Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-643/2025 17.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Qurbanov Qaragöz Abbas qızı və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(066)-1080/2024 nömrəli qərardadından maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Qurbanov Qaragöz Abbas qızı və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinə dair onunla Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(066)-1080/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddiası təmin edilməsi; İddiaçı ilə Cavabdeh arasında, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1330A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən, fərdi yaşayış evi tikilməsi üçün üçün olan 0,06 hektar torpaq sahəsinin alqısatqısına dair olan 17 oktyabr 2001-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış hesab edilməsi; “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1330A (KOD:********) nömrəli şəhadətnamədə qeyd edilən fərdi yaşayış evi tikilməsi üçün üçün olan 0,06 hektar torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilməsi; Bu qətnamə hüquqların qeydiyyata alınması üçün əsas hesab edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(066)-1080/2024 nömrəli qərardadı (hakim R.Mustafayev) ilə Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(066)-1080/2024 nömrəli qətnaməsindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması; Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qeyd edilən çatışmazlığın aradan qaldırılması izah olunmaqla, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllədə müəyyən olunmuş müddətdə və qaydada tərtib edilmiş apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti vermək hüququnun olması və qətnamədən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə verməsi üçün 10 gün müddət verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Göygöl Rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 2(066)-1080/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 128.1. maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Həmin Məcəllənin 129.1. maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Həmin Məcəllənin 129.2. maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Həmin Məcəllənin 357.1. maddəsinə görə, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 357.2. maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Həmin Məcəllənin 360 maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3. maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən hallarda qaytarılır. İlk öncə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, qanunvericilik qətnamədən apellyasiya şikayəti vermək hüququna malik olan subyektlərin dairəsini yalnız işdə iştirak edən şəxslərlə məhdudlaşdırmır. Prosessual hüquqi statusuna görə işdə iştirak edən şəxs hesab olunmayan bu şəxslər qətnamədən apellyasiya şikayəti vermək hüququna yalnız həmin qətnamə onların hüquq və vəzifələrinə toxunduqda malik olurlar. Qanunvericilikdə göstərilən şəxslərin apellyasiya şikayəti vermək hüququnun yaranması üçün iki şərt məcmu halında mövcud olmalıdır: a) həmin şəxslər işdə iştirak etməyə cəlb edilməli olduğu halda onların işə cəlb olunmaması; b) qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunulması. Qanunun mənasına görə işdə iştirak etməyə cəlb edilməli olduğu halda işə cəlb edilməyən şəxsin, əgər qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunmursa qətnamədən apellyasiya şikayəti vermək hüququ yoxdur. Məhkəmə kolelgiyasının iclasında müəyyən olunur ki, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(066)-1080/2024 nömrəli qətnaməsi icra edilməsi üçün 02 dekabr 2024-cü il tarixli müşaiətedici məktubla maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirilmiş, eləcədə poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə maraqlı şəxsin nümayəndəsi 06 dekabr 2024-cü il tarixdə imza edərək qəbul etmişdir. Bundan sonra “Elektron məhkəmə” informasiya sistemi vaisitəsi ilə maraqlı şəxs tərəfindən 29 dekabr 2024-cü il tarixdə apellyasiya şikayəti verilsədə, 06 yanvar 2025-ci il tarixdə yenidən maraqlı şəxs tərəfindən apellyasiya şikayəti elektron qaydada təkrarən verilmişdir. Qətnamə 02 dekabr 2024-cü il tarixdə maraqlı şəxs tərəfindən rəsmi qaydada aldığından, apellyasiya şikayəti verilməsi üçün müddətin sonu 03 yanvar 2025-ci il tarix hesab olunur. Yanvar ayının 4 və 5 qeyri iş günü olduğundan şikatyət vermə müddətinin sonu 06 yanvar 2025-ci il tarix hesab olunur. Mülki prosessual qanunvericiliyə görə də müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Göründüyü kimi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qanunvericiliklə müəyyən edilmiş müddətdə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.3 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Göygöl Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(066)-1080/2024 nömrəli qərardadı ləğv olunmalı, Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(066)-1080/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına götürülməli və baxılması üçün mülki kollegiyaya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 13 yanvar 2025-ci il tarixli 2(066)-1080/2024 nömrəli qərardadı ləğv edilsin. Göygöl Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(066)-1080/2024 nömrəli qətnaməsindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya icraatına götürülsün və baxılması üçün Mülki Kollegiyaya verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-643/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-643/2025
17.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver