Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-57/2025 24.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhəri 6 saylı Notariat ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair verilmiş çıxarışın ləğvi” tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X9 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh, onun etibarnamə üzrə nümayəndəsi (vəkil) X7 və cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, Gəncə şəhəri 6 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mülkiyyət hüququna dair çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(125)-5258/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 fevral 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 40,7 kv.m ibarət mənzil İddiaçı mülkiyyətində olmuşdur.
2. Yaşayış yeri üzrə qeydiyyat haqqında 23 noyabr 2022-ci il tarixli, ******* nömrəli arayışın surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 31 nömrəli evin, 18 nömrəli mənzilində qeydiyyatdadır.
3. İddiaçı ünvan 2 ünvanlandığı 24 noyabr 2022-ci il tarixli ərizənin mətnindən görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 01 iyul 2022-ci il tarixdə verilmiş **********05-05101- 093015 reyestr və ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında ona məxsus olan ünvan 3 ünvanında yerləşən mənzili satmaq istəyir. Bununla əlaqədar həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə edilməsinin təmin olunmasını xahiş etmişdir.
4. Satıcı İddiaçı və alıcı Cavabdeh ünvan 4 ünvanlandıqları 24 noyabr 2022-ci il tarixli ərizənin mətnindən aydın görünür ki, İddiaçı məxsus olan ünvan 5 ünvanında yerləşən mənzilin (1/1 hissə 40.7 kvadratmetr) 25000 (iyirmi beş min) manat qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi, həmçinin bununla bağlı başqa xərclərin ödənilməsini alıcı öz üzərinə götürür. Alıcı bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin notariusun depozit hesabına qəbul olunmasını xahiş edir. Satıcı həmin məbləğin müvafiq müqavilənin notarius tərəfindən təsdiq edildikdən sonra notariusun depozit hesabı vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin ona izah olunmasını xahiş etmişdir.
5. ünvan 6 ünvanlandığı 24 noyabr 2022-ci il tarixli, 884 nömrəli məktubundan görünür ki, ünvan 7 ünvanında qeydiyyatda olan Cavabdeh tərəfindən ünvan 3 ünvanında yerləşən əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 25000 (iyirmi beş min) manat müvafiq müqavilə notarius tərəfindən təsdiq edildikdən sonra onun məxaric çeki əsasında ünvan 8 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün bankda olan AZ34MUGA**********00001AZM13 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir.
6. "xxxx" ASC-nin Gəncə filialının 24 noyabr 2022-ci il tarixli qəbzindən görünür ki, Cavabdeh ünvan 6 ünvanlandığı 24 noyabr 2022-ci il tarixli, 884 nömrəli məktub əsasında 25000 (iyirmi beş min) manat notariusun depozit hesabına qoymaq üçün banka mədaxil etmişdir.
7. 24 noyabr 2022-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı ünvan 8 ünvanında yerləşən 40,7 kv.m ibarət mənzili alıcı Cavabdeh 25000 (iyirmi beş min) manata satmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhəri 6 saylı Notariat ofisinə qarşı “alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair verilmiş çıxarışın ləğvi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 31 saylı evin 18 saylı mənzilinə dair Cavabdeh ilə onun arasında Gəncə şəhəri 6 saylı notariat kontorunda bağlanılmış 24 noyabr 2022-ci il tarixli, 4Ə-753 reyestr nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi barədə və Cavabdeh adına ünvan 5-ə dair verilmiş çıxarışın, mülkiyyət hüququna dair qeydin ləğv edilməsi və ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 3-də qeydiyyatda olmaqla orada yaşayır. Atası və həyat yoldaşını itirmiş, övladı yoxdur, kimsəsiz və tənha qadındır. Bir qrup dələduz şəxslərin əlinə düşmüş və onların onu aldatmaları nəticəsində evini cavabdehin adına keçirtmişdir. Cavabdeh şəxs onun evini mülkiyyətinə keçirtdikdən sonra banka girov qoyaraq, kredit götürmüş və həmin kreditdən də evin dəyərindən də onun xəbəri və məlumatı olmamış, yəni evin satış pulundan ona bir manat da olsun pul ödənilməmişdir. Notariat ofisində aparılan alqı-satqı prosesindən və orada olan görüntülərdən və bankda olan pulun alınıb verilməsi görüntülərdən də görünür ki, ona bir manat da olsun cavabdeh tərəfindən və ya da onun ətrafında olan dələduz şəxslər tərəfindən pul ödənilməmişdir. O, Aftandil adlı şəxs vasitəsi ilə aldadılaraq, notariat orqanına aparılmışdır. Aftandil adlı şəxs Cavabdeh adamı olmuş və onlar birgə qrup şəklində ona qarşı dələduzluq edərək, onu foto-şəkilləri və digər vasitələrlə şantaj edərək, evini təzyiq altında notariat orqanına aparıb guya alqı-satqı etdirib evini mülkiyyətlərinə keçirmişdir. Lakin alqı-satqı prosesində ona bir manat da olsun pul ödənilməmişdir. Nə notariat orqanında ona pul təqdim edilməmiş, nə də banka gedərkən bankda olan hesabdan pul onun tərəfindən götürülməmiş və Cavabdeh həmin pulların hamısını götürmüşdür. Daha sonra isə guya həmin evi girov qoyub ona pul verəcəklərdi. Lakin ev girov qoyulduqdan sonra yenə də ona pul verməmişlər və o, hal-hazırda evdə yaşasa da ev onun istifadəsində və sahibliyində olsa da evsiz qalmışdır. Faktiki olaraq ev onun mülkiyyətində deyil və sərəncam hüququ tamamilə əlindən alınmışdır. Ona görə də məhkəmədə iddia qaldırmışdır.
10. Gəncə Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(125)-5258/2023 nömrəli qətnaməsi (hakim Z.İmanov) qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X14 ilə mərhum X15 və mərhum X8 arasında Şəmkir Rayon 2 saylı Notariat Kontorunda 16 iyul 2003–cü il tarixdə bağlanmış, 4Ə–04–355 nömrəli reyestrdə qeydə alınmış, Şəmkir rayonu, Nərimanlı kəndində yerləşən 21886.00 İddiaçı cavabdehlər Cavabdeh və Gəncə şəhəri 6 saylı Notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququna dair verilmiş çıxarışın ləğvi” tələbinə dair iddiası rədd edilmiş, iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 144, 152, 324, 337, 339, 347 və 404-cü maddələri və Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, bir qrup dələduz və soyğunçu şəxslərin əlinə düşmüş və onu aldatmaları nəticəsində evini cavabdehin adına keçirtmişdir. Cavabdeh evini mülkiyyətinə keçirtdikdən sonra banka girov qoyaraq, kredit götürmüş və həmin kreditdən də, evin dəyərindən də xəbəri və məlumatı olmamış, yəni evin satış pulundan ona bir manat da olsun pul ödənilməmişdir. Aftandil adlı şəxs vasitəsi ilə aldadılaraq, notariat orqanına aparılmış, Aftandil adlı şəxs Cavabdeh adamı olmuş və onlar birgə qrup şəklində ona qarşı dələduzluq edərək, onu foto-şəkillər və digər vasitələrlə şantaj edərək, evini təzyiq altında notariat orqanına aparıb guya alqı-satqı etdirib evi mülkiyyətlərinə keçirmişlər. Əslində alqısatqı prosesində ona bir manat da olsun pul ödənilməmişdir. Nə notariat orqanında ona pul təqdim edilməmiş, nə də banka gedərkən bankda olan hesabdan pul onun tərəfindən götürülməmişdir. Bankdan çıxarılan pulun hamısını Cavabdeh götürmüşdür. Daha sonra isə guya həmin evi girov qoyub ona pul verəcəklərdi. Lakin ev girov qoyulduqdan sonra yenə də ona pul verməmişlər. Faktiki olaraq ev onun mülkiyyətində deyil və sərəncam hüququ tamamilə əlindən alınmışdır. Məhkəmə iclasında verdiyi izahatı təhrif edilmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddia ərizəsində göstərilənlər tamamilə əsassızdır. Belə ki, 2022-ci ilin noyabr ayında tanışı Rafət adlı şəxs İlhamənin mənzil satması haqqında ona məlumat vermiş, həmin vaxt əlində pul olduğuna görə bir otaqlı ev alıb kirayəyə verməklə pul qazanmaq haqqında fikrə düşmüş, bundan sonra İlhamə ilə tanış olmuş və sonuncu ona evini 25000 manata satmaq istədiyini bildirmişdir. O, mənzilə baxıb bəyənmiş və onu almaq istədiyini demiş, qaydaya uyğun olaraq əvvəlcə notariat ofisinə gedib bu barədə notariusa fikirlərini bildirdikdən sonra notarius tərəfindən ona pulun bankda depozit hesaba yerləşdirilməsi barədə məktub verilmiş və sonra İlhamə ilə Muğanbankın Gəncə filialına getmişlər. Orada 25000 manat pulu kassaya təhvil verib notariusa qayıtmışdır. İlhamənin həmin pulu bankdan çəkməsinin şahidi olmamışdır. Notariat ofisində notarius onlara alqı-satqı müqaviləsi barədə məlumat vermiş və İlhamə ilə birlikdə alqı-satqı müqaviləsini imzalamışlar. Hətta onların şəkilləri notariat ofisində çəkilmişdir. Notariusun binasının yanında İlhamə Aftandili bacısı oğlu kimi ona təqdim etmişdir. O, heç kimi aldatmamış və şantaj etməmişdir. Nə də mənzili girov qoymaq barədə İlhamə ilə razılaşmamışdır. O, İlhamənin ona məxsus evdən qeydiyyatdan çıxarmaq məqsədilə Gəncə İnzibati Məhkəməsində iddia qaldırdıqdan sonra İlhamə də ona qarşı hazırkı iddiailə məhkəməyə müraciət etmişdir. İlhamə onun 25000 manat mənzilin alqı-satqısına görə ödədiyi pulu və digər çəkdiyi xərcləri ona qaytaracağı halda həmin mənzilin İlhaməyə qaytarmağa etiraz etmir. Bunu İlhamə ilə söhbət edərkən də ona demiş, hətta İlhamə onun səsini də yazmışdır. Hazırda mübahisəli evin açarları ondadır. Sadəcə evi təmir etmək üçün məhkəmənin sonunu gözləyir. Bundan başqa qeyd etmişdir ki, İlhamə ev alqı-satqısından başqa ondan qızıllarını girov qoyub borca pul almışdır. Bununla bağlı onların arasında dəfələrlə söhbət aparılmış və İlhamə onun xəbəri olmadan səsini telefonun diktofonuna yazmışdır. Həmin səs yazılarında olan danışıqlar borc verdiyi pulla bağlıdır. Həmin məsələ başqa icraat üzrə məhkəmədə baxılır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında bildirmişdir ki, İlhamə onunla “instaqram” sosial şəbəkəsi vasitəsilə tanış olmuş və aralarında sevgi münasibətləri olmuşdur. O, İlhamə ilə bir neçə dəfə onun dəvəti ilə evində görüşmüşdür. Etiraf edir ki, İlhamədən bir neçə dəfə borc pul alıb qaytarmışdır. Hazırda İlhaməyə 1000 manat borcu vardır. İddia ərizəsində göstərilənləri qəbul etmir. O, İlhaməni heç vaxt şantaj etməmiş, onun telefonunda İlhamənin çılpaq şəkilləri olmamışdır. Eyni zamanda İlhamənin Elmiraya ev satması prosesində də iştirak etməmişdir. İlhamə satdığı evin pulunu ona verməmişdir. İddiaçı ondan əsassız yerə polisə şikayət etmişdir. Halbu ki, iddiada göstərilənlərin ona aidiyyəti yoxdur. Apellyasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış ünvan 5 ünvanında yerləşən 40.7 kvadratmetrdən ibarət mənzilə dair 24 noyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi yalan əqddir, başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Görünüş üçün bağlanmışdır. Ona görə də əhəmiyyətsizdir. Gəncə şəhəri 6 saylı Notariat ofisinə göndərilmiş vəkil sorğusu və ona cavabdan müəyyən olunur ki, alqı-satqı üçün ödənilmiş 25000 manat pul İddiaçı tərəfindən götürülməmişdir. İşə əlavə edilən "xxxx" ASC-nin Gəncə filialının 23 dekabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcu üzrə 1050 manat pul ödənilmişdir. İşəəlavəedilən "xxxx"ASCninGəncəfilialının 17 mart 2023-cü iltarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh borcu üzrə İddiaçı 580 manat pul ödəmişdir. 580 manat pul ödəmişdir. İşə təqdim edilmiş və məhkəmə iclasında dinlənilmiş flaska və diskdə olan səslərdən tam aydın olur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 24 noyabr 2022-ci il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əslində mübahisəli mənzilin ipotekaya qoyularaq "xxxx" ASC-nin Gəncə filialından kredit borcunu götürülməsini pərdələmək məqsədilə bağlanan əqdir. Belə ki, Cavabdeh səs yazmasında konkret olaraq göstərir ki, “banka borcunu ödə evini qaytar. Sənin evini neynirəm ki” Bu ifadələr özlüyündə sübut edir ki, iddiaçının iddiası əsaslıdır, həqiqətən də mübahisəli evin alı-satqısı yalan olaraq bağlanmışdır. Əslində ev Cavabdeh adına rəsmiləşdirdikdən sonra Cavabdeh "xxxx" ASC-nin Gəncə filialına ipotekaya qoyulmalı, kredit götürülməli, götürülən kredit X5 verilməli, Elşad Bədəlov öz növbəsində qrafik üzrə hər ay kredit borcunu ödəməli idi. X10 hərbçi olmuşdur, yaxşı əmək haqqı alırdı. Dinlənilmiş səs yazılarından qeyd olunanlar təsdiqini tapır. Üçüncü şəxs X10 iclasda bildirdi ki, guya ki, Cavabdeh tanımamış, İlhaməyə görə tanışımışdır. Ancaq səs yazmadan müəyyən edilir ki, Elmira Aftandili əvvəldən tanımışdır. İlhaməni birləşib aldadaraq Elmiranın "xxxx"ASC-nin Gəncə filialında tanışı olan şəxs kimi təqdim edilərək, mübahisə edilən mənzili formal olaraq Elmiranın adına rəsmiləşdirmək, bundan sonra mənzili ipotekaya qoyaraq pul götürmək, götürülən pulu Aftandil əmək haqqısı hesabına ödənilməli idi. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, mübahisə edilən mənzili kirayə vermək məqsədi ilə almışdır. Hazırki mülki işə Gəncə Şəhər Məhkəməsində 20 noyabr 2023-cü il tarixdə baxılarkən təxminən bir saat səs yazmalarına qulaq asılmış, ancaq qətnamədə səs yazmalarının dinlənilməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədlişəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. KonstitusiyaMəhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsinin Plenumu yekun olaraq qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatlar
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, hazırda da həmin evdə yaşayır. O, Cavabdeh 14000 manat pul istəmiş, cavabdeh isə yalnız evin alqı-satqı müqaviləsi bağlanıldığı halda ona pul verəcəyini bildirmiş, bu səbəbdən də cavabdehlə aralarında alqı-satqı müqaviləsi bağlanmış və depozitə qoyulmuş 25000 manatı çıxartmış, həmin puladan ona 14000 manat verilmiş o da həmin məbləği Aftandilə vermişdir. Qalan 11000 manat pulun kimdə qalmasından məlumatı olmamışdır. İddiaçı sonda məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə da apellyasiya şikayətini müdafiə edərək nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, Rafət adlı şəxs İlhaməni və Aftandili onun yanına gətirərək İlhamənin evini satdığını ona demişdir. Həmin vaxt İlhamə Avtandili bacısı oğlu kimi ona təqdim etmişdir. İlhamənin evini bəyəndiyi üçün almaq qərarımna gəlmiş və qiymətini 25000 manata razılaşmışlar birlikdə notariusa getmişlər və aralarında alqı-satqı müqaviləsi bağlanmışdır. Evin pulunu depozitə qoymu, alqı-satqı bağlandıqdan sonra İlhamə pulu depozitdən götürmüşdür. Əvvəllər Rafət adlı şəxsin özünədə 14000 manat borc vermişdir. Rafətə verdiyi 14000 manatı banka girov qoyduğu qızılların müqabilində əldə etmişdir. İlhamə ilə aralarında olan danışıqlarda da həmin məbləğdən söhbət etmişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X7 da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinin nümayəndəsi X11 izhatında göstərmişdir ki, 24 noyabr 2022-ci il tarixdə İddiaçı və Cavabdeh 6 saylı notariat ofisinə gəlmiş və İddiaçı mülkiyyətində olan evi 25000 manata Cavabdeh satmaq istədiyini bildirmişdir. Alqı-satqıya dair sənədlər onun tərəfindən hazırlanmışdır. Cavabdeh təqdim edilmiş məktub əsasında "xxxx" ASC-nin depozit hesabına 25000 manat qoymuş, sonra hər ikisi tərəfindən alqı-satqı müqaviləsi imzalanmışdır. Depozitdə olan pul sonradan İddiaçı tərəfindən götürülmüşdür. Əsmət Yolçuyeva sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, həmin vaxt tərəflər arasında borc müqaviləsinin bağlanması ilə bağlı heç bir razılaşma olmamış, eləcədə İddiaçı evini borc müqavilində girov qaymaq niyyətində olduğunu deməmişdir. Tərəflərin müraciəti sırf alqı-satqıdan irəli gəlmiş və sonuncuların istəyi ilədə alqı-satqı müqaviləsi bağlanmışdır. Hətda 03 mart 2023-cü il tarixdə Cavabdeh İddiaçı 10000 manat borc verməsinə dair tərəflər arasında borc (kredit) müqaviləsi bağlanmış, müqavilə predmeti olan pul məbləği depozitə qoyulmuş və həmin məbləğdə İddiaçı tərəfindən depozit hesabdan götürülmüşdür. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
20. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
21. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
22. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
23. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
24. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
25. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.
26. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.
27. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.
28. Maddə 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər.
29. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.
30. Maddə 347.3: Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir.
31. Maddə 347.4: Kontragentin şəxsiyyəti barəsində yanılma yalnız o zaman vacib sayılır ki, əqdin bağlanması üçün kontragentin şəxsiyyəti və ya şəxsi keyfiyyətlərinin nəzərə alınması başlıca əsas olmuşdur.
32. Maddə 347.5. Predmetin əsas xüsusiyyətləri barəsində yanılma yalnız o zaman vacib sayılır ki, predmetin dəyərinin müəyyənləşdirilməsi üçün əhəmiyyət kəsb edir.
33. Maddə 347.6. Yazılı əqdlər bağlanarkən buraxılmış xırda səhvlər düzəlişə hüquq verir, lakin mübahisə etməyə hüquq vermir.
34. Maddə 347.7. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf yanılmanın digər tərəfin təqsiri üzündən əmələ gəldiyini sübuta yetirərsə, özünə dəymiş real zərərin əvəzini ödəməyi digər tərəfdən tələb edə bilər. Bu, sübuta yetirilməsə, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdi mübahisələndirmiş tərəf digər tərəfin tələbi ilə ona dəymiş real zərərin əvəzini ödəməyə, hətta yanılmanın yanılan tərəfdən asılı olmayan səbəblərdən əmələ gəldiyi hallarda da borcludur.
35. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və məhkəmədə iştirak edən şəxsləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə cavabdeh X12 arasında Gəncə şəhəri 6 saylı notariat ofisində 24 noyabr 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 31 nömrəli evin 18-ci mənzilini 25000 manata Cavabdeh satmışdır. X1 qeyd olunan mənzili satmadığını, əslində həmin mənzili cavabdehdən aldığı 14000 manat borcun əvəzinə girov qoyduğunu, lakin Aftandil və Elmira adlı şəxslərin onu aldadara evi alqı-satqı əsasında ələ keçirdiklərin əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.
46. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
47. Belə ki, İddiaçı iddia ərizəsində, eləcədə apellyasiya şikayətində bir qrub şəxs tərəfindən aldadılaraq, yəni foto-şəkillər və digər vasitələrlə şantaj edərək, təzyiq altında notariat orqanına aparılaraq alqı-satqı müqaviləsi əsasında mənzilinin ələ keçirilməsini, bankda olan hesabdakı pulun onun tərəfindən götürülməməsini, mənzilin satış pulundan ona bir manat da olsun ödənilməməsini, Cavabdeh həmin pulların hamısını özünə götürməsini qeyd etsədə, lakin hazırkı apellyasiya icraatı zamanı verdiyi izahatında göstərmişdir ki, bankın depozitində olan 25000 manat onun tərəfindən çıxarılmış, həmin puldan ona 14000 manat verilmiş, o da həmin məbləği Aftandilə vermiş, qalan 11000 manatı isə Elmira özünə götürmüşdür.
48. Eləcədə işə əlavə olunmuş notariat işindən görünür ki, İddiaçı və Cavabdeh Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 31 nömrəli evin 18 saylı mənzilinin öz aralarında 25000 manata alqı-satqısı barədə razılığa gəlmiş və alqı-satqı müqaviləsinin bağlanması üçün 24 noyabr 2022-ci ildə Gəncə şəhəri, 6 saylı notariat ofisinin notariusi Məhərrəm Talıbovun adına ərizə yazmışlar.
49. Bundan əlavə işə apellyasiya icraatında baxılarkən cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinin nümayəndəsi X6 izhatında göstərmişdir ki, 24 noyabr 2022-ci il tarixdə İddiaçı və Cavabdeh 6 saylı notariat ofisinə gəlmiş və İddiaçı mülkiyyətində olan evi 25000 manata Cavabdeh satmaq istədiyini bildirmiş, Cavabdeh təqdim edilmiş məktub əsasında "xxxx" ASCnin depozit hesabına 25000 manat qoymuş, sonra hər ikisi tərəfindən alqı-satqı müqaviləsi imzalanmışdır. Depozitdə olan pul sonradan İddiaçı tərəfindən götürülmüşdür. Sədrlik edənin sualına cavab olaraq Əsmət Yolçuyeva bildirmişdir ki, həmin vaxt tərəflər arasında borc müqaviləsinin bağlanması ilə bağlı heç bir razılaşma olmamış, eləcədə İddiaçı evini borc müqavilində girov qaymaq niyyətində olduğunu deməmişdir.
50. 19 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında İddiaçı alq-satqı ilə bağlı 25000 manatın "xxxx" ASC-dən götürülməsini təsdiq edən məxaric qəbzindəki imzanın ona məxsus olmadığını bildirmişdir. Sonuncunun qeyd olunan dəlilini yoxlamaq üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 mart 2024-cü il tarixli 2(104)-445/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən 29 may 2024-cü il tarixli 4/635 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəydə qeyd olunmuşdur ki, ekspertizaya təqdim olunmuş mülki işin 241-ci vərəqində olan 24 noyabr 2022-ci il tarixli 674355 nömrəli çekdə “çekdə göstərilən məbləği aldım” qrafasındakı imza İddiaçı tərəfindən icra olunmuşdur.
51. İddiaçı tərəfin təqdim etdiyi “Fləş” kartdakı danışıqların yazılı mətninin müəyyən edilməsi üçündə iş üzrə 29 iyul 2024-cü ildə məhkəmə-fonoskopik ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən 20 dekabr 2024-cü il tarixli 4/1386 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Həmin rəyin tədqiq hissədində fonoqramdakı danışıqların yazılı mətn və mətn hissələri qeyd olunsada, lakin tərəflər arasındakı danışıqlarda 52000 borcla bağlı, eləcədə hazırkı mübahisəyə aid olmayan məzmunda söhbət aparılması aşkar olunmamışdır. Məişət xarakterli söhbətlərdə girovla bağlı söbbərtlərdən bəhs olunsada, cavabdeh Elmirə İbrahimova bildirmişdir ki, Rafətə verdiyi 14000 manatla bağlı girov qoyduğu qızıllardan bəhs etmişdir.
52. Eləcədə iddiaçı tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi Gəncə Şəhər Məhkəməsinin 14 yanvar 2025-ci il tarixli e-2(125)-292/2025 nömrəli qiyabi qətnamədən görünür ki, İddiaçı cavabdeh X5 qarşı pul tələbinə dair iddiası təmin olunaraq, cavabdeh X2 52000 manat alınıb İddiaçı verilməsi qət olunmuşdur.
53. Kollegiya yuxarıda qeyd olunanları nəzərə alır və hesab edir ki, iddiaçı tərəfin irəli sürdüyü biri-digərinə zid dəlillər qətnamənin ləğvi üçün əsas deyil.
54. Mülki prosessual qanunvericiliyə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 may 2024-cü il tarixli 4/635 nömrəli və 20 dekabr 2024-cü il tarixli 4/1386 nömrəli ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 274 (150+124=274) manatdır. Kollegiya hesab edir ki ekspertiza tədqiqatlarının ümumi dəyəri 274 manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməli, eləcədə iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372- 376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli 2(125)-5258/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 274 manat İddiaçı alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.