Məhkəmə qərarları › İş №2(104)-639/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-639/2024

04.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-639/2024 04.04.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh1 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2(066)-1148/2023 saylı qətnaməsindən iddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı qanun üzrə vərəsə tanınma, payların müəyyən edilməsi və mülkiyyət hüqununun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras əmlakı olan Göygöl şəhəri Rövşən Nəsibov küçəsi ev 8, mənzil 11 ünvanında vərəsələrin paylarının müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını edilməsini xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2(066)-1148/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Q.Abbasov) iddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı X2 miras əmlakı olan Göygöl şəhəri Rövşən Nəsibov küçəsi ev 8, mənzil 11 ünvanında vərəsələrin paylarının müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsinin təmin edilməməsi və iş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızına aid olunması qət edilmişdir. İddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının nümayəndəsi və vəkili Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2(066)-1148/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X15 xx.xx.1999-cu il tarixdə ölmüşdür. Onunla birlikdə və ölümündən sonra, hazırkı işin predmeti olan mənzildə (Göygöl rayonu, R.Nəsibov küçəsi 8/11) ailənin kiçik oğlu, iddiaçının atası Müşviq Məhərrəmov və Qədəmçə Məhərrəmova yaşamışlar. Həmin vaxt baba Talıbın digər uşaqları ailə qurub başqa ünvanlara köçmüşlər. İddiaçının atası Müşviq Məhərrəmov 1999-ci il tarixdə faktiki ailə qurmuş, onların nikahı xx.xx.2000-ci il tarixdə rəsmi qeydə alınmışdır. Cehiz əşyaları ilə yanaşı müxtəlif əşyalar alınmış və həmin mənzildə yaşamağa davam etmişlər. Bir neçə il sonra iddiaçının atası işləmək üçün Rusiya Federasiyasına getmişdir. Ölkəyə gələn zaman həmin mənzildə yaşamışlar. İddiaçı nənəsi Qədəmçəyə həmişə gəlib, baş çəkib. İddiaçıya məxsus əşyalarda həmin mənzildə saxlanmaqdadır. Qədəmçə Məhərrəmova isə daimi olaraq həmin mənzildə yaşamışdır. Qədəmçə Məhərrəmova xx.xx.2021-ci il tarixdə ölmüşdür. X40 və nənə Qədəmçə Məhərrəmova həmin mənzili övladları Müşviq Məhərrəmova və onun övladlarına vermişlər. Mənzil iddiaçı və ailəsinə məxsus olduğundan Qədəmçə Məhərrəmovanın ölümündən sonra həmin mənzildə heç kim yaşamamışdır. Bu günə qədər də heç kim yaşamır. Mənzildə iddiaçı və ailəsinin əmlakları saxlanılmaqdadır. Qətnamənin 3-cü səhifəsinin sonuncu abzasında bildirilir ki, iddiaçı evə dair heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Lakin onlar tərəfindən məhkəməyə qədər DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə edilmiş sorğunun cavabına əsasən, mənzil Talıb Məhərrəmovun adına xx.xx.1992-ci il tarixdə, 212 nömrəli reyestr nömrəli Qeydiyyat vəsiqəsi verilmiş, bu barədə sənədlər onlara təqdim edilməmişdir. Həmin sənəd iddia ərizəsinə əlavə olunmuşdur. Lakin həmin sənədi subut kimi qəbul etməyərək məhkəmənin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ƏMDX yanında DƏDKR publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin məktubuna istinad etmişdir. Qeyd olunan sənədə istinad etməsi növbəti pozuntudur. Məhkəmə prosesi zamanı həmin sənəd araşdırılmamışdır. Həmin sənəd məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuşdur. Hakim özünün etdiyi sorğunun cavabını belə gözləməmişdir. Qətnamənin 3-cü səhifəsinin son abzasında bildirilir ki, Göygöl Rayon Məhkəməsinin müvəqqəti təminat tədbirinə dair xx.xx.2023-cü il tarixli qərardadından və tərəflərin izahatlarından aydın olur ki, iddiaçı özünə məxsus əşyaları miras əmlakda qalmasına baxmayaraq o, babası Talıb Məhərrəmovun və nənəsi Qədəmçə Məhərrəmovanın ölümündən sonra onlardan miras qalan əmlakı faktiki olaraq qəbul etməmiş, mübahisəli evdə heç vaxt yaşamamış və həmin vaxtdan hal-hazıra qədər də Rusiya Federasiyasında yaşayır. Yuxarıda qeyd olunanlardan da görünür ki, bütünlüklə ziddiyətli olan qətnamə yalnış əsaslandırılmış və qanunsuz nəticəyə gəlinmişdir. Cavabdeh3 məhkəmə kollegiyasına ünvanladığı məktubundan (izahat) işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o,heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh3 məhkəmə kollegiyasına ünvanladığı məktubunda (izahat) göstərmişdir ki, mülki iş üzrə mübahisəli olan ünvan 1 ünvanında yerləşən mənzil hələ valideynlərinin sağlığında evin kiçik oğlu Müşviqə verilmişdir. Digər qardaş və bacılar öz evlərinə köçmüşlər. Müşviq 1999-cu ildə ailə qurduqdan sonra bir müddət orada yaşamışdır. Təqribən 2000-ci ilin ortalarında Rusiya Federasiyasına getmişlər. Mənzildə bütün əşyalar Müşviqə və ailəsinə məxsusdur. Ölkəyə gedib gələn zaman orada yaşamışlar. Bu günə qədər də heç kimim mənzilə iddia etməməsi məhz bu səbəbdən olmuşdur. Qardaşının ölümündən sonra da ailəsi ölkəyə gələn zaman həmin mənzildə yaşayırlar. Müşviqin qızı Səbinənin də əşyaları həmin mənzildədir. Anası Qədəmçənin sağlığında Səbinəgil tez-tez gəlirdi. Mənzildən bu günə qədər ondan başqa heç kim istifadə etmir. Ona görə də, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçı X11 ilə X9 birgə nikahlarından Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X27 adlı 4 nəfər uşaqları olmuşdur. X3 (iddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının atası) xx.xx.2013-cü il tarixdə ölmüşdür. X1 xx.xx.1999-cu il tarixdə ölmüşdür. X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X35 Göygöl rayon Rövşən Nəsibov küçəsi-8/11 saylı əmlak miras qalmışdır. Məhkəmənin istinad etdiyi ünvan 2 ünvandır və iddiada texniki səhv olaraq yazılmışdır. Bu barədə müvafiq sənədi məhkəməyə təqdim etsə də, nəzərə alınmamışdır. Həm də, mübahisə edilən evin miras qalması mübahisə deyildir, sadəcə mirasın qəbul edilməsi ilə bağlı vərəsələr arasında mübahisə mövcuddur. Müşviq 1990-cı ildə evlənmiş, 2000-ci ilin ortalarında Rusiyaya getmişdir. Səbinə Müşviqin qızıdır. Mirası faktiki olaraq atasından sonra Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının qəbul etmiş və həmin evdə olan əmlaklar da Səbinəyə və Qədəmçəyə məxsus olmuşdur. Birinci instansiya məhkəməsinin hazırki qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Göygöl Rayon Məhkəməsinin 23 noyabr 2023cü il tarixli, e-2(066)-1148/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, Müşfiq Atasının vəfatından əvvəl nişanlanmış, atası vəfat edəndə Rusiyada yaşamışdır. Dəfnlə bağlı onu dəvət etmişlər, yas mərasimindən sonra isə Rusiyaya qayıtmışdır. İddiaçı X11 ilə X9 birgə nikahlarından o, Cavabdeh2, Cavabdeh3 və X27 adlı 4 nəfər uşaqları olmuşdur. Müşfiq Rusiya vətəndaşı olmuş, orada vəfat etmişdir. Mərhum atalarının sağlığında onların hər biri öz evlərində yaşamışlar, miraas evdə isə mərhum anası Qədəmçə yaşamış, anası Qədəmçə Məhərrəmovanın vəfatından sonra isə, miras qalan evə idarəçiliyi qardaşı Hamlet həyata keçirmişdir. 1999-cu ildə iddiaçı Səbinə və anası Zəminənin Rusiyaya getmiş, hal-hazırda da onlar Rusiya Federasiyasında yaşayırlar, onların həmin evdə sadəcə əmlakları mövcuddur. Birinci instansiya məhkəməsinin hazırki qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Göygöl Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2(066)-1148/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2(066)-1148/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X13 nikahları xx.xx.1964-cü il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. Moskva şəhər VVAQ İdarəsinin Zelenoqrad VVAQ şöbəsi tərəfindən xx.xx.2000-ci ildə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X17 nikahları xx.xx.2000-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra ərə Məhərrəmov, arvada Məhərrəmova soyadı verilmişdir. Moskva şəhər Zelenoqrad VVAQ şöbəsi tərəfindən 08 sentyabr 2000-ci ildə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2000-ci ildə Rusiya, Moskva şəhərində doğulmuş, atası X27, anası isə X20r. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X12 21 iyul 1999-cu il tarixdə ölmüşdür. Göygöl rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, X16 18 yanvar 2021-ci ildə ölmüşdür. doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 1967-ci ildə anadan olmuş, atası X12, anası isə X14r. doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X24 1975-ci ildə anadan olmuş, atası X12, anası isə X14r. doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 1968-ci ildə anadan olmuş, atası X12, anası isə X14r. Göygöl rayon qeydiyyat şöbəsi tərəfindən 25 iyul 2023-cü ildə verilmiş arayışdan görünür ki, X27 xx.xx.1971-ci ildə Ermənistan, Basarkeçər rayonunun Şəfəq kəndində anadan olmuş, atası X12, anası isə X14r. Moskva şəhər VVAQ İdarəsinin Zelenoqrad VVAQ şöbəsi tərəfindən 04 oktyabr 2013-cü ildə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 04 oktyabr 2013-cü ildə ölmüşdür. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri Publik hüquqi şəxsi 3 saylı Gəncə Əİ-nin xx.xx.2023-cü il tarixli məktbundan görünür ki, Göygöl şəhəri, Rövşən Nəsibov ( keçmiş 1 may məhəlləsi) küçəsi-8/11 ünvanda yerləşən əmlaka dair X4 adına xx.xx.1992-ci il tarixli 212 reyestr nəmrəli Qeydiyyat vərəqəsi verilmişdir.( iş vərəqə 53-54) Göygöl Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 16 (066)-3/2023 saylı qərardadının surətindən görünür ki, iddiaçı X21 müvəqqəti təminat tədbirinə dair ərizəsi təmin edilmiş, Cavabdeh1 - ünvan 4 ünvanında iddiaçıya məxsus yataq otağındakı 6 qapılı şifoner, güzgülü şkaf, oturaq stul, ikili çarpayı, pərdə karniz, lüstr, həmin şifoner və şkaflarda olan paltarlar, ayaqqabılar, dəsmallar, odeyallar, digər otaqdakı şkaf (stenka), 4 döşək, 7 yorğan, 6 balış, 12 döşəkçə, xalça, qab-qaşıq, samovar, qazan dəstləri, digər otaqdakı qorko (servant), qab-qaşıq şkafı, servis, çaynik, rumka və stəkanlar, boşqablar, kül qabı, xrustal qablar, iri stol, 8 stul, lüstr, karniz, divan, 2 kreslo, jurnal stolu, mətbəx otağındakı mətbəx mebeli, lüstr, paltaryuyan maşın, soyuducu, pərdə, karniz, digər kiçik otaqdakı pərdə, karniz, lüstr, 4 gözlü qaz peçinin istifadəsinə qadağa qoyularaq üzərinə həbs qoyulması qərara alınmışdır. İddianı rədd edən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, iddiaçı Səbinə Cəlilova qanun üzrə vərəsə tanınma, payların müəyyən edilməsi və mülkiyyət hüququnun tanınmasını tələb etsə də, iş materiallarından, Göygöl rayon Məhkəmənin müvəqqəti təminat tədbirinə dair 16 mart 2023-cü il tarixli qəraradadından və tərəflərin izahatlarından aydın olur ki, S.Cəlilovanın özünə məxsus əşyaları miras əmlakda qalmasına baxmayaraq o, babası T.Məhərrəmovun və nənəsi Q.İsmayılovanın ölümündən sonra onlardan miras qalan əmlakı faktiki olaraq qəbul etməmiş, mübahisəli evdə hec vaxt yaşamamış və həmin vaxtdan hal-hazıra qədər də Rusiya Federasiyasında yaşayır. İddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızı sözügedən evə dair məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, X4 21 iyul 1999-cu il tarixdə vəfatından sonra, onun xx.xx.1964-cü il tarixdə rəsmi nikaha daxil olduğu arvadı X22 ilə birgə nikah dövründə əldə etdiyi Göygöl şəhəri, Rövşən Nəsibov ( keçmiş 1 may məhəlləsi) küçəsi-8/11 ünvanda yerləşən əmlakı miras qalmışdır. Həmin miras mülkün hazırda mövcudluğu və miras qalması işin mübahisə edilməyən halıdır.Mübahisə həmin mirasın faktiki qəbulu ilə bağlıdır. İddiaçı X11 ilə X9 birgə nikahlarından Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və X27 adlı 4 nəfər uşaqları olmuşdur. X3 (iddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının atası) xx.xx.2013-cü ildə, X1 xx.xx.1999-cu il tarixdə, X6 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X11 xx.xx.1999-cu il tarixdə vəfat etdiyindən və mübahisəli vərəsəlik hüquq münasibətləri həmin vaxt yarandığından, hazırkı mübahisəyə mərhum X8 münasibətdə 1964-cü ildə qəbul edilmiş, 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan SSR Mülki Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. 01 mart 1965-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527-ci maddəsinin 1-ci hissəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılması vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, Bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 530-cu maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar vərəsə ola bilərlər. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə görə, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəslər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bi müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 556-cı maddəsinin 3-cü hissəsinə əsasən, vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina, vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Mirasın bölünməsi zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır. Göründüyü kimi, miras qoyan X11 xx.xx.1999-cu ildə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır (1964-cü il redaksiyalı Mülki Məcəllənin 528-ci maddəsi). Məhkəmə kollegiyasının iclasında X5 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. X11 ilə X13 birgə nikahından doğulmuş uşaqları, yəni birinci növbə vərəsələr vərəsəliyin açıldığı zaman, yəni 1999-cu ildə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişlər. Mübahisəli miras əmlakın faktiki qaydada qəbul edilməsinə gəlincə isə, işin müəyyən edilmiş hallarından görünür ki, Talıb Məhərrəmov vəfat etdikdən sonra isə miras əmlak miras qoyanın arvadı Qədəmçə və oğlu Müşviq tərəfindən qəbul edilmişdir. Belə ki, X7 Federasiyasına getmiş olsa belə, miras qoyan X5 1999-cu ildə vəfatı ilə əlaqədar mirasın açıldığı vaxt həmin mülkdə ailəsi ilə birgə yaşamış və əmlakı faktiki olaraq qəbul etmişdir. Miras əmlakın X27 tərəfindən qəbul edilməsi halı iş materialları, həmçinin Cavabdeh3 (mirası qoyan şəxsin qızıdır) məhkəmə kollegiyasına göndərdiyi izahatı ilə təsdiq edilir. Belə ki, Cavabdeh3 məhkəmə kollegiyasına göndərdiyi izahatında göstərmişdir ki, Müşviqin bacısıdır. Mülki iş üzrə mübahisəli olan ünvan 1 ünvanında yerləşən mənzil hələ valideynlərinin sağlığında evin kiçik oğlu Müşviqə verilmişdir. Digər qardaş və bacılar öz evlərinə köçmüşlər. Müşviq 1999-cu ildə ailə qurduqdan sonra bir müddət orada yaşamışdır. Təqribən 2000-ci ilin ortalarında Rusiya Federasiyasına getmişlər. Mənzildə bütün əşyalar Müşviqə və ailəsinə məxsusdur. Ölkəyə gedib gələn zaman orada yaşamışlar. Bu günə qədər də heç kimim mənzilə iddia etməməsi məhz bu səbəbdən olmuşdur. Qardaşının ölümündən sonra da ailəsi ölkəyə gələn zaman həmin mənzildə yaşayırlar. Müşviqin qızı Səbinənin də əşyaları həmin mənzildədir. Bundan başqa, Cavabdeh1 məhkəmə kollegiyasının iclasında göstərmişdir ki, mərhum atalarının sağlığında onların hər biri öz evlərində yaşamışlar. Müəyyən olunmuşdur ki, miras evdə hazırda yaşayış yoxdur, evdə yalnız iddiaçıya aid əmlaklar mövcuddur, iddiaçı tərəfdən başqa, digər vərəsələrin hər birinin ayrıca evləri vardır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X11 xx.xx.1999-cu ildə vəfat etməsi ilə bağlı miras mülkün 1/ 2 hissəsinə miras açılmış və həmin əmlakın birgə mülkiyyətçi olan X13 əmlakda 1/2 hissədə payı nəzərə alınmaqla, ¼ hissəsi üzərində mərhum oğlu X23 münasibətdə iddiaçı qızı olan Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının, ¾ hissədə isə X13 payı tanınmalıdır. Həmçinin, məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, X13 xx.xx.2021-ci il tarixdə vəfat etməsi və onun vəfatından sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/4 hissəsinin miras qalması, həmçinin mərhumun 4 nəfər birinci növbədə qanun üzrə vərəsəsinin, yəni Cavabdeh2, Cavabdeh3, X27 və Cavabdeh1 adlı 4 uşaqlarının olması işin mübahisə edilməyən halıdır. Birinci növbə vərəsələrdən X27 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X13 xx.xx.2021-ci il ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqim mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Yuxarıda qeyd edildiyi kimi, mərhum X10 qalmış miras predmeti ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 3/4 hissəsidir. Belə olan halda, 4 nəfər qanun üzrə birinci növbə vərəsələrin hər birinin (3/4:4=3/16) 3/16 hissədə vərəsəlik payları vardır. Həmin əmlak üzərində X18 ¼ hissədə mülkiyyət payının olması nəzərə alınmaqla, onun payı (3/16+1/4= 7/16) 7/16 hissədə, digər vərəsələrin payları isə 3/16 hissədə olacaqdır. Azərbaycan Respublikası MPM-nin 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, Göygöl Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e- 2(066)-1148/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, mərhumlar X12 və X10 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində 7/16 hissədə iddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının (atası X23 münasibətdə), 3/16 hissəsinə Cavabdeh2, 3/16 hissədə Cavabdeh3, 3/16 hissədə Cavabdeh1 miras payları müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının apellyasiya şikayəti təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 23 noyabr 2023-cü il tarixli, e-2(066)-1148/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. X12 və X10 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərində 7/16 hissədə iddiaçı Cəlilova (Məhərrəmova) Səbinə Müşviq qızının (atası X23 münasibətdə), 3/16 hissəsinə Cavabdeh2, 3/16 hissədə Cavabdeh3, 3/16 hissədə Cavabdeh1 miras payları müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar