Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-642/2023 28.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X11 cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 qarşı mülki iş üzrə Açar sözlər: kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və onun vəkili X2 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1278/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə 28 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi 86, ev 2, mənzil 13 nömrəli, ümumi sahəsi 29.20 kv.m olan mənzil İddiaçı2 adına 1/5 hissə, X12 adına 1/5 hissə, İddiaçı1 adına 1/5 hissə, X11 adına 1/5 hissə və X3 adına 1/5 hissə olmaqla xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.
2. İş materiallarında olan Gəncə Şəhəri Nizami Ryaon Məhkəməsinin 2(044)- 301/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X3 cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 qarşı “evdən çıxarılma” tələbinə dair ilk iddiası təmin edilməmiş; Cavabdeh1, X7 və Cavabdeh3 X5 qarşı Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi 86, ev 02, mənzil 13-ə istifadə hüquqları tanınmışdır.
3. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 0243 nömrəli rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi 86, bina 2 mənzil 13 ünvanında yerləşən mənzilin xx.xx.2022-ci il tarixə orta bazar qiyməti 21000-23000 manat, kirayə haqqı isə 120-150 manat təşkil edir.
4. İş materiallarında olan, vergi ödəyicisi kimi qeydiyyatda olan X13 tərəfindən Cavabdeh1 verilmiş və X20 küçəsi bina 86, mənzil 13 nömrəli mənzilinin bazar qiyməti barədə sübut növü kimi cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi “Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli rəydən görünür ki, Gəncə şəhəri, X20 küçəsi bina 86, mənzil 13 nömrəli mənzilinin bazar qiyməti 35000-40000 manat, aylıq kirayə haqqının məbləği 250-300 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, X18 və X19 cavabdehlər Cavabdeh1, X7 və Cavabdeh3 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərə ümumilikdə 5000 manat kompensasiya ödənilməklə, Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi 86, ev 02, mənzil 13-ə istifadə hüquqlarına xitam verilməsi və cavabdehlərin həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi 86, ev 02, mənzil 13 (bundan sonra – mübahisəli mənzil) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 noyabr 2021-ci il tarixdə qeydiyyata alınmaqla verilmiş ********** qeydiyyat №-li çıxarış əsasında iddiaçıların xüsusi mülkiyyətlərindədir. 13 saylı mənzil bir otaqdan ibarətdir və hazırda həmin mənzildə cavabdehlər yaşayırlar. Cavabdehlərin onların mənzilində istifadə hüquqları vardır. Onların sözügedən mənzilə istifadə hüquqları məhkəmə qaydasında tanınmışdır. Belə ki, cavabdehlərdən Cavabdeh1 iddiaçılardan X1 arvadı, digər cavabdehlər X9 və Cavabdeh3 İddiaçı1 uşaqlarıdır. Cavabdeh1 və onun uşaqlarının məhkəmə qətnaməsi əsasında 13 saylı mənzilə istifadə hüquqları tanınmışdır. Cavabdehlər 13 saylı mənzildə yaşayırlar, cavabdehlər imkan vermirlər ki, onlar mülkiyyətlərində olan 13 saylı mənzildən istifadə edələr. Onlar dəfələrlə cavabdehlərə mənzili satıb, paylarına uyğun pul verilməsini təklif etsələr də, cavabdehlər buna razı olmamışlar. Mübahisəli mənzil “Xruşovka” layihəli mənzil olmaqla, dəyəri təxminən 21000 - 23000 manat həddindədir. Mənzilin yerləşdiyi ərazidə bir otaqlı, eyni layihəli mənzilin kirayə haqqı 120-150 manat həddindədir. Cavabdehlər onların mülkiyyətində olan mənzildən sərbəst qaydada istifadə etdiklərindən və onların heç birini həmin mənzilə buraxmadıqlarından onlar məcbur olub hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.
7. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1278/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi təmin edilmiş, iddiaçılar İddiaçı1, İddiaçı2, X18 və X19 tərəfindən 5000 (beş min) manat kompensasiya verilməklə cavabdehlər Cavabdeh1, X6 və Cavabdeh3 Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi 86, 02 nömrəli evin 13 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsi və Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi 86, 02 nömrəli evin 13 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, X9 və Cavabdeh3 əşyaları ilə birlikdə çıxarılmaları, cavabdehlər Cavabdeh1, X4 və Cavabdeh3 ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat pulun tutularaq, iddiaçılara ödənilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdehlər Cavabdeh1, Şükürova (Əhmədova) Zülfiyyə Şöhrət qızı və Cavabdeh3 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1278/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, məhkəmə qətnamə qəbul edərkən, evin dəyəri ilə bağlı iddiaçıların təqdim etdiyi rəyi əsas götürmüş, onlar tərəfindən təqdim olunmuş rəyi nəzərə almamışdır. Tam obyektiv nəticəyə gəlmək üçün məhkəmə rəylər arasında ziddiyət olduğundan əmtəəşünaslıq ekspertizası təyin etməli idi. Çünki, mübahisəli mənzil Gəncə şəhərinin tam mərkəzində yerləşir, həmin evin qiyməti və kirayə pulu qətnamədən göstərilən məbləğdən artıqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və sual-cavab zamanı bir daha göstərdi ki, Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi 86, 02 nömrəli evin 13 nömrəli mənzilindən yalnız cavabdehlər istifadə edirlar, iddiaçıların isə həmin mənzilə ehtiyacları yoxdur, onların başqa yerlərdə də evləri vardır.Sonda cavabdeh şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili X8 apellyasiya şikayətini müdafiə edərək, evin dəyərinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini, sonda isə şikayətin təmin edilməsini xahiş etdi
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2 və onların nümayəndəsi Vəkil apellyasiya şikayətində göstərilənlərə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
13. İş üzrə digər iddiaçılar İddiaçı3, X19 və digər cavabdeh X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, оcümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
15. Maddə 43. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda, bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarları
17. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir.
18. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» xx.xx.2001-ci il tarixli qərarında Konstitusiyası Məhkəməsi qanunun zamana görə qüvvəsini nəzərə alaraq qərara gəlmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
19. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında Konstitusiyası Məhkəməsi göstərmişdir ki, mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini göstərə və ya göstərməyə bilər. Lakin, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, işə baxan birinci instansiya məhkəməsi hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəllənin müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
21. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.
30. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, Gəncə şəhəri, Nizami rayonu, X20 küçəsi 86, ev 02, mənzil 13 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 29 noyabr 2021-ci il tarixdə qeydiyyata alınmaqla verilmiş ********** qeydiyyat №-li çıxarış əsasında iddiaçıların xüsusi mülkiyyətlərindədir. 13 saylı mənzil bir otaqdan ibarətdir və hazırda həmin mənzildə cavabdehlər yaşayırlar. Cavabdehlərin həmin mənzildə istifadə hüquqları vardır. Onların sözügedən mənzilə istifadə hüquqları məhkəmə qaydasında tanınmışdır. Belə ki, cavabdehlərdən Cavabdeh1 iddiaçılardan X1 arvadı, digər cavabdehlər X9 və Cavabdeh3 İddiaçı1 uşaqlarıdır. Cavabdeh1 və onun uşaqlarının məhkəmə qətnaməsi əsasında 13 saylı mənzilə istifadə hüquqları tanınmışdır. Hazırda iddiaçılar cavabdehlərin yaşayış sahəsindən olan istifadə hüququna kompensasiya verilmək yolu ilə xitam verilməsini istəyirlər. İddiaçılar yaşayış sahəsindəн istifadə hüququna xitam verilməsi müqabilində, cavabdehlərə 5000 manat kompensasiya təklif edirlər. Hesab edirlər ki, bu məbləğ cavabdehlərin Gəncə şəhəri, Nizami rayonu, Həsən Əliyev küçəsi 86, ev 02, 13 saylı mənzilə olan tələbatının müəyyən müddət daxilində və davamlı olaraq təmin etmək baxımından yetərli məbləğdir.
32. Göründüyü kimi mübahisəli mənzil xx.xx.2021-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
33. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil iddiaçıların xüsusi mülkiyyətində olduğundan, yuxarıda sadalanan maddi hüquq normalarına əsasən iddiaçıların xüsusi mülkiyyətində olan həmin mənzilə öz istədikləriki kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək dövlət tərəfindən tanınan və qorunan hquqlarıdır. Buna görə də mülkiyyətçi bu hüququnu həyata keçirmək üçün mübahisəli mənzildə istifadə hüququ olan şəxsə müvafiq kompensasiya verib, həmin şəxsin istifadə hüququna xitam vermək hüququnu həyata keçirməkdə haqlıdır.
34. Eyni zamanda kompensasiya məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin mənasına görə mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin ədalətli əvəzi kimi çıxış etməlidir. Belə halda cavabdeh tərərfin məhrum olduğu hüquq qismində mənzildən istifadə etmək hüququ çıxış etdiyindən, ödənilən kompensasiya da bu hüquqa mütənasib olmalıdır. Cavabdeh tərəfin ailə üzvü olan İddiaçı1 həmin üzərində olan payı mənzilin 1\5 hissəsi qədərdir. Göründüyü kimi, mənzilin bazar dəyərinin cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi sübut əsasinda 35000 (otuz beş min) manat məbləğində olması qəbul edildiyi və bu məbləğdən 5000 manatın çıxıldığı halda, mülkiyyətçilərdən hər birinin, o cümlədən İddiaçı1 payına düşən hissə (30000:5)=6000 (altı min) manat məbləğini təşkil edər. Ona görə də məhkəmə kollegiyası mənzildən istifadə etmək hüququ olan cavabdehlərə bu hüququn əvəzi kimi verilən kompensasiyanın 5000 manat məbləğində müəyyən edilməsini əmlakın bazar qiymətinə uyğun olan məbləğ hesab edir.
35. Məhkəmə kollegiyası iddiaçılarla cavabdehlərin qeyri-normal münasibətlərinə qiymət verərək, hesab edir ki, belə bir şəraitdə istər iddiaçıların, istərsə də cavabdehlərin birlikdə yaşaması mümkün deyildir. Beləliklə də məhkəmə kollegiyası iddiaçılar tərərfindən cavabdehlərə 5000 manat məbləğində kompensasiya verilməsi yolu ilə cavabdehlərin mübahisəli mənzildə olan istifadə hüququna xitam verilməsini ədalətli və əsaslı hesab edir.
36. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1278/2022 saylı mülki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.