Məhkəmə qərarları › İş №2(104)-568/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-568/2025

25.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-568/2025 25.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçılar İddiaçı1, Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-600/2024 saylı qətnaməsindən İddiaçı1 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü ƏY Y Ə N E T D İ: İddiаçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 09 iyun 2012-ci il tarixli 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında torpaq sahəsi və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evinin miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Bərdə rayon sakinləridir. X1, anaları isə X6r. Onlar 4 uşaq olmuşlar. X16 29 sentyabr 1989-cu il tarixdə, anaları Çiçək Fərəcova isə 01 may 2003-cü ildə, qardaşları X8 isə xx.xx.2020-ci ildə vəfat etmişdir. Ataları vəfat etməmişdən öncə xüsusi mülkiyyətində ünvan 2 ünvanında torpaq sahəsi və torpaq sahəsi üzrə inşa edilmiş fərdi yaşayış evi vardır. Qeyd etdiyi torpaq sahəsi Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə X17 kitabında A № 200280 nömrə ilə uçota alınmış, sahəsi 635,96 kv.m olan fərdi yaşayış evi tikdirmək üçün verilmişdir. Sözügedən plan və ölçü sənədində ata adı səhv yazıldığından bununla bağlı məhkəməyə müraciət etmiş, ərizəsi əsasında Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-1411/2022 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş, X12 adına verilmiş A 200280 nömrəli Plan və ölçü sənədinin X9 məxsus olması faktı müəyyən edilmişdir. Ailə üzvləri vəfat etdikdən sonra qeyd etdiyi torpaq sahəsini və həmin sahə üzərində inşa edilmiş fərdi yaşayış evində o, bacıları ilə birlikdə qalmış və istifadə etmişdir. Hazırda evin bütün kommunal sənədləri onun adınadır. Ailə üzvləri vəfat etdikdən sonra o, Bərdə şəhər C.Cabbarlı küçəsi 30 nömrəli evdə yaşadığı üçün mirası o qəbul etmişdir. Onun qeydiyyat ünvanı ünvan 3 küçəsi ev 30-dur. Bərdə Regional ASAN Xidmət mərkəzinin notariat ofisi tərəfindən verilmiş məktubda hər iki ünvanın eyni ünvan olması qeyd edilmişdir. İndi isə miras qalmış fərdi yaşayış evini adına sənədləşdirmək istəyir. Bununla bağlı notariusa müraciət etdikdə adına sənədləşdirməkdən imtina etdilər. Səbəb olaraq mirası qəbul etmə müddəti ötürülmüşdür. Bununla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Bərdə rayon məhkəməsinin 2(021)-297/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə tələbi təmin edilmişdir. Lakin qətnamədən maraqlarına toxunmuş hazırki iş üzrə cavabdeh mərhum qardaşının həyat yoldaşı Cavabdeh apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-2292/2023 saylı qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək Bərdə rayon Məhkəməsinin sözügedən qətnaməsi ləğv edilmiş və ərizə baxılmamış saxlanılmışdır. Qətnamənin ləğvinə səbəb isə anaları Çiçək Fərəcovanın 01 may 2003-cü ildə vəfat etdikdən sonra onun vərəsəsinin qardaşı X8 olduğunu bildirərək qardaşının adına fərdi yaşayış evinə 09 iyun 2012-ci il tarixli 2V-467 reyestr nömrəli vərəsəlik şəhadətnaməsi alınmışdır. Qardaşı vəfat etdikdən sonra isə vərəsəsi yoldaşı Cavabdeh olmuşdur. Bunlardan isə sadəcə məhkəmə zamanı məlumatı olmuşdur. Qeyd edir ki, vərəsəlik şəhadətnaməsi saxta yolla alınmışdır və buna görə hüquqları pozulmuşdur. Buna görə sözügedən vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsini və miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsini istəyir. Daha sonra iddiaçılardan İddiaçı1 xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia həcminin azaldılması barədə ərizə verərək 09 iyun 2012-ci il tarixli 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi və ünvan 1 ünvanında torpaq sahəsinin vərəsələr arasında bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-600/2024 saylı qətnaməsi ilə (hakim F.Babaşov) iddianın qismən təmin edilməsi, mərhum X3 miras qalmış əmlak olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A№200280 saylı Torpaq sahəsinin planı və ölçüsünə əsasən Bərdə Rayon Aqrar İslahat Komissiyasının 31 iyul 2006-cı il tarixli 06 saylı qərarı ilə X9 Bərdə şəhərində fərdi yaşayış evi tikmək üçün ayrılmış (ünvan 1 ünvanında yerləşən) 635,96 kv.metr torpaq sahəsinin vərəsələr arasında bölünərək həmin torpaq sahəsinə İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin 3/18 hissədə miras (vərəsəlik) paylarının, Cavabdeh, X7 və X2 hər birinin isə 1/18 hissədə miras (vərəsəlik) paylarının tanınmasl, miras qalmış torpaq sahəsindən vərəsələrdən X11 (bəzi məlumatlara görə X13) və X4 hər birinə çatacaq 3/18 hissədə miras paylarının isə açıq saxlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 60 manatı iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada, geri qalan 40 manatı isə Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı3 oğlu və Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 ərizə ilə müraciət edərək, iddia tələbinin xx.xx.2012-ci il tarixli, 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində iddiadan imtina etdiyini və həmin hissədə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, tərəflərin ərizə və izahatlarını dinləyərək hesab edir ki, İddiaçı1 iddia tələbinin xx.xx.2012-ci il tarixli, 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində iddiadan imtinası qəbul edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə kollegiyası qeyd edir ki, imtina ərizəsi məhkəmə kollegiyasının iclasında İddiaçı1 tərəfindən şəxsən təqdim edilmişdir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd deyildir, hər hansı bir şəxsin qanunla qorunan mənafelərini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apelyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı "xxxx" QSC-nin iddiadan imtinası qəbul edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 600/2024 saylı qətnaməsi ləğv edilməli və iş üzrə iddia tələbinin xx.xx.2012-ci il tarixli, 2V- 467 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində icraata xitam verilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191, 261.0.4, 370, 402, 405.0.2 və 406-cı maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh və qeyrilərinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş bütün sənədlərin etibarsız hesab edilməsi və s. tələbinə dair mülki iş üzrə İddiaçı1 iddia tələbinin xx.xx.2012-ci il tarixli, 2V- 467 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-600/2024 saylı qətnaməsi iddia tələbinin xx.xx.2012-ci il tarixli, 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilsin və iddia tələbinin xx.xx.2012-ci il tarixli, 2V-467 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi hissəsində icraata xitam verilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar