Məhkəmə qərarları › İş №2(104)-612/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-612/2024

08.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-612/2024 08.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(125)-5972/2023 saylı qərardadından iddiaçının nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh3 MMC-yə və Cavabdeh4 QSC BOKT-a qarşı Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında əmlakın əldə edilməsi barədə protokolun və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Gəncə şəhəri 2 saylı Notariat Ofisində İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 10 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ona məxsus Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(125)-5972/2023 nömrəli qərardadı ilə (hakim C.Quliyev) mülki işin baxılması üçün ərazi aidiyyəti üzrə ünvan 5al Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçının nümayəndəsi (vəkili) X1 həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(125)-5972/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsinə görə iddia rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İddia tələbi "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh3 MMC-yə və Cavabdeh4 QSC BOKT-a qarşı yönəlmişdir. Digər cavabdehlərin hüquqi ünvanı Bakı şəhəri ərazisi olsa da, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin hüquqi ünvanı Gəncə şəhəridir. Buna görə də iddiaya ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Məhkəmənin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinin hər hansı cavabdehlik daşımaması barədə gəldiyi nəticə əsassızdır. Belə ki, tələblərdən biri həmin təşkilat tərəfindən aparılan qeydin ləğv edilməsidir. Eyni zamanda MPM-nin 44.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(125)-5972/2023 saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il il tarixli, 2(125)-5972/2023 nömrəli qərardadından iddiaçının nümayəndəsi (vəkili) Vəkil verdiyi şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün iş materialları ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(125)-5972/2023 saylı qərardadı tam, onunla bağlı Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(125)-5972/2023 saylı qərardadı qismən, yəni iddiaçının nümayəndəsi (vəkili) Vəkil şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli, İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh3 MMC-yə və Cavabdeh4 QSC BOKT-a qarşı Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında əmlakın əldə edilməsi barədə protokolun və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Gəncə şəhəri 2 saylı Notariat Ofisində İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 10 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ona məxsus Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması tələbinə dair mülki iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi digər cavabdehlərin yerləşdikləri yerlərin (olduqları yerlərin) araşdırılması zamanı hər bir cavabdehin Bakı şəhəri üzrə fərqli ərazi aidiyyətində yerləşdiyi, iddia tələbi ilə əsas mənafeyinə toxunulan Cavabdeh4 QSC BOKT-nın hüquqi ünvanının isə ünvan 4 üçün Cavabdeh4 QSC BOKT-nın hüquqi ünvanı üzrə ünvan 5al Rayon Məhkəməsinə göndərilməsi nəticəsinə gəlmişdir. Lakin məhkəmə kollegiyası məhkəmənin həmin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iş materiallarından, o cümlədən iddia ərizəsindən görünür ki, İddiaçı iddia tələbi cavabdehlər "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh3 MMC-yə və Cavabdeh4 QSC BOKT-a qarşı yönəlmişdir. Həmin cavabdehlərdən "xxxx" ASC, Cavabdeh3 MMC və Cavabdeh4 QSC BOKT-un hüquqi ünvanları Bakı şəhərində yerləşsə də, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ünvan 7 ünvanında yerləşir və həmin ərazi Kəpəz rayonu inzibati ərazi vahidinə aiddir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə görə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 36.13-cü maddəsinin tələbinə görə, MPM-nin 39-cu maddəsindən müəyyən edilmiş adiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh4 QSC BOKT -un hüquqi ünvanı üzrə ünvan 5al Rayon Məhkəməsinə göndərilməsi nəticəsinə gəlsə də, iddiaçının vəkili buna etiraz etmişdir. Belə olan halda, Gəncə Şəhər Məhkəməsi iddiaçının seçmə hüququnun olmasını və onun işə Bakı şəhərində baxılmasına etiraz etməsini nəzərə almadan, mülki işi baxılması üçün ünvan 5al Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Belə ki, qanunverici MPM-nin 36-cı maddəsinin tələblərinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə qarşı iddianın hansı məhkəməyə verilməli olmasını müəyyən etmək üçün iddiaçıya seçim etmək hüququnu vermişdir. İddiaçı da, işə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin hüquqi ünvanı üzrə Gəncə şəhərində baxılmasını istəyir. Ona görə də, hazırkı iddia ərizəsinə Gəncə Şəhər Məhkəməsində baxılmalıdır. Ona görə də, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(125)-5972/2023 saylı qərardadı tam, onunla bağlı Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(125)-5972/2023 saylı qərardadı qismən, yəni iddiaçının nümayəndəsi (vəkili) Vəkil şikayətinin təmin edilməməsi hissəsində ləğv edilməli, İddiaçı iddia tələbinə dair mülki iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 398, 402-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı nümayəndəsi (vəkili) Vəkil şikayəti edilsin. Gəncə Şəhər Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli 2(125)-5972/2023 saylı qərardadı tam, onunla bağlı Gəncə Şəhər Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli 2(125)-5972/2023 saylı qərardadı qismən, yəni İddiaçı şikayətinin təmin edilməməsi hissəsində ləğv edilsin. İddiaçı cavabdehlər "xxxx" ASC-yə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə ərazi idarəsinə, Cavabdeh3 MMC-yə və Cavabdeh4 QSC BOKT-a qarşı Cavabdeh3 MMC ilə Cavabdeh4 QSC BOKT arasında əmlakın əldə edilməsi barədə protokolun və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Gəncə şəhəri 2 saylı Notariat Ofisində İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə bağlanmış 10 nömrəli ipoteka müqaviləsinə xitam verilməsi və ona məxsus Gəncə şəhəri, Bakı küçəsində yerləşən 53 saylı fərdi yaşayış evinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə ərazi idarəsində qeydə alınmış ipotekanın dövlət qeydiyyatının ləğv olunması tələbinə dair mülki iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qətidir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar