistemində təsdiq olunmuşdur. Ofisdən kənar notariat hərəkəti olduğu üçün vəsiyyətnaməni verən Məhbubə Həsənova təxminən 20-25 dəqiqə sonra şahidlərin iştirakı ilə vəsiyyətnaməni imzalamışdır. Cavabdeh3 izahatından bu qənaətə gəlmək olur ki, xx.xx.2023-cü il tarixdə saat 17:54:45-də notariat ofisində vəsiyyətnamə təsdiq olunmuş, bundan sonra 20-25 dəqiqə müddətində vəsiyyətnaməni verən Məhbubə Həsənova və şahidlər tərəfindən imzalanmışdır. Notarius vəsiyyətnamənin informasiya sisteminə yüklənməsindən 20-25 dəqiqə sonra imzalanmasını onunla izah etmək istəmişdir ki, Notariat ofisindən Çinarlı qəsəbəsinə gedənək 20-25 dəqiqə vaxt sərf etmişlər. Notarius notariat ofsini tərk etməmişdir. Əgər o, notariat ofisini tərk edərək ofisdən kənar əməliyyat aparmış olsaydı, onun notariat ofisində olarkən vəsiyyətnaməni elektron notariat sisteminə salmağına zərurət olmazdı. Belə ki, notariat hərəkətlərinin notariat ofisindən kənarda səyyar qaydada aparılması üçün notariuslar müasir avadanlıqla, o cümlədən kompüter, printer, skaner, kamera, portativ enerji ehtiyatı və 4G internet ötürücüsü ilə təchiz olunmuş, ciddi hesabat blanklarının və möhürün təhlükəsiz saxlanılması üçün xüsusi yeri olan, “Elektron notariat” informasiya sisteminə birbaşa qoşulan, 24 saata qədər fasiləsiz işləyən xüsusi çantalardan istifadə edirlər. Yuxarıda qeyd olunan təlimatın tələbinə görə notarius notariat ofisindən kənar notariat hərəkəti apararkən vəsiyyətnamə verən şəxs və şahidlərin imzalarının təsdiqi üçün 20-25 dəqiqə vaxt sərf etməsinə zərurət yoxdur. Digər maraqlı məqam isə ondan ibarətdir ki, Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilən və notarius tərəfindən qeydə alınması ehtimal edilən video görüntü telefon vasitəsilə çəkilmişdir. Təlimatın tələbinə əsasən isə həmin görüntü komputerə bərkidilmiş və elektron sistemə inteqrasiya edilmiş kamera vasitəsilə qeydəalınmalı, həmin görüntünün tarixi və saatı avtomatik qeyd olunmalıdır. Məhkəməyə təqdim edilən videogörüntü isə telefon vasitəsilə çəkilmiş, onun tarixi və çəkilmə saatı qeyd edilməmişdir. Vəsatətimiz əsasında xx.xx.2024-cü il tarixdə Şəmkir Rayon 1 saylı Notariat ofisində saat 15:00-dan 18:00-dək aparılmış notariat hərəkətlərinin sayı barədə məhkəməyə rəsmi cədvəl verilmişdir. Həmin cədvəldə göstərilir ki, xx.xx.2024-cü iltarixdə Şəmkir Rayon 1 saylı Notariat ofisində saat 15:00-dan 18:00-dək 88 ədəd notariat hərəkəti aparılmışdır. 180 dəqiqə ərzində Cavabdeh3 8 alğı-satqı müqaviləsi, 21 ədəd etibarnamə və sair sənədləri yoxlamış və təsdiq etmişdir. 180 dəqiqəni 88 işə böldükdə Cavabdeh3 hər əməliyat üçün təxminən 3 dəqiqə vaxt sərf etdiyi müəyyən edilir. Bu qədər əməliyyatların içərisində saat 17:54:45-də notariat ofisini tərk edərək, notariat ofisindən kənarda notariat ofisindən kənarda əməliyyat aparması inandırıcı deyildir. Yəni, Cavabdeh3 3-dəqiqə vaxt sərf etməklə vəsiyyətnamə verən şəxsi və şahidləri görmədən, vəsiyyətnamə verən şəxsin fəaliyyət qabiliyyətli olubolmamasını araşdırmadan vəsiyyətnamə vermişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2024-cü iltarixli qərarda göstərilir ki, “Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Şəmkir rayon 1 saylı Notariat ofisinə yaxınlaşaraq bibisi Məhbubə Həsənovanın bütün əmlakını ona verməsinə dair vəsiyyətnamə verilməli olduğunu, lakin Məhbubə Həsənova xəstə olduğu üçün ofisdən kənarda, yəni yaşadığı evdə vəsiyyətnamənin verilməsi ilə bağlı müraciət etmiş, Cavabdeh3 həmin gün saat 17:46-da Elektron notariat informasiya sistemində vəsiyyətnaməni tərtib etdikdən sonra imzaların çəkilməsi üçün Aqil Kərimovla birlikdə Cavabdeh1 dediyi ünvan üzrə Çinarlı qəsəbəsinə getmiş, lakin ünvanın əslində Çinarlı qəsəbəsi deyil, üzbəüz yerləşən Təzəkənd kəndi olduğunu müəyyən edib Məhbubə Həsənovanın olduğu evə getmiş, orada qonşuluqda yaşayan Əliyeva MərizəƏləsgər qızı və X2 iştirakı ilə Məhbubə Həsənovanın bütün əmlakını könüllü olaraq qardaşı qızı Cavabdeh1 verməsini təsdiqləyən videoçəkiliş çəkmiş, daha sonra Məhbubə Həsənovaya və şahidlərə imza çəkdirib vəsiyyətnamən Nelgünə təqdim etmişlər. Cavabdeh3 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verdiyi izahatı ilə prokurorluğa verdiyi izahatı müqayisə etmək istəyir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə verdiyi izahatından qeyd edir ki, adıçəkilən vəsiyyətnamə xx.xx.2023-cü il tarixdə iş gününün sonunda saat 17:54:45-də elektron notariat informasiya sistemində təsdiq olunmuşdur. Ofisdən kənar notariat hərəkəti olduğu üçün vəsiyyətnaməni verən Məhbubə Həsənova təxminən 20-25 dəqiqə sonra şahidlərin iştirakı ilə vəsiyyətnaməni imzalamışdır. Şəmkir rayon Prokurorluğuna verdiyi izahatında isə bildirir ki, həmin gün saat 17:46-da Elektron notariat informasiya sistemində vəsiyyətnaməni tərtib etdikdən sonra imzaların çəkilməsi üçün Aqil Kərimovla birlikdə Cavabdeh1 dediyi ünvan üzrə Çinarlı qəsəbəsinə getmiş, lakin ünvanın əslində Çinarlı qəsəbəsi deyil, üzbəüz yerləşən Təzəkənd kəndi olduğunu müəyyən edib Məhbubə Həsənovanın olduğu evə getmiş, orada qonşuluqda yaşayan X6 və X3 iştirakı ilə Məhbubə Həsənovanın bütün əmlakını könüllü olaraq qardaşı qızı Cavabdeh1 verməsini təsdiqləyən videoçəkiliş çəkmiş, daha sonra Məhbubə Həsənovaya və şahidlərə imza çəkdirib vəsiyyətnaməni Nelgünə təqdim etmişlər. Cavabdeh3 17:54:45də elektron notariat informasiya sistemində vəsiyyətanməni təsdiq edildikdən 20-25 dəqiqə sonra şahidlərə və vəsiyyətnaməni verən şəxsə imza etdirməsi ilə bağlı dedikləri həqiqəti əks etdirmir. Belə ki, Notariat ofisindən Çinarlı qəsəbəsinə ən sürətli gediş ən azı 10 dəqiqədən çoxdur. Ordan Təzəkəndə isə olan yol ən tezi 30 dəqiqədən çoxdur. Sadə hesablama ilə bu xüsusatın da, həqiqət olmadığı müəyyən edilir. Cavabdeh3 2 fərqli izahatı ilə bağlı suallar yaranır. xx.xx.2023-cü il tarixdə iş gününün sonunda saat 17:54:45də elektron notariat informasiya sistemində vəsiyyətnamə tərtib edir və onu imzalatdırmaq üçün vəsiyyətnaməni verən şəxsin və şahidlərin yanına gedir. Birdən notarius müəyyən edir ki, tutalım vəsiyyətnamə verən şəxsin fəaliyyət qabiliyyətli olmasına şübhələr vardır. Onda sistemdə olan vəsiyyətnamənin aqibəti necə olacaqdır? Çünki, notariusun sistemdəki vəsiyyətnaməyə düzəliş etmək imkanı yoxdur. Düzəliş, yalnız Ədliyyə Nazirlyinin əməkdaşların tərəfindən edilə bilər. Vəsiyyətnamə verilərkən miras qoyanın adına hər hansı daşınmaz əmlak olmamışdır. Mülki Məcəllənin qeyd olunan tələbləri pozulmuşdur. Çünki, miras qoyan o əmlakı miras qoya bilər ki, miras qoyan və yaxud ölən günədək həmin əmlaka hüquqları dövlət qeydiyyatına alınsın. b)Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Cavabdehlər apellyasiya şikayətinə etiraz təqdim etməmişdirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndələri X8 və X10 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdirlər. Apellyasiya baxışının iclasında iştirak edən Cavabdeh1 və cavabdeh Şəmkir rayon 1 saylı notariat ofisinin nümayəndələri X11 və Vəkil iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinin əsassız olması barədə izahat vermişdirlər. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, hazırki apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən və mübahisənin predmeti bölünməz olduğundan məhkəmə aktının əsaslılığı və qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1179.2. Notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Maddə 1225.3. Əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Maddə 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı bildirir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarına görə, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. İşin materiallarından müəyyən olunur ki, iddiaçının bacısı, Cavabdeh1 isə bibisi olan X5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. Vəsiyyətnamə xx.xx.2023-cü il tarixdə Şəmkir rayon 1 saylı notariat ofisində 8İ-2262 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhbubə Həsənova xx.xx.2023-cü il tarixdə ölmüşdür. Hazırda xx.xx.2023-cü il tarixdə Şəmkir rayon 1 saylı notariat ofisində 8İ-2262 reyestr nömrəsi ilə qeydiyyata alınmış vəsiyyətnamənin etibarlılığını mübahisələndirilən iddiaçı aşağıdakı dəlillərə istinad edir: mərhum Məhbubə Həsənova vəsiyyətnaməni imzalayarkən, onkoloji xəstə olduğu üçün öz hərəkətlərinin mənasını başa düşməmişdir (1); mərhum Məhbubə Həsənovanın verdiyi vəsiyyətnamədə vəsiyyət edilən əmlakın nədən ibarət olması göstərilməmişdir ki, qanunvericilik gələcək əmlakın vəsiyyət edilməsini mümkün saymır (2); vəsiyyətnaməni təsdiq edən notarius tərəfindən “Notarial hərəkətlərinin aparılması haqqında Qaydadalar”ın tələbləri pozulmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü dəlillər əsassızdır, 07 fevral 2023-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, iddiaçının qeyd etdiyi birinci hala əsasən vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün iddiaçı sübut etməlidir ki, mərhum Məhbubə Həsənovada olan xəstəliyin mərhuma verdiyi ağrılardan o, vəsiyyət qoyduğu zaman öz hərəkətlərinin mənasını dərk etməmiş, hərəkətlərinə rəhbərlik edə bilməmişdir. Lakin iddiaçı qeyd edilən halı təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən prosessual hüquq normalarının tələblərindən hazırki mübahisəyə yanaşdıqda müəyyən edilir ki, iki şahidin və notariusun iştirakı ilə vəsiyyətini edən mərhum Məhbubə Həsənova həmin vaxt öz hərəkətinin mənasını başa düşür və öz hərəkətini idarə edə bilirdi. Bu halı həmçinin cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi videoyazıda əks olunanlar da mərhum Məhbubə Həsənovanın vəsiyyət etdiyi zaman tam şuurlu olduğunu, öz hərəkətlərinin mənasını dərk etdiyini təsdiqləyir. Bundan başqa, mərhum Məhbubə Həsənovanın ölüm tarixinədək iş yerinə sərbəst gedib-gəlməsi, əmək funksiyalarını yerinə yetirməsi də, onun öz hərəkətlərinin mənasını başa düşdüyünü və onlara rəhbərlik edə bildiyini təsdiq edir. Belə olan halda vəsiyyətnamənin müzakirə olunan əsasla etibarsız hesab edilməsi mümkün deyil. Başqa sözlə apellyasiya şikayətində ifadə edilmiş bu dəlil əsassızdır. İddiaçının əsaslandığı ikinci hal ondan ibarətdir ki, Məhbubə Həsənova vəsiyyət etdliyi xx.xx.2023-cü il tarixdə, habelə öldüyü xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Eminbəyli küçəsi, 10 №-li ev üzərində mərhumun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda, mərhum gələcək əmlak barədə vəsiyyətnamə qoya bilməzdir. Bununla bağlı Məhkəmə bildirir ki, hazırda etibarlılığı mübahisələndirilən xx.xx.2023-cü il tarixli vəsiyyətnamədə mərhum Məhbubə Həsənova harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus bütün əmlakı(daşınar və daşınmaz) cavabdehə vəsiyyət etmişdir. Göründüyü kimi vəsiyyətnamədə konkret ünvanlı əmlak, o cümlədən ünvan 2 Məcəllədə isə vəsiyyətnamənin yuxarıda qeyd olunan məzmunda tərtib edilməsinin qarşısını ala biləcək norma yoxdur. Belə olan halda müzakirə edilən hal da vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Başqa sözlə apellyasiya şikayətində ifadə edilmiş bu dəlil də əsassızıdır. İddiaçının qeyd etdiyi üçüncü hal ondan ibarətdir ki, xx.xx.2023-cü il tarixli vəsiyyətnaməni təsdiq edən notarius həmin vaxt vəsiyyət edənin yanında olmamışdır. Məhkəmə bununla bağlı bildirir ki, birinci instansiya məhkəmə araşdırması zamanı ifadələri alınmış şahidlər öz ifadələrində vəsiyyətnamənin verildiyi vaxt notariusun iştirak etməməsinə dair iddiaçının dəlillərini təkzib etmişlər. Belə ki, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Mərizə ilə birlikdə xəstə ziyarəti üçün getmiş, orada olan vaxt notariat orqanının işçiləri olan Cavabdeh3 və onun köməkçisi ora gəlmişdir. Daha sonra Məhbubə ondan vəsiyyət edilməsində şahidlik etməsini xahiş etmişdir. Mərhum Məhbubə bütün əmlakını qardaşı qızı Nelgünə vəsiyyət etmişdir. Həmin vaxt video və foto çəkilişlər aparılmışdır. İş üzrə şahid qismində dindirilmiş X6 da Məhbubə Həsənovanın vəsiyyət etdiyi zaman Cavabdeh1 və Cavabdeh3 orada olduqlarını, mərhumun vəsiyyətnaməsini onların şahidliyi ilə təsdiq etdiyini göstərmişdir. Məhkəmə qeyd edir ki, bunların əksini, yəni notariat kontorundan kənarda vəsiyyətnamənin icra edildiyi vaxt notariusun iştirak etmədiyini təsdiq edən mötəbər sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, notariat kontorundan kənarda notariat hərəkətinin aparılması barədə cavabdehin müraciətinin (bildirişin) qeydə alınmaması onun iradəsindən asılı olmadığından bu halın mövcudluğu vəsiyyətnamənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Beləliklə, Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə iddiaçının iddiası əsassızdır və Rayon Məhkəməsi həmin iddianı sübuta yetməməsi əsası ilə təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan apellyasiya şikayətinin Rayon Məhkəməsi tərəfindən çox səthi araşdırma aparılması, sübutları sona qədər araşdırmaması, əldə olunan sübutlara düzgün hüquqi qiymət verməməsi, iddianın təmin olunmasına yetərli olan sübutları subyektiv yanaşmasına görə cavabdehin xeyrinə şərh etməsi barədə dəlilləri əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 11 oktyabr 2024cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar