Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-637/2024 28.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-368/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 3.170 manat məbləğində pulun və ödənilmiş 53 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-368/2023 saylı qətnaməsi ilə (hakim Taleh Musayev) iddia təmin edilmiş, Cavabdeh 3.170 (üç min yüz yetmiş) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, Cavabdeh 53 (əlli üç) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilməsi, Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 126 (bir yüz iyirmi altı) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-368/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan nisyə olmaqla cəmi dəyəri 2000(iki min) manat olan xırda buynuzlu heyvanları almağını etiraf etmiş, iddiaçı ona qarşı haqsızlıq edərək guya ona 3170 manat dəyərində heyvanlar satmasını, həmin heyvanların pulunu verməməyimi iddia etmiş, məhkəmə də onun əsassız iddiasını heç bir mötəbər sübutları olmadan təmin etmişdir. Lakin borcunu qaytara bilmədiyi üçün özünə məxsus əmək haqqı və pensiya kartlarını iddiaçıya vermiş, iddiaçı da 2022–ci ilin iyun ayından noyabr ayınadək olan müddət ərzində onun kartlarından pulu çıxaraq borcunu artıqlaması ilə almışdır. Ancaq, iddiaçı kart vasitəsi ilə aldığı pulları etiraf etməmiş, məhkəmənin təşəbbüsü ilə Kapitalbankdan və Beynəlxalq bankdan pul verilməsinə dair bankomatlardan nəqdi pul çəxarılmasını əks etdirən əməliyyat görüntülərini məhkəmə iclasında obyektiv araşdırmadan, birtərəfli olaraq iddiaçının iddiasının təmini mənasında qiymətləndirmişdir. İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçını iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, həqiqətən 2022–ci il ərzində iddiaçıdan ümumi dəyəri 2.000 manat təşkil edən xırdabuynuzlu heyvanları nisyə almışdır. Lakin borcunu qaytara bilmədiyi üçün özünə məxsus əmək haqqı və pensiya kartlarını iddiaçıya vermiş, iddiaçı da 2022–ci ilin iyun ayından noyabr ayınadək olan müddət ərzində onun kartlarından pulu çıxaraq borcunu artıqlaması ilə almışdır. İşdə olan yazılı iltizamlar onun tərəfindən yazılmışdır.Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Videogörüntülərdə olan şəxslər həqiqətən də o və arvadı olmuşdur. Apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-368/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-368/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Cavabdeh tərəfindən yazılmış iltizamlardan görünür ki, o, xx.xx.2022–ci il tarixdə iddiaçıdan 900 manat dəyərində, xx.xx.2022–ci il tarixdə 100 manat və 370 manat dəyərində, xx.xx.2022–ci il tarixdə 300 manat dəyərində nisyə xırdabuynuzlu heyvan almasını, xx.xx.2022–ci il tarixdə isə Valehə 1.500 manat verəcəyi olmasını qeyd etmişdir. məhkəmə–xətşünaslıq ekspertizasının 05 sentyabr 2023–cü il tarixli 4/1394 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 4–cü vərəqində olan xx.xx.2022–ci il tarixli, 5–ci vərəqində olan 2.05.2022–ci il tarixli və 6–cı vərəqində olan xx.xx.2022–ci il tarixli yazılar və 6–cı vərəqində olan xx.xx.2022–ci il tarixli iltizamda “İmza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. "xxxx" ASC tərəfindən xx.xx.2023–cü il tarixdə məhkəməyə təqdim edilmiş əməliyyatlara dair görüntülərin əks olunduğu CD diskdən görünür ki, 01 iyun 2022–ci il tarixdən 30 noyabr 2022–ci il tarixədək olan müddət ərzində Cavabdeh məxsus əmək haqqı kartından onun özü və arvadı tərəfindən pul çəkilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2023–cü il tarixdə məhkəməyə təqdim edilmiş əməliyyatlara dair görüntülərin əks olunduğu CD diskdən görünür ki, 01 iyun 2022–ci il tarixdən 30 noyabr 2022–ci il tarixədək olan müddət ərzində Cavabdeh məxsus pensiya kartından onun özü və arvadı tərəfindən pul çəkilmişdir. İşin faktiki hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında xırdabuynuzlu heyvanların nisyə alğı-satqısı ilə bağlı borc münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh ayrı–ayrı vaxtlarda iddiaçıdan 300 manat, 900 manat, 100 manat, 370 manat və 1.500 manat olmaqla, cəmi dəyəri 3.170 manat olan xırdabuynuzlu heyvanları nisyə almış və onun dəyərini qısa müddət ərzində öhdəsinə götürmüş, lakin sonradan aldığı malqaranın dəyərini ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Cavabdeh 2022–ci il ərzində ayrı-ayrı vaxtlarda İddiaçı cəmi dəyəri 3.170 manat olan xırdabuynuzlu heyvanları nisyə almış həmin pulu qısa müddət ərzində qaytarmağı öhdəsinə götürmüş və iddiaçıya yazılı qəbz vermişdir. Lakin cavabdeh hazırkı vaxtadək borcundan heç bir ödəniş etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 157.2-ci maddəsində nəzərdə tutulduğu kimi, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Cavabdeh 2022–ci il ərzində ayrı-ayrı vaxtlarda iddiaçıya verdiyi yazılı qəbzlərlə ondan aldığı xırdabuynuzlu heyvanları dəyəri olan 3170 manat məbləğində borcunu qısa müddət ərzində ödəmək öhdəliyini götürsə də,həmin öhdəliyini və üzərinə düşən vəzifələri icra etməmiş və iddiaçıya 3170 manat məbləğində borclu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində iddiaçıdan nisyə olmaqla cəmi dəyəri 2000 (iki min) manat olan xırda buynuzlu heyvanları almağını, onun təqdim etdiyi qəbzlərə imza etmədiyini göstərsə də, birinci instansiya məhəkəməsi tərəfindən əldə edilmiş ekspert rəyi ilə Cavabdeh həmin qəbzlərin imzalaması öz təsdiqini tapmışdır. Həmçinin, cavabdeh iddiaçının 2022–ci ilin iyun ayından noyabr ayınadək olan müddət ərzində onun kartlarından pulu çıxararaq borcunu almasını bildirmişdir. Cavabdehin həmin iddiası əsasında birinci instansiya məhkəməsi tərəfindən müvafiq banklara sorğu verilmiş və əldə edilmiş CD disklərə birinci instansiya məhkəməsində icraat zamanı, eyni zamanda məhkəmə kollegiyasının iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, 2022–ci ilin iyun ayından noyabr ayınadək olan müddət ərzində cavabdeh əmək haqqı və pensiya kartlarından pulu özü və arvadı çıxarmışdır. Cavabdeh isə kollegiyanın iclasında sədrlik edənin sualına cavab olaraq videogörüntüdə olan şəxslərin o və onun həyat yoldaşı olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlili qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-368/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-368/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-637/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-637/2024
28.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver