Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-557/2023 15.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh1, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə qarşı Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş *3 iyun 2*21-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinin və 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə hüquq və vəzifələrin Cavabdeh1 keçməsi barədə Cavabdeh1 ilə "xxxx" açıq səhmdar cəmiyyəti arasında bağlanmış *3 iyun 2*21-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27* manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbinə mülki iş üzrə Gəncə şəhər Məhkəməsinin 15 noyabr 2*22ci il tarixli 2(125)-1442/2*22 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 mart 2*23-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. *3 iyun 2*21-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi idarəsi tərəfindən 13 sentyabr 2*19-cu il tarixdə verilmiş Reyestr nömrəsi 3*9*12**2**9-*53*4-*93*69, qeydiyyat nömrəsi 1419*13943 saylı, Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Sumqayıt şəhəri, 1*-cu mikrorayon, ev 82A, mənzil 151, yeni qaydalarla ünvan 7 ipoteka ilə yüklü olan mənzili Cavabdeh1 mülkiyyətinə vermişdir. İddiaçı ilə Cavabdeh1 arasında əldə edilmiş razılığa əsasən mənzilin satış qiyməti 39.9** manat olmuş, mənzilin dəyərinin 5** manatı Cavabdeh1 tərəfindən birdəfəlik olaraq İddiaçı, 39.4** manatı isə kredit müqaviləsi üzrə İddiaçı hüquq və vəzifələrinin Cavabdeh1 verilməsi yolu razılaşdırılmışdır.
2. *3 iyun 2*21-ci il tarixli, *12 nömrəli öhdəliklərin verilməsi müqaviləsindən görünür ki, İddiaçı, Cavabdeh1 və "xxxx" Açıq Səhmdar Cəmiyyəti razılaşmışlar ki, bu müqavilənin imzalandığı tarixdən İddiaçı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 19 aprel 2*19-cu il tarixli, 33 nömrəli kredit müqaviləsi üzrə İddiaçı hüquq və vəzifələri Cavabdeh1 verilir və Cavabdeh1 qüvvədə olan qanunvericiliyə müvafiq olaraq İddiaçı əvəz edir.
3. *3 iyun 2*21-ci il tarixli qaydasında təsdiq olunmuş İddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, İddiaçı "xxxx" MTK-nin inşa etdiyi binada adında olan və Sumqayıt şəhəri, 1*-cu mikrorayon ev 82A, mənzil 151, yeni qaydalarla: AZ 5*11, ünvan 1 ünvanında yerləşən mənzildən və pay hüququndan imtina etmişdir. Həmin pay hüquqlarının satılmasına, "xxxx" MTK-ya geri qaytarılmasına və digər şəxsin adına sənədləşdirilməsinə etirazı olmamışdır.
4. *4 iyun 2*21-ci il tarixli, 2539 nömrəli "xxxx" MTK-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı məktubdan görünür ki, "xxxx" MTK *3 iyun 2*21-ci il tarixli imtina ərizəsinə əsasən Sumqayıt şəhəri, 1*-cu mikrorayon ərazisində inşa edilmiş "xxxx" MTKyə məxsus yüksək mərtəbəli yaşayış kompleksinin 82A nömrəli bina, 13-cü mərtəbəsində yerləşən 151 nömrəli 2 otaqlı, 43.3 m2 olan mənzilini *4 iyun 2*21-ci il tarixdə 53.88* manat məbləğinə, ilkin ödənişi 5.13 faiz ilə Cavabdeh1 satmışdır. Cavabdeh1 *4 aprel 2*21-ci il tarixinə qalan borcu 39.4** manat və 213 ay təşkil edir.
5. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 15 noyabr 2*22-ci il tarixli ərizədən görünür ki, o, 2*21-ci ilin iyul ayından etibarən Sumqayıt şəhəri, 1*-cu mikrorayon, 82 A saylı binanın 151 saylı mənzilinə dair heç bir kredit ödənişi aparmamışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh1, "xxxx" ASC-yə və Sumqayıt şəhəri 4 saylı Notariat ofisinə qarşı Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən təsdiqlənmiş *3 iyun 2*21-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinin və 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə hüquq və vəzifələrin Cavabdeh1 keçməsi barədə Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış *3 iyun 2*21-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 27* manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 2*16-cı ildə tanış olmuşdur. Münasibətləri yaxşı olduğu üçün nikaha daxil olmadan 2*18-ci ilin fevralından Bakı şəhərində müxtəlif ünvanlarda kirayədə, sonra isə Sumqayıt şəhəri, 1*-cu mikrorayon ev 82A, mənzil 151, yeni qaydalarla ünvan 1 ünvanındakı mənzildə birlikdə yaşamışlar. Tanış olduqları vaxtda onların birlikdə yaşamaq üçün yaşayış yerləri olmamışdır. Həmin vaxt o Sumqayıtda şəhərində işləmiş və yaşamaq üçün "xxxx" şirkətinin tikdiyi yeni binadan ev almağı planlaşdırmışdır. "xxxx" şirkəti isə tikdiyi mənzilləri "xxxx"nın ipoteka kreditləri hesabına satmışdır. Onunla "xxxx" arasında bağlanmış 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi, həmçinin alqı-satqı və ipoteka müqaviləsi əsasında o, Sumqayıt şəhəri, 1*-cu mikrorayon ev 82A, mənzil 151, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzili almışdır. Həmin vaxt mənzilin qiyməti 53.3** manat olaraq müəyyən edilmiş və o mənzilin dəyərinin ilkin ödənişi kimi 1*.7** manat ödəmişdir. Digər 42.6** manat məbləği isə "xxxx"ndan götürüdüyü kredit hesabına ödənilmişdir. 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə aylıq ödəniş məbləği 416 manat təşkil etmiş və müqavilə bağlandığı vaxtdan etibarən 2*21-ci ilin iyun ayınadək cəmi 1*.816 manat kredit ödənişləri onun tərəfindən ödənilmişdir. Qeyd olunan mənzilə köçməmişdən əvvəl onun tərəfindən mənzildə təmir işləri aparılmış və 13.*** manat vəsait sərf olunmaqla bütün ev əşyaları alınmışdır. Birlikdə yaşadıqları müddət ərzində onunla Cavabdeh1 münasibətləri yaxşı olduğu üçün Cavabdeh1 onun etibarını qazanmışdır. Həmçinin, onlar münasibətlərini rəsmiləşdirmək üçün nikaha daxil olmağı da qərarlaşdırmışlar. Bu müddətdə o, "xxxx" ASC-dən 14.5** manat kredit götürmüş və Cavabdeh1 "xxxx" ASC-də olan 1*.*** məbləğdə olan kreditini də tamamilə ödəmişdir. Onların yaxın vaxtlarda nikah bağlamaq istəkləri olduğuna, həmçinin Bakı şəhərində yeni mənzil almaq imkanları olduğuna görə 19 aprel 2*19-cu il tarixli 33 №-li kredit müqaviləsi üzrə kredit öhdəliklərini və Sumqayıt şəhəri, 1*-cu mikrorayon ev 82A, mənzil 151, yeni qaydalarla AZ 5*11, ünvan 1 ünvanında yerləşən mənzil üzrə mülkiyyət hüququnu formal olaraq Cavabdeh1 adına keçirməyi Cavabdeh1 ilə razılaşmışlar. Qeyd olunan səbəbdən *3 iyun 2*21-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi əsasında sözügedən mənzil Cavabdeh1 mülkiyyətinə vermişdir. Bundan sonra Cavabdeh1 ilə "xxxx" arasında müqavilə bağlanaraq kredit öhdəlikləri də onun adına rəsmiləşdirilmişdir. Bu zaman onun tərəfindən 4.*** manat müqavilənin rəsmiləşdirilməsi üçün ödəniş edilmişdir. Həmin müqavilələr bağlanarkən onun mülkiyyət hüququnu Cavabdeh1 keçirmək kimi niyyəti olmamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra Cavabdeh1 ona qarşı münasibəti pisləşməyə başlamış və onların nikahlarını qeydə aldırmaqları mümkünsüz olmuşdur. Belə olan halda o, Cavabdeh1 mənzili və kredit öhdəliyini onun adına qaytarmaq üçün alqısatqı və ipoteka müqaviləsi kredit müqaviləsi bağlamağı tələb etmişdir. Cavabdeh1 isə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. 2*21-ci ilin iyun ayında münasibətləri tamamilə pisləşdikdən sonra o, ünvan 1 ünvanında yerləşən mənzili tərk edərək Cavabdeh1 ayrı yaşamağa başlamışdır. Qeyd edilənlər kredit müqaviləsinin və ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsinin uydurma əqd kimi sadəcə görünüş üçün formal olaraq bağlandığını sübut edir. Lakin 2*21-ci ilin iyul ayından Sumqayıt şəhəri, 1*-cu mikrorayon 82A saylı binada yerləşən 151 saylı mənzillə əlaqədar onun tərəfindən heç bir ödəniş edilməmiş və həmin mənzilin açarları Cavabdeh1 olmuşdur.
8. Gəncə şəhər Məhkəməsinin 15 noyabr 2*22-ci il tarixli 2(125)-1442/2*22 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev) iddianın təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, daşınmaz əmlak barəsində müqavilə üzrə öhdəliklərin yaranmasının ilkin şərti iradə ifadəsi ilə yanaşı, belə iradə ifadəsinin notariat qaydasında təsdiq olunmuş müqavilədə ifadə olunmasıdır. Bundan başqa, istər Azərbaycan Respublikası Mülki Məcəlləsində alqı-satqı haqqında nəzərdə tutulmuş ümumi müddəaların, istərsə də daşınmaz əmlakın alqı-satqısı haqqında müddəaların tələbinə görə satılmış daşınar və daşınmaz əmlakın təhvil alındıqdan sonra ödənilməsi qanunauyğundur. Hazırki halda da tərəflər arasında *3 iyun 2*21-ci ildə bağlanmış ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmuşdur. Həmçinin *3 iyun 2*21-ci il tarixdə öhdəliklərin verilməsi müqaviləsinin bağlanması məhz Cavabdeh1 *3 iyun 2*21-ci il tarixdən sonra mənzilin dəyərinin ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Göründüyü kimi, tərəflər arasında ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi və öhdəliklərin verilməsi müqaviləsi bağlanarkən tələb olunan formaya riayət edilmiş, tərəflər arasında mühüm bəndlər üzrə razılıq əldə edilmiş, qanunla mühüm sayılan və həmin müqavilə növü üçün zəruri olan bəndlər razılaşdırılmışdır. Məhkəmə iclasında iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Bundan başqa, iddiaçı cavabdehlə müqavilələri bağalayan zaman qanunla qorunan hüquq və maraqlarının pozulduğunu, eləcə də notariat qaydasında bağladığı müqavilədə ifadə olunan iradəsinin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən suiistifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarından birinin mövcud olmasını əsaslandıra və sübut edə bilməmişdir. Həmin müqavilələrin bağlanmasından sonra Cavabdeh1 Sumqayıt şəhəri, 1*-cu mikrorayon, ev 82 A, mənzil 151, yeni qaydalarla ünvan 6 ünvanında yerləşən evi onun mülkiyyətçisi kimi qəbul etmiş və ona dair mülkiyyətçi hüquqlarını həyata keçirmiş, habelə bəhs edilən müqavilələrin bağlanmasından sonrakı növbəti kredit ödənişləri İddiaçı tərəfindən aparılmamış, yəni əqdin uydurma, yaxud görünüş üçün bağlanmasına dəlalət edən hər hansı əlamət olmamışdır. Əksinə iddiaçının özünün vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X1 izahatında Cavabdeh1 və İddiaçı 2*22-ci ilin aprel ayında görüşü zamanı İddiaçı Cavabdeh1 mənzili deyil, hansısa məbləğdə pul vəsaitini tələb etdiyini bildirmişdir. 1*. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 337.2, 34*.1, 394, 4*7.2, 567, 646.1 və 646.2-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə şəhər Məhkəməsinin 15 noyabr 2*22-ci il tarixli 2(125)-1442/2*22 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul etmişdir. Belə ki, *3 iyun 2*21-ci il tarixli ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi bağlanan zaman mənzilin qiyməti 399** manat olmuşdur. Həmin vaxt mənzilin bazar qiyməti təxminən 6**** manat olmuşdur. Mənzilin dəyərinin ilkin ödənişi, kredit ödənişi və müqavilənin rəsmiləşdirilməsi xərci kimi cəmi 25516 manat tərəfindən ödənilmişdir. Belə olan halda əgər onun mənzili satmaq və Cavabdeh1 da mənzili almaq niyyəti olsaydı, gərək mənzilin dəyərinin ilkin ödənişi, kredit ödənişi və müqavilənin rəsmiləşdirilməsi xərci kimi cəmi 25516 məbləğində pulun ona verilməsi lazım idi. Halbuki hər iki tərəfin alqı-satqı müqaviləsi bağlamaq niyyəti olmadığı üçün həmçinin notariusun depozit hesabına alqı-satqı müqaviləsi üzrə pul qoyulmalı olduğu üçün tərəflər özləri bu prosesi asanlaşdırmaq üçün mənzilin qiymətini həmin dövrdə kreditin qalıq məbləğinə uyğun olaraq 399** manat müəyyən etmişdir. Göründüyü kimi, alqı-satqı niyyəti olmadığı üçün notariusun depozit hesabı vasitəsi ilə keçirilməli olan pul məbləğini də 5** manat olaraq müəyyənləşdirmişlər. Bundan başqa, Cavabdeh1 sözügedən mənzilə dair indiyədək reyesrt xidmətindən çıxarış almamışdır. Beləliklə, tərəflərin alqı-satqı müqaviləsi bağlamaq barəsində həqiqi iradə ifadələri olmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında da göstərilmişdir ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 16*-1-ci bəndinə əsasən daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir. Alqısatqı müqaviləsinin bağlamaq barəsində həqiqi iradə ifadəsi olmamışdır. Ona görə də apellyasiya şikayətinin və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, tərəflər arasında *3 iyun 2*21-ci ildə bağlanmış ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmuşdur. Həmçinin *3 iyun 2*21-ci il tarixdə öhdəliklərin verilməsi müqaviləsinin bağlanması məhz Cavabdeh1 *3 iyun 2*21-ci il tarixdən sonra mənzilin dəyərinin ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi və öhdəliklərin verilməsi müqaviləsi bağlanarkən tələb olunan formaya riayət edilmişdir. Tərəflər arasında mühüm bəndlər üzrə razılıq əldə edilmiş, qanunla mühüm sayılan və həmin müqavilə növü üçün zəruri olan bəndlər razılaşdırılmışdır. İddiaçı cavabdehlə müqavilələri bağalayan zaman qanunla qorunan hüquq və maraqlarının pozulduğunu, eləcə də notariat qaydasında bağladığı müqavilədə ifadə olunan iradəsinin etibarsızlığına səbəb ola biləcək hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfin nümayəndəsi ilə pis niyyətlə razılığa gəlməsi, şəxsin ağır vəziyyətə düşməsi, vacib əhəmiyyətli yanılmanın təsiri, uydurma və yalan, qeyri-ciddi əqd hallarınin heç biri mövcud olmamışdır. Müqavilələrin bağlanmasından sonra Cavabdeh1 Sumqayıt şəhəri, 1*-cu mikrorayon, ev 82 A, mənzil 151, yeni qaydalarla ünvan 6 ünvanında yerləşən evi mülkiyyətçi kimi qəbul etmiş və ona dair mülkiyyətçi hüquqlarını həyata keçirmiş, müqavilələrin bağlanmasından sonrakı növbəti kredit ödənişlərini etmişdir. Göründüyü kimi əqdin uydurma, yaxud görünüş üçün bağlanmasına dəlalət edən hər hansı əlamət bi işdə olmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin ediləməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, borcalan Cavabdeh1 *7 iyun 2*21-ci il kredit müqaviləsinin tarixindən kredit borcu üzrə ödənişləri vaxtında həyata keçirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. İş üzrə Cavabdeh1 və cavabdeh 4 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq onlar məhkəmə kollegiyasının iclasına gəlməmişlər, cavabdeh nümayəndə və vəkillə təmsil olunmuşdur. Digər cavabdeh Sumqayıt şəhəri 4 saylı Notariat ofisi müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasının xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 334.2. Əqdin notarial təsdiqlənməsi qaydası “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyənləşdirilir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə Azərbaycan Respublikasının Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının *3 iyun 2**5-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2**6-cı il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilənin etibarlı sayılması üçün, mütləq iki şərtin mövcudluğu vacibdir: müqavilənin yazılı formada bağlanılması və notariat qaydasında təsdiqlənməsi. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alğı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır və birbaşa onların etibarsızlığına səbəb olur.
2*. “N.Əsədovanın şikayəti üzrə” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 12 aprel 2*21-ci il tarixli Qərarında göstərilmişdir ki, Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə dair şərtlər; əqdin məzmununa dair şərtlər; əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
21. “Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 15 aprel 2*11-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun *3 may 2*12-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Konstitusiya Məhkəməsinin Plenumu İ.K.Rəcəbovun şikayəti üzrə 22 mart 2**6-cı il tarixli Qərarında “əqdin notarial formasına riayət edilməməsi”nin nəticələri ilə bağlı formalaşdırdığı hüquqi mövqeyini qeyd etməklə bir daha vurğulayır ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Yaşayış evinin alqı-satqısı haqqında müqavilə də yazılı formada tərtib edilməli olan əqdlərdən biridir.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhər Məhkəməsinin 15 noyabr 2*22-ci il tarixli 2(125)-1442/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. Beləliklə işin halları ondan ibarətdir ki, *3 iyun 2*21-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş “İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi” ilə İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Sumqayıt şəhəri, 1*-cu mikrorayon, ev 82A, mənzil 151, yeni qaydalarla ünvan 7 ipoteka ilə yüklü olan mənzili Cavabdeh1 mülkiyyətinə vermiş, İddiaçı ilə Cavabdeh1 arasında əldə edilmiş razılığa əsasən mənzilin satış qiyməti 39.9** manat olmuş, mənzilin dəyərinin 5** manatı Cavabdeh1 tərəfindən birdəfəlik olaraq İddiaçı, 39.4** manatı isə kredit müqaviləsi üzrə İddiaçı hüquq və vəzifələrinin Cavabdeh1 verilməsi yolu ilə ödənilməsi razılaşdırılmışdır. Həmçinin *3 iyun 2*21-ci il tarixli, *12 nömrəli öhdəliklərin verilməsi müqaviləsinə əsasən İddiaçı, Cavabdeh1 və "xxxx" ASC həmin müqavilənin imzalandığı tarixdən İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 19 aprel 2*19-cu il tarixli, 33 nömrəli kredit müqaviləsi üzrə İddiaçı hüquq və vəzifələrinin Cavabdeh1 verilməsi və Cavabdeh1 qüvvədə olan qanunvericiliyə müvafiq olaraq İddiaçı əvəz etməsi barədə razılıq əldə olunmuşdur. Bundan sonra qeyd olunan mənzil üzrə "xxxx" ASC qarşısında bütün öhdəliklər Cavabdeh1 tərəfindən icra olunmuşdur. Sadalanan normalarının tələbindən göründüyü kimi daşınmaz əmlak barəsində müqavilə üzrə öhdəliklərin yaranmasının ilkin şərti iradə ifadəsi ilə yanaşı, belə iradə ifadəsinin notariat qaydasında təsdiq olunmuş müqavilədə ifadə olunmasıdır. Eyni zamanda qanunvericiliyin tələbinə görə satılmış daşınar və daşınmaz əmlakın təhvil alındıqdan sonra ödənilməsi qanunauyğundur. Hazırki halda da tərəflər arasında *3 iyun 2*21-ci ildə bağlanmış ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunmuşdur. Həmçinin *3 iyun 2*21-ci il tarixdə öhdəliklərin verilməsi müqaviləsinin bağlanması məhz Cavabdeh1 *3 iyun 2*21-ci il tarixdən sonra mənzilin dəyərinin ödənilməmiş hissəsinin ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında ipoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi və öhdəliklərin verilməsi müqaviləsi bağlanarkən tələb olunan formaya riayət edilmiş, tərəflər arasında mühüm bəndlər üzrə razılıq əldə edilmiş, qanunla mühüm sayılan və həmin müqavilə növü üçün zəruri olan bəndlər razılaşdırılmışdır. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia tələbinin əsası ilə eynilik təşkil etməklə yanaşı eyni zamanda o istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. İddiaçı *3 iyun 2*21-ci il tarixli “İpoteka ilə yüklü edilmiş yaşayış sahəsinin alqı-satqı müqaviləsi”nin və 19 aprel 2*19-cu il tarixli 33 nömrəli kredit müqaviləsi üzrə hüquq və vəzifələrin Cavabdeh1 keçməsi barədə Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış *3 iyun 2*21-ci il tarixli kredit müqaviləsinin hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlandığını bildirməklə kifayətlənmişdir. Halbuki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, həmin müqavilələrin bağlanmasından sonra Cavabdeh1 Sumqayıt şəhəri, 1*-cu mikrorayon, ev 82A, mənzil 151, yeni qaydalarla ünvan 7 ünvanında yerləşən evi onun mülkiyyətçisi kimi qəbul etmiş, kredit borcu üzrə ödənişləri vaxtında ödəmiş və ona dair mülkiyyətçi hüquqlarını həyata keçirmiş, habelə bəhs edilən müqavilələrin bağlanmasından sonrakı növbəti kredit ödənişləri İddiaçı tərəfindən aparılmamış, yəni əqdin uydurma, yaxud görünüş üçün bağlanmasına dəlalət edən hər hansı əlamət olmamışdır.
28. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhər Məhkəməsinin 15 noyabr 2*22-ci il tarixli 2(125)-1442/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir. 3*. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. 32.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.*.1, 392, 393, 4*2, 4*3, 4*4 və 4*5-4*7-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 15 noyabr 2*22-ci il tarixli 2(125)-1442/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.