Məhkəmə qərarları › İş №2(104)-528/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-528/2025

08.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-528/2025 08.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X16 (sədrlik edənməruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı miras paya hüququn tanınması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-4637/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2014-cü il tarixli, 3-21-3-33/2- 10386/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 220 saylı fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı ərazi idarəsinin arxiv məlumatlarında hüquq sahibinin soyadının qeyd edilmədiyi, Kommunal Təsərrüfat Nazirliyinin 1986-cı il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportunda «Məmməd Hüseyn oğlunun» adının qeyd edildiyi müəyyən edilmişdir.

2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair arxiv sənədlərində olan Kommunal Təsərrüfat Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid 505-3 inventarizasiya nömrəli pasportun təsdiq olunmuş surətindən görünür ki, ev sahibinin familiyası, adı, atasının adı «Mamed Hüseyn» oğlu kimi qeyd olunmuşdur.

3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X10 vərəsəsi İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3- 21-3-33/2-11603/2023 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Təbriz küçəsi, 220 ünvanında yerləşən əmlaka dair hüquq sahibinin soyadı qeyd edilmədiyi, habelə əmlak üzərində digər vərəsə ilə mübahisə olduğu və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi mümkün olmamışdır.

4. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən X10 vərəsəsi X11 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21-3-33/2-5906/202 nömrəli bildirişin təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən əmlaka dair hüquq sahibinin soyadı qeyd edilmədiyi, habelə əmlak üzərində mübahisə olduğu və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasına şərait yaradılmadığından əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

5. Gəncə şəhəri 4 nömrəli dövlət notariat ofisində xx.xx.1993-cü il tarixdə 1298 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X20 ona məxsus olan Gəncə şəhəri, Kommunist küçəsi-220 ünvanda yerləşən mülkü X12 vəsiyyət etmişdir.

6. Gəncə şəhər Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-2031/2024 nömrəli məktubdan görünür ki, X10 vərəsələri arvadı X25 (xx.xx.1999-cu ildə vəfat edib), oğlu X21, oğlu X13 (xx.xx.1981-ci ildə vəfat edib), qızı Rəhimova (Səmədova) Tünzalə Məmməd qızı və oğlu Cavabdeh2dur.

7. AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1948-ci ildə anadan olmuş X5 ata qrafasında X22, ana qrafasında X9 qeyd olunmuşdur.

8. xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, X13 xx.xx.1981-ci ildə ölmüşdür.

9. İİİ-JQ 470308 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1975-ci ildə anadan olmuş X6 ata qrafasında X17, ana qrafasında X2 qeyd olunmuşdur.

10. AZ-İ 917934 nömrəli nikah haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 ilə İsmayılova Hicran Qnyaz qızının nikahları xx.xx.2014-cü ildə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində 559 nömrə ilə qeydə alınmışdır.

11. AZ-İİ 283643 nömrəli ölüm haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2022-ci ildə ölmüşdür.

12. xx.xx.2023-cü il tarixli 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi notariat ofisində 8İ-14828 reyestr nömrə ilə təsdiq edilmiş ərizənin surətindən görünür ki, İddiaçı X7 miras qalmış Gəncə şəhəri, Təbriz küçəsi, 220 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən ibarət miras əmlaka dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir.

13. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi barədə qərarından görünür ki, miras qoyan X10 adına qalmış miras əmlaka dair vərəsələr arasında razılaşma olmadığından vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 220-də yerləşən miras əmlaka bütövlükdə pay hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X20 xx.xx.1995-ci ildə vəfat etmişdir. O, xx.xx.1993-cü ildə vəsiyyətnamə verərək Gəncə şəhəri, Kommunist (indiki Təbriz) küçəsi, ev 220-ni X12 vəsiyyət etmiş və digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. X18 onun həyat yoldaşıdır. Onunla xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onun yaşadığı ünvan 3-yə gəlin köçmüşdür. xx.xx.2022ci il tarixdə X18 vəfat etmişdir. Onunla birgə uşaqları olmamışdır. Nasimin vəfatının ildönümünədək ünvan 3-də mübahisəsiz qaydada yaşamışdır. Ancaq onların davranışının hər ötən gün pisləşməsi hərəkətlərində olmasa da, üzlərindəki mimikadan açıq-aşkar görünmüşdür. Bu isə onu narahat etməyə bilməzdi. ünvan 3 Nasimə vəsiyyət edildiyinə görə, o da, Nasimin vərəsəsi olaraq qeyd olunan vəsiyyətnaməni götürərək 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X10 vərəsələri arasında mübahisə olması əsası ilə vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Hal-hazırda miras qoyan X10 qanun üzrə birinci növbə vərəsələri Cavabdeh2 və Cavabdeh3dır. Onlar isə uzun illərdir ki, qeyd olunan ünvanda yaşamırlar. Qeyd olunan miras əmlakla bağlı faktiki mübahisəni yaradan şəxslər Nasimin anası X14, qardaşı X19 və X3r. Onun işə getməyindən istifadə edərək evin açarlarını dəyişmiş və onu evə buraxmamağa başlamışlar. Bununla bağlı olaraq dəfələrlə polisə müraciətlər etmişdir. Polis tərəfindən hər hansı tədbir görülməmişdir. Onlar qıfılı dəyişir, o isə qıfılı qırmışdır. Beləcə günləri keçib gedir. Əgər məhkəmə tərəfindən mübahisə həll olunmasa onun fəsadları daha pis olacaqdır. Ona görə də, məhkəmədə miras əmlakın faktiki qəbuluna və s. tələbə dair iddia qaldırmaq məcburiyyətində qalmışdır.

16. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4637/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim C.Tağıyev) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X8 və X4 qarşı miras paya hüququn tanınması tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

17. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı Gəncə şəhəri, Təbriz küçəsi, 220 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum əri X6 babası X7 miras qaldığını iddia etsə də, həmin əmlakın X15 məxsus olması və sonuncunun adına rəsmi reyestrdə qeydiyyata alınması barədə mötəbər sübut təqdim etməmişdir.

18. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci, 1965-ci il Azərbaycan SSR Mülki Məcəlləsinin 537-ci və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

19. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4637/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyətçi, yəni mərhum X20 xx.xx.1995-ci ildə vəfat etmişdir. O, xx.xx.1993-cü ildə vəsiyyətnamə verərək, Gəncə şəhəri, Kommunist (indiki Təbriz) küçəsi, ev 220-ni X12 vəsiyyət etmiş və digər vərəsələrini vərəsəlik hüququndan məhrum etmişdir. X1 onun həyat yoldaşıdır. Onunla xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və onun yaşadığı ünvan 3-yə gəlin köçmüşdür. xx.xx.2022-ci il tarixdə X18 vəfat etmişdir. Onunla birgə uşaqları olmamışdır. Nasimin vəfatının il dönümünədək ünvan 3-də mübahisəsiz qaydada yaşamışdır. Ancaq onların davranışının hər ötən gün pisləşməsi hərəkətlərində olmasa da, üzlərindəki mimikadan açıq-aşkar görünmüşdür. Bu isə onu narahat etməyə bilməzdi. ünvan 3 Nasimə vəsiyyət edildiyinə görə o da Nasimin vərəsəsi olaraq qeyd olunan vəsiyyətnaməni götürərək 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmişdir. 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən X10 vərəsələri arasında mübahisə olması əsası ilə vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Hal-hazırda miras qoyan X10 qanun üzrə birinci növbə vərəsələri Cavabdeh2 və Cavabdeh3dır. Onlar isə uzun illərdir ki, qeyd olunan ünvanda yaşamırlar. Qeyd olunan miras əmlakla bağlı faktiki mübahisəni yaradan şəxslər Nasimin anası X14, qardaşı X19 və X3r. Onun işə getməyindən istifadə edərək evin açarlarını dəyişmiş və onu evə buraxmamağa başlamışlar. Bununla bağlı olaraq dəfələrlə polisə müraciətlər etmişdir. Polis tərəfindən hər hansı tədbir görülməmişdir. Onlar qıfılı dəyişir, o isə qıfılı qırmışdır. Beləcə günləri keçib gedir. Hesab etmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(125)- 4637/2024 saylı qətnaməsi əsasızdır, maddi və prosessusal hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi, ev 220-də yerləşən miras əmlaka bütövlükdə pay hüququnun tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Gəncə Şəhər Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli, 2(125)-4637/2024 saylı qətnaməsi ilə iddia tələbi rədd edilməmişdir və iddia tələbini rədd edərək qətnamənin əsaslandırma hissəsində qeyd edilmişdir ki, iddiaçı Gəncə şəhəri, Təbriz küçəsi, 220 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum əri X6 babası X7 miras qaldığını iddia etsə də, həmin əmlakın X15 məxsus olması və sonuncunun adına rəsmi reyestrdə qeydiyyata alınması barədə mötəbər sübut təqdim etməmişdir. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli, 321-3-33/2-768/2023 saylı məktubundan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfat Nazirliyinin 17 noyabr 1962-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasport «Məmməd Hüseyn oğlunun» adına işlənmişdir. xx.xx.1994cü il tarixdə aparılmış inventarizasiya zamanı mülkün X10 istifadəsində qeyd edilmişdir. Ona görə hesab etmişdir ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evin mərhum X15 məxsus olması mötəbər sübut var və nəzərə alınamlı idi, lakin məhkəmənin qətnaməsi ilə iddia əsasız olaraq rədd edilmişdir. Belə ki, qətnamə tamamilə qanunsuzdur və ləğv olunmaldır. Bundan başqa, məhkəmə ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evin mərhum X15 məxsus olması hissədə tam araşdırmayıbdır, belə ki, məhkəməyə mötəbər sübut kimi xx.xx.1994-cü il tarixdə aparılmış inventarizasiya zamanı mülkin X10 istifadəsində qeyd edilməsi ilə bağlı sübut təqdim olunub, lakin məhkəmə bu hissədə araşdırmayıbdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanının“ Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısında yəni Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlardır. İş materillarından göründüyü kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış, xx.xx.2014-cü il tarixli, 3-21-3-33/2- 10386/2024 nömrəli məktubunda qeyd olunmuşdur ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 220 saylı fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Aparılan araşdırma zamanı ərazi idarəsinin arxiv məlumatlarında hüquq sahibinin soyadının qeydedilmədiyi, Kommunal Təsərrüfat Nazirliyinin 1986-cı il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair pasportunda «Məmməd Hüseyn oğlunun» adının qeyd edildiyi müəyyən edilmişdir. Yuxarıda göstərdiyi əsaslarla görə, məhkəmənin qətnaməsində gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlməmişdir. Belə ki, məhkəmə iddianı rədd edərək əsaslandırma hissəsində qeyd etdiyi, yəni əmlakın X15 məxsus olması və sonuncunun adına rəsmi reyestrdə qeydiyyata alınması barədə mötəbər sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 30 yanvar 2023-cü il tarixli, 321-3-33/2- 768/2023 saylı məktubundan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinə dair Kommunal Təsərrüfat Nazirliyinin 17 noyabr 1962-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid texniki pasport «Məmməd Hüseyn oğlunun» adına işlənmişdir. xx.xx.1994-cü il tarixdə aparlmış inventarizasiya zamanı mülkin X10 istifadəsində qeyd edilmişdir.

21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, bütün əşyaların həmin evdə qalmışdır. Evə onu buraxmırlar. Hətta bu barədə DİN şikayət etmişdir.

23. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, qanun üzrə vərəsəlik şəhadətnamə vardır. Hazırda maneənin aradan qaldırılması ilə iddia qaldırmışlar. Odur ki, iş üzrə icratın dayandırılması iş üçün vacibdir.

24. İş üzrə cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin.

26. Maddə 530. Qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər.

27. Maddə 532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar.

28. Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

29. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

30. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

31. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

32. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

33. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

34. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

35. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

36. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

37. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.

38. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

39. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

40. Maddə 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

41. Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

42. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

45. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

49. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

50. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

51. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

52. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-4637/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

54. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Gəncə şəhəri, Təbriz küçəsi, 220 ünvanında yerləşən fərdi yaşayış evi mərhum əri X6 babası X7 miras qalmışdır. X20 həmin evi iddiaçının əri X12 vəsiyyət etmişdir. Əri öldükdən sonra ərinin ildönümünədək həmin ünvanda mübahisəsiz qaydada yaşamışdır. Ərinin vərəsəsi olaraq 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, lakin miras qoyan X10 vərəsələri arasında mübahisə olduğundan vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.

55. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, miras qoyanın əmlaklarının başqa şəxslərə (vərəsələrə) keçməsi üçün ilkin olaraq miras qoyanın həmin əmlaklar üzərində hüquqlarının olduğu təsdiq olunmalıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış xx.xx.2014-cü il tarixli, 3-21-3-33/2- 10386/2024 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 220 saylı fərdi yaşayış evinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsində qeydiyyata alınmadığı müəyyən edilmişdir. Odur ki, hazırki iş üzrə miras qalmış ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin mərhum X15 (mirasqoyana) məxsus olması sübuta yetirilmir.

56. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1994-cü il tarixdə aparılmış inventarizasiya zamanı mülkün X10 istifadəsində qeyd edilməsi ilə bağlı sənəd həmin əmlaka Məmməd Rəhimovun mülkiyyət hüququnu təsdiq etmir. İddiaçı fərdi yaşayış evinin mərhum əri X6 babası X7 miras qaldığını iddia etsə də, həmin əmlakın X15 məxsus olması barədə heç bir mötəbər sübut təqdim etməmişdir. Mübahisəli əmlakın X10 adına rəsmi reyestrdə qeydiyyata alınması barədə iş materiallarında sübut yoxdur.

57. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi: Gəncə Şəhər Məhkəməsinin 2(125)-4637/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4637/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar