Məhkəmə qərarları › İş №2(104)-638/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-638/2025

23.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-638/2025 23.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və Şəmkir rayon 01 saylı Dövlət Notariat Konturuna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəliyin qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X6 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Şəmkir rayon 01 saylı Dövlət Notariat Kontoruna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-3294/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 23 aprel 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2022-ci il tarixli, 2V-2505 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş X14 vərəsəsi Cavabdeh1 müəyyən edilmişdir.

2. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzil X13 mülkiyyətinə verilmişdir.

3. 22.07.1949-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx xxxx 1949-cu ildə doğulmuşdur, atası X32, anası X23 qeyd edilmişdir.

4. 24.09.2013-cü il tarixli nikah haqqında arayışın surətindən görünür ki, X33 ilə X15 nikahlarını xx.xx.1962-ci ildə rəsmiləşdirmişlər və arvada Nağıyeva soyadı verilmişdir.

5. 06.12.2007-ci il tarixli ölüm haqqında arayışın surətindən görünür ki, X32 16 sentyabr 1986-cı ildə ölmüşdür.

6. 06.12.2007-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 15 noyabr 2007-ci ildə ölmüşdür.

7. Doğum haqqında arayışdan görünür ki, X16 16 fevral 1959-cu ildə doğulmuşdur, atası X33, anası X17r.

8. Doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 20 oktyabr 1962-ci ildə doğulmuşdur, atası X33, X9dır.

9. Ölüm haqqında arayışdan görünür ki, X28 05 iyul 2013-cü ildə ölmüşdür.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 26 iyul 2024-cü il tarixli arayışdan görünür ki, Şəmkir şəhəri Həzi Aslanov küçəsi, bina-85, mənzil 1 (Yeni qaydalarla: Şəmkir şəhəri Həzi Aslanov küçəsi, giriş 56, M1, m1) **********92-05101-093001 reyestr nömrəli mənzil X5 Şəmkir rayon 1 saylı notariat kontorunun xx.xx.1994-cü il tarixli, 3M-34 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X13 adına xx.xx.2022-ci il tarixli, 2V-2506 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 1/2 hissə açıq saxlanılmış, 1/2 hissəyə Cavabdeh1 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh1 və Şəmkir rayon 01 saylı Dövlət Notariat Konturuna qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi) vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, X3 qalan miras əmlaka – Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla: AZ5700 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə görə cavabdeh Şəmkir rayon Notariat ofisində tərtib olunmuş xx.xx.2022–ci il tarixli, 2V–2505 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasına, həmin vərəsəlik şəhadətnaməsi əsasında üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2023–cü il tarixli, ********** reyestrdən çıxarışın ləğv olunmasına, miras mülkün əvvəlki vəziyyətə qaytarılmasına, X3 qalan miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunmasına, İddiaçı oğlunun miras əmlaka qanun üzrə vərəsə tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə faktiki yaşayır. Cavabdeh1 onun ögey qardaşıdır. Onların atası X34 xx.xx.1986–cı ildə vəfat etmişdir. Mərhum atası X32 mərhum X9 ilə 1962–ci ildə rəsmi nikah qeydə aldırmaqla ailə qurmuşdur. Mərhum atası mərhum anası Mələk Yusif qızından əvvəl Sayat adlı qadınla ailəli olmuş və həmin evlilikdən xx.xx.1949–cu ildə Cavabdeh1 doğulmuşdur. X9 xx.xx.2007–ci ildə vəfat etmişdir. Ondan miras olaraq əmlak qalmışdır. Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, giriş 56, M1, m 1) **********92–05101–093001 reyestr nömrəli mənzil X10 tərəfindən Şəmkir rayonu 1 saylı notariat kontorunun xx.xx.1994–cü il tarixli, 3M–34 reyestr nömrəli bağışlanma müqaviləsi əsasında mərhum X19 bağışlanılmış, mərhum anası Mələk Yusif qızının adına xx.xx.2022–ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış verilmişdir. Mərhum X9 xx.xx.2007–ci il tarixində vəfat etmişdir. Məhrum anasının vəfatından sonra ögey qardaşı Cavabdeh1 Şəmkir rayon 1 saylı Notariat Kontoruna müraciət edərək, mərhum anasından qalan Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzilə vərəsə tanınmışdır. Ona xx.xx.2022–ci il tarixli 2V– 2505 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında DƏDRX–in 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən Çıxarış verilmişdir. Hesab edir ki, qeyd olunan qanun üzrə vərəsəlik şəhadətnaməsi ləğv olunmalı, miras mülk əvvəlki vəziyyətə qaytarılmalıdır. Belə ki, ögey qardaşı Cavabdeh1 X9 deyil, X17r. Bunu doğum haqqında şəhadətnamənin surətindən də görmək olar. Odur ki, Cavabdeh1 məhrum X13 qanun üzrə vərəsəsi kimi tanınması doğru deyil. Qeyd olunan əsaslara görə hesab edir X3 qalan miras əmlaka görə cavabdeh Şəmkir rayon Notariat ofisi tərəfindən tərtib olunmuş qanun üzrə vərəsəlik şəadətnaməsi düzgün tərtib olunmadığından, etibarsız hesab olunmalı, həmin miras əmlaka görə üçüncü şəxs tərəfindən tərtib olunmuş xx.xx.2023–cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış ləğv olunmalı və miras əmlak əvvəlki vəziyyətə qaytarılmalıdır. Əvvəla ona görə ki, Cavabdeh1 X9 deyildir və miras ev Mələk Yusif qızına bağışlandığından, həmin əmlak birgə nikah müddətində əldə olunmuş əmlak da hesab oluna bilməzdi. Belə olduğu halda o, miras əmlaka qanun üzrə vərəsə kimi tanına bilməzdi. Lakin buna baxmayaraq, cavabdeh Şəmkir rayon 1 saylı Notariat ofisi heç bir hüquqi əsas olmadan Cavabdeh1 miras əmlaka qanun üzrə vərəsə tanınmaqla, maddi hüquq normalarını kobudluqla pozmuşdur. Yuxarıda da qeyd etdiyi kimi Cavabdeh1 X9 deyil, X17r. Bu səbəbdən də o, miras əmlaka qanun üzrə vərəsə tanına bilməzdi. Cavabdeh1 doğum haqqında şəhadətnaməsinin surəti əsas verir ki, cavabdeh notariat ofisi onun qanun üzrə vərəsə tanımaqdan imtina etsin. Lakin, cavabdeh Şəmkir rayon notariat ofisi təqdim olunmuş sənədləri yoxlamadan, miras əmlakın kütləsini və vərəsələrin dairəsini müəyyən etmədən, mübahisə predmeti olan yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə tərtib etmişdir. Odur ki, X3 qalan miras əmlaka – Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla: AZ5700 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə görə cavabdeh Şəmkir rayon Notariat ofisində tərtib olunmuş xx.xx.2022–ci il tarixli, 2V–2505 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasına, həmin vərəsəlik şəhadətnaməsi əsasında üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ********** reyestrdən çıxarışın ləğv olunmasına, miras mülkün əvvəlki vəziyyətə qaytarılmasına, X3 qalan miras əmlaka qanun üzrə vərəsəliyin müəyyən olunmasına, İddiaçı oğlunun miras əmlaka qanun üzrə vərəsə tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-3294/2024 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev), iddianın təmin edilməməsi qət edilmişdir.

14. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194–cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014-cü il tarixli qərarı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1243.1, 1151.1, 1245, 1246 və 1248-ci maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 213, 216-220, 227, 357-360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-3294/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, mərhum anasının ondan başqa övladı yoxdur. Ondan qalan miras əmlakı faktiki olaraq o qəbul edib, o idarə edir. Anasının vəfatından sonra həmin evdə ondan başqa heç kim yaşamır. Məhkəmə isə öz qətnaməsində yazır ki, guya hazırkı iddia ilə onun məhkəməyə müraciət etmək hüququnun subyektiv hüququ yoxdur. Cavabdeh notariat ofisi əmlakın ½ hissəsinə cavabdeh Bəhlul Oruc oğlunu qanun üzrə vərəsə tanımışdır. Digər hissəsini ona münasibətdə açıq saxlamışdır. Məhkəmə öz qəbul etdiyi qətnamədə göstərir ki, o Rusiya vətəndaşıdır. Onun Rusiya vətəndaşı olmağı mərhum anasından qalan miras əmlaka vərəsə tanınmağına mane ola bilərmi? Yaxud əsas ola bilərmi? İş materiallarından və məhkəmə aradırmasından da göründüyü kimi Cavabdeh1 cavabdeh notariat ofisə miras qəbul etməyi və qanun üzrə vərəsə olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Cavabdeh isə heç bir hüquqi əsas olmadan Bəhlul Oruc oğlunu onun anasından qalan miras əmlaka qanun üzrə vərəsə tanımışdır. Bununla da onu qanunla qəbul edəcəyi miras əmlakdan rəsmi qaydada məhrum etmişdir. Hesab edir ki, qeyd olunan əsaslara görə məhkəmə onun iddia tələbini tam təmin etməli idi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, iddia tələbi üzrə Cavabdeh1 İddiaçı ögey qardaşıdır. Onların atası X32 xx.xx.1986-cı ildə vəfat etmişdir. X12 iddiaçının mərhum X9 ilə 1962-ci ildə rəsmi nikahlarını qeydə aldırmaqla ailə qurmuşlar. X42 X3 əvvəl Sayat adlı qadınla ailəli olmuşdur və həmin evlilikdən xx.xx.1949cu ildə iddiaçının ögey qardaşı hazırkı Cavabdeh1 doğulmuşdur. X9 xx.xx.2007-ci ildə vəfat etmişdir. Ondan miras olaraq əmlak qalmışdır. Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, giriş 56, M 1, m 1) **********92-05101-093001 reyestr nömrəli mənzil X10 tərəfindən Şəmkir rayon 1 saylı notariat kontorunun xx.xx.1994-cü il tarixli 3M-34 reyestr nömrəli bağışlama müqaviləsi əsasında mərhum X19 bağışlanılmış, iddiaçının mərhum anası Mələk Yusif qızının adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. X4 İddiaçı başqa vərəsəsi yoxdur. O, Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən mərhum X9ndan qalan miras əmlaka qanun üzrə vərəsə tanınmışdır. Qeyd etdiyi kimi Cavabdeh1 iddiaçının mərhum anasının övladı olmadığı üçün, cavabdeh iddiaçının mərhum anasında qalan miras əmlaka qanun üzrə vərəsə də sayıla bilməzdi. Cavabdeh Şəmkir rayon Notariat kontoru Cavabdeh1 tərəfindən təqdim olunmuş sənədlərin mötəbərliyini yoxlamamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddia tələbi üzrə İddiaçı onun ögey qardaşıdır. Onların ataları X32 xx.xx.1986-cı ildə vəfat etmişdir. Həmin əmlak mərhum atası X21 miras qalmışdır. Şəmkir rayon Notariat kontoru tərəfindən hüquqi əsaslarla miras əmlaka qanun üzrə vərəsə tanınmışdır. X36 atası Oruc Nağıyevin ikinci arvadı olmuşdur. Ondan qalan miras əmlakı faktiki olaraq o qəbul edib və idarə etmişdir. Cavabdeh notariat ofisi əmlakın 1/2 hissəsinə onu qanun üzrə vərəsə tanımış, digər hissəsini iddiaçıya münasibətdə açıq saxlamışdır. Bundan başqa onların torpaq sahələri olmuşdur. Mərhum Mələk xanım ona bir necə dəfə bildirmişdi ki, ögey qardaşı hazırkı İddiaçı Moskvada qumarda uduzub coxlu borcları var. Həmin torpaq sahələrini sataq onun borcunu ödəyək o da etiraz etməmişdir. O, həmin evdə anadan olmuş və orada yaşamışdır. Qardaşı Sabir uzun müddətdir ki, Rusiyada yaşayır. O, mirası qəbul etdiyi üşün Şəmkir rayon 1 saylı notariat kontoru tərəfindən vərəsə tanınmışdır. Açıq saxlanılan miras payın qardaşı Sabirə verilməsinə etiraz etmir. Ona görə də, izahatının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir.

20. İş üzrə İddiaçı, cavabdeh Şəmkir rayon 01 saylı Dövlət Notariat Konturunun və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 11 saylı Şəmkir Ərazinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onnların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

21. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

24. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

27. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

28. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

29. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

30. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

31. Maddə 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

32. Maddə 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər.

33. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.

34. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.

35. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu

36. Maddə 9. Bənd 1. Fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir;

37. Bənd 2. Hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; Bənd 3. Bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;

38. Maddə 55. Bənd 1. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Bənd 2. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Bənd 3. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

41. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

48. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

49. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

51. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

52. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

53. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

54. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

55. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

56. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Apellyasiya baxışının hədləri

57. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

58. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

60. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.

62. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

63. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MM-in) 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

64. Azərbaycan Respublikasının MM-in 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

65. Azərbaycan Respublikasının MM-in 1151-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

66. Azərbaycan Respublikasının MM-in 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

67. Azərbaycan Respublikasının MM-in 1159.1.1-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

68. Azərbaycan Respublikasının MM-in 1159.1.3-cü maddəsində göstərilir ki, bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

69. Azərbaycan Respublikasının MM-in 1245-ci maddəsinə əsasən, vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər.

70. Azərbaycan Respublikasının MM-in 1243.1-ci maddəsinin tələbinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

71. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qüvvədə olan qanunvericilik mirasın qəbul olunmasının müddətini və qaydalarını müəyyənləşdirib. Miras qalmış mülkün qəbul edilməsi ilə bağlı kollegiya bildirir ki, mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir.

72. İş materialları ilə müəyyən edilir ki, X12 ilə X15 nikahlarını xx.xx.1962-ci ildə rəsmiləşdirmişlər, onların nikahlarından İddiaçı 20 oktyabr 1962-ci ildə doğulmuşdur. X32 16 sentyabr 1986-cı ildə və X24 15 noyabr 2007-ci ildə vəfat etmişlər. Şəmkir şəhəri Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (Yeni qaydalarla: Şəmkir şəhəri Həzi Aslanov küçəsi, giriş 56, M1, m1) **********92-05101-093001 reyestr nömrəli mənzil X10 tərəfindən Şəmkir rayon 1 saylı notariat kontorunun xx.xx.1994-cü il tarixli, 3M-34 reyestr nömrəli bağışlama müqaviləsi əsasında X19 bağışlanmışdır. X4 təsərrufatında yalnız Cavabdeh1 qalmışdır. Ona görə də, miras əmlaka görə Şəmkir rayon notariat kontoru tərəfindən Cavabdeh1 adına xx.xx.2022-ci il tarixli, 2V-2506 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında Cavabdeh1 Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla: AZ5700 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 132.50 kv.m. olan mənzilə dair miras əmlaka qanun üzrə vərəsə tanınmış və 1/2 hissəyə Cavabdeh1 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.

73. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamədə miras əmlakdan 1/2 pay cavabdehə verilmiş, lakin, İddiaçı mirasın qəbulu ilə bağlı notariat ofisinə müraciət etmədiyindən notaruis tərəfindən digər 1/2 pay isə iddiaçıya münasibətdə açıq saxlanılmışdır.

74. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir.

75. “Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

76. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 26 iyul 2021-ci il tarixli Plenum qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.

77. Eyni zamanda, Cavabdeh1 məhkəmə kollegiyasında iştirak edən zaman X3 miras qalan əmlakdan iddiaçı olan qardaşına da 1/2 hissədə payın verilməsinə etiraz etmədiyini bildirmişdir.

78. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin birinci növbə vərəsə olmaması və mirası qəbul etməməsi, həmçinin yeganə vərəsə olaraq miras payının tam olaraq iddiaçıya verilməsinə dair dəlili ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin birinci növbə vərəsə olmamasını qeyd etsə də, iş materialları ilə müəyyən olunur ki, cavabdeh X4 doğma övladı deyildir. Cavabdeh X4 əri X25 əvvəlki nikahdan olan oğludur. X3 qalmış miras açılarkən mərhumun əri X32 artıq ölmüşdür. MM-nin 1159.1.3-cü maddəsinə uyğun olaraq birinci növbə vərəsə kimi əri X32 mirasın açıldığı vaxt sağ olmadığından onun övladı kimi cavabdeh atası X25 vərəsəsi sayılırdı və faktiki olaraq mirası qəbul etmişdir. Bu baxımdan kollegiya apellyasiya şikayətinin cavabdehin vərəsə sayılmaması və vərəsəlik şəhadətnaməsinin etibarsız olması ilə bağlı dəlilini əsassız sayır.

79. Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır.

80. Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür.

81. Məhkəmə kollegiyası iddiaçının mirası qəbul etməsi ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının mirası qəbul etməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iddiaçı miras əmlakı nə faktiki, nə də, rəsmi qəbul etməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Lakin birinci instansiya məhkəməsi iddiaçının miras əmlakdan ½ hissədə payını müəyyən etməməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Belə ki, MM-nin 1248.1-ci maddəsinə əsasən, müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də, qəbul oluna bilər.

82. Məhkəmə kollegiyası qeyd edir ki, mərhum X24 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair oğlu Cavabdeh1 “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur. Belə ki, mirası qəbul etmiş digər vərəsə olaraq cavabdeh mirasdan ½ hissədə iddiaçının payının müəyyən edilməsinə etiraz etməmişdir. Yəni digər vərəsə olaraq cavabdehin müddətin bitməsinə baxmayaraq iddiaçının mirasın qəbul etməsinə razılığın olması ona ½ hissədə payın verilməsi üçün əsas idi.

83. Bu səbəbdən kollegiya hesab edir ki, X3 qalmış miras əmlakları iddiaçı və cavabdeh arasında bərabər şəkildə bölünməlidir.

84. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin.

85. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X1rşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; X2rşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

86. Məhkəmə kollegiyası qeyd edir ki, Şəmkir rayon notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli reyestrdə 2V-2505 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ½ hissədə payın açıq saxlanılması hissəsində etibarsız hesab edilməli və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ½ hissədə payın açıq saxlanılması hissəsində isə ləğv edilməlidir. X3 miras qalmış Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən açıq saxlanılan ½ hissədə İddiaçı payı müəyyən edilməli. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

87. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır.

88. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən, habelə hazırda qüvvədən düşmüş mülki hüquq normaları əsasında formalaşmış hüquqi mövqeyə istinadı özündə əks etdirən formal dəlillər hazırkı iddianın tam təmin edilməsinə əsas ola bilməz.

89. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

90. Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

91. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

92. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

93. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia qismən təmin edilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.

94. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

95. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(076)-3294/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Şəmkir rayon notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli reyestrdə 2V-2505 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ½ hissədə payın açıq saxlanılması hissəsində etibarsız hesab edilsin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ½ hissədə payın açıq saxlanılması hissəsində isə ləğv edilsin. X3 miras qalmış Şəmkir şəhəri, Həzi Aslanov küçəsi, bina 85, mənzil 1 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı payı, açıq saxlanılan ½ hissədə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rusumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar