Məhkəmə qərarları › İş №2(104)-566/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-566/2024

30.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-566/2024 30.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, iddiaçı və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 nümayəndəsi İddiaçı, cavabdeh və Cavabdeh1 nümayəndəsi Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, miras əmlakın yenidən bölünməsi və mirasda payın müəyyən edilməsi” tələbinə dаir mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli e-2(021)-3147/2023 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3 və maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 cavabdeh Bərdə Regional "ASAN Xidmət" Mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 2V-161 reyetsr qeydi nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrinin etibarsız hesab edilməsinə, 23 may 2002-ci il tarixdə vəfat etmiş X3 mirasıqalan Bərdə rayon Türkmən kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin 0,18 ha torpaq sahəsinin, həmçinin Bərdə rayonun, Türkmən kəndində yerləşən 1.02 ha torpaq sahəsinin vərəsələr Cavabdeh1, X2 və İddiaçı tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməsinin müəyyən edilməsinə, xx.xx.2002-ci ildə vəfat etmiş miras qoyan X4 məxsus olmuş fərdi yaşayış evinin və həmin evin 0,18 ha torpaq sahəsinin miras əmlak kimi qanuni vərəsələr Cavabdeh1, və xx.xx.2017-ci ildə vəfat etmiş qanuni vərəsə X2 qanun üzrə vərəsələri İddiaçı, Bayramova (Məhərrəmova) Gülnarə Elburus qızı, Maraqlı şəxs3 Elburus qızı və Maraqlı şəxs1 arasında yenidən bölünməsinə və hər bir vərəsənin payımın müəyyən olunmasına, hazırkı iddia ərizəsinə baxılması üçün dövlət rüsumu olaraq ödədiyi 100 manatın cavabdelərdən alınaraq ona qaytarmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli e-2(021)-3147/2023 nömrəli qətnaməsi ilə (hakim F.Babaşov) iddia qismən təmin edilərək, Cavabdeh1 cavabdeh Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 2V-161 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi, 23 may 2002-ci il tarixdə vəfat etmiş miras qoyan X4 məxsus olmuş Bərdə rayonu, Türkmən kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0,18 ha torpaq sahəsinin Cavabdeh1 və mərhum X2 qanun üzrə birinci növbəli vərəsələri olan İddiaçı, Maraqlı şəxs3 Elburus qızı, Maraqlı şəxs1 və Bayramova (Məhərrəmova) Gülnarə Elburus qızı tərəfindən qəbul edilmiş hesab edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun 50 manatının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, dövlət rüsumunun geri qalan 50 manat hissəsinin isə iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh3 və Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (oğlu) Cavabdeh3 ərizə ilə müraciət edərək özü və nümayəndəsi olduğu digər cavabdeh anası Cavabdeh1 adından vermiş olduğu apellyasiya şikayətindən imtina etdiyini və iş üzrə apellyasiya icraatına xitam verilməsini xaiş etmişdir. Həmçinin, apellyasiya şikayətindən imtina edilməsinin hüquqi nəticələrinin ona məlum olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və üçüncü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 etibarnamə üzrə nümayəndəsi (anaları) İddiaçı apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh X1 və 3-cü şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Lakin kollegiyanın iclasında 3-cü şəxsləri nümayəndəsi anaları Elmira Məhərəmova təmsil etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.2-ci maddəsinə görə, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.4-cü maddəsinə görə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verilir. Həmin Məcəllənin 369.3-cü maddəsində göstərilir ki, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsində isə iddiaçının iddiadan imtina etməsi və cavabdehin iddianı etiraf etməsinin məhkəmə tərəfindən qəbul edilmədiyi və ya tərəflərin barışıq sazişini məhkəmənin təsdiq etmədiyi halda prosesin sonrakı istiqaməti müəyyən olunmuşdur. Bu halda məhkəmə işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Məhkəmə iddiaçının iddiadan imtina etməsini və cavabdehin iddianı etiraf etməsini o halda qəbul etmir, habelə tərəflərin barışıq sazişini o halda təsdiq etmir ki, iddiaçının iddiadın imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olsun və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmuş olsun (MPM-nin 52.5-ci maddəsi). Apellyatorun apellyasiya şikayətindən imtina etməsinin qanunsuz olması və ya başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafeyini pozması müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 özünün və nümayəndəsi olduğu digər cavabdeh (anası) Cavabdeh1 adından Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2023cü il tarixli e-2(021)-3147/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunmalı və bu əsasa görə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 369.1-ci maddəsində deyilir ki, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Cavabdeh3 özünün və nümayəndəsi olduğu digər cavabdeh (anası) Cavabdeh1 adından Bərdə Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli e-2(021)-3147/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin və bu əsasa görə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar