Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-58/2024 09.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Rüstəmova Mülayim Akif qızının katibliyi, İddiaçı X14 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil, İddiaçı3 Rahib qızının etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X8 iştirakı ilə, İddiaçılar X24 və İddiaçı3 Rahib qızının Cavabdeh, üçüncü şəxslər X21 və Gədəbəy rayon notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsi alınması üçün müddətin uzadılması, eləcə də miras əmlaka dair çıxarışın və onun verilməsinə əsas olan sənədlərin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(042)-720/2022 nömrəli qətnaməsindən iddiaçı X24 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X24, İddiaçı2 Rahib oğlu və İddiaçı3 Rahib qızı Cavabdeh, üçüncü şəxslər X21 və Gədəbəy rayon notariat ofisinə qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.599 ha torpaq sahəsindən ibarət miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin uzadılması və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli qeydiyyatın və qeydiyyata əsas olmuş sənədlərin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(042)-720/2022 nömrəli qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələblərinin təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X24 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2024-cü il tarixli 2(104)-58/2024 nömrəli qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(042)-720/2022 nömrəli qətnaməsinin “İddiaçı2 Rahib oğlunun Cavabdeh, üçüncü şəxslər X21 və Gədəbəy rayon notariat ofisinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.599 ha torpaq sahəsindən ibarət miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin uzadılması və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli qeydiyyatın və qeydiyyata əsas olmuş sənədlərin ləğv olunması barədə iddiasının təmin edilməməsi” hissədə ləğv edilməsi və həmin hissədə, yəni İddiaçı2 Rahib oğluna münasibətdə iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İşin faktiki halları: İddiaçılar X24 və İddiaçı3 Rahib qızı tələblərini onunla əsaslandırmışlar ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi və evin altındakı torpaq sahəsi mərhum X25 və mərhum X10 məxsus olmuşdur. X30 öldükdən sonra ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 80 kv.m olan üç yaşayış otağından ibarət fərdi yaşayış evi Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən verilmiş k-2V-96 reyestr nömrəli, xx.xx.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X22 adından X1nın adına özgəninkiləşdirilmiş və sonuncunun adına əmlakdan payı ½ hissə olmaqla 574 inventar nömrəli texniki pasport tərtib edilmişdir. X1 xx.xx.2004-cü il tarixdə ölmüş, övladları X24, X26, Cavabdeh və X21 vərəsələri olmuşlar. X26 2001-ci ildə vəfat etmişdir. İddiaçı X3 Federasiyasının vətəndaşıdır və orada yaşayır. O, mərhum anası X4 birinci növbə vərəsələrindən biridir. Mərhum anası öldükdə dəfndə iştirak edib və dəfn xərclərinin ödənilməsinə köməklik edib. Hazırda miras əmlakda yaşayan Cavabdeh xx.xx.1984-cü il tarixdə Gədəbəy dövlət notariat kontoruna ərizə yazaraq atası vəfat etdikdən sonra qalmış evin və torpaq sahəsinin kiçik qardaşı X14 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçının digər mərhum qardaşı X26 da atasından miras qalmış evdən onun payına düşən hissəsindən iddiaçı X14 xeyrinə imtina etməsi barədə ərizə vermişdir. X1 da xx.xx.1984-cü il tarixdə ərizə verərək miras əmlakdan payını kiçik oğlu iddiaçı X18 bağışladığını bildirmişdir. Cavabdeh faktiki olaraq miras əmlakda yaşamasına baxmayaraq, iddiaçı uzun müddət elə zənn etmişdir ki, miras əmlak ona qalıb. O, Rusiya Federasiyasında yaşadığına və Azərbaycana gəlib-gedə bilmədiyinə görə miras əmlakı sənədləşdirə bilməmişdir. Miras əmlakı sənədləşdirmək üçün müraciət etdikdə, ona Cavabdeh, mərhum X15 və X1nın mirasdan imtina ərizələrinin notariusda təsdiq edilmədiyi bildirilmiş və mirasdan yalnız pay almaq hüququnun olması izah edilmişdir. Notariat kontoruna ərizə ilə müraciət etdikdə ona 05 mart 2020-ci il tarixdə 89 saylı imtina cavabı verilmişdir. Mirası qəbul etmək üçün müddətin bərpa edilməsi tələbi haqqında Gədəbəy Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia tələbi təmin edilməmişdir. Cavabdeh 2021-ci il tarixdə notariat ofisinə müraciət etmiş, notarius hansı səbəbdənsə vərəsələrin dairəsini müəyyən etmədən və onların mirası qəbul edib-etmədiklərini müəyyən etmədən, ona vərəsəlik şəhadətnaməsi vermiş və həmin şəhadətnamə əsasında cavabdeh miras əmlaka mülkiyyət hüququnu qeydə aldırmış və müvafiq Çıxarış almışdır. Çıxarış qanunsuz əsaslarla əldə edildiyi üçün ləğv edilməlidir. Həmin çıxarışın verilməsinə əsas olmuş sənədlər də ləğv edilməlidir. Bundan başqa əgər mirasın qəbul edilməsi üçün müddət üzürlü hesab edilərsə, iddiaçılar da mirasdan pay ala bilər. İş materaillarında olan: İşdə olan arayışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 80 kv.m olan 3 yaşayış otağından ibarət fərdi yaşayış evi Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən verilmiş k-2V-96 reyestr nömrəli, xx.xx.1996-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum X22 adından X4 adına özgəninkiləşdirilmiş və sonuncunun adına əmlakdan payı ½ hissə olmaqla 574 inventar nömrəli texniki pasport tərtib edilmişdir. X22 və X9 adına torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir; Doğum haqqında arayışın surətindən görünür ki, X24 18 avqust 1960-cı il tarixdə doğulmuşdur, atası X30, anası X6r; Doğum haqqında arayışın surətindən görünür ki, Cavabdeh xx xxxxxx 1958-ci il tarixdə doğulmuşdur, atası X30, anası X6r; Ər-arvadın ümumi birgə əmlakındakı paya görə sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında K-2B-95 nömrəli şəhadətnamənin surətindən görünür ki, 12 iyun 1979-cu il tarixdə ölmüş X22 arvadı X5 birgə nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ məxsusdur. Mülkiyyə hüququ təsdiq edilən əmlak 1960-cı ildə inşa edilmiş divarları but daşlarla hörülmüş üstü kirəmit kərpiclə örtülmüş ümumi sahəsi 80 kv.m olan yaşayış sahəsi və 61,5 kv.m olan üç otaqdan ibarətdir; Qanun üzrə vərəsəlik hüququ haqqında K-2B-96 nömrəli şəhadətnamədən görünür ki, 12 iyun 1979-cu il tarixdə ölmüş X22 arvadı X12 miras qoyandan qalan əmlakdan miras payı almışdır. Şəhadətnamə verilən miras əmlak 1960-cı ildə inşa edilmiş divarları but daşlarla hörülmüş üstü kirəmit kərpiclə örtülmüş ümumi sahəsi 80 kv.m olan yaşayış sahəsi və 61,5 kv.m olan birmərtəbəli üç otaqdan ibarət yaşayış evinin ½ hissəsindən ibarətdir; Qanun üzə vərəsəlik hüququ haqqında 29 iyul 2005-ci il tarixli K-2V-67 nömrəli şəhadətnamənin surətindən görünür ki, X5 vərəsəsi Cavabdehdur. Şəhadətnamə verilən miras əmlak Gədəbəy şəhərində yerləşən 1960-cı ildə divarları but daşla hörülmüş üstü kirəmit kərpiclə örtülmüş ümumi sahəsi 80 kv.m yaşayış sahəsi 61,5 kv.m olan üç otaqdan ibarətdir; 1004 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən kürsülü birmərtəbəli 3 otaqlı ümumi sahəsi 80 kv.m olan yaşayış sahəsi 61,5 kv.m olan yaşayış evi Gədəbəy rayon notariat kontoru tərəfindən verilmiş mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən X7 məxsus olmuşdur; Azərbaycan Respublikasının Dövlət Torpaq Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsü adlı sənəddən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 2009-cu il tarixli 03 nömrəli qərarı ilə Cavabdeh 599.44 kv.m həyətyanı torpaq sahəsi verilmişdir; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1979-cu il tarixdə ölmüşdür; Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2004-cü il tarixdə ölmüşdür; xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 170.50 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0.599 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixdə Cavabdeh adına qeydə alınmışdır; Apellyasiya şikayətinin dəlilləri: İddiaçı X24 iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnaməsində də qeyd edilmişdir ki, miras qoyan X12 02 oktyabr 2004-cü il tarixdə öldükdən sonra Cavabdeh ondan qalmış miras əmlakı qəbul etməmişdir. Qətnamədə həmçinin qeyd edilmişdir ki, iddiaçı X3 Federasiyasında yaşayır və anasının dəfn mərasimində iştirak etdikdən sonra Rusiya Federasiyasına qayıtmışdır. Yəni, o və digər iddiaçılar miras qoyanın vəfatı ilə miras açıldığını bilmiş, lakin miras açıldığı vaxtdan keçən 16 il ərzində mirası qəbul etmələrini ifadə edən hər hansı hərəkət etməmişlər. Məhkəmənin gəldiyi bu nəticə iş üzrə Cavabdeh da aid edilməlidir. Cavabdeh da Rusiya Federasiyasının vətəndaşıdır və orada yaşayır. O da dəfndən sonra Rusiya Federasiyasına getmiş və uzun müddət ərzində digər vərəsələr kimi mirası qəbul etməmişdir. Cavabdeh 27 oktyabr 2021-ci il tarixdə mirası qəbul etmiş və öz adına sənədləşdirərək miras əmlaka dair çıxarış və texniki pasport almışdır. Əgər vərəsələrdən heç biri mirası qəbul etməmişlərsə, onların hamısı Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən bərabər paylı vərəsə sayılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 11 saylı ünvan 6 ünvanında yerləşən ümumi sahəsi 80 kv.m olan 3 yaşayış otağından ibarət fərdi yaşayış evinə dair Gədəbəy rayon dövlət notariat kontorunun K-2V-96 reyestr nömrəli xx.xx.1996cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhum atası X22 adından mərhum anası X5 adına özgəninkiləşdirilmiş və sonuncunun adına əmlakdan payı ½ hissə olmaqla 574 inventar nömrəli texniki pasport tərtib edilmişdir. Arayışın məzmunundan aydın olur ki, miras əmlakın yarısı ½ hissə miras qoyanın adına özgəninkiləşdirilib. Qalan ½ hissə isə vərəsələrin ümumi birgə mülkiyyəti üzrə bərabər paylardır. Cavabdeh isə əsassız olaraq miras əmlakı bütövlükdə öz adına sənədləşdirmişdir. Cavabdeh 26 yanvar 1984-cü il tarixdə Gədəbəy dövlət notariat kontoruna ərizə yazaraq atası vəfat etdikdən sonra qalmış evin və torpaq sahəsinin kiçik və doğma qardaşı X14 adına keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Mərhum qardaşı X26 da atasından miras qalmış evdən onun payına düşən hissəsini qardaşı onun xeyrinə imtina etməsi barədə ərizə vermişdir. Hətta mərhum anası X12 da 26 yanvar 1984-cü il tarixdə ərizə verərək miras əmlakdan payını ona bağışladığını bildirmişdir. Həmin ərizələrin əsilləri məhkəməyə təqdim edilmiş, lakin qətnamədə iş üzrə sənədlər göstərilməmişdir. O da həmin ərizələr əsaslanaraq uzun müddətdir zənn etmişdir ki, miras əmlak ona qalıb. Apellyasiya şikayəti üzrə izahatlar: 13 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X14 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, miras qoyanın ölümündən sonra iddiaçı Höküm Tağıyevdən başqa digər vərəsələr mirası nə faktiki, nə də ki rəsmi qaydada qəbul etməmişlər. Miras qoyanın ölümündən sonra onun vərəsələri Höküm, Şikar Rahib və Aygün adlı uşaqları olmuşdur. X16 2001-ci ildə vəfat etmiş olsa da, lakin onun Xəyal və Xəyalə adlı övladları vardır. Miras qoyanın digər birinci növbəli vərəsələri isə sağdırlar. 12 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X14 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, iddia tələblərində vərəsəlik şəhadətnaməsi alınması üçün müddətin uzadılmasını xahiş etsələr də, artıq buna ehtiyac qalmamışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarı mövcuddur. Həmin qərar məcburi xarakter daşıyır. Həmin qərara əsasən Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri artıq yeni hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüşdür. Hazırkı iddianı qaldırmaqda məqsədləri də məhz miras əmlaka dair Cavabdeh adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, nəticədə miras əmlakdan qanun üzrə vərəsə olan iddiaçının miras əmlaklardan payının müəyyən olunmasıdır. 12 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, mərhum anasından miras qalan əmlaka dair 2005-ci ildə vərəsəlik şəhadətnaməsi alanda qardaşı Höküm Tağıyevlə öz aralarında razılığa gəlmişlər və bu razılıq əsasında miras qalmış evi vərəsəlik yolu ilə öz adına keçirtmişdir. Bundan başqa, miras qalmış evi öz adına sənədləşdirdikdən sonra evdə əlavə işlər görmüş və bunlara görə müəyyən xərclər çəkmişdir. 12 mart 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 Rahib qızı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, mərhum atası Rahib Tağıyev mərhum nənəsinin qanun üzrə birinci növbəli vərəsəsidir. Lakin atası nənəsindən əvvəl vəfat etmişdir. Mərhum nənəsindən atasına çatmalı olan miras payı ona və qardaşı İddiaçı2 çatmalıdır. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X14 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil əvvəlki məhkəmə kollegiyasının iclaslarında verdiyi izahatlarına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və 29 iyul 2005-ci il tarixli K-2V-67 nömrəli şəhadətnamən etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, nəticədə miras əmlakdan qanun üzrə vərəsə olan iddiaçının miras əmlaklardan payının müəyyən olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 Rahib qızının etibarnamə üzrə nümayəndəsi (anası) Nümayəndə izahatında bildirmişdir ki, mərhum əri Rahib Tağıyev mərhum anası ədalət Ələkbərovanın qanun üzrə birinci növbəli vərəsəsidir. Lakin əri anasından əvvəl vəfat etmişdir. Rahibin 2 Xəyal və Xəyalə adlı övladları vardır. Ona görə də, mərhum qayınanasından mərhum ərinə çatası miras payı üzərində onun övladlarının payı müəyyən edilməlidir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və 29 iyul 2005-ci il tarixli K-2V-67 nömrəli şəhadətnamən etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, nəticədə miras əmlakdan qanun üzrə vərəsə olan mərhum əri Rahib Tağıyevə onun anasından çatası miras pay üzərində övladları İddiaçı2 və İddiaçı3 bərabər paylarının müəyyən edilməsini xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) X19 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, vərəsə X13 öz payından iddiaçı X14 xeyrinə imtina etməsi barədə sənəd yoxdur. Miras qoyan X6r, 2001-ci ildə vəfat etmiş Rahib Tağıyev isə mirasqoyanın oğlu olmuşdur. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə X2 qalmış miras əmlak olaraq yalnız yaşayış evi göstərilmişdir. Bu səbəbdən də miras qoyanın qanun üzrə birinci növbəli vərəsələrinin yalnız evə münasibətdə payları müəyyən edilə bilər və buna etirazları yoxdur. Hazıkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 aprel 2024-cü il tarixli 2(104)-58/2024 nömrəli qərardadı ilə Gədəbəy Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(042)-720/2022 nömrəli qətnaməsi “İddiaçı2 Rahib oğlunun Cavabdeh, üçüncü şəxslər X21 və Gədəbəy rayon notariat ofisinə qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0.599 ha torpaq sahəsindən ibarət miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin uzadılması və həmin əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəli, **********59-10301 reyestr nömrəli qeydiyyatın və qeydiyyata əsas olmuş sənədlərin ləğv olunması barədə iddiasının təmin edilməməsi” hissədə ləğv edilmiş və həmin hissədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığı iddiaçılar X24 və İddiaçı3 Rahib qızının tələbləri üzrə yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X30 ilə X12 nikaha daxil olaraq ailə qurmuşlar və onların birgə nikahlarından Höküm, Şikar, Aygün və Rahib adlı uşaqları anadan olmuşdur. X30 ilə X12 birgə nikahda olduqları dövrdə 1960-cı ildə inşa edilmiş Gədəbəy şəhərində yerləşən divarları but daşlarla hörülmüş üstü kirəmit kərpiclə örtülmüş ümumi sahəsi 80 kv.m olan yaşayış sahəsi və 61,5 kv.m olan üç otaqdan ibarət fərdi yaşayış evini əldə etmişlər. X30 xx.xx.1979-cu il tarixdə vəfat etmişdir. Bundan sonra qanun üzrə vərəsəlik hüququ haqqında K-2B-96 nömrəli şəhadətnamə əsasında 12 iyun 1979-cu il tarixdə ölmüş X22 arvadı X12 miras qoyandan qalan əmlakdan, yəni 1960-cı ildə inşa edilmiş divarları but daşlarla hörülmüş üstü kirəmit kərpiclə örtülmüş ümumi sahəsi 80 kv.m olan yaşayış sahəsi və 61,5 kv.m olan birmərtəbəli üç otaqdan ibarət yaşayış evinin ½ hissəsindən tam həcmdə miras payı almışdır. Beləliklə, həmin əmlak bütövlükdə X5 mülkiyyətinə keçmişdir. Sonuncu xx.xx.2004-cü il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri uşaqları – X24, Cavabdeh və X21 olmuşdur. Bununla yanaşı müəyyən olunmuşdur ki, miras qoyanın qanun üzrə birinci növbəli vərəsəsi olan X26 2001-ci ildə, yəni miras qoyandan əvvəl vəfat etmişdir, lakin həmin vərəsənin də Xəyalə adlı (hazırkı iş üzrə iddiaçı) övladı vardır. Adları qeyd olunan vərəsələr miras qoyan X2 qalmış mirasın qəbulundan imtina etməmişlər. Miras qoyan X2 miras qalan əmlak ünvan 5 ünvanda yerləşən kürsülü birmərtəbəli 3 otaqlı ümumi sahəsi 80 kv.m olan yaşayış sahəsi olan evdən ibarətdir. Miras qoyanın ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsəsi Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ilə bağlı notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən onun adına qanun üzrə vərəsəlik hüququ haqqında 29 iyul 2005-ci il tarixli K-2V-67 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh miras qoyanın yeganə qanun üzrə vərəsəsi hesab edilmiş və miras əmlakdan tam həcmdə pay almışdır. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsində deyilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası iddia tələbinin miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün müddətin uzadılması hissəsinə hüquqi qiymət verilməsini zəruri hesab etmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. X17 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin mirasın qəbulu üçün artıq müddət nəzərdə tutulmadığından belə bir müddətin uzadılmasından da söhbət gedə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçı X14 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil apellyasiya baxışı zamanı verdiyi izahatında hazırkı iddianı qaldırmaqda məqsədlərinin miras əmlaka dair Cavabdeh adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və miras əmlak üzərində paylarının müəyyən olunmasından ibarət olduğunu bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların tələbində miras əmlakın vərəsələr arasında paylara bölünməsi nəzərdə tutulmasa da, lakin iddiaçıların son hüquqi hədəfi pozulduğunu irəli sürdükləri vərəsəlik hüququnun təmin edilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, onların mirasın qəbulu ilə bağlı müddətin uzadılmasını, habelə cavabdehin adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini və həmin şəhadətnamə əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsini tələb etməkdə əsas hüquqi hədəfləri miras əmlakın vərəsələr arasında paylara bölünməsindən ibarət olmuşdur. Göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı mərhələdə miras qoyandan miras əmlakının onun qanun üzrə birinci növbəli vərəsələri arasında paylara bölünməsi yolveriləndir. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyanın ölməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2. maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1201-ci maddəsinə əsasən, əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir Qeyd edilməlidir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarında xüsusilə vurğulanmışdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. İş materiallarından aydın olur ki, mərhum Ədalət Ələkbərovadan qalmış miras əmlaka dair Cavabdeh adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mərhumun (miras qoyanın) qanun üzrə digər vərəsələrinin olması notariusdan gizlədilmiş, notarius isə vərəsələrin dairəsini yoxlamaması nəticəsində həmin vərəsələri nəzərə almadan sadəcə Cavabdeh adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən Cavabdeh adına verilmiş 29 iyul 2005-ci il tarixli K-2V-67 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və miras əmlak üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələrinin bərabər payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, miras qalan əmlak ünvan 5 ünvanda yerləşən kürsülü birmərtəbəli 3 otaqlı ümumi sahəsi 80 kv.m olan yaşayış evinə dair Cavabdeh adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin evə dair yuxarıda göstərilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən törəmişdir. Buna görə də, həmin əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edildiyindən, əmlaka dair törəmə hüquq münasibəti olan cavabdehin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da (80 kv.m fərdi yaşayış evinə münasibətdə) ləğv edilməlidir. Məhkəmə kollegiyası miras qoyan X5 miras kütləsinin həcmini və vərəsələrinin sayını nəzərə alaraq qeyd edir ki, miras əmlak olan ünvan 5 ünvanda yerləşən kürsülü birmərtəbəli 3 otaqlı ümumi sahəsi 80 kv.m olan yaşayış evinə miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan X24, Cavabdeh, X21 və 2001-ci ildə vəfat etmiş X15 hər birinin ¼ hissədə vərəsəlik payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi miras qoyan X5 birinci növbəli vərəsəsi olan X26 miras qoyan Ədalət Ələkbərovadan qabaq vəfat etmiş olsa da, lakin onun övladı, yəni hazırkı iş üzrə İddiaçı3dır və o mərhum atası Rahib Tağıyevin qanun üzrə birinci növbəli vərəsəsidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X5 miras əmlakından X20 çatası vərəsəlik payı sonuncunun uşağı (iddiaçı) İddiaçı3 Rahib qızına verilməlidir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.599 ha torpaq sahəsinin miras əmlak olaraq vərəsələr arasında paylara bölünməsini tələb etsələr də, lakin iş materiallarından müəyyən olunur ki, həmin torpaq sahəsi miras qoyan Ədalət Ələkbərovadan miras qalmış əmlak olmamışdır. Həmin torpaq sahəsi Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə Cavabdeh mülkiyyətinə verilmişdir ki, bu halda da həmin torpaq sahəsinin miras kütləsinə aid olması yol verilən deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Göründüyü kimi, ölmüş şəxsin (miras qoyanın) öldüyü məqamadək malik olduğu əmlaka vərəsəlik açılması və vərəsələr arasında bölünməsi ilə bağlı hüquq münasibətləri yuxarıda istinad olunan qanunvericilik normaları ilə tənzimlənmişdir. Ölmüş şəxsin adına qeydiyyatdan keçməmiş və üzərində mülkiyyət hüququ qeydə alınmamış əmlakın mirasın kütləsinə daxil edilməsi və vərəsələr arasında bölünməsi yolverilməzdir. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı X24 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 14 oktyabr 2022-ci il tarixli 2(042)-720/2022 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Gədəbəy rayon dövlət notariat kontoru tərəfindən Cavabdeh adına verilmiş 29 iyul 2005-ci il tarixli K-2V-67 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********59- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ünvan 3 ünvanında yerləşən 170.50 kv.m fərdi yaşayış evinin 80 kv.m hissəsinə münasibətdə ləğv edilsin. Miras qoyan X2 miras qalmış ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin 80 kv.m hissəsi üzərində iddiaçı X24, Cavabdeh, üçüncü şəxs X21 və mərhum X15 hər birinin ¼ hissədə bərabər payları müəyyən edilsin. Miras qoyan X5 qanun üzrə birinci növbəli vərəsəsi olan mərhum X26 vəfat etdiyindən onun miras əmlak üzərində müəyyən olunan ¼ hissədə payı qanun üzrə birinci növbəli vərəsəsi olan İddiaçı3 Rahib qızına verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-58/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-58/2024
09.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver