Məhkəmə qərarları › İş №2(104)-641/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-641/2023

01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-641/2023 01.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X Nazirliyinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: mənəvi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və cavabdeh X Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Gəncə şəhər Məhkəməsinin 14 noyabr 2*22-ci il tarixli 2(125)-1393/2*22 nömrəli qətnaməsindən cavabdeh X Nazirliyinin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayətinə *1 mart 2*23-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Tərtər rayon Məhkəməsinin 22.*6.2*21-ci il tarixli, 1(*61)-21/2*21 saylı hökmdən görünür ki, *5.*6.2*2*-ci il tarixli qərara əsasən İddiaçı həmin gün tutulmuş və Tərtər rayon Məhkəməsinin *7.*6.2*2*-ci il qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İddiaçı 1 ildən artıq həbsdə qalmışdır. İddiaçı-təqsiri sübuta yetirilmədiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.2-ci maddələri ilə bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və məhkəmə zalından həbsdən azad edilməsinə dair hökm çıxarılmışdır.

2. Azərbaycan Respublikasi Ali Məhkəməsinin 16 mart 2*22-ci il tarixli 1(1*2)- 422/2*22 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *7 sentyabr 2*21-ci il tarixli qərarının dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *7 sentyabr 2*21-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Tərtər Rayon Məhkəməsinin 22 iyun 2*21-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh X Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən onun həbsdə qaldığı müddət ərzində maddi ziyana görə 4.2** manat pulun, dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 4**** manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Tərtər rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində cinayət məsuliyyətinə cəlb edilmiş həmin vaxt polislər tərəfindən narkotik vasitənin üzərində saxlamağa və satmağa görə tutulmuşdur. Onun barəsində cinayət işi başlanılmış və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür. Tərtər Rayon Məhkəməsinin 22 iyun 2*21-ci il tarixli hökmü ilə ona bəraət verilmişdir. Birinci instnasiya məhkəməsinin hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti vermiş Gəncə Apellyasiya Məhkəməsinin *7 sentyabr 2*21-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin qərarından narazı qalan dövlət ittihamçısı Kasassiya protesti vermişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin 16 mart 2*22-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanılmışdır. Bəraət almış şəxs dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində həbs edilməsə idi bu zaman o işləyərək maddi gəlir əldə edə bilərdi, lakin göründüyü kimi şəxsin həbs edilməsi onun əmək funksiyalarının həyata keçirilməsinə maneə yartmışdır. Bundan başqa bəraət almış şəxs həmin vaxt vəkil ilə müqavilə bağlamış və müqavilə haqqının dəyəri 2** manat təşkil etmişdir. Bundan başqa bəraət almış şəxs tutulmasa bu zaman yaşaması üçün çalışmalı və müəyyən miqdarda gəlir əldə etməli idi. Həmin gəlir isə qanunvercilikdə nəzərdə tutulmuş yaşayış minumumdan aşağı ola bilməzdir. Şəxsin tutulması nəticəsində onun əldə edəcəyi qazancın dəyəri ümumilikdə 4** min manat dəyərində qiymətləndirlməlidir. Bundan əlavə qeyd edildiyi kimi vəkilə çəkilmiş xərclər isə 2** manat təşkil etmişdir. Beləkilə, ümumilikdə şəxsə dəymiş maddi ziyanı 4.2** manat miqdarında dəyərləndirir.

5. Gəncə şəhər Məhkəməsinin 14 noyabr 2*22-ci il tarixli 2(125)-1393/2*22 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddianın qismən təmin edilməsi, mənəvi zərərə görə cavabdeh X Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına 125** (on iki min beş yüz) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 28, 68-ci maddələrinə, Mülki Məcəlləsinin 1*96.1, 1*97.1, 11*1.1-ci maddələrinə istinad etmiş, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-22*-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh X Nazirliyinin nümayəndəsi X1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normasının pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə iddiaçının iztirab çəkməsiniheç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq iddiaçıya mənəvi zərərə görə 125** manat vəsaitin ödənilməsi qənaətinə gəlmişdir. Mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsiin 19*cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Qanunvericiliyə əsasən hər hansı şəxsə qarşı xüsusilə ağır cinayət törədildiyi halda ona ödəniləcək kompensasiyanın məbləği üç yüz otuz manatdır. Belə olan halda iddiaçıya mənəvi zərər görə 125** manat məbləğində müəyyən edilməsi əsassızdır. Ümumiyyətlə mənəvi zərərin məbləği müəyyən edilərkən zərərçəkənin fərdi xüsusiyyətləri nəzərə alınmadan birmənalı olaraq həbsdə olma müddətinin hər ayının 1*** manatdan hesablanması məqsədəmüvafiq deyildir. Məhkəmə işə mahiyyəti üzrə baxarkən iddia tələbini tam, obyektiv və hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan iddiaçının xeyirinə qətnamə çıxarmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X Nazirliyinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edlməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

9. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 28. İ. Hər kəsin azadlıq hüququ vardır. Maddə 68. İİİ. Hər kəsin dövlət orqanlarının yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 11*1.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

11. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında Azərbaycan Respublikasının 29 dekabr 1998-ci il tarixli Qanunu Maddə 7. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. Maddə 12. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. [19] İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə ziyan çəkmiş tərəf məhkəmə məsrəflərinin ödənilməsindən azad olunur.

12. Ali Məhkəmənin Plenumunun *3 noyabr 2**8-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

13. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.*. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.*.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

14. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə şəhər Məhkəməsinin 14 noyabr 2*22-ci il tarixli 2(125)-1393/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin halları ondan ibarətdir ki, iddiaçı Gəncə şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehdən onun həbsdə qaldığı müddət ərzində maddi ziyana görə 4.2** manat pulun, dövlət orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş 4**** manat mənəvi ziyanın və ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı qismən təmin edən birinci instasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyini və azadlıq hüququnun 1 il 17 gün müddətdə məhdudlaşdırıldığını, bu müddət ərzində onun keçirdiyi mənəvi iztirab və sarsıntıları nəzərə alaraq hesab edir ki, mənəvi zərərə görə təzminat ödənilməli və iddiaçıya verilməli olan pul məbləği 125** manat müəyyən edilməlidir.

19. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərində iddiaçının mənəvi iztirab çəkməsinə dair sübut təqdim olunmadığını və müəyyən edilmiş məbləğin ədalətli olmamasını qeyd etmişdir. Məhkəmə kollegiyası həmin dəlillərlə razılaşmayaraq qeyd edir ki, iddiaçının 1 il 17 gün azadlıq hüququndan məhrum edilməsi işin mübahisəsiz halı olmaqla iddiaçının mənəvi zərər çəkməsinə sübutdur. Mənəvi zərərin əvəzi kimi müəyyən edilmiş məbləğlə razılaşmayan cavabdehin nümayəndəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 19*-cı maddəsindəki məbləğin rəhbər tutulmalı olduğuna istinad etmişdir. Qeyd edilən maddə Məcəllənin zərərçəkmiş şəxsə kompensasiya ödənilməsinə dair 2*-ci fəsildə əksini tapmışdır. Həmin maddəyə görə: 19*.*. Zərər çəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə aşağıdakı məbləğdə kompensasiya almaq hüququna malikdir: 19*.*.1. ona qarşı xüsusilə ağır cinayət törədildikdə - üç yüz otuz manat; 19*.*.2. ona qarşı ağır cinayət törədildikdə - yüz altmış beş manat; 19*.*.3. ona qarşı az ağır cinayət törədildikdə - əlli beş manat; 19*.*.4. ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə - on bir manat. Göründüyü kimi sözügedən maddə cinayət nəticəsində zərərçəkmiş şəxsə dəyən ziyana görə müəyyən edilmişdir. Hazırki iş üzrə isə iddiaçı cinayət işi üzrə bəraət almış şəxsdir. Odur ki, apellyasiya şikayətinin dəlilləri formal xarakter daşıyır və təmin edilə bilməz.

20. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

21. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.

22. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.*.1, 392, 393, 4*2, 4*3, 4*4 və 4*5-4*7-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə şəhər Məhkəməsinin 14 noyabr 2*22-ci il tarixli 2(125)-1393/2*22 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar