Məhkəmə qərarları › İş №2(104)-562/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-562/2023

07.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-562/2023 07.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Bayramov Azər Vahid oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərimova Jalə Müseyib qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və qeyrisinə qarşı “vərəsəlik hüququ” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh və qeyrisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və miras əmlakdan payların müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** saylı çıxarışa əsasən, mərhum anası X1 adına paylı mülkiyyət hüququ əsasında qeydiyyata alınmış Tovuz rayonu, Aşağı Quşçu kəndində yerləşən 0.30 ha həyətyanı torpaq sahəsinin anası X1 payına düşən 0.10 ha hissəsinə dair tərtib edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və həmin miras əmlakdan onun payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 saylı qətnaməsi ilə (hakim N.Mustafayev) İddiaçı cavabdehlər Cavabdeh və qeyrisinə qarşı “vərəsəlik hüququ” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Mülki iş materialları ilə birlikdə apellyasiya qaydasında baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayətə baxılması mümkün hesab edilərək, məhkəmə baxışına təyin edilmişdir. Apellyasiya icraatı zamanı müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1237/2021 saylı qərardadından X2 tərəfindən şikayət verilmiş və Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müraciət edilərək, həmin şikayətə baxılması üçün mülki işin Tovuz Rayon Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, iş apellyasiya baxışından çıxarılmalı və Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-562/2023 saylı qərardadı ləğv edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1237/2021 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-562/2023 saylı mülki iş icraatdan çıxarılmalı və Tovuz Rayon Məhkəməsinə göndərilməlidir. QƏRARAALDİ: Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(062)-1237/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-562/2023 saylı qərardadı ləğv edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(062)-1237/2021 saylı qərardadından X2 tərəfindən verilmiş şikayətə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-562/2022 saylı mülki iş icraatdan çıxarılsın və Tovuz Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən imza var Hakimlər: imzalar var Düzdür Hakim: Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar