Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-609/2025 10.03.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X12 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, Cavabdeh2 və ləğv prosesində olan Cavabdeh3 ASC ƏSF-nun nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-281/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh2, Göygöl Rayon Notariat ofisinə, Ləğv Prosesində olan Cavabdeh3 ASC-yə və üçüncü şəxs Azərbaycan Əmanətlərinin Sığortalanması Fonduna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 X51 ilə Cavabdeh2 arasında Göygöl rayon notariat ofisində bağlanmış 10 yanvar 2007-ci il tarixli, 26A saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-281/2025 nömrəli qərardadı ilə (hakim Rəşad Mustafayev), İddiaçı Cavabdeh2, Göygöl Rayon Notariat ofisinə, Ləğv Prosesində olan Cavabdeh3 ASC-yə və üçüncü şəxs Azərbaycan Əmanətlərinin Sığortalanması Fonduna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edərək iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, İddiaçı iddia ərizəsi ilə Göygöl Rayon Məhkəməsinə müraciət edərək, “Gəncə Bank” X51 ilə Cavabdeh2 arasında Göygöl rayon notariat ofisində bağlanmış 10 yanvar 2007-ci il tarixli, 26A saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin Göygöl Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(066)-281/2025 saylı qərardadı ilə İddiaçı iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edilmişdir. Göygöl Rayon Məhkəməsi qərardadın əsaslandırma hissəsində qeyd etmişdir ki,Cavabdeh3 X51 ilə Cavabdeh2 arasında Göygöl rayon notariat ofisində bağlanmış 10 yanvar 2007-ci il tarixli, 26A saylı ipoteka müqaviləsindən irəli gələn tələbə məhkəmə tərəfindən baxılmış və həmin müqavilənin qanuniliyi yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qiymət verilmişdir. Bundan sonra eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə yenidən baxıla bilməz. Göygöl Rayon Məhkəməsi Qərardada qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 14 iyun 2022-ci il tarixli, 02/2022 “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” qərardadan görünür ki, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2- cimaddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Hesab edir ki, Göygöl Rayon Məhkəməsi düzgün araşdırma aparmayıbdır. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1770/2021 saylı qətnaməsinin iddianın predmetinin “hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi” tələbinə dair təşkil edilmişdir, yəni Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1770/2021 saylı qətnaməsindən görünür ki, ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə baxılmamışdır, ona görə hesab edir ki, məhkəmə bu hissədə yanlışlığa yol vermişdir. Həmçinin qeyd etmək istəyir ki, Gəncə İnzibati-iqtisadi Məhkəməsinin 19 iyun 2012-ci il tarixli, 2-2-484)-750/2012 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh3 X51 "xxxx" istehsal müəssisəsinə qarşı pul tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia tələbində xx.xx.2006-cı il tarixdə Cavabdeh3 SKB ilə Nizamnamə əsasında fəliyyət göstərən "xxxx" istehsal müəssisəsinin rəhbəri Cavabdeh2 arasında bağlanmış 26 saylı kredit müvaqviləsi üzrə pul tələbi olubdur. Həmin qətnamədən görünür ki, iddia təmin edilmişdir və "xxxx" İstehsal Müəssisəsindən xx.xx.2006-cı il tarixli kredit müqaviləsinə əsasən 299.999 manat 36 qəpik əsas borcun, 109.463 manat 09 qəpik faiz borcunun, cəmi isə 409462,45 manat məbləğində kredit pulu tutulması qət edilmişdir. Belə ki, yuxarıda qeyd olunan qətnamədən görünür ki, iddiaçı Cavabdeh3 X51 iddia tələbi ilə məhkəməyə müraciət edərkən kredit müqaviləsi üzrə pul tələbi ilə müraciət etmişdir, yəni tutmanın ipoteka predmətinə yönəldiməsi barədə iddia tələbi irəli sürməmişdir və ipoteka müqaviləsinə dair tələb baxılmamışdır. Həmçinin qeyd etmək istəyir ki, İddiaçı ümumiyyətlə heç bir iddia tələbində maraqlarına toxunan şəxs kimi məhkəmə tərəfindən işdə iştirak etməyə cəlb edilməmişdir. Hesab edir ki, Göygöl Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(066)-281/2025 saylı qərardadı ləğv edilməlidir və iş üzrə iddia ərizəsi icraata qəbul edilib baxılmalıdır. Belə ki, Göygöl Rayon Məhkəməsi qərardadın əsaslanıdırma hissədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2 və 153.4-cü maddələrinə istinad edərək qərardada qeyd edilmişdir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa və eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbuletməkdən imtina edir. Məhkəmə hesab etmişdir ki, hazırki iddia üzrə məhkəmənin qünuni qüvvəyə minmiş qətnaməsi olduğundan, iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina etmişdir. Lakin, Göygöl rayon məhkəməsinin qərardadı tamamilə həqiqəti əks etdirmir və heç bir əsas olmadan iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Belə ki, İddiaçı ilk dəfə olaraq ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə məhkəməyə müraciət edir, bundan başqa eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı yoxdur. Bundan başqa eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş yoxdur və olmayıbdır. Beləliklə Göygöl rayon məhkəməsinin qərardadı əsasızdır və ləğv edilməlidir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Lakin, Göygöl Rayon məhkəməsi qeyd edilən maddənin tələblərini pozaraq vətəndaş (iddiaçı) İddiaçı hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminatını kobud şəkildə pozmuşdur. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı öz mülkiyyətindən qanunsuz olaraq məhrum olubdur və öz mülkiyyət hüquqlarını həyata keçirə bilmir, belə ki, mülkiyyət hüququnun bərpası ilə bağlı Göyöl rayon məhkəməsi müraciət etmişdir, lakin məhkəmə şəxsin mülkiyyət hüququnun bərpa etmək əvəzinə onun iddia ərizəsini icraat qəbul etməkdən imtina edibdir. Belə ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Belə ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Yuxarıda qeyd olunan maddi hüquq norması kobud şəkildə pozulmuşdur. Belə ki, ünvan 1 ünvanında istifadədə olan 0,73864 ha torpaq sahəsində yerləşən 5865.5 kv.m ümumi, 4363.8 kv.m əsas, 1501.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksi (Xanlar) rayonu istehsalat kombinatı) ümumi birgə mülkiyyət hüquq üzrə Cavabdeh2, X36, X37, X38, X13, X1, X32, X43, X3, X39, X17, X18, Hacıyeva Lyudmila ibad qızının, X19, X20, X26, X21, X22, İddiaçı, X27, X28, X29, X4, X44, X40, X33, X23, X34, X7, X41, X14, X15, X50, X30, X5, X6, X2, X24, X16, X8, X9, X25, X10, X31, X45 adlarına daşınmaz əmlakın dövlət reyestrində 1 nömərli reyetsr kitabının 2 nömərli vərəqində qeydiyyata alınmışdır. Həmin çıxarışdan görünür ki, İddiaçı mükiyyət hüquq kobud şəkildə pozulmuşdur, yəni şəxs mülkiyyətindən məhrum olunmuşdur. İddiaçı mülkiyyət hüququn bərpası ilə bağlıməhkəməyə müracitə etmişdir, lakin Göygöl rayon məhkəməsi əsasız olaraq iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir. Beləliklə, İddiaçı Konstitusiyon hüquqlarımı kobud şəkildə pozulmuşdur. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Lakin, Göygöl Rayon Məhkəməsi əsassız olaraq vətəndaş İddiaçı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina etmişdir və bu isə İddiaçı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmaq kimi qiymətləndirilməlidir. Göygöl Rayon Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 2(066)- 281/2025 saylı qərardadı ilə İddiaçı iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsindən imtina edərəkən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1770/2021 saylı qətnaməsinə, eləcə də Gəncə İnzibati-iqtisadi Məhkəməsinin 19 iyun 2012-ci il tarixli, 2-2-(484)-750/2012 saylı qətnaməsinə əsaslanmışdır, lakin məhkəmə adları qeyd olunan qətnamənin məzmunu araşdırmadan sadəcə olaraq ümumi qaydada istinad edərək iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir, lakin, məhkəmənin gəldiyi nəticə düzgün olmayıbdır və iddia ərizəsi icraata qəbul edilərək iddia icraatı qaydasında baxılmalıdır. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-281/2025 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş qərardaddan verilmiş şikayət kimi qəbul edilərək yazılı icraat qaydasında baxılması üçün təyin olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Bundan sonra İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 vəsatət ilə məhkəməyə müraciət edərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-281/2025 nömrəli qərardadından vermiş olduğu şikayəti şifahi məhkəmə icraatına keçirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(066)- 281/2025 nömrəli qərardadı ilə, vəsatətin təmin edilməsi, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-281/2025 nömrəli qərardadından İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması qərara alınmışdır. Məhkəmə kollegiyasında əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən Cavabdeh2 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasında iştirak edən cavabdeh ləğv prosesində olan Cavabdeh3 ASC ƏSF-nun nümayəndəsi Nümayəndə2 şikayətin dəlillərini müdafiə etməyərək, şikayətin təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə İddiaçı və nümayəndəsi (vəkili) Nümayəndə1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli və Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-281/2025 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, 2(066)-281/2025 nömrəli qərardadı isə qismən şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası işin hallarının iddia ərizəsinin yolverilməzliyə görə qəbulundan imtina barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərzəsinə əlavə edilmiş sənədlərin siyahısı və s. kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Avropa Məhkəməsi bir sıra qərarlarında yuxarı instansiya məhkəmələrində aparılan icraatın mümkünlüyü və hədlərinin qanuni məhdudiyyətlərə məruz qala bilməsini də yolverilən hesab etmişdir. “X49” qarşı iş üzrə Qərarında Avropa Məhkəməsi göstərmişdir ki, məhkəməyə əlçatanlıq hüququ mütləq deyil və dolayı şəkildə yol verilən məhdudiyyətlərə məruz qala bilər. Bu xüsusilə də şikayətin mümkünlük şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarı ilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan Dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə 2003-cü il 17 oktyabr tarixli qərar). Azərbaycan Respublikasının MPM-in 153-cü maddəsində iddia ərizəsinin yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtinanın əsasları göstərilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Azərbaycan Respublikasının MPM-in 153.2.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1770/2021 saylı qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-1630/2022 saylı qətnaməsi qətnaməsindən görünür ki, iddianın predmeti hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi tələbinə dair təşkil edilmişdir ki, hazırki iddianın predmeti olan ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə baxılmamışdır. Göründüyü kimi, 10 yanvar 2007-ci il tarixli, 26A saylı ipoteka müqaviləsi mübahisələndirilməmiş, yəni əqdin etibarlı olub-olmaması və ya əhəmiyyətsizliyi və s araşdırılmadığından iddiaçıya münasibətdə iddianın eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə yolverilməzliyə görə qəbulundan imtina əsassızdır. Ümumiyyətlə İddiaçı məhkəmənin istinad etdiyi iş üzrə tərəf olmamışdır ki, ona qarşı göstərilən qətnamə preyudisial xassəyə malik olsun. Beləliklə, məhkəmə kollegiyası iş materialları əsasında bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadları ləğv olunsa da, apellyasiya instansiyası məhkəməsi konkret olaraq işin bu halında iddianın icraata qəbul edilməsi barədə qərardad çıxarmağa haqlı deyildir. Çünki, iddianın mümkünlüyü məsələsinin həlli, təkcə iddianın yolverilməzliyi üçün müəyyən olunmuş halların mövcud olub-olmaması üçün aparılan araşdırma ilə bitmir. İddianın icraata qəbul edilməsi üçün iddianın mümkünlüyünün digər əsasları da araşdırılmalı, nəticəsindən asılı olaraq iddianın taleyi həll olunmalıdır. Lakin, qərardadın məzmunundan görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı digər hallar arışdırılıb qiymət verilməmişdir. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Eyni zamanda, kollegiya bildirir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-281/2025 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, 2(066)-281/2025 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilməli, mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman qərardadın əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(066)-281/2025 nömrəli qərardadı tam və onun əsasında çıxarılmış xx.xx.2025-ci il tarixli, 2(066)-281/2025 nömrəli qərardadı qismən, yəni şikayətin təmin edilməməsi hissəsində ləğv edilsin. Mülki iş materialları mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-609/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-609/2025
10.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver