Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-631/2023 01.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 6 saylı Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və payın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2*22-ci il tarixli, 2(125)-2967/2*22 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Gəncə şəhəri 6 saylı Notariat Ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri 6 saylı Notariat ofisi tərəfindən verilmiş *2.*7.2*12-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilərək, Gəncə şəhəri, M.S.Ordubadi küçəsi, 33 saylı evə dair X1 adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Ərazi İdarəsi tərəfindən 18.*7.2*12-ci il tarixdə verilmiş 151**9*37 qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və həmin əmlaka paylarının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2*22-ci il tarixli, 2(125)-2967/2*22 nömrəli qərardadı ilə (hakim C.Tağıyev) mülki iş üzrə Mülki Prosessual Məcəllənin 261.*.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş barışıq sazişini təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi barədə qərardadın olması əsası ilə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan narazı qalan İddiaçı2 şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, X3 tərəfindən barışıq sazişinin şərtlərinə əməll edilməmiş, hətta onlar tərəfindən barışıq sazişinin icra edilməsi ilə bağlı ərizə, məhkəmə tərəfindən icra vərəqi göndərilsə də Cavanşir Avşari vəfat etdiyindən icra vərəqi icrasız qalmışdır. Hazırki iş üzrə cavabdeh atasının vəfatından 2 il keçməsinə baxmayaraq miras əmlakla bağlı notariat kontoruna müraciət etməmişdir. Halbuki məhkəmə tərəfindən nəzərə alınmamışdır ki, Avşari Cavnşir tərəfindən barışıq sazişinin tələblərinə əməl edilməmişdir. Buna görə də hesab edir ki, 13.*3.2*19-cu il tarixli qərardadı öz hüquqi qüvvəsini itirmişdir. Gəncə Şəhər Məhkəməsinin 3* dekabr 2*22-ci il tarixli, 2(125)-2967/2*22 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 mart 2*19-cu il tarixli, 2(*43)-433/2*19 nömrəli qərardadından görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı4 və İddiaçı3 cavabdehlər X2, Gəncə şəhəri 6 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə qarşı «vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsəliyin tanınmaqla miras əmlaka payın müəyyən edilərək vərəsələr arasında bərabər qaydada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, tərəflər arasında barışıq sazişi bağlandığından Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 13 mart 2*19-cu il tarixli, 2(*43)-433/2*19 nömrəli qərardadı ilə iş üzrə icraat xitam verilmişdir. İddiaçılar hazırda Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin icraatında olmuş 2(*43)-433/2*19 nömrəli iş üzrə cavabdeh olan X1 öldüyünü əsas gətirərək eyni iddia tələbi ilə onun vərəsəsi qismində oğlu olan Cavabdeh2 qarşı iddia qaldırmışlar. Haıbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi qanunun tələbinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş aktı həmin iş üzrə tərəflərin hüquqi varisləri üçün də məcburi qüvvəyə malik olur. Mülki Prosessual Məcəllənin 261.*.2-ci maddəsinə isə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Azərbbaycan Respublikası Qanununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Həmin Qanununun 19.1.1-cu maddəsinə görə borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək icraat dayandırılır. Həmin qanunun 31-ci maddəsinə əsasən icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Vərəsə və hüquq varisi icraata daxil olanadək həyata keçirilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, vərəsə və ya hüquq varisi üçün də eyni dərəcədə məcburidir. Məhəmə kollegiyası qeyd edir ki, iddiaçılar “İcra haqqında” Azərbaycan Respublikası 17, 19 və 31-ci maddələrinin tələbinə əsasən icra icraatı çərçivəsində hüquq varisliyi məsələsinin həllinə nail olmaqla, mübahisə həmin icraat çərçivəsində həll edilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.*.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Həmin Məcəllənin 4*2.2.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər: Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-4**, 4*2.2.4-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2*22-ci il tarixli, 2(125)-2967/2*22 saylı qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 13 dekabr 2*22-ci il tarixli, 2(125)-2967/2*22 nömrəli qərardadı və həmin qərardadla bağlı 3* dekabr 2*22-ci il tarixli, 2(125)-2967/2*22 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 1* gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-631/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-631/2023
01.02.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver