Məhkəmə qərarları › İş №2(104)-526/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-526/2024

14.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-526/2024 14.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-1013/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh verdiyi apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X7ndan miras qalmış, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq tam hissə vərəsəlik payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-1013/2023 saylı qətnaməsi ilə (hakim M.Kazımov ) iddia tələbi qismən təmin edilmiş, İddiaçı X4 ölümündən sonra qalmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsinin ½ hissəsindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha torpaq sahəsinin ½ hissəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsindən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququ tanınması və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 50 manat hissəsinin əvəzinin Cavabdeh tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-1013/2023 saylı qətnaməsinin ləğv edilməsini və X4 ölümündən sonra qalmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsinin 2/3 hissəsindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha torpaq sahəsinin 2/3 hissəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 2/3 hissəsindən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha torpaq sahəsinin 2/3 hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququmun tanınması və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum X7ndan miras qalmış, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çıxarışa əsasən, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha yaşayış məntəqələrinin torpaqları kateqoriyalı torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli elektron çəxarışa əsasən, Gədəbəy rayonu,Qaraməmmədli kəndində yerləşən 0.0725 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsə olaraq tam hissə vərəsəlik payının müəyyən edilməsi və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, atası X38 ilə anası X22 birgə nigahından o, X31, X27, X36, X32, X28 və X23 adında 7 övladı olmuşdur. X10 xx.xx.2012-ci ildə, atası X38 isə xx.xx.2014cü ildə vəfat etmişdir. X2, Namazov Firidun Zal oğlu və X25 vəfat etmişdir. X7 xx.xx.2022-ci ildə vəfat etmişdir. Qardaşı X1 onun adına xüsusi mülkiyyət hüququ ilə Gədəbəy rayonu, Qızıltorpaq kəndində həyətyanı torpaq sahələri, həmin torpaq sahəsində fərdi yaşayış evi və Gədəbəy rayonu, Qaraməmmədli kəndində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmışdır.Gədəbəy Rayon Məhkəməsinin 2(042)-1013/2023 saylı qətnaməsi ilə onim X4 ölümündən sonra qalmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 hatorpaq sahəsinin ½ hissəsindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu,Qızıltorpaq kəndində yerləşən 0.1107 ha torpaq sahəsinin ½ hissəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsindən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu,Qaraməmmədli kəndində yerləşən 0.0725 ha torpaq sahəsinin ½ hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması və həmin mirasın onun tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilmişdir. Gədəbəy rayonu, Kəsəmən kəndinə qeydiyyatda olan X27 notarial qaydada verilmiş xx.xx.2022-ci il tarixli ərizə ilə X11 ölümündən sonra qalmış miras əmlakından ona çatası paydan onun xeyrinə imtina etsə də, məhkəmə həmin ərizəni nəzərə almamışdır. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-1013/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, hazırki mülki iş üzrə iddia tələbi iki hissədən ibarətdir: vərəsəlik payının müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi. Həmçinin hər iki tələb faktiki olaraq hüquqi əhəmiyyətli faktlarların müəyyən edilməsindən ibarətdir. Bundan başqa birinci instansiya məhkəməsi onun məhkəmə iclasında verdiyi izahatda qeyd edilənlərə və əmisi X13 aldadılaraq notarila qaydada miras əmlakdan imtina barədə ərizə verməsinə hüquqi qiymət verməmiş və miras əmlakla bağlı mübahisə olmasını nəzərə almayaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Gədədəy rayon Notariat ofisinə, X15 və X24 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı, həmçinin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X16 nümayəndəsi İddiaçı apellyasiya şikayətini müdafiə, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, oxşar məzmunlu izahat verdi və Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-1013/2023 saylı qətnaməsinin ləğv edilməsini, X4 ölümündən sonra qalmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsinin 2/3 hissəsindən, xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, adına qeydə alınmış Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha torpaq sahəsinin 2/3 hissəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 2/3 hissəsindən, xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha torpaq sahəsinin 2/3 hissəsindən ibarət miras əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, oxşar məzmunlu izahat verdi və iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini, öz şikayətinin təmin edilməsini, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-1013/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-1013/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Allahverdiyeva (Namazova) Cəmilə Zal qızı xx.xx.1966-cı il tarixdə anadan olmuş, atası qrafasında X38, anası qrafasında X33 qeyd edilmişdir. doğum haqqında şəhadətnamənin təsdiq edilmiş sutərindən görünür ki, X23 xx.xx.1973-cü il tarixdə anadan olmuş, atası qrafasında X38, anası qrafasında X33 qeyd edilmişdir. Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X11 adına nikah akt qeydi aşkar edilməmiş və öldüyü xx.xx.2022-ci il tarixədək subay olmuşdur. ölüm haqqında şəhadətnamələrdən görünür ki, X23 xx.xx.2022-ci ildə, X33 xx.xx.2012-ci il tarixdə, X38 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********84 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsi X11 adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********29 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.0725 ha torpaq sahəsi X11 adına qeydə alınmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********87-10301 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən sahəsi 196.70 kv.m olan fərdi yaşayış evi və 0.1107 ha torpaq sahəsi X11 adına qeydə alınmışdır. Gədəbəy rayonu, Yenikənd kəndində qeydiyyatda olan İddiaçı tərəfindən notarial qaydada verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, İddiaçı bildirmişdir ki, X11 ölümündən sonra nədə ifadə edilməsindən və harada yerləşməsindən asılı olmayaraq qalan miras əmlakı qəbul etmişdir. Gədəbəy rayonu, Kəsəmən kəndində qeydiyyatda olan X27 tərəfindən notarial qaydada verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Z.Namazov bildirmişdir ki, o, X11 ölümündən sonra qalmış miras əmlakdan ona çatası paydan bacısı İddiaçı xeyrinə imtina edir. Şəmkir rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş 18 yanvar 2023-cü il tarixli notarial hərəkətin aparılmasından imtina edilməsi barədə qərardan görünür ki, X11 ölümündən sonra qalmış miras əmlakın qəbulu ilə bağlı İddiaçı notaria ofisinə müraciət etmiş və mirasın bölünməsi ilə əlaqədar miras şəriki İddiaçı tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə zidd olduğu üçün notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş: doğum haqqında şəhadətnamənin təsdiq edilmiş sutərindən görünür ki, X34 xx.xx.1960-cı il tarixdə anadan olmuş, atası qrafasında X38, anası qrafasında X33 qeyd edilmişdir. doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Firudin oğlu xx.xx.1989-cu il tarixdə anadan olmuş, atası qrafasında X34, anası qrafasında X17 qeyd edilmişdir. İddanı qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X4 birinci növbə vərəsəsi yoxdur. Mərhum F.Namazovun ölümündən sonra ondan qalmış miras əmlakın qəbulu ilə bağlı qanun üzrə ikinci növbə vərəsəsi (bacısı) İddiaçı qanunla müəyyən edilmiş müddətdə notariat orqanına müraciət etmişdir. Həmçinin mərhum F.Namazovun qardaşı X6 Namazov vəfat edən zaman sağ olmamış və X8 X20 Namazovun qanun üzrə ikinci növbə vərəsəsi olmaq hüquq əldə etmişdir. Məhkəmə iclasında müəyyən edilir ki, F.Namazovdan qalmış miras kütləsinə daxil olan fərdi yaşayış evinin açarları Cavabdehdır və həmin ev onun nəzarətindədir. Bu da onu göstərir ki, İddiaçı mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə, Cavabdeh isə miras əmlak olan fərdi yaşayış evinə nəzarət və sahiblik etməklə onların hər ikisi bərabər surətdə F.Namazovdan qalmış miras əmlakı qəbul etmişdir və onların hər birinin F.Namazovdan qalmış miras əmlakların ½ hissədə payları vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, X11 xx.xx.2022-ci il tarixdə vəfat etməsi və onun vəfatından sonra Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsi, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 196.70 kv.m olan fərdi yaşayış evi, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha torpaq sahəsi miras qalmışdır. Mərhumun birinci növbə vərəsəsi olmamışdır. X4 vəfatından sonra, 6 nəfər qanun üzrə ikinci növbə vərəsəsi, yəni bacı-qardaşları X36, X31, İddiaçı, X32, X28 qalmışdır ki, bu, işin mübahisə edilməyən halıdır. X5, X31 vəfat etmişdir. Bundan başqa, X27 mərhum X9 qalmış miras əmlakın ona çatası hissəsindən qanunla müəyyən edilmiş müddətdə bacısı İddiaçı xeyrinə imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, X4 xx.xx.2022-ci ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqim mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə ikinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və X27 mərhum X9 qalmış miras əmlakın ona çatası hissəsindən qanunla müəyyən edilmiş müddətdə bacısı İddiaçı xeyrinə imtina etmişdir. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə məhkəmədə iddia qaldırılarkən, X5, X31 vəfat etmiş olduğundan, onun hüquqi vərəsələrinin müəyyən edilməsi üçün, iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Həm də, onun ikinci növbə vərəsələrinin sayının və yaşayış ünvanlarının hazırda tam müəyyən edilməsi mümkün olmadığından, onların adına miras əmlakdan qanuna müvafiq olaraq payların müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Kollegiya qeyd edir ki, bu hal gələcəkdə həmin şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır. Yuxarıda qeyd edildiyi kimi, miras predmeti Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsi, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 196.70 kv.m olan fərdi yaşayış evi,Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha torpaq sahəsindən ibarətdir. Belə olan halda, 6 nəfər qanun üzrə ikinci növbə vərəsələrin hər birinin 1/6 hissədə vərəsəlik payları vardır. Bundan başqa, işin 36-cı vərəqəsində olan X13 notarial qaydada yazdığı xx.xx.2022-ci il tarixli ərizə ilə müəyyən edilir ki, o, xx.xx.2022-ci ildə vəfat etmiş X9 qalmış mirasdan qanunla müəyyən edilmiş müddətdə bacısı İddiaçı xeyrinə imtina etmişdir. Ona görə də, İddiaçı payı 2/6 (1/6+1/6= 2/6) hissədə, digər vərəsələrin payları isə 1/6 hissədə olacaqdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)1013/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, mərhum X9 miras qalan Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsi, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 196.70 kv.m olan fərdi yaşayış evi, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha torpaq sahəsinin üzərində 2/6 hissəsinə İddiaçı, 1/6 hissədə X29, 1/6 hissədə X18, 1/6 hissədə X16, 1/6 hissədə X14 miras payları müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-1013/2023 saylı qətnaməsi qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. X9 miras qalan Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.2642 ha torpaq sahəsi, Gədəbəy rayonu, Qızıltorpaq kəndində yerləşən 0.1107 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən sahəsi 196.70 kv.m olan fərdi yaşayış evi, Gədəbəy rayonu, Qaraməmmədli kəndində yerləşən 0.0725 ha torpaq sahəsinin üzərində 2/6 hissəsinə İddiaçı, 1/6 hissədə X29, 1/6 hissədə X18, 1/6 hissədə X16, 1/6 hissədə X14 miras payı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar