Məhkəmə qərarları › İş №2(104)-534/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-534/2025

03.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-534/2025 03.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X1 və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-228/2024 nömrəli mülki iş üzrə qəbul etdiyi 29 yanvar 2024-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı(bundan sonra- iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 14 sentyabr 2014-cü il tarixli, 4Ə-2921 reyestr nömrəli bağışlama müqaviləsinin etbarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh adına tərtib olunmuş RX ******* nömrəli, **********31-10301 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışın ləğv olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun doğma oğludur. Oğlu ondan ayrı yaşayır və öz ailəsi, evi vardır. Onun 5 övladı olmasına baxmayaraq, bütün övladları ailə qurub və ondan ayrı yaşayırlar. Onun oğlu, hazırkı iddia üzrə Cavabdeh Salam oğlu da ailə qurub və onun təsərrüfatından ayrılıb. Öz ailəsi ilə birlikdə ondan ayrı yaşayır. Cavabdeh ona təklif etmişdir ki, torpaq sahəsini ona versin, əvəzində o da onu ölənə kimi saxlayacaq. Bütün maddi ehtiyaclarını ödəyəcəyək. O da ona inanmış və bütün əmlaklarını notarial qaydada oğluna bağışlamışdır. Cavabdeh bağışladığı yaşayış evinə görə öz adına mülkiyyət hüququna dair çıxarış alandan sonra bir dəfə də onun yaşadığı evə gəlməmiş, onun heç bir qayğısını çəkməmiş, ona qulluq etməmişdir. O, qoca adamdır evinin altında tək-tənha, xəstə vəziyyətində yaşayır. Cavabdeh isə ona baxacağına vəd versə də ona baxmır. Bir dəfə də olsa qapısını açmır. O, hesab edir ki, cavabdeh onu aldatdığı üçün mübahisə predmeti olan bağışlama müqaviləsi etibarsız hesab olunmalı və həmin bağışlama müqaviləsi əsasında cavabdeh oğlu Cavabdeh adına tərtib olunmuş mülkiyyət hüququna dair çıxarış ləğv olunmalıdır. Çünki bu müqavilə onu çox ağır vəziyyətə salıb və onu mülkiyyətində olan əmlaklardan məhrum edib. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Şəmkir Rayon Məhkəməsi(bundan sonra- Rayon Məhkəməsi) iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardad ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Rayon Məhkəməsi “iş üzrə icraata xitam verilməsi” barədə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(076)-2101/2018 nömrəli qətnaməsi ilə müəyyən olunur ki, İddiaçı cavabdeh X2 qarşı “14 sentyabr 2014-cü il tarixli, 4Ə-2921 reyestr saylı bağışlama müqaviləsinin etbarsız hesab olunması, həmin müqavilə əsasında Cavabdeh adma tərtib olunmuş RX ******* saylı, **********31-10301 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarışın ləğv olunması” tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə iddiaçının apellyasiya və kassasiya şikayətləri də təmin edilməmişdir. Tərəflər arasında olan mübahisəyə artıq hüquqi qiymət verildiyindən və bu barədə Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, bundan sonra tərəflərin aralarında dəyişiklik olmadığından eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Rayon Məhkəməsinin mövqeyi ilə razılaşmayan iddiaçı şikayətini iddia tələbinin dəlillərinə uyğun olaraq əsaslandırmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisəyə artıq hüquqi qiymət verildiyindən və bu barədə Şəmkir Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2018-ci il tarixli, 2(076)-2101/2018 nömrəli qətnaməsi mövcud olduğundan hazırki işə baxılması qeyri-mümkündür. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “iş üzrə icraata xitam verilməsi” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan iddiaçının verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti təmin edilməsin. Hazırki iş üzrə Şəmkir Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2024cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar