Məhkəmə qərarları › İş №2(104)-652/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-652/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-652/2023 29.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir rayonu 1 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsızlığı və əşyanın geri qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı3 və onun vəkili X4 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir rayonu 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsızlığı və əşyanın geri qaytarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(076)-461/2020 nömrəli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili X14 tərəfindən verilmiş apellyasiya şikayətinə 29 mart 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 nömrəli qərarı ilə JN-197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu, Qapanlı kəndinin ərazisindən 2.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi həmin kənd sakinləri, İddiaçı3 İsax qızı, X21 və İddiaçı2 ümumi birgə mülkiyyətlərinə verilmişdir.

2. xx.xx.2003-cü il tarixdə Cavabdeh1 4ə-388 nömrəli reyestrdə qeydə alınmış alğısatqı müqaviləsinin surətindən görünür ki, Sərkərova X18 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 nömrəli qərarı ilə JN-197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında özünə və ailə üzvlərinə məxsus olan, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 2.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh2 həmin vaxt dövriyyədə olan pul vahidi ilə 2.000.000 (iki milyon) manata satmışdır.

3. 4ə-391 reyestr nömrəli notariat işinin kserosurətinə əlavə edilmiş, xx.xx.2005-ci il tarixdə Cavabdeh1 4ə-391 nömrəli reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsinin surətindən görünür ki, Sərkərova X18 rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 nömrəli qərarı ilə JN-197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında özünə və ailə üzvlərinə məxsus olan, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 2.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Cavabdeh3 həmin vaxt dövriyyədə olan pul vahidi ilə 10.000.000 (on milyon) manata satmışdır.

4. 4ə-391 reyestr nömrəli notariat işinin kserosurətinə əlavə edilmiş, xx.xx.2005-ci il tarixli ərizələrdən görünür ki, X24 və İddiaçı2 JN-197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında İddiaçı3 İsax qızına məxsus olan, Şəmkir rayonunun Qapanlı kəndində yerləşən 2.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satılmasına etiraz etməmişlər.

5. 4ə-391 reyestr nömrəli notariat işinin kserosurətinə əlavə edilmiş, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Qapanlı kənd İƏV üzrə nümayəndəliyi tərəfindən xx.xx.2003cü il tarixdə İddiaçı3 İsax qızına verilmiş 1048 nömrəli ailə tərkibi haqqında arayışın surətindən görünür ki, Sərkərova X11 İƏV-də daimi qeydiyyatda olmaqla ailə üzləri, oğlu X24 və qızı İddiaçı2 ilə birlikdə həmin kənddə yaşayır.

6. 4ə-391 reyestr nömrəli notariat işinin kserosurətinə əlavə edilmiş, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş 523 nömrəli arayışdan görünür ki, JN-197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında İddiaçı3 İsax qızının adına olan 2.09 hektar torpaq sahəsi girov qoyulmamış, həmçinin üzərində həbs və mübahisə yoxdur.

7. JN-887 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 müxtəlif vaxtlar da, fərqli reyestrlərdə qeydə alınmış, o cümlədən xx.xx.2005-ci il tarixdə Cavabdeh1 4ə-391 nömrəli reyestrdə qeydə alınmış alğısatqı müqavilələri əsasında Cavabdeh3 adına 34.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeydə alınmış və onun adına xx.xx.2006-cı il tarixdə JN-887 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir.

8. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən, 1.8275 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mükiyyət hüququ üzrə Cavabdeh3 adına xx.xx.2018-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən, 0.26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mükiyyət hüququ üzrə Cavabdeh3 adına xx.xx.2017-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

10. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 4/318 saylı rəyi ilə müəyyən olunur ki, mülki iş materiallarının 8-ci vərəqində olan İddiaçı3 İsax qızı və Cavabdeh3 adlarından olan 20 avqust 2005-ci il tarixdə bağlanmış 4Ə-391 reyestr nömrəli alğı-satqı müqaviləsinin aşağı hissəsində imzalar qrafasında 1 rəqəminin qarşısında olan imza və 4Ə-391 reyestr nömrəli reyestr jurnalının 13-cü vərəqəsinin 391ci sırasında İddiaçı3 İsax qızı yazılarının qarşısında olan imza İddiaçı3 İsax qızı tərfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizya təqdim edilmiş mülki işin 8-ci vərəqində olan İddiaçı3 İsax qızı və Cavabdeh3 adlarından olan 20 avqust 2005-ci il tarixdə bağlanmış 4Ə-391 reyestr nömrəli alğı-satqı müqaviləsinin aşağı hissəsində imzalar qrafasında 1 rəqəminin qarşısında olan imza və 4Ə-391 reyestr nömrəli reyestr jurnalının 13-cü vərəqəsinin391-cı sırasında İddiaçı3 İsax qızı yazılarının qarşısında olan imza İddiaçı3 İsax qızının imzasına oxşadılmaqla icra olunma əlamətləri müəyyən olundu.

11. Daşınmaz əmlakın xx.xx.2018-ci il tarixli, AN-İ ******* saylı alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh3 Şəmkir rayonu, Qapanlı kəndində yerləşən ümumi sahəsi 1,8275 ha olan torpaq sahəsini X2.

12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən ümumi sahəsi 1,8275 ha olan torpaq sahəsi X8 xüsusi mülkiyyətindədir.

13. Daşınmaz əmlakın xx.xx.2019-cu il tarixli, AN–İ ******* saylı alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh3 Şəmkir rayonu, Qapanlı kəndində yerləşən ümumi sahəsi 0,26 ha olan torpaq sahəsini X1.

14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən ümumi sahəsi 0,26 ha olan torpaq sahəsi X5 xüsusi mülkiyyətindədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

15. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir rayonu 1 saylı notariat kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 saylı qərarı ilə CN-3197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızı, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən, 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh2 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2003-cü il tarixdə 4ə-388 nömrəli reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 saylı qərarı ilə CN-3197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızının, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən, 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh3 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2005-ci il tarixdə 4ə-391 nömrəli reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və 0.26 hektar torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququna dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və 1.8725 hektar pay torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və 2.09 hektar pay torpaq sahəsinin faktiki sahibliklərinə qaytarılması haqda qətnamə çıxarılmasını xahiş etmişlər.

16. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 saylı qərarı ilə JN-197 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kəndi ərazisindən 2.09 hektar pay torpaq sahəsi onun və ailə üzvlərinin ümumi paylı mülkiyyətlərinə verilmişdir. O, həmin torpaq sahəsinə dair Cavabdeh2 ilə xx.xx.2003-cü il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda 4Ə-388 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi bağlamış və həmin müqavilə əsasında torpaq sahəsini Cavabdeh2 2.000.000 (iki milyon həmin dövriyyədə olan pul vahidi ilə) manat məbləğində pula satmışdır. Lakin sonradan o, həmin pulu cavabdehə qaytarmışdır. Bununla da onunla Cavabdeh2 arasında olan müqavilə münasibətlərinə öz aralarında xitam verilmişdir. Ona baxmayaraq, Cavabdeh2 həmin torpaq sahəsini şifahi razılaşma əsasında Cavabdeh3 icarəyə vermişdir. Lakin həmin torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Lakin mübahisəli torpaq sahəsi Cavabdeh2 tərəfindən digər Cavabdeh3 şifahi razılaşma əsasında icarəyə verilməsinə baxmayaraq, onun xəbəri olmadan adından Cavabdeh3 arasında xx.xx.2005-ci il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda 4Ə- 391 nömrəli reyestrdə qeydə alınmış saxta alqı-satqı müqaviləsi bağlanmış və həmin torpaq sahəsi Cavabdeh3 satılmışdır. Cavabdeh3 da həmin alqı-satqı müqaviləsi əsasında mübahisəli 2.09 hektar torpaq sahəsini də digər torpaq sahələri ilə birləşdirərək cəmi 34.19 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair öz adına xx.xx.2006-cı il tarixdə keçmiş Dövlət və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon Şöbəsi tərəfindən JN-887 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib etdirmişdir. Ondan sonra Cavabdeh3 ona və ailəsinə məxsus torpaq sahələri üzərində mülkiyyət hüququ əldə etmiş və öz adına daşınmaz əmlakın dövlət reyestrindən Hüquqlarını dövlət qeydiyyatı haqqında Çıxarış almışdır. Hesab edir ki, onunla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsi digər iddiaçıların payına münasibətdə, onunla Cavabdeh3 arasında tərtib edilmiş alqı-satqı müqaviləsi isə tam şəkildə bağlandığı andan etibarsızdır. Çünki o, Cavabdeh3 torpaq satmamış, nə də onunla alqı-satqı müqaviləsi bağlanmamışdır.

17. Şəmkir Rayon məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(076)-461/2020 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddianın təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iş üzrə iddia tələbi müqavilənin etibarsızlığı ilə əlaqədar verilmişdir. Qüvvədə olan mülki qanunvericiliyə əsasən, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə mübahisə tərəfinin ərizəsi əsasında iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. İddiaçılar xx.xx.2005-ci il tarixdə Şəmkir rayon bir saylı Dövlət Notariat Kontorunda 4Ə-391 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək hüquqlarını itirdikləri üçün Cavabdeh3 mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə etmişdir. Belə olan halda iddiaçıların iddia qaldırmaq üçün mübahisəli torpaq sahəsi üzərində əvvəllər mövcud olmuş paylı mülkiyyət hüquqları artıq mövcud olmadığından, onların həmin torpaq sahəsinə dair müvafiq tələb (subyektiv) hüquqları da yoxdur. Bu da onu deməyə əsas verir ki, iddiaçılar öz hərəkətlərinə qanunla müəyyən olunmuş qaydaya riayət etməklə subyektiv hüququnun birinci elementi olan hüquqi ixtiyar əldə etməmişdir. Göründüyü kimi iddiaçılar xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmamışlar. İddiaçılar xx.xx.2003cü il tarixli 4Ə-388 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbini irəli sürməkdə subyektiv hüququna malik deyillərsə, onda subyektiv hüququn digər elementlərin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

19. İddiaçıların nümayəndəsi və vəkili X14 həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 saylı qərarı ilə CN-3197 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı əsasında iddiaçıların ümumi paylı mülkiyyətlərinə verilmiş 2,09 ha pay torpaq sahələrinin xx.xx.2003-cu il tarixli 4ə-388 saylı reyestrlə qeydə alınmış alğısatqı müqaviləsi əsasında Cavabdeh2 satılmasına baxmayaraq, sonradan həmin cavabdehlə aralarında olmuş şifahi razılaşmaya əsasən alıcı Cavabdeh2 torpağın satış pulunu nağd olaraq qaytarmağına görə həmin torpağı öz adına dövlət qeydiyyatına hüquqi qeydiyyata aldırmayaraq Çıxarış almamasına hüquqi qiymət verməmişdir. Məhz, Cavabdeh2 İddiaçı1 satın aldığı həmin 2,09 ha pay torpaq sahəsini Cavabdeh3 icarəyə vermiş olması, eyni ilə həmkəndliləri Şahəddin Hüseynovun da icarəsində olması səbəbindən son dövrədək ailənin həmin torpaq sahəsi ilə maraqlanmaması faktına məhkəmə tərəfindən real hüquqi qiymət verilməmişdir. Yalnız, Cavabdeh3 nağılvari izahatına əsaslanılmışdır ki, əgər iddiaçıların pay torpaqlarının Cavabdeh3 satılmasına dair xx.xx.2005-ci il tarixli 4ə-391 saylı reyestrlə qeydə alınmış alğı-satqı müqaviləsindən xəbərləri olmamışdırsa, həmin müqavilənin əslini haradan əldə edib iddia ərizəsinə əlavə etmişlər. Cavabdeh3 özü də məhkəmə iclaslarında səmimi olaraq torpaq sahibi olaraq onun iddiaçıları tanımamasını, heç bir halda iddiaçılara nağd pul verərək onlarla notariat kontorunda hər hansı müqaviləyə imza edərək torpaq sahəsi almamasını, həmin müqavilənin tərtib edilməsi zamanı İddiaçı1 Rusiyada olmasını, onun əvəzində verdiyi etibarnamə əsasında həmin torpağı və qeyrilərinin onun pulu ilə həmkəndlisi Şahəddin Hüseynovun rəsmi müqavilələr əsasında alıb ona verməsini bildirməsi kimi izahatına məhkəmə nəyə görəsə iddianın təmini üçün əsas olması mənasında obyektiv qiymət verməmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər (sədrlik edən və məruzəçi) Loğman Süleymanov, Afiq Hüseynzadə, Şamil Rzaquliyev) 01 iyul 2021-ci il tarixli, 2(104)-376/21 nömrəli qərardadı ilə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-461/2020 nömrəli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 İsax qızının cavabdehlər Cavabdeh2, Cavabdeh3, Şəmkir rayon 1 saylı notariat ofisinə, AR ƏMDK yanında DƏDRX-in 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 47 saylı qərarı ilə CN-3197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızının, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh2 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2003-cü il tarixdə 4ə-388 nömrəli reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş və həmin hissədə işin icraatına xitam verilmişdir.

22. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər (sədrlik edən və məruzəçi) Loğman Süleymanov, Afiq Hüseynzadə, Şamil Rzaquliyev) xx.xx.2021-ci il tarixli, 2(104)-376/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-461/2020 nömrəli qətnaməsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 saylı qərarı ilə CN- 3197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızı, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh3 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2005-ci il tarixdə 4ə-391 nömrəli reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın həmin hissədə təmin edilməsi, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 saylı qərarı ilə CN-3197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızı, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh3 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2005-ci il tarixdə 4ə-391 nömrəli reyestrdə qeydə alınmış alğısatqı müqaviləsi etibarsız hesab edilməsi, 0.26 hektar torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququna dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 1.8725 hektar pay torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 2.09 hektar pay torpaq sahəsi iddiaçıların faktiki sahibliklərinə qaytarılması qət edilmişdir.

23. Qətnamədən narazı qalan Cavabdeh3 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(102)-5779 saylı qərarı ilə (Hakimlər (sədrlik edən) Zaur Əliyev, Abiddin Hüseynov, İlqar Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-376/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi - torpaq sahəsinin iddiaçılara qaytarılması hissədə ləğv edilmiş, işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

25. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(104)-1026/2022 nömrəli qətnaməsi ilə (hakimlər (sədrlik edən və məruzəçi) İslam Həsənov, Rəşad Mamedov, Şamil Rzaquliyev) apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(076)-461/2020 nömrəli qətnaməsinin iddia tələbinin 2.09 hektar torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsinin rədd olunması hissəsində ləğv olunması, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbinin qeyd olunan hissədə təmin edilməməsi qət edilmişdir.

26. Həmin qətnamədən narazı qalan İddiaçı3 kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin 01 noyabr2022-ci il tarixli 2(102)-5388/2022 nömrəli qərarı ilə (hakimlər (sədrlik edən və məruzəçi) İspəndiyar Şəfiyev, Əhməd Əhmədov, Vüqar Həsənov) kassasiya şikayətinin qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(104)- 1026/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

28. Ali Məhkəmə sonuncu qərarında göstərmişdir ki, işə əvvəllər baxmış hakim məhkəmənin tərkibində olduğundan Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 aprel 2022-ci il tarixli 2(104)-1026/2022 nömrəli qətnaməsi ləğv edilməlidir.

Apellyasiya instansiyası məhkəməsində ikinci icraat b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 vəkili X6 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

32. İş üzrə iddiaçılar, cavabdehlər və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə və məhkəmə bildirişini imzalayaraq almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

34. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

35. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

36. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

37. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

38. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.

39. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

45. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

46. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

47. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

48. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

49. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. kassasiya instansiyası məhkəməsi xx.xx.2021-ci il tarixli 2(102)-5779/2021 nömrəli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini yalnız torpaq sahəsinin iddiaçılara qaytarılması hissəsində ləğv etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddia tələbinin 2.09 hektar pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsinin rədd olunması hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli, 2(076)- 461/2020 nömrəli qətnaməsi - iddia tələbinin 2.09 hektar pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsinin rədd olunması hissəsində ləğv olunmalı, həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir.

53. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırda iddia tələbinin mübahisəli torpaq sahəsinin iddiaçıların faktik sahibliyinə qaytarılması hissəsinin maddi hüquqi əsası Mülki Məcəllənin 337.5-ci maddəsidir. Hazırda mübahisəli torpaq sahəsi cavabdeh tərəfindən özgəninkiləşdirilmişdir. Bu halda torpaq sahəsinin naturada qaytarılması mümkünsüzdür. İddiaçı tərəf isə torpaq sahəsinin dəyərinin ödənilməsinə razı deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, mülkiyyət hüququnun müdafiəsi çərçivəsində əşyanın (o cümlədən daşınmaz əşya olan torpaq sahəsinin) geri qaytarılması tələbinə uyğun gələn qanuni əsas kimi Mülki Məcəllənin 157.2-ci maddəsi nəzərdən keçirilə bilər. Həmin maddənin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İşin halları Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə uyğun araşdırılarkən görünür ki, Cavabdeh3 torpaq sahəsinin 1.8725 ha hissəsini xx.xx.2018-ci il tarixli notarial alqı-satqı müqaviləsi ilə X12, 0.26 ha-nı isə xx.xx.2019-cu ildə notarial alqı-satqı müqaviləsi ilə X3, 2019-cu ildə hər iki alıcının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyətçi kimi qeydiyyat aparılmışdır. Göründüyü kimi iddiaçıların faktik sahibliklərinə qaytarılmasını tələb etdiyi torpaq sahəsi üçüncü şəxslər kimi işə baxılmasına cəlb edilmiş X15 və X7 xüsusi mülkiyyətindədir. Bu halın mövcudluğu iddiaçıların Mülki Məcəllənin 157.2-ci maddəsindən çıxış edərək mülkiyyətçi kimi torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüquqlarını aradan qaldırır. Çünki həmin maddənin dispozisiya şərtlərindən biri mövcud olmur.

54. Məhkəmə kollegiyası eyni zamanda göstərir ki, əşyanın mülkiyyətçisi barəsində reyestr qeydi əsassız da ola bilər. Yəni, həmin qeydin aparılmasının hüquqi səbəbi keçərli deyilsə (məsələn, alqı-satqı müqaviləsi əhəmiyyətsizdirsə) daşınmaz əmlakın dövlət reyestrindəki qeyd əsassız hesab edilir. Belə ki, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Mülkiyyətçi olan şəxs MM-in 157.2-ci maddəsi ilə əşyanın geri qaytarılmasını tələb etməklə yanaşı, MM-in 141-ci maddəsinə istinadən əsassız qeydin düzəldilərək özünün mülkiyyətçi kimi yazılması tələbini də irəli sürmüş olmalıdır. Çünki Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qey olunan qərarında göstərilmişdir ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir.

55. Hazırki iş üzrə isə iddiaçılar tərəfindən bü cür tələb irəli sürülməmiş və onlar torpaq sahəsinin mövcud durumda mülkiyyətçiləri deyildir. Ona görə də iddia tələbinin 2.09 hektar pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsinin rədd olunması əsaslıdır. Lakin birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissəsini rədd edərkən alqı-satqı müqaviləsinin qanuni və əsaslı olmasına istinad etmişdir. Hansı ki, yuxarıda göstərilən maddi hüquq normaları baxımından iddia tələbi təhlil edilməli idi. Göründüyü kimi məhkəmə maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol vermişdir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)-376/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(076)-461/2020 nömrəli qətnaməsi Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 47 saylı qərarı ilə CN- 3197 saylı “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” əsasında Şəmkir rayonu, Qapanlı kənd sakinləri İddiaçı3 İsax qızı, İddiaçı1 və İddiaçı2 ümumi paylı mülkiyyətlərinə verilmiş, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 2.09 hektar pay torpaq sahəsinin İddiaçı3 İsax qızından Cavabdeh3 satılmasına dair Şəmkir rayon 1 saylı notariat kontorunda (ofisində) xx.xx.2005-ci il tarixdə 4ə-391 nömrəli reyestrdə qeydə alınmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia təmin edilmiş, alğı-satqı müqaviləsi etibarsız hesab edilmiş, 0.26 hektar torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququna dair xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və 1.8725 hektar pay torpaq sahəsi üzərində Cavabdeh3 mülkiyyət hüququna dair xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 dekabr 2021-ci il tarixli, 2(102)-5779 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-376/2021 nömrəli iş üzrə 01 iyul 2021-ci il tarixli qətnaməsi torpaq sahəsinin iddiaçılara qaytarılması hissədə ləğv edilmiş, işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

56. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır və qismən təmin olunmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 384.0.2, 392, 393, 402-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli 2(076)-461/2020 nömrəli qətnaməsi - iddia tələbinin 2.09 hektar pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsinin rədd olunması hissəsində ləğv olunsun. Həmin hissə üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi 2.09 hektar pay torpaq sahəsinin iddiaçıların faktiki sahibliklərinə qaytarılması hissəsində təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar