Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-523/2025 30.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı2, onun nümayəndəsi (vəkil) Nümayəndə (o həm də digər İddiaçı1 nümayəndəsidir) və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras qalmış əmlaka payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5126/2024 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5126/2024 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı miras qalmış əmlaka payların müəyyən edilməsi tələbinə dair iddialarının əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5126/2024 saylı qətnaməsini ləğv edib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, mərhum X4 miras qalmış ünvan 2, 3 saylı evin 1/3 hissəsinə vərəsələrin müvafiq payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2, 3 saylı ev paylı mülkiyyət hüququ əsasında X19, X16 və X7 xüsusi mülkiyyətindədir. Bu barədə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri xidmətindən xx.xx.2017-ci il tarixli çıxarış mövcuddur. X2 Tərlan Səməd qızı ilə xx.xx.1956-cı ildə nikaha daxil olmuşlar. Onların birgə nikahından hazırki iş üzrə iddiaçılar və cavabdeh doğulmuşdur. X13 xx.xx.1999-cu il tarixdə, X14 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Miras qoyan X13 vəfat etdikdən sonra vərəsələrdən X14 və Cavabdeh miras əmlakda faktiki olaraq yaşamaqla mirası qəbul etmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 isə miras qoyandan qalan müəyyən ev əşyalarını götürməklə mirası qəbul etmişlər. X21 vəfat etdikdən sonra İddiaçı2 aidiyyətı üzrə notariusa müraciət edərək vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş və notarius vərəsələr arasında mübahisə olduğuna görə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina etmiş və aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Odur ki, hazırda miras qalmış əmlaklarda payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Birinci instansiya məhkəməsində iştirak etmiş iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, atası vəfat etdikdən sonra o evdə özü yaşamışdır. Bütün kommunal xərcləri onun adına gəlir və o ödəyir. İddiaçılara ev verilib, cehiz alınıb. Reyhan evdəki 5-6 xalçanı və yorğan-döşəyi, həmçinin atasından sovet dönümündən qalmış pulu götürmüşdür. Reyhanla əri 2005-2007-ci illərdə atasından qalan yanacaqdoldurma məntəqəsini də satmışdırlar. İradə isə Rusiyada olmuşdur. Atasından qalan evdən başqa heç nə istəmir. Hazırda qalmağa heç bir yeri olmadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, məhkəmə iddianı təmin etməməklə onların hüquqlarını pozmuşdur. Belə ki, işin faktiki hallarından görünür ki, miras qoyan X13 vəfat etdikdən sonra vərəsələrdən X14 miras əmlakda faktiki olaraq yaşamaqla mirası qəbul etmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 isə miras qoyandan qalan müəyyən ev əşyalarını götürməklə mirası qəbul etmişlər. Bu fakt cavabdehin məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq edilir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri 2-ci xüsusi notariat kontoru tərəfindən verilmiş 23 may 2012-ci il tarixli 2V-1-/44 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X4 miras qalmış əmanəti arvadı X14 qəbul etmişdir. Bununla artıq mirasın X14, eyni zamanda cavabdehin izahatı ilə də iddiaçıların mirası qəbul etmələri öz təsdiqini tapır. Bundan sonra mərhum Tərlan Qaffarovanın iddiaçıların yanında qalması və özünə məxsus əşyaları da onların evində yerləşdirməsi və Tərlan Qaffarova vəfat etdikdən sonra Tərlan Qaffarovaya məxsus əşyaların iddiaçıda qalması mirasın qəbul edilməsini təsdiq edir. Belə olan halda məhkəmə iddianı təmin etməli olduğu halda ədalətsiz qətnamə qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin məzmununa uyğun izahat verdi və əlavə olaraq izah etdi ki, ataları vəfat edəndən sonra miras evdə anaları Tərlan Qaffarova, Cavabdeh ailəsi yaşamaqda davam etmiş, atalarından qalmış miras əmlakdan xalçaları anaları onlara vermiş, digər ev əşyaları isə cavabdehin istifadəsində qalmışdır. Cavabdeh ailəsinə baxmadığına görə arasıra həmin evə gəlib getmiş, evin saxlanması üçün cavabdehin uşaqlarına yardım göstərmişlər. Atalarından miras qalmış bankda olan əmanəti isə onların razılığı ilə anaları götürmüşdür. Analarının ölümündən sonra cavabdehin uşaqları da çıxıb Bakı şəhərinə getmiş, evdə heç kim yaşamamışdır. Eyni həyətdə yaşayan əmiləri ona zəng edərək evin damının şiferləri sındığına görə damdığını bildirdirmiş, ona görə də usta gətirərək evin şiferlərini dəyişdirtmiş. Daha sonra isə evdə müəyyən təmir işləri gördürmüş, o cümlədən hamam və ayaqyolu tikdirmişdir. Tikinti işlərinin görülməsinə çəkilmiş xərclərin ödənilməsində bacısı İradə Ələkbərova ona pul göndərməklə iştirak etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə isə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izah etdi ki, atalarının ölümündən sonra qalmış miras evdə ailəsi ilə birlikdə o, yaşamışdır. Atasından qalmış 5-6 ədəd xalçanı anaları qızlarına vermişdir. Doğrudur miras evdə müəyyən təmir işləri görülmüşdür, lakin həmin təmir işləri oğlunun qaynanasının vəsaiti hesabına görülmüşdür. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə iclasında iştirak tərəflərin izahatlarını və şahid ifadəsini dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5126/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək, iddia təmin edilməlidir. Apellyasiya araşdırmasının hədləri ilə bağlı kollegiya qeyd edir ki, iddiaçılat verdiyi apellyasiya şikayəti ilə qətnamənin tam ləğv edilərək iddianın təmin edilməsini xahiş etdiyinə görə kollegiya şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini tam yoxlayır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********66-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2, 3 nömrəli fərdi yaşayış evi Yeni qaydalarla:AZ2001,Gəncə şəhəri, Mobil Əhmədov küçəsi, giriş 127 paylı mülkiyyət hüququ üzrə 1/3 hissədə X7, 1/3 hissədə X15 və 1/3 hissədə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan V-JQ 341941 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 nikahları xx.xx.1956-cı ildə Gəncə şəhər VVAQ şöbəsində qeydə alınmışdır. İş materiallarında olan XV-JQ 367549 nömrəli, XV-JQ 367550 nömrəli və AZ 235923 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.1958-ci ildə anadan olmuş X6, xx.xx.1960-cı ildə anadan olmuş X3 və xx.xx.1962-ci ildə anadan olmuş Cavabdeh atalar X13, anaları isə X10r. İş materiallarında olan AZ 013070 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1999-cu ildə ölmüşdür. İş materiallarında olan Gəncə şəhəri 2-ci xüsusi notariat kontoru tərəfindən verilmiş 23 may 2012-ci il tarixli 2V-1-/44 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 miras qalmış əmanəti arvadı X14 qəbul etmişdir İş materiallarında olan AZ-İİ 281748 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən İddiaçı2 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 234 nömrəli məktubun surətindən görünür ki, mirasın qəbulu müddəti keçdiyindən və miras əmlakla bağlı vərəsələr arasında mübahisə olduğu üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Gəncə şəhəri 2 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, 255 nömrəli notariat hərəkətlərinin aparılmasından imtinaya dair qərarından görünür ki, İddiaçı2 və İddiaçı1 miras payın qəbulu ilə bağlı qanunla müəyyən olunmuş müddəti ötürdükləri və onların ərizə verərək məhkəməyə müraciət etmələri üçün notariat hərəkətlərinin dayandırılması barədə ərizə vermələri eləcə də vərəsələr arasında mübahisə olduğundan İddiaçı2, Cavabdeh və İddiaçı1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyasının sorğusu əsasında Gəncə şəhəri 2 saylı dövlət notariat ofisindən alınmış Gəncə şəhəri 2 saylı dövlət notariat ofisində açılmış xx.xx.2012-ci il tarilxi 2v-1-144 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməyə dair notariat işindən görünür ki, 13 dekabr 1999-cu ildə vəfat etmiş X7 əmanət bankında olan əmanəti iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh ərizə ilə müraciət edərək X8 xeyrinə alınmasına etiraz etməmişlər və bundan sonra X11 xx.xx.2012-ci il tarixli qanun üzrə vərəsəlik hüuqu haqqında şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlak X12 məxsus əvvəllər əmanət bankının 3410 və 3410/020 filialında hazırda "xxxx" ASC Gəncə filialının 0572166,158628 və 03446 saylı hesablarda saxlanılan əmanətdən ibarətdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş cavabdeh X20 ifadəsində göstərdi ki, Cavabdeh atasıdır. Hələ babalarının sağlığında ataları ara-sıra evə gəlməmiş, bablarının ölümündən sonra isə evə çox az-az gəlib getmişdir. Nənələrinin ölümündən sonra evdə heç kim yaşamamış, ev yaşayış üçün yararsız vəziyyətə düşdüyünə görə bibiləri gəlib orada müəyyən təmir işləri gördürmüşlər. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, ünvan 2, 3 saylı ev paylı mülkiyyət hüququ əsasında X19, X16 və X7 xüsusi mülkiyyətində olmuş, hazırda 1/3 hissədə X7, 1/3 hissədə X15 və 1/3 hissədə X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X13 xx.xx.1999-cu il tarixdə ölmüş, onun qanun üzrə birinci növbəli vərəsələri olaraq arvadı X14, uşaqları İddiaçı1, İddiaçı2 və Cavabdeh qalmışdır. Cavabdeh ölməsi ilə ona məxsus ünvan 2 ünvanda 3 saylı evin 1/3 hissəsi və Cavabdeh bankda saxlanılan pul vəsaiti (bank əmanəti) miras olaraq qalmış, bank əmanətinin qəbul edilməsindən digər vərəsələr imtina etdiyindən həmin vəsait (miras) yalnız X14 tərəfindən qəbul edilmişdir. X4 miras qalmış ünvan 2, 3 saylı ev 1/3 hissəsindən ibarət mirası isə X14 və Cavabdeh həmin evdə yaşamaqla, iddiaçılar İddiaçı1 və İddiaçı2 isə atalarından qalmış xalçalara yiyələnməklə (həmin xalçaları götürməklə) mirası faktiki olaraq qəbul etmişlər. X1 xx.xx.2021-ci il tarixdə ölümündən sonra isə iddiaçılar İddiaçı1 və İddiaçı2 miras evin damını təmir etdirmiş, hamam və ayaqyolunu yenidən inşa etdirmiş, evi yaşayış üçün yararlı vəziyyətə gətirmişlər. İddia tələbini təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar miras açıldığı vaxtdan 25 il sonra atalarından miras qalmış əmlaka paylarının müəyyən edilməsinə dair məhkəməyə müraciət etməklə bunun üçün müəyyən edilmiş müddəti ötürmüşdürlər. İddiaçıların öz tələblərinin əsası kimi miras qoyandan qalan müəyyən ev əşyalarını götürməklə mirası faktiki qəbul etmələri barədə göstərdikləri dəlillərə dair məhkəmə qeyd edir ki, ev əşyaları ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əmlak olduğu üçün onlar miras kütləsinə daxil deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə, yəni cavabdehin də izahatında göstərdiyi əşyaların (xalçaların) ümumi istifadə üçün nəzərdə tutulmuş əmlak kimi qiymətləndirməsi ilə razılaşmır və aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların paylarının müəyyən edilməsini xahiş etdiyi miras xx.xx.1999-cu ildə vəfat etmiş X4 qalmışdır. Ona görə də xx.xx.1999-cu ildə vəfat etmiş X4 qalmış əmlaka münasibətdə xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Göründüyü kimi xx.xx.2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin normalarına görə ölənin arvadı və uşaqları birinci növbədə vərəsələr sayılırlar və vərəsələr mirası qanunla müəyyən edilmiş qaydada qəbul edə və ya da mirasın qəbulundan imtina edə bilərlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). İş materialları ilə müəyyən olunur ki, X13 xx.xx.1999-cu ildə vəfat etdikdən sonra vərəsələrdən iddiaçıların (həm də cavabdehin) anası Tərlan Qaffarova və qardaşları Cavabdeh miras əmlakda faktiki olaraq yaşamaqla mirası qəbul etmiş, iddiaçılar İddiaçı2 və İddiaçı1 isə miras qoyandan qalan müəyyən ev əşyalarını (xalçaları) götürməklə mirası faktiki qəbul etmişlər. X14 xx.xx.2021-ci ildə, əri X4 qalmış ünvan 2dakı 3 saylı evin 1/3 hissəsindən ibarət miras əmlaka vərəsəlik hüququnu rəsmiləşdirmədən öldüyünə görə göstərilən miras əmlakda iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin Cavabdeh payları bərabər – 1/3 hissədə, ümumi əmlakda isə 1/9 hissə təşkil etməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmalı, mərhum X4 miras qalmış ünvan 2, 3 saylı evin 1/3 hissəsinə hər birinin 1/3 hissədə, ümumi əmlakda isə 1/9 hissədə olmaqla iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 verdiyi apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-5126/2024 saylı qətnaməsi i tamamilə ləğv edilsin, yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 13 dekabr 1999-cu il tarixdə vəfat etmiş X4 miras qalmış ünvan 2, 3 saylı evin 1/3 hissəsinə hər birinin payı 1/3 hissədə (ümumi əmlakın 1/9 hissəsinə) olmaqla iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh payları müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-523/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-523/2025
30.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver