Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-568/2023 27.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxslər Tərtər rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(061)-592/2022 nömrəli qərardadından ərizəçi İddiaçı tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı maraqlı şəxslər Tərtər rayon notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, 27 avqust 1998-ci il tarixli 14 nömrəli qərar əsasında verilmiuş Tərtər rayonu Qaradağlı kəndində yerləşən 0,78 ha torpaq sahəsinə, JN-454 KOD61106038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında mərhum bibisinin adı, soyadı və ata adı “X6” əvəzinə “X5” kimi oxunması və həmin daşınmaz əmlakın onun tərəfindən qəbul olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(061)-592/2022 nömrəli qətnaməsi ilə ərizə təmin edilərək, Tərtər rayon Aqrar Komissiyasının 27 avqusdt 1998-ci il tarixli 14 nömrəli qərarı ilə verilmiş JN 454 KOD 61106038 nömrəli Dövlət X1, həmçinin X3 məxsus olması faktı müəyyən edilməsi, həmin Dövlət Aktında nəzərdə tutulmuş torpaq sahəsinin ərizəçi İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməsi qət olunmuşdur. İşdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X8 qətnamədən apellyasiya şikayəti, eyni zamanda ötürülmüş prosessual müddətin bərpa olunmasına dair ərizə vermişdir. Ağdam Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(061)-592/2022 nömrəli (hakim E.Bayramov) qərardadı ilə ərizəçi İddiaçı hüquqmüəyyənedici sənədin şəxsə məxsus olması və mirasın qəbulu faktinin müəyyən edilməsinə dair ərizəsi üzrə Tərtər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli qətnaməsindən maraqlarına toxunulduğunu iddia edən X8 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılması və şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan ərizəçi İddiaçı şikayət verərək, qərardadın ləğv olunması və ötürülmüş prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi, eləcədə apellyasiya şikayətinin qeyri mümkün hesab olunmasını xahiş etmişdir. Tərtər Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(061)-592/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərin iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1. və 357.2 maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Həmin Məcəllənin 360-cı. maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 361.1.maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Apellyasiya şikayətini verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın. Həmin Məcəllənin 364.2. maddəsinə görə apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Göründüyü kimi sadalanan, mülki prosessual qanunvericilikdə işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də apellyasiya şikayəti vermək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Apellyasiya şikayətinin dəlilləri Tərtər Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(061)-592/2022 nömrəli qərardadının ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Tərtər Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(061)-592/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalı və qətnamədən narazı qalan işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 257, 263-264, 357, 398.0.1, 400 və 402 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Ərizəçi İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(061)-592/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Tərtər Rayon Məhkəməsinin 30 iyun 2022-ci il tarixli 2(061)-592/2022 nömrəli qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs X4 vermiş olduğu apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddаn şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-568/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-568/2023
27.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver