Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-562/2024 01.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «hərracın nəticələri haqqında yekun protokolun, Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarın və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması» tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(021)-4019/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə, Cavabdeh1nə və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «hərracın nəticələri haqqında yekun protokolun, Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarın və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünə məxsus Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 3 otaqlı 73.1 kv.m ümumi 47.7 kv.m yaşayış, 25.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.09 ha torpaq sahəsinin "xxxx" ASC-yə satılması barədə hərracın nəticələri haqqında yekun protokolun, Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarının və ondan irəli gələn hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdam Rayon Məhkəməsinin (hakim E.Bayramov) 24 yanvar 2019-ci il tarixli, 2(013)- 307/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər İddiaçı, X3, X5, X10 və X4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnaməyə görə cavabdeh İddiaçı 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12723,54 (on iki min yeddi yüz iyirmi üç dollar əlli dörd sent) ABŞ dolları əsas borc, 8466.86 (səkkiz min dörd yüz altmış alt: dollar səksən altı sent) ABŞ dolları faiz borcu, 10 (on) ABŞ dolları cərimə borcu, cəmi 21200,4 (iyirmi bir min iki yüz dollar qırx sent) ABŞ dolları məbləğində borcun qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutrnanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və xidmət haqqı üçün ödənilmiş 20 (iyirmi) manatın tutularaq, Nikoyl İKB ASC-nin xeyrinə ödənilməsi, tələbin Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, 73.1 kv.m ümumi, 47,7 kv.m yaşayış, 25,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,09 ha torpaq sahəsinə yönəldilməsi, həmin yaşayış evi və torpaq sahəsinin açıq hərracda satılaraq satışdan əldə edilmiş məbləğdən "xxxx" İKB ASC-nin olan borc ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi, İddiaçı, X7, X11. X12 və X1 ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi satıldıqdan sonra 1 ay müddətinə həmin evdən çıxarılmaqla evin boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il 2(104)- 213/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edillərək, Ağdam Rayon Məhkəməsinin (hakim E.Bayramov) 24 yanvar 2019-ci il tarixli, 2(013)-307/2019 saylı qətnaməsi "ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 30.000 manat məbləğində odilmasi” hissasinda davisdirilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 54.850 (ǝlli dörd min səkkiz yüz əlli) manat məbləğdə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sözügedən qətnamə əsasında Cavabdeh1 xx.xx.2023-cü il tarixli, 9271567/2021 saylı sifariş məktubu əsasında ona məxsus Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 3 otaqlı 73.1 kv.m ümumi 47.7 kv.m yaşayış, 25.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.09 ha torpaq sahəsi "Əmlak MMC tərəfindən 46.622,5 manat dəyərində ixtisaslaşdırılmış Hərrac Mərkəzi qiymətləndirilmiş və hərraca çıxarılmış və "xxxx" ASC tərəfindən 34.966,88 manata alınmışdır. Bankın əməkdaşları ona bildirmişdirlər ki, "borcunu ödə, evini yenidən sənə qaytaraq". Bu minvalla Bank ondan nə qədər pul istəmiş, o qədər ödəmişdir. Həmçinin qeyd etmişdir ki, sözügedən bankla aralarında olan xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən kredit məbləğini 3 il müddətinə götürmüşdür. Bank isə ona qarşı iddianı 2019-cu il tarixdə yəni, müddət ötürməklə qaldırmışdır. İşə baxan hakimlər isə bu kimi halları nəzərə almadan bankın xeyrinə qətnamə qəbul etmişlər. Bundan başqa məhkəmə ona məxsus fərdi yaşayış evinin ilkin satış manat dəyərində qiymətini 54.850 manat olması barədə qətnamə qəbul etməsinə baxmayaraq hərrac mərkəzi ona məxsus evi birinci hərracda 46.622,5 mərkəzi qiymətləndirmiş və yekun hərracda isə 34.966,88 manata banka satmışdır. Sözügedən evin dəyəri də çox aşağı qiymlətləndirilmişdir. Evin dəyəri 34.966,88 manat deyil, qat-qat yuxarı qiymətədir. Xəbəri olmadan evin aşağı qiymətləndirilməsi, hərraca çıxarılması və hazırki iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən alınması qanun pozuntusudur. Ona məxsus evin dəyəri ən azı 70.000-80.000 manat təşkil edir. Bununla yanaşı o, kredit öhdələyinin çox hissəsini ödəmişdir. Mühasibatlıq ekspertizası təyin edilsə, bu hal müəyyən edilər. Hesab edir ki, lazımi qaydada xəbərdar olunmamağı ilə və aşağı qiymətlə qiymətləndirilərək evin aşağı qiymətlə hərracda satışa çıxarılması və evin alqısatqısı barədə müqavilə qanunsuz hesab edilməli və ona məxsus Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 3 otaqlı 73.1 kv.m ümumi 47.7 kv.m yaşayış, 25.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.09 ha torpaq sahəsinin aşağı qiymətlə hərracda satışa çıxarılması və gizli şəkildə "xxxx" ASC tərəfindən alınması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, “Əmlak ixtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC sözügedən icra vərəqəsini üzrə Cavabdeh1 sifarişi əsasında evin hərracda satılması üçün qanunun tələblərinə riayət edilməmişdir. Cavabdeh "xxxx" MMC tərəfindən sözügedən evin ilkin satış qiyməti ona bildirilsə idi o, evin real bazar qiymətindən dəfələrlə aşağı qiymətləndirilməsinə etiraz edərdi, eləcə də 70.000-80.000 manat olan evin 34.966,88 manata alınmasına imkan verməzdi. Yuxarıda qeyd etdiyi kimi, bu günədək Banka kredit borcundan xeyli məbləğdə məbləğdə pul ödəmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(021)-4019/2023 nömrəli qətnaməsi ilə (hakim Q.Əbilov) İddiaçı cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh1nə və "xxxx" ASC-yə qarşı “hərracın nəticələri haqqında yekun protokolun, Cavabdeh1 xx.xx.2023-cü il tarixli qərarının və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab olunması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 24 yanvar 2019-ci il tarixli, 2(013)-307/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər İddiaçı, X3, X5, X10 və X4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, cavabdeh İddiaçı 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12723,54 (on iki min yeddi yüz iyirmi üç dollar əlli dörd sent) ABŞ dolları əsas borc, 8466.86 (səkkiz min dörd yüz altmış alt: dollar səksən altı sent) ABŞ dolları faiz borcu, 10 (on) ABŞ dolları cərimə borcu, cəmi 21200,4 (iyirmi bir min iki yüz dollar qırx sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutrnanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və xidmət haqqı üçün ödənilmiş 20 (iyirmi) manat tutularaq < İKB ASC-nin xeyrinə ödənilməsi, tələbin Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, 73.1 kv.m ümumi, 47,7 kv.m yaşayış, 25,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,09 ha torpaq sahəsinə yönəldilməsi, həmin yaşayış evi və torpaq sahəsi açıq hərracda satılaraq satışdan əldə edilmiş məbləğdən "xxxx" İKB ASC-nin olan borc ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi, İddiaçı, X7, X11. X12 və X8 ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi satıldıqdan sonra 1 ay müddətinə həmin evdən çıxarılmaqla həmin ev boşaldılması qət edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti qismən təmin olunaraq Ağdam Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(013)-307/2013 saylı qətnaməsi «ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilmiş, ipoteka prdmetinin ilkin satış qiyməti 54850,0 manat məbləğində meəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)696\2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, "xxxx" ASC-nin ("xxxx" İKB ASC) tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)213\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş və kassasiya şikayəti təmin olunmamışdır. Bərdə rayon İcra Şöbəsindən "xxxx" MMC-yə ünvanlanmış 271567/2021 saylı, xx.xx.2023-cü il tarixli sifariş məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 54.850 (əlli dörd min səkkiz yüz əlli) manata olmaqla, Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, 73.1 kv.metr ümumi, 47.7 kv.metr yaşayış, 25.4 kv.metr yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.09 ha torpaq sahəsinin açıq hərracda satılması "xxxx" MMC-yə sifariş olunmuşdur. xx.xx.2023-cü il tarixli 1457/2023 nömrəli açıq hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)213\2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 11 avqust 2023-cü il tarixinə, saat 10:00 (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, o cümlədən borclular İddiaçı, Bayramova Nailə Abdulǝzim qızına, X16 qızına, X10, X4 bildiriş göndərilmişdir. "Hərracın baş tutmamasına dair" 11 avqust 2023- cü il tarixli protokolun surətindən görünür ki, 11 avqust 2023-cü il tarixə saat 10:00-a təyin edilmiş hərrac, hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1747/23 nömrəli Təkrar hərracın keçirilməsinə dair bildirişdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-213\2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə keçiriləcək təkrar hərracın keçirilmə vaxtı və yeri barədə Cavabdeh1nə, İddiaçı, X3, X5, X10, X4 və "xxxx" ASC-yə məlumat verilmişdir. "Hərracın baş tutmamasına dair" 29 avqust 2023- cü il tarixli protokolun surətindən görünür ki, 29 avqust 2023-cü il tarixinə, saat 10:00 təyin edilmiş tarixə edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1874/23 nömrəli ipoteka predmetinin əldə edilməsi barədə Təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" ASC-nin 31 avqust 2023-cü il tarixli, KBD-7143 nömrəli məktubundan görünür ki, ipoteka predmetini təklif edilən 34.966,88 (otuz dörd min doqquz yüz altmış altı manat səksən səkkiz qəpik) manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. “’Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin Açıq HərracınYekunları barədə №215/23 saylı, 05 sentyabr 2023-cü il tarixli Protokoldan görünür ki, İddiaçı mülkiyyətində olan Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, 73.1 kv.m ümumi, 47,7 kv.m yaşayış, 25,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və paylı mülkiyyətdə olan 0,09 ha torpaq sahəsi 34.966,88 (otuz dörd min doqquz yüz altmış altı manat səksən səkkiz qəpik) manata "xxxx" ASC-yə satılmışdır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1900/23 nömrəli məktubdan görünür ki, "X2" nəzdində "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 215/23 saylı "X17 barədə Protokol" tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə "Əmlak Hərrac Mərkəzi” MMC-nin 1900/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə sifarişçi icra şöbəsinə göndərilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(021)-4019/2023 nömrəli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(021)-4019/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdam Rayon Məhkəməsinin (hakim E.Bayramov) 24 yanvar 2019-cu il tarixli, 2(013)-307/2019 saylı qətnaməsi ilə iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər İddiaçı, X3, X5, X10 və X4 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnaməyə görə cavabdeh İddiaçı 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12723,54 (on iki min yeddi yüz iyirmi üç dollar əlli dörd sent) ABŞ dolları əsas borc, 8466,86 (səkkiz min dörd yüz altmış altı dollar səksən altı sent) ABŞ dolları faiz borcu, 10 (on) ABŞ dolları cərimə borcu, cəmi 21200,4 (iyirmi bir min iki yüz dollar qırx sent) ABŞ dolları məbləğində borc qətnamə icra olunarkən dolların manata olan nisbəti ilə, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və xidmət haqqı üçün ödənilmiş 20 (iyirmi) manat tutularaq "xxxx" İKB ASC-nin xeyrinə ödənilməsi, tələb Bərdə rayonu, Qazıqurdalı kəndində yerləşən 3 otaqlı, 73.1 kv.m ümumi, 47,7 kv.m yaşayış, 25,4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə və 0,09 ha torpaq sahəsinə yönəldilməsi, həmin yaşayış evi və torpaq sahəsi açıq hərracda satılaraq satışdan əldə edilmiş məbləğdən "xxxx" İKB ASC-nin olan borc ödənilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilməsi, İddiaçı, X7, X11, X12 və X8 ipoteka predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi satıldıqdan sonra 1 ay müddətinə həmin evdən çıxarılmaqla həmin ev boşaldılması qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il 2(104)-213/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilib Ağdam Rayon Məhkəməsinin (hakim E.Bayramov) 24 yanvar 2019-cu il tarixli, 2(013)-307/2019 saylı qətnaməsi “ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiymətinin 30.000 manat məbləğində müəyyən edilməsi” hissəsində dəyişdirilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 54.850 (əlli dörd min səkkiz yüz əlli) manat məbləğdə müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Sözügedən qətnamə əsasında Cavabdeh1 xx.xx.2023-cü il tarixli, № 9271567/2021 sifariş məktubu əsasında ona məxsus Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 3 otaqlı 73.1 kv.m ümumi 47.7 kv.m yaşayış, 25.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.09 ha torpaq sahəsi "xxxx" MMC tərəfindən 46.622,5 manat dəyərində qiymətləndirilmiş və hərraca çıxarılmış və Cavabdeh2 ASC tərəfindən 34.966,88 manata alınmışdır. Qeyd etməyi zəruri hesab edir ki, Bankın əməkdaşları ona bildirdilər ki, “borcunu ödə, evini yenidən sənə qaytaraq”. Bu minvalla Bank ondan nə qədər pul istəyirdi, o qədər ödəyirdi. Bundan başqa qeyd edir ki, sözügedən bankla aralarında olan xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən kredit məbləğini 3 il müddətinə götürmüşdür. Bank isə ona qarşı iddianı 2019-cü il tarixdə yəni, müddət ötürməklə qaldırmışdır. İşə baxan hakimlər isə bu kimi halları nəzərə almadan bankın xeyrinə qətnamə qəbul etmişlər. Bundan başqa məhkəmə ona məxsus fərdi yaşayış evinin ilkin satış qiymətinin 54.850 manat olması barədə qətnamə qəbul etməsinə baxmayaraq hərrac mərkəzi ona məxsus evi birinci hərracda 46.622,5 manat dəyərində qiymətləndirmiş və yekun hərracda isə 34.966,88 manata banka satmışdır. Bildirir ki, sözügedən evin dəyəri də çox aşağı qiymlətləndirilmişdir. Evin dəyəri 34.966,88 manat deyil, qat-qat yuxarı qiymətədir. Xəbəri olmadan evin aşağı qiymətləndirilməsi, hərraca çıxarılması və hazırki iş üzrə Cavabdeh2 ASC tərəfindən alınması qanun pozuntusudur. Ona məxsus evin dəyəri ən azı 70.000-80.000 manat təşkil edir. Üstəlik nəzərə almaq lazımdır ki, o kredit öhdələyinin çox hissəsini ödəmişdir. Mühasibatlıq ekspertizası təyin edilsə, bu hal müəyyən edilər. Hesab edir ki, lazımi qaydada xəbərdar olunmamağı ilə və aşağı qiymətlə qiymətlən dirilərək, evin aşağı qiymətlə hərracda satışa çıxarılması və evin alqısatqısı barədə müqavilə qanunsuz hesab edilməli və ona məxsus Bərdə rayonu Qazıqurdalı kəndində yerləşən 3 otaqlı 73.1 kv.m ümumi 47.7 kv.m yaşayış, 25.4 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi və 0.09 ha torpaq sahəsinin aşağı qiymətlə hərracda satışa çıxarılması və gizli şəkildə Cavabdeh2 ASC tərəfindən alınması qanunsuz olduğundan etibarsız hesab edilməlidir. Belə ki, "xxxx" MMC sözügedən icra vərəqəsi üzrə Cavabdeh1 sifarişi əsasında evin hərracda satılması üçün qanunun tələblərinə riayət edilməmişdir. Qeyd olunduğu kimi, cavabdeh "xxxx" MMC tərəfindən sözügedən evin ilkin satış qiyməti ona bildirilsə idi o, evin real bazar qiymətindən dəfələrlə aşağı qiymətləndirilməsinə etiraz edərdi, eləcə də, 70.000-80.000 manat olan evin 34.966,88 manata alınmasına imkan verməzdi. Qeyd olunan xüsusatlardan göründüyü kimi, hazırki iş üzrə birinci insatansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Apellyasiya şikayətinə qarşı Cavabdeh3 MMC-nin yazılı etirazı: İddiaçı hazırkı apelyasiya şikayətində ona məxsus fərdi yaşayış evinin ilkin satış qiymətinin 54.850 manat olması barədə qətnamə qəbul etməsinə baxmayaraq hərrac mərkəzinin ona məxsus evi birinci hərracda 46.622,5 manat dəyərində qiymətləndirdiyini və yekun hərracda isə 34.966,88 manata banka satdığını, eyni zamanda lazımı qaydada məlumatlandırılmadığını qeyd etmişdir. İlk öncə qeyd edilir ki, tərəflərindən iddiaçı X9 Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 213/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən Bərdə rayonu, Qazıqurdalı kəndi ünvanına, eləcə də ünvan 2rədə müşayiət məktubu göndərilmişdir. ünvan 5ri qayıtmış, lakin ünvan 3rilən məktublar iddiaçıya çatmışdır (Sözügedən xüsusatı təsdiq edən zərflərin və reyestrin surəti elektron məhkəmə sisteminə əlavə edilir). Konstutisiya Məhkəməsinin Plemunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, bu maddənin (“İpoteka haqqında” Qanunun 42.1-ci maddəsi) məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymuşdur. Belə ki, qanunvericilikdə bu qəbildən olan işlər üzrə hətracın keçirilməsinə məsul olan təşkilat borclunun yaşadığı ünvanı axtarıb tapmaq, habelə onun olduğu yeri müəyyən etmək və bildirişlərin faktiki ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək, hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinin tələbinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi iddiaçı ünvanının dəyişməsi barədə hər hansı məlumatı nəhkəməyə bildirməmiş, bu barədə məlumatı hazırkı apelyasiya şikayətində bildirmişdir. Həmçinin iddiaçının ilkin satış qiymətinin düşməsi ilə bağlı qeyd etdiyi hallarla əlaqədar qeyd edilir ki, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.5-ci madddəsinin tələbinə görə təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.7-ci maddəsinin tələbinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Yuxarıda sadalanan xüsusatlardan, eləcə də istinad olunan sənədlərdən görünür ki, yuxanda sözügedən hərrac sifariş üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair təsdiq olunmuş protokolun etibarsız sayılmasına hər hansı hüquqi əsas yoxdur. Hazırkı işə məhkəmədə baxılarkən etirazda ifadə edilən hüquqi mövqe nəzərə almaqla işə Cavabdeh3 MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X13 apellyasiya şikayətinin əsassız olduğunu, hərracın qanunvericiliyin tələbinə uyğun keçirildiyini bildirib şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişir ki, əgər iddiaçı evi aldıqları dəyərini onlara ödəsə evi iddiaçının mülkiyyətinə geri qaytamağa da razıdırlar. Cavabdeh3 məhkəməyə apellyasiya şikayətinə qarşı yazılı etirazını göndərərək, işə onların iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1nə məhkəmə bildiriş göndərilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. 415.3. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. "İpoteka haqqında" Azarbaycan Respublikasinın Qanunu: 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olmuşdur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılşaraq bir daha qeyd edir ki, borc tələbinə dair iddia üzrə iddia müddətinin ötürülməsi, o cümlədən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı məsələnin hazrıkı icraatın predmetinə heç bir aidiyyəti olmamaqla, həmin məsələlər qanuni qüvvəsini almış Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-213/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə həll edilmişdir. Fərdi yaşayış evinin ilkin satış qiymətinin 54.850 manat müəyyən edilməsinə bamxayaraq isə evin yekun hərracda 34.966,88 manata banka satılması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd olunur ki, həmin məbləğ yuxarıda istinad olunan "İpoteka haqqında" Azarbaycan Respublikasinın Qanunun 43.5 və 43.7-ci maddələrinin tələbinə müvafiq olaraq, hərracın baş tutmaması ilə əlaqədar ipoteka predmetinin 15 və 25 faiz aşağı qiymətə satılması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının xəbəri olmadan evin hərraca çıxarılması və hərracdan satılması ilə bağlı şikayətinin dəlillərini də əsassız hesab edərək qeyd edir ki, əvvəla qətnamə qanuni qüvvəsini alıdğından iddiaçı artıq evinin hərracda çıxarılacağından əvvəlcədən məlumatlı olmuşdur. Digət tərəfdən Cavabdeh3 MMC tərəfindən məhkəməyə təqdim edilmiş hərracın keçirilməsinə dair, hərracın baş tutumasına dair, ipoteka predmetinin təklif edilməsinə dair bildirişlərdən və poçt sənədlərindən görünür ki, hərrac mərkəzi həmin bildirişləri iddiaçının faktiki yaşadığı Bərdə rayonu, Qazıqurdalı kəndi ünvanına, eləcə də ünvan 4u, 20 Yanvar küçəsi, ev 175/26 ünvanına göndərilən zərflər geri qayıtmış, lakin digər faktiki yaşayış yeri olan ünvan 3rilmiş bildirişlər geri qaytarılmamışdır ki, bu da iddiaçının hərracdan məlumatlı olmasını təsdiq etmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, aöellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(021)-4019/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq, q ə t e t d i:
Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(021)-4019/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli 2(021)-4019/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.