Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-614/2023 01.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçılar X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Ağstafa rayon Notariat ofisinə qarşı xx.xx.2022-ci il tarixli V-446/2021 saylı qanun üzrə vərəslik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi tələbinə dair mülki iş üzrə Gəncə şəhər Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(015)-1029/2022 nömrəli qərardadından iddiaçı X1 və İddiaçı2 vəkili X3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçılar X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Ağstafa rayon Notariat ofisinə qarşı xx.xx.2022-ci il tarixli V-446/2021 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Cavabdeh1 vəsatətlə müraciət edərək bildirmişdir ki, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 19 B, mənzil 22-də və digər Cavabdeh2 isə Sumqayıt şəhərində qeydiyyatdadır. Lakin məhkəmə tərəfindən maraqlı şəxsin Ağstafa rayon Notariat Ofisi olması əsas gətirilərək mülki iş icraata götürülmüşdür. Ona görə də mülki işin aidiyyəti üzrə Nərimanov Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(015)-1029/2022 nömrəli qərardadı ilə (hakim Natiq Abbasov) vəsatətin təmin edilməsi, iddiaçılar X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı və Ağstafa Rayon Notariat ofisinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, miras əmlakın vərəsələr tərəfindən qəbul edilmiş hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin verilməsi, miras əmlakın vərəsələr arasında paylara uyğun şəkildə bölünməsi tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar X2 və İddiaçı2 vəkili X3 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 19 B, mənzil 22-də və digər Cavabdeh2 isə Sumqayıt şəhərində qeydiyyatdadır. Digər cavabdeh Ağstafa rayon Notariat ofisi Ağstafa rayonunda yerləşir. Azərbaycan Respublikasının MPM-in 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Ağstafa Rayon Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli 2(015)-1029/2022 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi, Ağstafa Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(015)-1029/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılması və baxılması üçün iş materialı ilə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli və iş üzrə Ağstafa Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(015)-1029/2022 nömrəli və 28 dekabr 2022-ci il tarixli 2(015)-1029/2022 nömrəli qərardadları ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının MPM-in 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikasının MPM-in 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 19 B, mənzil 22-də qeydiyyatda olmasını nəzərə alaraq işin baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi nəticəsinə gəlsə də, iddiaçı tərəf buna etiraz etmişlər. Belə olan halda, Ağstafa Rayon Məhkəməsi iddiaçının seçmə hüququnun olmasını və onun işə Bakı şəhərində baxılmasına etiraz etməsini nəzərə almadan, mülki işi baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli və iş üzrə Ağstafa Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(015)-1029/2022 nömrəli və 28 dekabr 2022-ci il tarixli 2(015)-1029/2022 nömrəli qərardadları ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün Ağstafa Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.3-cü maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 399-cu maddəsinə görə, Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 264, 396, 398.0.3,399, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldi: Şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 23 noyabr 2022-ci il tarixli 2(015)-1029/2022 nömrəli və 28 dekabr 2022-ci il tarixli 2(015)-1029/2022 nömrəli qərardadları ləğv edilsin İddiaçılar X2 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Ağstafa rayon Notariat ofisinə qarşı qanun üzrə vərəslik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi və s. tələbinə dair mülki iş baxılması üçün Ağstafa Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-614/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-614/2023
01.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver