Məhkəmə qərarları › İş №2(104)-576/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-576/2023

21.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-576/2023 21.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: vərəsəlik hüququ üzrə mübahisələr) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-786/2022 saylı iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətinə 21 fevral 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Bakı Ərazi İdarəsinin 26 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, 1938-ci ildə aparılmış inventarlaşdırma zamanı ünvanı Kirovabad şəhəri, Sabir küçəsi, 7-ci döngə, 33 olan fərdi yaşayış evi X6 istifadəsində olduğu göstərilmişdir. X6 istifadəsində olan və sonradan ünvanı ünvan 1lan bu mülk daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. 1979-cu ilin arxiv məlumatlarına əsasən tikili «A»-da 23.8 kvadrat metr bir yaşayış otağından, tikili «B»-də 28.1 kvadrat metr bir yaşayış otağı, 19.1 kvadrat metr örtülü eyvan, 6.5 kvadrat metr mətbəx, 6.8 kvadrat metr mətbəx, 6.8 kvadrat metr dəhliz, 15.2 kvadrat metr zirzəmidən ibarət olmuşdur. Kirovabad şəhər X28 İcraiyyə Komitəsinin xx.xx.1979-cu il tarixli 32 nömrəli protokolu ilə verilmiş 954 nömrəli order, Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 6 saylı Mənzil-İstismar Sahəsinin xx.xx.2005-ci il tarixli 225 saylı (qeydiyyatda olanlar: X17, Cavabdeh1, X38), Cavabdeh1 Gəncə şəhəri 4 notariat kontorunun xx.xx.2005-ci il tarixli 7E-21-20527 saylı reyestrdə, X26 Rusiya Federasiyası Moskva şəhəri notariat kontorunun xx.xx.2005-ci il tarixli 3-577 reyestrdə təsdiq edildiyi razılıq ərizələri, Gəncə şəhər X14 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.2006-cı il tarixli 04 saylı qərarından çıxarışına əsasən ünvan 2 X12 adına özəlləşmişdir və onun adına xx.xx.2006-cı il tarixli 22973 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 2V-71 saylı mülkiyyət hüququ haqqında və 2V-72 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən bu mənzil Cavabdeh1 adına keçmişdir və ona xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-237 saylı daşınmaz daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən bu mənzil Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanmışdır. Cavabdeh3 4- cü mikrorayon, 14 saylı evin 12 saylı mənzilinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

2. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlakın ½ hissəsinə X12 vərəsəsi Cavabdeh1 qanun üzrə vərəsəliyi müəyyən edilmişdir.

3. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 qalmış arvadı X20 ünvan 2 ünvanında yerləşən əmlakın ½ hissəsinə mülkiyyət hüququ müəyyən edilmişdir.

4. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən əmlak üzərində mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində 235 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır.

5. İş materiallarında olan 11 may 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən əmlak Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanmışdır.

6. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 26 sentyabr 2022-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzil xx.xx.1995-ci il tarixdə X21 adına ilkin qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 19 saylı DNK-nın 3M-A3/331 reyestr nömrəli xx.xx.1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən xx.xx.1998-ci il tarixdə X5 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 19 saylı DNK-nın 4-Ə/550 reyestr nömrəli xx.xx.2003-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2003-cü il tarixdə X12 adına qeydiyyatdan keçmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu M.M.Talıbov tərəfindən təsdiq edilmiş 2V-73 reyestr nömrəli xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə, 2V-70 reyestr nömrəli xx.xx.2022-ci il tarixli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış arvada verilən mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmişdir. Gəncə şəhər 6 saylı notariat ofisinin xüsusi notariusu M.M.Talıbov tərəfindən təsdiq edilmiş 4Ə-238 reyestr nömrəli xx.xx.2022-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

7. İş materiallarında olan 18 iyul 1998-ci il tarixli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzil X34 tərəfindən X1.

8. İş materiallarında olan 17 iyul 2003-cü il tarixli mənzilin bağışlanması müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzil X13 tərəfindən X16 bağışlanmışdır.

9. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzilin ½ hissəsinə X12 vərəsəsi Cavabdeh1 qanun üzrə vərəsəliyi müəyyən edilmişdir.

10. İş materiallarında olan 28 aprel 2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X4 qalmış arvadı X20 Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzilin ½ hissəsinə mülkiyyət hüququ müəyyən edilmişdir.

11. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzilə Cavabdeh1 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 4071 nömrəli reyestr kitabının 380101 nömrəli vərəqində qeydiyyata alınmışdır.

12. İş materiallarında olan 11 may 2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzil Cavabdeh1 tərəfindən Cavabdeh3 bağışlanmışdır.

13. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzilə Cavabdeh3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 4071 nömrəli reyestr kitabının 380101 nömrəli vərəqində qeydiyyata alınmışdır.

14. İş materiallarında olan 21 dekabr 2005-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X17 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ötən gündə ona məxsus olan bütün əmlakını, o cümlədən Bakı şəhəri, A.M.Şərifzadə küçəsi, ev 132, 25 saylı mənzili X29 vəsiyyət etmişdir.

15. İş materiallarında olan Dövlət Notariat Arxivi tərəfindən Gəncə Şəhər Məhkəməsinə ünvanlanmış 07 sentyabr 2022-ci il tarixli xx/xx-5544/11 saylı məktubdan görünür ki, Bakı şəhəri 19 saylı dövlət notariat ofisində xx.xx.2005-ci il tarixdə təsdiq olunmuş 2V-302 reyestr nömrəli vəsiyyətnamənin xx.xx.2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır.

16. İş materiallarında olan X26 dövlət sərhəddindən rəsmi hərəkəti barədə «Giriş-çıxış və qeydiyyat» X2 Axtarış Sistemindən çıxarışdan görünür ki, X38 xx.xx.2013-cü ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2013-cü ildə geri qayıtmış, xx.xx.2014-cü ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2014cü ildə geri qayıtmış, xx.xx.2015-ci ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2015-ci ildə geri qayıtmış, xx.xx.2016-cı ildə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gəlmiş və xx.xx.2016-cı ildə geri qayıtmışdır.

17. İşdə olan X-MÖ seriyalı 895574 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 25 mart 2022-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində ölmüşdür.

18. İş materiallarının 65-ci vərəqində olan arayışdan görünür ki, X38 ilə Abbasova (Atayeva) Həqiqət Amil qızının arasında olan xx.xx.2010-cu il tarixli rəsmi nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.

19. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 Həqiqət Amil qızı 20 iyun 2014-cü ildə nikahlarını X19 Aktlarının Qeydiyyat İdarəsinin X15 Aktlarının Qeydiyyat şöbəsində qeydə aldırmışlar.

20. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 16 noyabr 2010-cu ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. Həmin uşağın atası X38, anası isə İddiaçıdır.

21. İş materiallarında olan 14 iyul 2022-ci il tarixdə X30, X22 və X39 tərəfindən tərtib edilmiş aktdan görünür ki, X30, X22 və X39 Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı evin 25 saylı mənzilində 5 il (2015-ci ilin avqust ayından 2020-ci ilin iyun ayına kimi) boyunca kirayədə yaşamışlar. X16 məxsus olan bu ev Cavabdeh1 tərəfindən kirayəyə verilmişdir. Cavabdeh1 onlara dönə-dönə bildirmişdir ki, ev Moskva şəhərində yaşayan oğlu X38 tərəfindən alınıb və idarə edilir. Buna görə də kirayə pulunu Cavabdeh1 alırdı və hər ay ödədikləri 450 manat kirayə ev pulunu oğluna göndərdiyini iddia edirdi. X38 atası X12 vəfatından əvvəl və sonra da mütəmadi olaraq təmir işləri aparıb, idarə edib, xərclərini ödəyib, kirayə vermişdir. Hətta özü də 2013-cü ilin oktyabr ayında atasının vəfatından sonra təmir işləri aparıldığı zaman o evdə yaşayıb. O, evin təmiri ilə yanaşı mövcud olan bütün əşyaların da yenilərinin alınması xərclərini çəkib.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

22. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ünvan 2 və ünvan 4 ünvanlarında yerləşən mənzillərə dair ünvan 5 aprel 2022-ci il tarixli 2V-70 və 2V-71 reyestr nömrəli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrin, 28 aprel 2022-ci il tarixli 2V-72 və 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 11 may 2022-ci il tarixli 4Ə-238 və 4Ə-237 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, bu evlərə dair Cavabdeh3 adına verilmiş 12 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli və 15 may 2022ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, ünvan 2 və ünvan 4 ünvanlarında yerləşən mənzillərə və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının və onun azyaşlı övladı X23 miras payının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

23. Müstəqil tələb irəli sürən üçüncü şəxs X31 cavabdehlər İddiaçı, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ünvan 2 və ünvan 4 ünvanlarında yerləşən mənzillərə dair ünvan 5 aprel 2022-ci il tarixli 2V-70 və 2V-71 reyestr nömrəli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrin, 28 aprel 2022-ci il tarixli 2V-72 və 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 11 may 2022-ci il tarixli 4Ə-238 və 4Ə-237 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, bu evlərə dair Cavabdeh3 adına verilmiş 12 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli və 15 may 2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv olunması, ünvan 2 və ünvan 4 ünvanlarında yerləşən mənzillərə və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə miras payının müəyyən edilməsini xahiş etmişdir

24. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 və ünvan 4 ünvanlarında yerləşən mənzillər iddiaçının mərhum X3nun adına olmuşdur. Bundan başqa, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının X3nun atası X9 adınadır. İddiaçı X12 oğlu X38 ilə nikaha girərək, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi, 7-ci döngədə yerləşən 8 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı ilə X26 birgə nikahından 16 noyabr 2010-cu ildə X35 adlı bir uşaq anadan olmuşdur. X8 miras qalmış həmin mülk yalnız X17 tərəfindən qəbul edilmiş və V.H.Abbasov vəfat etdiyi günə qədər həmin evdə yaşamışdır. Daha sonra isə iddiaçının əri X38 həmin mülkdə yeni yaşayış binası tikdirmiş, beləliklə də öz atasından qalan mirası qəbul və idarə etmişdir. Həmçinin, ünvan 4 ünvanında yerləşən mənzili iddiaçının əri X38 alsa da, əvvəlcə onu bibisinin adına almış, sonra E.V.Abbasovun bibisi həmin mənzili X16 bağışlamışdır. X37 isə qeyd olunan mənzil E.V.Abbasovun olduğuna görə onu Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq olunmuş 21 dekabr 2005-ci il tarixli 2V-302 reyestr nömrəli vəsiyyətnamə ilə E.V.Abbasova vəsiyyət etmişdir. İddiaçının X3 02 avqust 2013-cü il tarixdə vəfat etmişdir. X17 vəfat edəndən sonra iddiaçı X38 Bakı şəhərində yerləşən bu miras mənzili də faktiki qəbul etməklə onu idarə etmiş, mənzildə dəfələrlə təmir işləri görmüş, onu kirayə vermişdir. Yəni, atasından qalmış mirasın iddiaçının əri X38 tərəfindən qəbul edilməsi faktı mübahisəsiz olsa da, E.V.Abbasov mirası adına rəsmiləşdirmədən 25 mart 2022-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də hər üç əmlakda atasından E.V.Abbasova miras qalmış vəsiyyətnamə üzrə çatası pay iddiaçıya və azyaşlı övladına çatmalı idi. Belə ki, iddiaçının X3 vəfat edəndən sonra X38 ünvan 4 ünvanında yerləşən mənzili faktiki qəbul etməklə onu idarə etmiş, mənzildə dəfələrlə təmir işləri görmüş, onu kirayəyə vermişdir. Həmçinin, iddiaçının gəlin köçdüyü ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçının əri yeni yaşayış binası tikdirmiş və beləliklə öz atasından qalan mirası qəbul və idarə etmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yəni belə olan halda hər üç əmlakda vəsiyyətnamə üzrə Elçinin miras payının olması şübhəsizdir və həmin pay iddiaçıya və onun övladına çatmalıdır. Lakin, iddiaçı yaxın vaxtlarda ərinin ölməsindən dərhal sonra Cavabdeh3 və Cavabdeh1 birləşərək, evləri onların əlindən çıxarmaq qərarına gəldiklərini bilmişdir. Belə ki, əvvəlcə Gəncə şəhəri, 6 saylı notariat ofisində təsdiq olunmuş 28 aprel 2022ci il tarixli, 2V-70 və 2V-71 reyestr nömrəli ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrə və 28 aprel 2022-ci il tarixli 2V- 72 və 2V-73 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən ünvan 2 və ünvan 4 ünvanlarında yerləşən mənzillərin Cavabdeh1 adına keçdiyini, daha sonra isə Cavabdeh1 həmin mənzilləri Gəncə şəhəri, 6 saylı notariat ofisində təsdiq olunmuş 11 may 2022-ci il tarixli 4Ə-238 və 4Ə-237 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən Cavabdeh3 bağışlamışdır. Beləliklə də hər iki mənzil bütövlükdə Cavabdeh3 adına keçmişdir. Bu isə vərəsəlik zamanı çox ciddi saxtakarlıq deməkdir. Belə ki, sözügedən miras əmlaklarda iddiaçının və azyaşlı övladının payının olmasına baxmayaraq, həmin şəxslərə heç bir pay verilməmişdir. Halbuki, X17 vəfat edəndən sonra X38 miras əmlakları faktiki olaraq qəbul etməklə onu idarə etmiş, miras əmlaklarda dəfələrlə əsaslı təmir işləri görmüşdür. Yəni, atasından qalmış mirasın X38 tərəfindən qəbul edilməsi faktı mübahisəsiz olsa da, E.V.Abasov mirası öz adına rəsmiləşdirmədən 25 mart 2022-ci il tarixdə vəfat etmişdir. Bu səbəbdən də hər bir əmlakda atasından Elçinə vəsiyyətnamə üzrə çatası pay iddiaçıya və azyaşlı oğluna çatmalı idi. Bunun əvəzində isə həmin şəxslərə hər hansı bir pay verilməməsi üçün vərəsəlik işlərinə onların nikahının olmaması barədə saxta arayış əlavə edilmişdir. Bundan başqa, hər iki mənzilin ½ hissəsinə dair Cavabdeh1 adına ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələr verilmişdir ki, bu da tamamilə qanunsuzdur. Məlum olduğu kimi sözügedən şəhadətnamələr ancaq birgə nikah dövründə əldə edilmiş əmlaklara verilə bilərdi. Lakin bu mənzillərdən heç bir birgə nikah dövründə əldə edilmiş vəsait hesabına əldə edilməmişdir. Belə ki, ünvan 2 ünvanında yerləşən mənzil Kirovabad şəhər XDS İK-nin qərarı ilə dövlət tərəfindən X16 verilmiş və sonradan əvəzsiz olaraq onun adına özəlləşdirilmişdir. ünvan 8 ünvanında yerləşən mənzili isə iddiaçının əri X38 bibisinin adına almış, sonradan bibisi həmin evi X12 adına bağışlamışdır.

25. Müstəqil tələb irəli sürən üçüncü şəxs X31 tələbini onunla əsaslandırmışdır ki, onun atası X17 02 avqust 2013- cü ildə vəfat etmişdir. X17 vəfat etdikdən sonra ünvan 2, ünvan 4 və ünvan 6 ünvanlarında yerləşən mənzillər miras qalmışdır. X17 vəfat etdikdən sonra miras əmlaklar onun vərəsələri arasında faktiki olaraq bölünmüşdür. Belə ki, razılaşmaya əsasən ünvan 8 X24 qalmış, V.H.Abbasovun ölümündən sonra həmin mənzilin açarları X.V.Abbasovada olmuş və X.V.Abbasov Bakı şəhərinə gedərkən həmin mənzildə yaşamışdır. Hazırda da qeyd olunan mənzilin açarları X.V.Abbasovadadır. Bundan başqa, X.V.Abbasova ötən X.V.Abbasova evdə təmir işləri aparmış və evin kommunal xərclərini ödəmişdir. X.V.Abbasova ilə digər vərəsələr arasında mübahisə olmadığına görə X.V.Abbsova mirasın qəbuluna dair ərizə ilə notariat ofisinə müraciət etməmişdir. Lakin, yaxın vaxtlarda o, İddiaçı məhkəmədə iddia qaldırmasından xəbərdar olmuşdur. Əsl həqiqətdə isə X10 qalmış miras X31, Cavabdeh3 və Cavabdeh1 tərəfindən qəbul edilmiş, X38 isə Rusiya Federasiyasında yaşadığına görə ümumiyyətlə miras əmlakı qəbul etməmişdir.

26. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-786/2022 saylı iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, miras əmlaklara payın müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X18 İddiaçı, Cavabdeh1 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrin, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, daşınmaz əmlakın bağışlanması müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv olunması, miras əmlaklara payın müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumlarının müvafiq olaraq İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X24 aid edilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

27. İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-786/2022 saylı iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, 4-cü mikrorayon, ev 14, mənzil 12 və ünvan 4 ünvanlarında yerləşən mənzillər mərhum X3nun adına olmuşdur. Bundan başqa, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi isə X3nun atası X9 adınadır. İddiaçı onun oğlu X38 ilə ailə quraraq ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Birgə nikahlarından 16 noyabr 2010-cu il tarixində oğlu X35 dünyaya gəlmişdir. Atasından qalan bu mülk yalnız qaynatası tərəfindən qəbul edilmiş və o, ölən günə kimi həmin mülkdə yaşamışdır. Daha sonra isə onun həyat yoldaşı həmin mülkdə yeni yaşayış binası tikdirmiş və beləliklə də öz atasından qalan mirası qəbul və idarə etmişdir. Həmçinin, ünvan 4 ünvanında yerləşən mənzili onun həyat yoldaşı X38 alsa da, əvvəlcə onu bibisinin (o vaxt qeydiyyat tələb olunduğuna və bibisi Bakıda yaşadığına görə) adına almış, sonra bibisi bu evi qaynatasına bağışlamışdır. Qaynatası isə ev Elçinin olduğu üçün bu evi Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq olunmuş 21 dekabr 2005-ci il tarixli 2V-302 reyestr nömrəli vəsiyyətnamə ilə Elçinə vəsiyyət etmişdir. X3 02 avqust 2013-cü il tarixində vəfat etmişdir. O, vəfat edəndən sonra həyat yoldaşı X38 Bakı şəhərində yerləşən miras mənzili faktiki qəbul etməklə onu idarə etmiş, mənzildə dəfələrlə təmir işləri görmüş, onu kirayəyə vermişdir. Həmçinin, Gəncə şəhərində yerləşən fərdi yaşayış evində də təmir işlərini davam etdirmişdir. Yəni, atasından qalmış mirasın iddiaçının həyat yoldaşı X38 tərəfindən qəbul edilməsi faktı mübahisəsiz olsa da, o mirası öz adına rəsmiləşdirmədən 25 mart 2022-ci il tarixində vəfat etmişdir. Bu səbəbdən də hesab edir ki, hər üç əmlakda atasından Elçinə vəsiyyətnamə üzrə çatası pay ona və azyaşlı oğluna çatmalı idi. Belə ki, yuxarıda qeyd etdiyi kimi X3 vəfat edəndən sonra həyat yoldaşı X38 ünvan 4 ünvanında yerləşən mənzili faktiki qəbul etməklə onu idarə etmiş, mənzildə dəfələrlə təmir işləri görmüş, onu kirayəyə vermişdir. Həmçinin, gəlin köçdüyü ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evində onun həyat yoldaşı yeni yaşayış binası tikdirmiş və beləliklə də öz atasından qalan mirası qəbul və idarə etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Yəni, belə olan halda hər üç əmlakda vəsiyyətnamə üzrə Elçinin miras payının olması şübhəsizdir və o pay ona və azyaşlı övladına çatmalı idi. Lakin, həyat yoldaşı vəfat edən kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 birləşərək evləri onların əlindən çıxarmaq qərarına gəlmişlər. Belə ki, əvvəlcə ünvan 5 aprel 2022-ci il tarixli 2V-70 və 2V-71 reyestr № li ər-arvadın ümumi əmlakdakı paya sağ qalmış ər (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamələrə və 28 aprel 2022-ci il tarixli 2V-72 və 2V-73 reyestr № li qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən Gəncə şəhəri, 4-cü mikrorayon, ev 14, mənzil 12 və ünvan 4 ünvanlarında yerləşən mənzillər Cavabdeh1 adına keçmiş, daha sonra isə Cavabdeh1 bu mənzilləri Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 11 may 2022-ci il tarixli 4Ə-238 və 4Ə-237 reyestr № li daşınmaz əmlakın bağışlanması müqavilələrinə əsasən Cavabdeh3 bağışlamış, beləliklə də hər iki mənzil bütovlüklə Cavabdeh3 adına keçmişdir. Hesab edir ki, vərəsəlik zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, sözügedən miras əmlaklarda onun və azyaşlı övladının payının olmasına baxmayaraq, onlara hər hansı bir pay verilməmişdir. Yuxarıda qeyd etdiyi kimi, X3 vəfat edəndən sonra (atası sağlığında ona vəsiyyətnamə də vermişdi) həyat yoldaşı X38 mirasları faktiki qəbul etməklə onu idarə etmiş, miras əmlaklarda dəfələrlə əsaslı təmir işləri görmüşdür. Yəni, atasından qalmış mirasın həyat yoldaşı X38 tərəfindən qəbul edilməsi faktı mübahisəsiz olsa da, o, mirası öz adına rəsmiləşdirmədən 25 mart 2022-ci il tarixində vəfat etmişdir. Bu səbəbdən də hər bir əmlakda atasından Elçinə vəsiyyətnamə üzrə çatası pay ona və azyaşlı oğluna çatmalı idi. Bunun əvəzində isə onlara hər hansı bir pay verilməməsi üçün vərəsəlik işlərinə onların nikahının olmaması barədə saxta arayış əlavə edilmişdir. Halbuki, cavabdehlər nəinki onların rəsmi nikahda olduqlarını bilmişlər, hətta Cavabdeh1 nikah mərasimində özü birbaşa iştirak etmişdir. Buna baxmayaraq, notariusu aldadaraq onları paylarından məhrum etmişlər. Öz növbəsində notarius da bunu etməli olduğu halda vərəsələrin axtarılması istiqamətində hər hansı bir tədbir görməmişdir. Yəni, qanunsuzluq göz qabağındadır. Ona görə də, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə işin tam və hərtərəfli araşdırılmasına imkan vermədən, təqdim edilmiş sübutlara qiymət vermədən tamamilə qanunsuz və əsassız olaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarmış, bununla da onun və azyaşlı övladının vərəsəlik və mülkiyyət hüquqlarını kobud surətdə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə qarşı etirazını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində müəyyən edilmiş işin faktiki hallarından isə görünür ki, İddiaçı mərhum əri X38 atası X12 02 avqust 2013-cü ildə ölümündən sonra həmin şəxsdən miras qalmış əmlakı formal olaraq qəbul etməmişdir. Buna görə iddianın faktiki və hüquqi əsaslarının müəyyənləşdirilməsi məqsədi ilə X26 atası X10 miras qalmış əmlakı faktiki qəbul edib-etməməsi araşdırılmış və araşdırmalar nəticəsində X26 atasından miras qalmış əmlakı faktiki qəbul etməsi məhkəmədə öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə iclasında İddiaçı öz iddia tələbinin əsası kimi X26 X10 miras qalmış əmlakı ünvan 11 ünvanda fərdi yaşayış evi tikməklə və Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı evin 25 saylı mənzilini təmir etdirməklə qəbul etdiyini bildirsə də, qeyd olunan xüsusatların həqiqiliyi sübutların məcmusu ilə təkzib olunmuşdur. Eyni zamanda iddiaçı apellyasiya şikayətində onun sübutlarının araşdırılmaması, şahidlərinin dindirilməməsi ilə bağlı qeyd etsə də, birinci instansiya məhkəməsi iddiaçı tərəfin vəsatətini təmin edərək şahidlərin məhkəməyə təqdim edilməsi üçün şərait yaratsa da, iddiaçı tərəf şahidlərdən bəzilərinin iştirakını məhkəmə iclasında təmin etsə də, digər şahidlərinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iclasında dindirilən şahidlər də iddiaçının mərhum ərinin miras əmlakı qəbul etməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 372.2-ci maddəsinin tələbinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qanunun da tələbindən göründüyü kimi iddiaçı tərəf birinci instansiya məhkəməsində kifayət qədər sübutları məhkəməyə təqdim etmişdir. Buna görə də apellyasiya baxışında yeni sübut və faktları məhkəməyə təqdim edə bilməz. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini eyni dəlillərlə müdafiə edərək, izahatında göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı evin 25 saylı mənzili əvvəlcə X26 özü tərəfindən kimlərəsə kirayəyə verilmişdir. Həmin şəxslərin kimlər olması ona məlum deyildir. Daha sonra həmin mənzil X26 razılığı ilə Cavabdeh1 tərəfindən kirayəyə verilmişdir. Cavabdeh3 və Cavabdeh1nin maddi imkanları aşağı olduğundan mərhum X38 onlara həmişə maddi köməklik etmişdir. Onların özlərinin mənzil almağa imkanları olmamışdır. Sonda iddiaçı şikayətin təmin edilməsini xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-786/2022 saylı iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini eyni dəlillərlə müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

33. Cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisi və müstəqil tələb irəli sürən üçüncü şəxs X31 məhkəmə baxışının keçirilmə yeri və vaxtı barədə məlumatlandırılmaqlarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası AR MPM-nin 376.2-ci maddəsinə tələbinə əsasən cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisinin nümayəndəsinin və müstəqil tələb irəli sürən üçüncü şəxs X18 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

34. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (Maddə 139.3)

35. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

36. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

37. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

38. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir

39. Maddə 1159.1-1159.1.1. Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) daxildirlər.

40. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

41. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

42. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.

43. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

44. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 78. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

51. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

52. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

53. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, qətnamənin mübahisələndirilən hissəsində birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmişdir.

55. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

57. Belə ki, artıq yuxarıda qeyd edildyi kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

58. İşin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı mərhum əri X38 öz atası X12 02 avqust 2013-cü ildə ölümündən sonra ondan miras qalmış əmlakı formal olaraq qəbul etməmişdir.

59. Buna görə iddianın əsaslı olub olmamasının müəyyənləşdirilməsi məqsədi ilə X26 atası X10 miras qalmış əmlakı faktiki qəbul edib-etməməsi araşdırılmış və araşdırmalar nəticəsində X26 atasından miras qalmış əmlakı faktiki qəbul etməsi məhkəmədə öz təsdiqini tapmamışdır.

60. Məhkəmə kollegiyası mərhum X26 öz atası X10 qalmış mirası faktiki qəbul etmədiyi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.

61. Kollegiya göstərir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə və onun payı bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.

63. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.

64. İddiaçı öz iddia tələbinin əsası kimi X26 X10 miras qalmış əmlakı faktiki qəbul etdiyini iddia etsə də, bu hal işdə mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, işin mübahisəsiz halıdır ki, X38 özünə daimi olaraq yaşayış yeri kimi Moskva şəhərini seçmiş və həmin şəhərdə yaşamışdır. Bu halda X26 X10 miras qalmış əmlaka faktiki sahiblik etməsindən söhbət gedə bilməz. X26 X10 miras qalmış əmlakı faktiki idarə etməsi barədə də güvənli nəticəyə gəlmək mümkün deyildir. Kollegiya bu qənaətlərini onunla əsaslandırır ki, işin faktiki hallarına görə, X38 ilə Abbasova (Atayeva) Həqiqət Amil qızının arasında olan xx.xx.2010-cu il tarixli rəsmi nikah Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. X38 ilə İddiaçı 20 iyun 2014-cü ildə Moskva şəhərində yenidən rəsmi nikah bağlamışlar. Mirasın açılma vaxtından da görünür ki, İddiaçı və mərhum E.Abbasov mirasın açıldığı vaxt və bundan sonrakı ötən 9 ay ərzində nikahda olmamışlar (yəni, iddiaçı həmin vaxt X26 ailə üzvü olmamışdır) və bu səbəbdən də İddiaçı məhkəməyə bildirdikləri (izahatı) mərhum E.Abbasovun mərhum atası V.Abbasovdan miras qalmış əmlakı faktiki idarə etməsinə yönəlik iradəvi hərəkətlərinin olmasının işin faktiki halı kimi müəyyən edilməsinə əsas verə bilən mötəbər sübut növü kimi qəbuledilən deyildir.

65. Belə ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlarişin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmışdigər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi sübutlara birinci insansiya məhkəməsi tərəfindən qiymət verilmiş və həmin sübutlar mərhum E.Abbasovun mərhum atası V.Abbasovdan miras qalmış əmlakı faktiki qəbul etməsinin işin faktiki halı kimi müəyyən edilməsinə əsas verə bilən mötəbər sübut növləri kimi qiymətləndirilməmişdir.

66. Baxılan işdə İddiaçı məhkəmədə izahat verərkən özü də göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı evin 25 saylı mənzili əvvəlcə X26 özü tərəfindən kimlərəsə kirayəyə verilmişdir. Həmin şəxslərin kimlər olması ona məlum deyildir. Daha sonra həmin mənzil X26 razılığı ilə Cavabdeh1 tərəfindən kirayəyə verilmişdir. Yəni, həm iddiaçının izahatında qeyd olunanlardan, həm də iş materiallarında olan 14 iyul 2022-ci il tarixdə X30, X22 və X39 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 132 saylı evin 25 saylı mənzilində 5 il (2015-ci ilin avqust ayından 2020-ci ilin iyun ayına kimi) boyunca kirayədə yaşamışlar. X16 məxsus olan bu ev Cavabdeh1 tərəfindən kirayəyə verilmişdir.

67. Bütün qeyd edilən halları MPM-in sübutlarla bağlı tələblərinə əsasən qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, mərhum X26 öz atası X10 2013-cü ildən miras qalmış əmlakı faktiki qəbul etməsinin işin faktiki halı kimi müəyyən edilməsi barədə güvənli nəticəyə gəlmək olmur. X26 öz atası X10 2013-cü ildən miras qalmış əmlakı nə formal, nə də ki faktiki qəbul etməsi işin faktiki halı kimi müəyyən edilmədiyindən məhkəmə kollegiyasi hesab edir ki, X26 həmin miras əmlak barəsində olan vərəsə hüquqları itirilmişdir. İddiaçının, həmçinin onun qanuni nümayəndəsi olduğu, mərhum X38 ilə birgə nikahdan xx.xx.2010-cu ildə doğulmuş X35 adlı uşağın isə həmin miras əmlak barəsində hüquqları mərhum X26 həmin miras əmlak barəsində olan vərəsə hüquqlarından əmələ gələ bilər ki, artıq yuxarıda qeyd edildiyi kimi X26 həmin miras əmlak barəsində olan vərəsə hüquqları itirilmişdir.

68. Bundan başqa, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi DƏDRX-də mülk kimi X12 adına qeydə alınmadığından, həmin əmlakı X10 miras qalmış əmlak kimi qiymətləndirməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mərhum X29 məxsus olan başqa evin olması barədə də iddiaçının dəlilləri qanunla müəyyən edilmiş sübutlarla təsdiq olunmur.

69. Belə ki, Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Buna görə də, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mərhum X29 məxsus olan başqa evin olması barədə iddiaçının dəlilləri formal mülahizələr kimi qiymətləndirilməlidir.

70. Ona görə də, məhkəmə kollegiyasi bu qənaətdədir ki, iddiaçı hazırki tələbləri irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır və irəli sürülən iddianı təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində ləğv olunmasına və İddiaçı tərərfindən irəli sürülən iddianın təmin olunmasına əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-786/2022 saylı iş üzrə 17 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar